GüLSÜm hüseynova



Yüklə 6,88 Kb.
Pdf görüntüsü
səhifə17/46
tarix22.11.2017
ölçüsü6,88 Kb.
#11395
1   ...   13   14   15   16   17   18   19   20   ...   46

 
 
 
Gülsüm Hüseynova. Тат дили лексиk fondunun genealожi təhlili  
 
52 
işlənməsi Azərbaycan dilinin fəaliyyətinin özünəməxsusluqları 
ilə bağlıdır. 
 
 
 
 
 
 
 
 
 
 
 
 


 
 
 
Gülsüm Hüseynova. Тат дили лексиk fondunun genealожi təhlili  
 
53 
II F Ə S İ L 
 
 
Tat dilində alınmalar 
 
Alınmalar  tat  dilinin  leksikasında  müəyyən  yer  tutur. 
Onların arasında Azərbaycan dilindən alınmış söz və terminlər 
çoxluq  təşkil  edir.  Eyni  zamanda    Azərbaycan  dili  tat  dilində 
başqa 
dillərdən 
alınmalardan 
istifadə 
məqamlarının 
müəyyənləşdirilməsində  də  mühüm  rol  oynamışdır,  çünki 
azərbaycanlılar  və  tatlar  arasında  canlı  ünsiyyət  vasitəsi 
Azərbaycan dilidir. 
M.L.Qrunberq  yazır:  «Hələ  minilliklər  dövründən  Azər-
baycan  ərazisində  yaşayan  irandilli  xalqların  leksikasına 
Azərbaycan  dilindən  istənilən  qədər  terminsəciyyəli  sözlər 
daxil  olmuşdur»  (71,  118).  Müəllifə  görə,  Şimali  Azərbaycan 
tatlarının  dilində  bu  gün  də  müşahidə  olunan  heyvandarlıqda 
işlənən terminlər, o cümlədən, əbrəş, təpəl, kürə və s. mənşəcə 
Azərbaycan sözləridir.  
Alınma  terminlər  bütün  dövrlər  üçün  səciyəvi  olub,  mü-
asir  dövrdə  də  fəal  mövqe  tutmaqdadır.  Belə  ki,  beynəlxalq 
miqyasda,  eləcə  də  ölkəmizin  sərhədlərindən  kənarda  yaranan 
hər bir elmi yenilik, ixtira, kəşf və s. ümumdünya dil vahidləri, 
predmet  və  ya  məfhumla  birlikdə  dilimizə  daxil  olan  alınma 
terminlər bu qəbildəndir (48, 333). 
Alınma  sözlər  onları  mənimsəyən  dilin  leksik  tərkibində 
heç də bərabər yer tutmur. Onlardan bəziləri onları alan xalqın 
dilində  yenilik  kimi  qəbul  edilərək,  yeni  mənalar  və  ya  məna 
çalarlarını  bildirməyə  başlamış,  dilin  ümumi  söz  ehtiyatına 
daxil  olaraq,  onu  zənginləşdirmiş,  məcburi  element  kimi 
işlədilmiş  və  bu  xalqın  mədəniyyəti  səviyyəsinə  qədər 
yüksəlmişdir. 


 
 
 
Gülsüm Hüseynova. Тат дили лексиk fondunun genealожi təhlili  
 
54 
Son yüz ildə Azərbaycan mədəniyyətinin yüksəlişində bir 
sıra  xalqlar  üçün  ümumi  olan  «Sovet  məkanı»  əhəmiyyətli  rol 
oynamışdır.  Düzdür,  həmin  məkanın  ideoloji  əsaslarından  biri 
olan rus şovinizmi milli respublikalara qarşı mürtəce siyasətini 
həmişə  aparmış,  «beynəlmiləlçilik»  adı  altında  milli-mənəvi 
dəyərləri  sıxışdırmağa  çalışmışdır.  Lakin  şovinizm  «Sovet 
məkanı»nı  heç  də  axıracan  zəbt  edə  bilməmiş,  həmin  məkana 
daxil  olan  türk,  fin-uqor,  monqol,  İran,  İber-Qafqaz,  qədim 
Asiya,  roman,  Baltikyanı  xalqları  da,  Şərqi  slavyan  xalqları 
kimi,  dünya  mədəniyyətinin  uğurlarından  bu  və  ya  digər 
dərəcədə  faydalanaraq,  ümumdünya  (ümümsovet)  prosesind ə 
fəal iştirak edə bilmişlər (74, 12). 
S.Azadəliyeva  rus  dilinin  Azərbaycan  dilinə  təsiri  haq-
qında  yazır:  «Sovet  məkanı»nda  rus  dili  aparıcı  dil  olmuş,  bir 
sıra  xalqlar  öz  elmlərini,  ədəbiyyatlarını,  ictimai-siyasi, 
mənəvi-ideoloji  mədəniyətlərini  və  s.  bu  və  ya  digər  dərəcədə 
məhz  bu  dildə  inkişaf  etdirmişdir.  Azərbaycan  xalqı  isə  həm 
Azərbaycan  dilindən,  həm  də  rus  dilindən  uğurla  istifadə 
etmiş,  lakin  daha  çox  ana  dilinin  inkişafına  diqqət  yetirmişdir 
(5, 3). 
A.Qurbanov  dillərin  qarşılıqlı  əlaqəsi  haqqında  da  yazır: 
«Dilçilikdə  belə  bir  qəti  hökm  var:  dünyada  mövcud  olan 
dillərin  heç  birinin  lüğət  tərkibi  ancaq  öz  sözlərindən  ibarət 
deyil.  Deməli,  dillərin  bir-birinə  söz  alıb-verməsi,  qarşılıqlı 
zənginləşmə  əsasında  inkişafı  obyektiv  qanunauyğunluqlarla 
bağlıdır (44, 88). 
B.A.Serebrennikov  ətraf  mühitin  dilə  təsiri  haqqında 
qeyd  edir  ki,  dünya  dillərinin  heç  biri  şüşə  qapaq  altında  inki-
şaf  etmir.  Ətraf  mühit  həmişə  dilə  təsir  edir  və  onun  müxtəlif 
sahələrində diqqəti cəlb edən izlər buraxır (113, 11). 
R.Əliyeva  Avropa  mənşəli  söz  və  terminlərin  mənimsə-


 
 
 
Gülsüm Hüseynova. Тат дили лексиk fondunun genealожi təhlili  
 
55 
nilməsi ilə bağlı yazır: «Gündən-günə inkişaf edib artan mədə-
niyyətimizin  bütün  mərhələlərində  işlənən  yeni  məfhum  və 
anlayışların  adları,  demək  olar  ki,  Avropa  dillərinə  məxsus 
sözlər  və  ya  onların  əsasında  dilimizdə  düzəlmiş  terminlər 
vasitəsilə  ifadə  edilir.  Bu  gün  Azərbaycan  dilində  ərəb-fars 
sözləri  ilə  yanaşı,  dünyanın  ən  geniş  yayılmış  Avropa  dil-
lərinin-latın,  yunan,  ingilis,  fransız,  holland,  alman,  is pan, 
italyan, polyak və s. sözləri işlənir (25, 113). 
Ərəb  alınmaları.  Mövcud  tədqiqatlarda  İran  dillərində 
işlənən  ərəb  sözlərinin  leksik  və  qrammatik  xüsusiyyətləri  ilə 
bağlı məsələlər öz əksini tapmışdır (122, 178-184; 121, 17-29). 
Əl-Abbasi  Xeyruddin  Nəşət  sözlərin  alınma  prosesinin 
bilavasitə  xalqın  tarixi  ilə  bağlı  olduğunu  qeyd  edərək  yazır: 
«Sözlərin  alınması  zamana  və  məkana  görə  baş  verən  mürək-
kəb  dialektik  proses  qəbul  edən  dilin  müntəzəm  inkişafına  və 
təkamülünə  xidmət  edən  vasitələrdən  biridir.  Bu  proses  dilin 
lüğət  tərkibində  daha  çox  açıq-aydın  şəkildə  özünü  göstərir. 
Sözlərin alınma prosesi bilavasitə xalqın tarixi ilə  bağlıdır. Bu 
prosesi,  yalnız  dilin  daşıyıcısı  olan  xalqın  tarixi  və 
təkamülünün  öyrənilməsi  fonunda  tədqiq  etmək  və  anlamaq 
olar (23, 17). 
V.İ.Koduxovun qeyd etdiyi kimi, «Sözlərin alınması dilin 
lüğət  tərkibinin  zənginləşməsinin  fəal  yaradıcılığı  prosesidir. 
Söz  və  terminlərin  alınması  həm  ictimai  hadisə,  həm  də  dil 
prosesidir» (83, 223). 
A.Qurbanov  alınma  sözləri  dörd  qrupa  bölür:  zəruri  söz-
lər;  məcburi  sözlər;  adi  sözlər;  beynəlmiləl  sözlər.  O  yazır: 
Ancaq  keçdiyi  və  mənsub  olduğu  dillərdə  bu  və  ya  başqa 
anlayışı  ifadə  edən  sözlərə  adi  alınma  söz  deyilir.  Məsələn: 
qanun,  əsas,  əlamət,  zövq,  imkan.  Bir  sıra  müxtəlif  sistemli 
dünya 
dillərində 
işlənib, 
elmə, 
texnikaya, 
siyasətə, 


Yüklə 6,88 Kb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   46




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə