GüLSÜm hüseynova



Yüklə 6,88 Kb.
Pdf görüntüsü
səhifə18/46
tarix22.11.2017
ölçüsü6,88 Kb.
#11395
1   ...   14   15   16   17   18   19   20   21   ...   46

 
 
 
Gülsüm Hüseynova. Тат дили лексиk fondunun genealожi təhlili  
 
56 
mədəniyyətə  və  incəsənətə  aid  anlayışları  ifadə  edən  sözlərə 
beynəilmiləl  sözlər  deyilir.  Məs.:  Proletar,  demokrat,  roman, 
opera (44, 204-205). 
Alınma  sözlər  ehtiyaca  görə  daxil  olduğu  dilin  lüğət  tər-
kibinin  zənginləşməsinə  kömək  edirsə,  bu  müsbət  təsirdir  (47, 
121).  Tat  və  Azərbaycan  dillərinin  qarşılıqlı  əlaqəsi  nəticə-
sində  tat  dilinin  lüğət  tərkibinin  zənginləşməsi  hadisəsi  baş 
verir.  Tat  dilinin  Azərbaycan  dilindən  sözalma  prosesi  eh-
tiyacdan  irəli  gəlir.  Yeni  əşya,  predmet  və  anlayışların  ad-
landırılması  məqsədilə  Azərbaycan  dilindən  alınan  sözlərin 
sayı  artır.  Onu  da  qeyd  etmək  lazımdır  ki,  tat  dili  həm  də 
Azərbaycan  dili  vasitəsi  ilə  başqa  dillərə  məxsus  sözləri  alır. 
Həmin  sözlər  əvvəlcə  Azərbaycan  dilində  sınaqdan  keçir, 
sonra  tat  dili  bu  sözləri  alır.  Tat  dilinin  mənşəyi  məlum 
olmayan sözlərinin əksəriyyəti vasitəli alınmadır. Tat dili üçün 
vasitəçi  dil  funksiyasını  Azərbaycan  dili  oynayır.  Bununla 
yanaşı, tat dilinin  bəzi dillərdən  birbaşa sözalması hadisəsi  də 
baş verir. 
Tat  dilindəki  alınma  sözləri  aşağıdakı  qruplara  ayırmaq 
olur:  1)  Azərbaycan-türk  mənşəli  alınmalar;  2)  rus  mənşəli 
alınmalar;  3)  Avropa  dilləriinə  aid  alınmalar;  4)  ərəb 
alınmaları; 5) digər dillərdən alınmalar. 
 
Azərbaycan dilindən alınmalar
 
Tat dilində çoxlu miqdarda Azərbaycan mənşəli sözlərin 
olduğunu  qeyd  etmiş  M.Hacıyev  sağdış,  solduş,  turac,  buxov, 
dovdaq (quş adı), qırğı, balaban, qaşqaldaq, sıqnaq, sığnacaq, 
qayğılı, qolçomaq, qızılala, yataq, asma, bəzək, dən, ovçu, pis, 
boğaz,  səs,  damğa,  iz,  yağı,  ətlik,  adaş,  ayırd,  ağnamaq,  ağu, 
ağız,  anqırmaq,  alaçıq,  alda  –  (aldatmaq),  alqış,  anduz  (su 


 
 
 
Gülsüm Hüseynova. Тат дили лексиk fondunun genealожi təhlili  
 
57 
həşəratı),  çolaq,  azqın,  ara,  arx,  bəqə  (bağa),  barış,  batman, 
bülöv,  bilək,  biliş  (tanış-biliş),  buyuruq,  boğ  –  (boğmaq), 
bölük,  buğa,  bütrüm  (bütöv),  bayraq,  çalpaş  (qarışıq),  çaq 
(çağ), çülpək (irin), çəpiş, cırıq, çil, yalqız, çolaq, darğa, qılıq, 
qayıq,  qab,  tuluq,  yan  (tərəf),  yügrüg,  körpü,  qayın,  qayış, 
qayıq,  koğuş,  qulac,  qarı,  qapaq,  qart,  qazmaq,  qıdıq,  qılınc, 
kimiz, qısır, sağrı, şalqam, sırt, söyüş, sırtıq, ülgü, hörük, uyuq 
kimi  sözlərin,  tat  dilində  işlənmə  xüsusiyyətləri  haqqında 
məlumat  vermişdir.  Tədqiqatçı  Azərbaycan  dilindən  alınma 
sözləri  tematik  qruplar  və  nitq  hissələri  üzrə  ayırmaş, 
nümunələr göstərmişdir (30, 41-64). 
Azərbaycan  dilindən  alınma  sözlər  tat  dilində  struktur  də-
yişikliyə  uğrayır.  Məlumdur  ki,  «başqa  dillərdən  keçmiş  istər 
düzəltmə  və  istərsə  də,  mürəkkəb  sözlər  o  zaman  düzəltmə  və 
ya  mürəkkəb  sözlər  kimi  qəbul  etmək  olar  ki,  həmin  sözlərin 
tərkibində iştirak  edən leksik vahidlər  bu dildə  də  ayrıca leksik 
vahidlər  kimi  işlənmiş  olsun,  eyni  zamanda  düzəltmə  sözləri 
əmələ gətirən ünsür dilimizdə bir çox sözləri əmələ gətirə bilən 
şəkilçi kimi özünü göstərə bilsin» (18, 12). 
Tat  dilinə  keçmiş  sadə  olmayan  söz  tat  dilində  sadə  söz 
kimi qəbul olunur. Məsələn, Azərbaycan dilində düzəltmə olan 
qışlaq,  aylıq;  mürəkkəb  olan  qırxayaq,  qaraqaş.  Tat  dilində 
belə  alınmlar  az  deyil.  Məsələn:  gündəlik,  sınıqçı,  illik, 
yüzlük//yuzduğ, pisduğ//pislik, tutuquşu//tutiquşi, yelbeyin, do-
daqaltı//dudaqaltı və s. 
Bu  sözlər  qiymətli  mülahizələr  olub,  dil  əlaqələrinin 
muxtar  səciyyə  daşıdığı  hallara  aiddir.  Bu  nə  deməkdir?  Bu  o 
deməkdir ki, həmin mülahizə dillərin əlaqəsi bir-birinə (və bir-
birindən) söz alıb-vermə prosesi çərçivəsində özünü doğruldur. 
Amma  Azərbaycan  dili  ilə  tat  dilinin  münasibəti  bu  standarta 
uyğundurmu? Bizcə, yox.  


 
 
 
Gülsüm Hüseynova. Тат дили лексиk fondunun genealожi təhlili  
 
58 
Tat  əhalisi  çoxdan  və  hal-hazırda  bilinqvizm  şəraitində 
yaşayır. Hətta deyə bilərik ki, onun həyatında Azərbaycan dili 
tat  dilinə  nisbətən  daha  mühüm  rol  oynayır.  Azərbaycan  dili 
Azərbaycan  respublikasının  dövlət  dili  olmaqla,  tatların 
həyatında  mühüm  kommunikativ  rol  oynayır.  Bu  dil,  hamı 
kimi,  tatlar  üçün  də  məktəb,  mətbuat,  kütləvi  informasiya 
vasitələri  dilidir.  Tat  övladı  Azərbaycan  dilində  orta  təhsil 
alırsa,  ali  məktəbi  bu  dildə  bitirirsə,  yaxud  əmək  fəaliyyətinə 
bu  dildə  başlayırsa,  onun  Azərbaycan  dili  haqqında  məlumatı 
tat  dili  barəsində  məlumatından  artıq  olur.  Belə  olan  surətdə 
inanmaq  olmur  ki,  tat  mənşəli  gənc  Azərbaycan  dilindən  tat 
dilinə  keçmiş düzəltmə  və  mürəkkəb sözün  əmələgəlmə  üsulu, 
rolu  və  motivlənməsi  barəsində  heç  nə  bilməsin,  onları  sadə 
söz hesab etsin. Yadımıza salaq ki,  Azərbaycan ədəbiyyatının, 
mədəniyyətinin  bir  çox  görkəmli  nümayəndələri  tatlar 
arasından  çıxmışlar.  Bu,  dili  mükəmməl  bilmədən  mümkün 
deyil. 
Azərbaycan  dilindən  alınma  sözlərin  tat  dilində  mənaca 
daralması və genişlənməsi müşahidə olunur. Bununla bağlı bir 
neçə nümunəni nəzərdən keçirək. 
Qol 1. İnsanın bədən üzvü. 2. Paltarın qola düşən və qolu 
örtən  hissəsi.  3.  Ağac  budağı,  şaxə.  4.  Cinah,  tərəf,  səmt.  5. 
İmza  və  s.  (7,  338).  Bu  söz  tat  dilində  qul  şəklində  «imza» 
mənasında işlənir. 
Qoşma 1. Qoşulan, özü hərəkət edə bilməyən. 2. Bir-biri-
nə qoşulan, bağlanan, birləşdirilən. 3. Hər bəndi dörd misradan 
ibarət  lirik  şer  forması.  4.  nitq  hissələrindən  biri  və  s.  Tat 
dilində quşmə sözü şer formasının adını bildirir. 
Qərə «qara» 1. Rəng adı. 2. Yer kürəsinin torpaqla örtülü 
hissəsi.  3.  Plovun  üzərinə,  qoyulan  xuruş  və  s.  Tat  dilində 
sonuncu məna işləkdir. 


Yüklə 6,88 Kb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   46




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə