GüLSÜm hüseynova



Yüklə 6,88 Kb.
Pdf görüntüsü
səhifə15/46
tarix22.11.2017
ölçüsü6,88 Kb.
#11395
1   ...   11   12   13   14   15   16   17   18   ...   46

 
 
 
Gülsüm Hüseynova. Тат дили лексиk fondunun genealожi təhlili  
 
46 
rən  «vidalaşmaq»,  bağırmiş  birən  «bağırmaq»,  çərənləmiş  bi-
rən  «çərənləmək»,  sızıldamiş  birən  «sızıldamaq»,  pıçıldəmiş 
birən  «pıçıldamaq»,  xəbər  ustarən  «xəbər  almaq»,  sual  dərən 
«sual  vermək»,  təhnə  zərən  «tənə  vurmaq»,  qinəmiş  saxtən 
«qınamaq». 
4.  Hissiyyat  bildirən  fellər:  utanmiş  birən  «utanmaq», 
qızarmiş  birən  «qızarmaq»,  çəkinmiş  birən  «çəkinmək»,  se-
vinmiş birən «sevinmək», qəzəblənmiş birən «qəzəblənmək». 
5. Hal-vəziyyət bildirən fellər: üzülmüş birən  «üzülmək», 
cırələşmiş birən «cırlaşmaş», sinixmiş birən «sınıxmaq». 
6. Təfəkkürlə bağlı olan fellər:  anləmiş  birən  «anlamaq», 
qammiş birən «qanmaq», düşimiş birən «düşünmək». 
7.  Səstəqlidi  sözlərdən  düzələn  fellər:  anqirmiş  birən 
«anqırmaq»,  guruldəmiş  birən  «guruldamaq»,  mələmiş  birən 
«mələmək»,  uləmiş  birən  «ulamaq»,  xırıldəmiş  birən  «xırılda-
maq». 
Azərbaycan dili tat dilinin hər sahəsinə təsir etsə də, dilin 
fel  hissəsi,  demək  olar  ki,  sabit  qalmışdır.  Belə  ki,  tat  dilinin 
Azərbaycan 
dilindən 
çoxlu  alınmalar  qəbul  etməsinə 
baxmayaraq,  onların  arasında  alınma  fellərə  rast  gəlmək 
olmur.  Lakin  Azərbaycan  dilindən  feli  sifət  formasında  və 
kökü,  ya  da  əsası  substantivləşməklə  keçən  sözlər  çoxdur. 
Bunlar  dilin  özünəməxsus  felləri  ilə  işlənərək,  analitik  üsulla 
fellərin yaradılmasında mühüm rol oynayır. 
Bunlardan  başqa,  dildə  alınma  adlardan  da  analitik  yolla 
fellərin  yaradılmasında  geniş  istifadə  olunur.  Onların  da  fel 
kimi  formalaşmasında  tat  dilinin  həm  köməkçi,  həm  də 
müstəqil  mənalı  felləri  həlledici  rol  oynayır.  Onlar  ancaq  ad 
formasında  keçərək,  mürəkkəb  fellərin  yaranmasında  iştirak 
edir. 
Saxtən  «etmək,  eləmək»  köməkçi  feli  ilə  işlənən  alınma-


 
 
 
Gülsüm Hüseynova. Тат дили лексиk fondunun genealожi təhlili  
 
47 
lar:  asmiş  saxtən  «asmaq»,  bəxişdəmiş  saxtən  «bağışlamaq», 
buyurmiş  saxtən  «buyurmaq»,  küçürtmiş  saxtən  «köçürtmək», 
ütürmüş saxtən «ötürmək», sınəmiş saxtən «sınamaq» və s. 
Birən  «olmaq»  köməkçi  feli  ilə  işlənən  fellər:  quşulmiş 
birən  «qoşulmaq»,  daralmiş  birən  «daralmaq»,  darixmiş  birən 
«darıxmaq». 
Dərən  «vermək» feli ilə işlənən fel: bürmiş/burmiş dərən 
«burmaq»,  fırlatmiş  dərən  «fırlatmaq»,  əşələmiş  dərən  «eşələ-
mək». 
Qeyd edilən fellər alınma fel kökləri ilə də işlənərək, yeni 
fellər  yaradır.  Bəzi hallarda  analitik  felin  birinci tərkib  hissəsi 
həm fel kökü, həm də keçmiş zaman feli sifət forması ilə ifadə 
olunur. 
Məsələn: 
dürt 
saxtən, 
dulaş/dulaşmış 
birən 
«dolaşmaq», dəgiş/dəgişmiş saxtən «dəyişmək». 
Amma  Azərbaycan  dilində  bu  şəkilçi  çoxfunksiyalıdır: 
onun köməyi ilə həm feli isim (feldən əmələ gəlmiş isim), həm 
də felin qarşılıq-müştərək məna növü yaranır. 
Bəs belə bir vəziyyət tat dilində necə əks olunur? Söz yox 
ki,  Azərbaycan  dilindən  alınma  adlar  və  fellərin  iştirakı  ilə 
yaranan  fellərin  tat  dilində  müqabilləri  olmuşdur,  yaxud  var. 
Bunu  ondan  bilmək  olur  ki,  həmin  mənalar  və  onların  ifadə 
formaları  başqa  İran  dillərində  Azərbaycan  dilinin  müdaxiləsi 
olmadan  mövcuddur.  Belə  olan  halda,  analitik  formalarının, 
özü  də  birinci  tərkib  hissəsi  başqa  dilə  mənsub  olan  formalara 
nə  ehtiyac  var?  Bizə  belə  gəlir  ki,  burada  dilin  işarəvilik  yox, 
kommunikativlik  funksiyası  mühüm  rol  oynamışdır.  Yəni,  tat 
dilinə  məxsus  olan  sadə  fellərdə  məna  daha  mücərrəd  olub, 
analitik  formadakı  ifadəlilikdən  xali  olmuşdur.  Bu  boşluğu 
analitik forma belə aradan qaldırır. 
S.Cəfərovun  fikrincə,  hərəkətin  subyekt  və  obyektə  mü-
nasibəti  mənasını  əmələ  gətirən  bu  şəkilçi  qrammatiklikdən 


 
 
 
Gülsüm Hüseynova. Тат дили лексиk fondunun genealожi təhlili  
 
48 
çox  leksikliyə  doğru  meyl  göstərir  və  onunla  işlənən  söz 
substantivləşməyə məruz qalır (18, 125). 
Bu  qrupa  aid  leksik  vahidlərə  dildə  çox  az  təsadüf  etmək 
olur.  Bunlardan  aşağıdakıları  qeyd  edə  bilərik:  qəriş  saxtən 
«qarışdırmaq»,  qəriş  birən  «qarışmaq»,  guzət  saxtən 
«gözləmək»,  sataş  birən  «sataşmaq»,  təp  dərən  «təpmək»,  tuş 
saxtən «tuşlamaq», bocər saxtən «bacarmaq», vuruş birən «vu-
ruşmaq», quş birən «qoşulmaq», quş saxtən «qulaq asmaq» və 
s. 
Alınma  adlar  və  başqa  nitq  hissələrinə  mənsub  sözlərin 
hesabına  olur.  Alınma  adlar  birinci  qrup  leksemlər  kimi,  dilin 
özünə məxsus köməkçi və müstəqil mənalı fellərinə yanaşaraq, 
mürəkkəb  quruluşlu  fellər  yaratmağa  xidmət  edir.  Felin  ad 
hissəsi effektivliyi təmin edir, köməkçi felsə buna prosesuallıq 
mənasını əlavə edir. 
Alınma  adlar  və  başqa  nitq  hissələrinə  mənsub  olan  söz-
lərdən  dilin  özünə  məxsus  saxtən  «etmək»  köməkçi  feli  ilə 
hibrid  mürəkkəb  fel  əmələ  gətirir:  rəhbəri  saxtən  «rəhbərlik 
etmək», sakit saxtən «sakit etmək», yovoş saxtən «yavaşımaq». 
Alınma  adlar  və  başqa  nitq  hissələrinə  mənsub  sözlərdən 
dilin  özünə  məxsus  birən  «olmaq»  köməkçi  feli  ilə  düzələn 
hibrid  mürəkkəb  fellər:  şahad  birən  «şahid  olmaq»,  qohum 
birən  «qohum  olmaq»,  səhəb  birən  «sahib  olmaq»,  alt-üst 
birən «alt-üst olmaq», ağ birən «ağ olmaq» və s. 
Analitik  üsulla  düzələn  fellərin  müəyyən  hissəsi  isə  alın-
ma  sözlərlə  tat  dilinə  məxsus  müstəqil  mənalı  fellər  hesabına 
düzəlir.  Cümlə  daxilində  müstəqil  məna  ifadə  edən  bir  sıra 
fellər  müxtəlif  nitq  hissələrinə  mənsub  alınma  sözlərlə 
işlənərək,  mürəkkəb  fellər  əmələ  gətirir.  Bu  zaman  həmin 
fellər  öz  həqiqi  mənasını  itirərək,  məcazi  mənada  işlənir.  Tat 
dilinə  məxsus  müxtəlif  müstəqil  fellərin  iştirakı  ilə  əmələ 


Yüklə 6,88 Kb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   46




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə