GüLSÜm hüseynova



Yüklə 6,88 Kb.
Pdf görüntüsü
səhifə23/46
tarix22.11.2017
ölçüsü6,88 Kb.
#11395
1   ...   19   20   21   22   23   24   25   26   ...   46

 
 
 
Gülsüm Hüseynova. Тат дили лексиk fondunun genealожi təhlili  
 
71 
245). 
Qədim  türk  sözləri  lüğətində  «amra-»  sözü  «sevmək»  mə-
nasında  verilmiş,  onun  bir  sıra  derivatları  –  amrak  «sevmək», 
amrançığ  «sevgili»,  «yar»,  amranmaq  –  «məhəbbət,  sevgi,  gös-
tərmək»,  amranmağlıq  «sevgi,  məhəbbət  oyadan»  və  nəhayət, 
amraq – «sevgili», «yar» derivatları qeyd edilmişdir (78, 41-42). 
Müq.et: imrənmək «mehr göstərmək» (7, 257). 
Qiziz  «xəsis» (Q.). Qədim türk sözü olan qiz eyni seman-
tikaya  malikdir.  Türk  dillərində  bu  söz  kökünün  müxtəlif 
mənaları  –  müasir  dildə  işlənən  «qız»,  «bahalı,  qiymətli», 
«xəsis»,  «ac»  mənalarını  ifadə  etməsi  göstərilmişdir  (78,  449-
450).  Azərbaycan  dilində  «qızırğanmaq»  «əsirgəmək»,  «xə-
sislik  etmək»,  «verməyə  əli  gəlməmək»,  «bir  şeyi  başqasına 
çox  görmək»  mənasında  mühafizə  olunmuşdur  (18,  507). 
Həmçinin müq.et: qirnis «xəsis» (7, 336). 
Qizluq  «çatışmazlıq»,  «qıtlıq»  (Q.,  Dəv.,  Xaçm.).  Tat 
dilində bu söz «quraqlıq nəticəsində taxıl çatışmamazlığı» mə-
nasında  işlənir.  Onun  «qiz»  kökündən  -luq  şəkilçisi  ilə 
düzəlməsi  şübhə  doğurmur.  Qeyd  edək  ki,  bu  söz  «qıtlıq», 
«qəhətdik»,  «aclıq»,  «bahalıq»  mənalarında  Azərbaycan  dilin-
də  işlənmişdir.  Ş.Xəlilov  bu  sözün  göstərilən  mənalarına  aid 
konkret nümunələr vermişdir: Qızluq dünyayı dutdı… Qızlığ ilə 
qamusı zar oldılar. Müəllif Mustafa Zəririn «Yusif və Züleyxa» 
poemasının  dilində  işlənmiş  türk  mənşəli  arxaizmlərdən  bəhs 
edərkən,  bu  sözü  qeyd  etmiş,  onun  «Təfsir»də  (XII-XIII), 
Qütbün  «Xosrov  və  Şirin»,  Seyfi  Sarainin  «Gülüstan» 
poemalarında,  həmçinin,  orta  əsr  türk  ədəbiyyatında  da 
«bahalıq»,  «qıtlıq»,  «aclıq»  və  s.  məna  çalarlıqları  yaratmasını 
göstərmişdir  (40,  34).  Qıtlıq  taxılın  olmaması,  aclıq  və  ça-
tışmazlığı  bildirir.  Bu  mənada  quraqlıq  nəticəsində  taxıl  ça-
tışmazlığını  bildirmək  üçün  tatların  bu  sözü  işlətməsi  qədim 


 
 
 
Gülsüm Hüseynova. Тат дили лексиk fondunun genealожi təhlili  
 
72 
türk sözünün semantikasına tam müvafiq gəlir. 
Qart  «qoca»,  «əldən  düşmüş»  (insan  haqqında)  (Lah., 
Məl.).  Qədim  türk  leksik  qatına  aid  sözdür.  Şübhə  yoxdur  ki, 
qarı  sözü  də  bununla  bağlıdır.  V.Aslanov  göstərir  ki,  qarı 
sözünə  «qoca,  qocalmaq»  mənalarında  bütün  abidələrdə  rast 
gəlinir.  Müasir  Azərbaycan  dilində  «qoca  qadın»  mənasında 
işlənir.  Sözün  kökünün  «qar»  olması  ehtimalı  var.  Qart  məhz 
bu kökdən törəmədir . 
Qisqi  «sıxma»,  «təzyiq».  Əsasən,  lahıc  ləhcəsində  qeydə 
alınmışdır.  Mənə  qe  qısqi  məti.  «Mənə  çox  təzyiq  göstərmə» 
(Lah.).  Qədim  türk.  qis  sözündəndir.  Müasir  dildə  işlənən 
qısmaq  feli  də  yaxın  semantika  daşıyır.  Azərbaycan  dilində 
işlənən  «boynunu  qısmaq»  sıxıntı  və  və  çətinliklə  bağlı 
olduğundan, tərkibdəki qıs «sıxma» anlamına yaxındır. 
Diriq  «arıq».  Türk  dilərində  işlənən  turuk  sözü  ilə  eyni 
anlamdadır  və  şübhəsiz  ki,  bu  söz  əsasında  formalaşmışdır. 
Müasir  Azərbaycan  dilində  arıq-tırıq  ifadəsində  qorunub  sax-
lanmışdır.  
Dirrik//dirlik  «ailənin  ehtiyacını  ödəyən,  bostan»,  «bağ». 
Mənbə etibarilə qəd. türk. tirilik «həyat» sözü ilə bağlıdır. 
Dəzgəçi  «ovçu»  (Qon.  k.).  Bu  söz  qədim  türk  sözü  olan 
tuzaq//duzaq  «tələ»  sözünün  əsasında  formalaşmışdır.  Lap  qə-
dimdə  ov,  silahla  yanaşı,  tələ  ilə  tutulmuşdur.  Tələ  ilə  ov 
edənlər tuzaqçı demişdir.  
Bo(bö)  «böyə».  Türk  dillərində  bu  söz  böq  fonetik  vari-
antında  işlənir.  Maraqlıdır  ki,  tat  dilində  bu  sözün  böqcə  de-
rivatı  var.  Həmin  söz  «qorxulu»  anlamında  işlənir.  Derivatın 
tərkibindəki  -ca  şəkilçisinin  türk  dillərinə  məxsusluğu  heç  bir 
şübhə doğurmur.  
Suqra//suvra «gil qab» (Dəv., Xaçm.). 
Ostin «paltarın qolu» (Lah.). Pəncəkə ostini qutəhi «Pen-


 
 
 
Gülsüm Hüseynova. Тат дили лексиk fondunun genealожi təhlili  
 
73 
cəyin  qolu  qısadır».  Qədim  türk  dilində  bu  söz  (astın)  «aşağı» 
mənasını bildirmişdir (78, 61). 
Çığrığ  «qarqara,  makara,  sap  çarxı»  (Lah.).  Umhəli 
nəneman  əzin  çığrığhon  bafuruxtanbı.  «O  vaxtlar  nənəm  bu 
sap çarxından satırdı». Bu söz türk dillərində müəyyən fonetik 
dəyişikliklə həmin mənada işlənmişdir (78, 148). 
Qırt «az, kəsik» (Lah.). Mü sərə qırt-qırt soxte «Başının 
tükünü  kəsik-kəsik  edib».  Həmin  söz  türk  dillərində  eyni 
fonetik tərkibdə və eyni mənada işlənmişdir (78, 442).  
Dağar «mal, qoyun, keçi dərisindən tikilmiş kisə» (Lah.). 
Dağara  biyor  bərə  «Dağarı  gətir  bura».  Bu  söz  lüğətlərdə 
müəyyən  fonetik  dəyişikliklə  «kisə,  torba»  mənasında  qeydə 
alınmışdır  (78,  588).  Müq.et: az.  əd.  dağarcıq,  az.  dial.  dagar 
(7, 116). 
Tuş  «tuş  gəlmək,  rast  gəlmək»  (Lah.).  Tuş  umoran  «rast 
gəlmək».  Qədim  türk  dillərində  də  bu  söz  tuş  formasında, 
həmin  mənada  işlənmişdir  (78,  590).  Müq.et:  az.əd.  tuş 
gəlmək, tuşlamaq, tay-tuş. 
Uruğ-turuğ  «nəsil,  nəvə,  nəticə»  (Lah.).  Mənə  uruğ-tu-
ruğman  həmmeyi  misgəri  sənətirə  kor  fidoştond.  «Mənim 
uruğ-turuğumun hamısı misgərlik sənəti ilə məşğul olmuşdur». 
Lüğətlərdə  bu  sözlər  ayrı-ayrılıqda  müvafiq  olaraq  «nəsil, 
kök»  və  «arıq,  əldən  düşmüş»  mənalarında  işlənmişdir  (78, 
588, 615). 
Ütüg  «zirək»,  «diribaş»  (Xaç.,  Dəv.,  Q.).  Bə  bore  ə  dəst 
ütügi.  «İş  barədə  əldən  itidir».  Mahmud  Kaşğirinin  lüğətində 
bu söz həmin mənada göstərilmişdir (42, 99). 
Arxış  «dua»  (Lah.).  Um  ruz  ye  arxışi  qazanc  soxti.  «Bu 
gün  bir  arxış  (alqış)  qazandın».  Qədim  türk  dillərində  bu  söz 
«səs, səda» mənasını ifadə etmişdir (42, 123). 
Kəsüy  «yazıq»,  «fağır»,  «qəlbisınıq»  (Q.,  Dəv.).  Kəsüyə 


Yüklə 6,88 Kb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   46




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə