GüLSÜm hüseynova



Yüklə 6,88 Kb.
Pdf görüntüsü
səhifə25/46
tarix22.11.2017
ölçüsü6,88 Kb.
#11395
1   ...   21   22   23   24   25   26   27   28   ...   46

 
 
 
Gülsüm Hüseynova. Тат дили лексиk fondunun genealожi təhlili  
 
77 
«uzaq  əmi»,  gal  (zərən)  «çağırmaq»,  da  «pis  (uşaq  dilində)», 
  «xırda  balıq»,  çəh  «çirk,  kir»,  ərsi  «toy»,  keret  «dəfə»
*

ləhmə  «palçıq»,  zə  rəyin  «meşə  ağacı»,  şə  di  «gavalı  növü», 
həsü «xəşil» sözlərini bu qəbildən sayır (22, 151). 
Fars alınmaları –  Azərbaycan tatlarının ləhcə  və şivələ-
rində  işlənən  fars  mənşəli  sözlər  agah//agoh//aqah//aqoh 
«agah»,  ahən//ohun  «dəmir»,  bab//bob  «layiq,  münasib»,  ba-
bat//bobət//babut,  orta  hal,  «vəziyyət»,  baxış//bəxş  «bəxşiş, 
bağışlama,  hədiyyə,  ehsan»;  «mərhəmət,  şəfqət»,  birinc//bü-
rünc  «düyü»,  buy//bü  «iy»,  bilind//bülünd//bülənd  «uca,  yük-
sək,  hündür»,  qədirdan//qədirdan  «qədir  bilən,  qiymət  bilən», 
damad//domod 
«kürəkən», 
dəstgirə//dəstgir/dəsgir 
«qulp, 
dəstək»; «səbət», dilkəş//dilkeş «könül çəkən, cəlbedici, xoşagə-
lən,  valehedici;  «muğam  adı»,  diltanq//diltənq//diltəng  «qəlbi, 
ürəyi  sıxılan,  darıxan;  «dilxor,  məyus»,  ənar//ənor  «nar», 
yek//yək  «bir,  tək»,  kam//kom  «mətləb,  istək,  arzu,  murad», 
kaman//kamon  «yay»  (silah);  «qövs»,  kar//kor  «iş,  əməl,  məş-
ğələ,  peşə»;  kisəbur  «cibgir,  oğru»,  kur  «kor»,  kuh  «dağ», 
gürg//girg//qurq  «canavar»,  lağar//loğər  «arıq,  zəif,  cansız», 
ləziz  «ləzzətli,  dadlı»,  lərzə  «titrəyiş»,  ləbələb  «kənarına  qə-
dər,  dopdolu»,  mahi//mohin  «balıq»,  ləng//lanq//lənq  «çolaq, 
şikəst,  axsaq»;  «usanma,  dayanma,  gecikmə»;  məğz  «beyin, 
ağıl»;  «damaq»;  «bir  şeyin,  məsələnin  əsli,  əsası,  canı»,  mü-
lüh//mələh//mələx  «çəyirtkə»,  mərd//mard  «kişi»;  «ər»;  «adam», 
muy//mu//mü  «tük,  saç,  tel»;  micə//micə  «kiprik»,  peyda//pöydö 
«aşkar,  zahir,  meydanagəlmə,  çıxma»,  peyman//peymun  «and, 
əhd»; «bağlaşma, razılaşma»; rubah//ruva «tülkü», rubaru//rübə-
 «üz-üzə, üzbəüz». 
 
Tat dilində rus dilindən alınmalar.  
 


 
 
 
Gülsüm Hüseynova. Тат дили лексиk fondunun genealожi təhlili  
 
78 
XIX  əsrin  birinci  yarısında  Azərbaycanın  Rusiyaya  il-
haq  edilməsindən  sonra  Azərbaycan  xalqı  ilə  rusların  arasında 
ictimai-iqtisadi,  siyasi  və  mədəni  əlaqələr  inkişaf  etmiş  və 
genişlənməyə  başlamışdlır.  Bu  dövrdən  başlayaraq,  rus 
dilindən Azərbaycan dilinə sözlər keçməyə başlamışdır. Zaman 
keçdikcə  belə  sözlərin  sayı  artmışdır.  Rus  dilindən  alınmalar 
Azərbaycan  dili  vasitəsilə  tat  dilinə  də  daxil  olaraq 
işlənməkdədir  (65,  102-103).  Məs:  qarnizun,  kamandir
kapitan,  podpolkovnik,  pulk,  saldat,  mayur,  buxaltir,  matrus
maşinist//moşinçi,  şovir  (şofer),  tıraxturist//traxturçi,  sumo-
var//sümovar/simvar,  vedrə,  lum,  bulaşə  (yubka),  rumkə,  qu-
ruşkə//kuruşkəfənar, siliscimix//cimix  (cmıx), abedçuxutkə 
(çaxotka-dan, pirvoy/surt (əla növ), zoud (zavod). 
 
Tat dilində digər dillərdən alınmalar
 
Dağ  yəhudilərinin  dilində  qədim  yəhudi  sözləri  qorunub 
saxlanmışdır.  Alınma  dili  öz  döğma  dilinə  çevirən  (bunun 
analogiyası  dünya  xalqlarında  olduqca  çoxdur)  yəhudilər  ailə-
məişət,  xüsusilə  din  və  onun  mərasimlərinə  dair  leksik 
vahidləri  (bunların  bəziləri  yəhudi  dili  ilə  qohum  olan  qədim 
ərəb dili leksemləri ilə eyniyyət təşkil edir) tat dilinə gətirmiş, 
beləliklə  də,  alınma,  özününkü  olmayan  (qeyri-semit  dil  olub, 
İran  dillər  qrupuna  daxil  olan)  tat  dilini    bir  növ 
özününküləşdirmiş,  ona  milli-semit  tərkibi  vermişlər.  Bu  da 
təbiidir.  Çünki  yəhudilər  tat  deyillər,  Azərbaycana  gələndən 
sonra  tat  dilini  qəbul  etmişlər.  (Yaxın  vaxtlara  qədər 
Azərbaycanda  olmuş,  bu  torpağa  köçüb  gəlmiş  bəzi  tatdilli 
erməni  kəndlərinin  əhalisi  kimi).  Məs.:  Tat  dilində  müsəlman 
ay  adları  ilə  yanaşı,  indi,  əsasən,  Avropa  ay  adları  işlədilir. 
Yəhudilərsə  mart  ayının  20-21-dən  başlanan  aylar  qədim 


 
 
 
Gülsüm Hüseynova. Тат дили лексиk fondunun genealожi təhlili  
 
79 
yəhudi  adları  ilə  adlandırırlar:  nisan  (mart-aprel),  iyer  (aprel-
may),  sivon  (may-iyun),  tomuz  (iyun-iyul),  ov  (iyul-avqust),  ilül 
(avqust-sentyabr),  tişri  (sentyabr-oktyabr),  xəşvon  (oktyabr-
noyabr),  kisləv  (noyabr-dekabr),  divid  (dekabr-yanvar),  şəvəd 
(yanvar-fevral), odor (fevral-mart; uzun ildə: voodor).   
Dağ  yəhudiləri bu  gün belə danışdıqları tat  dilində  yəhu-
di-semit  (ivrit)  dilinin  ən  qədim  qatlarına  gedib  çıxan  çoxlu 
dini,  ailə-məişət  termin-sözlərini  işlədirlər.  Bu  leksik  vahidlər 
bu  gün  də  həmin  ləhcənin  sabit  leksik  tərkibini  təşkil  edir. 
Həmin  ləhcədən  gətirdiyimiz  aşağıdakı  materiallar  buna  misal 
ola  bilər:  baxur  «cavan»,  bit  «ev»,  broxo  «xeyir-dua»,  barux 
«xeyir-dua  verilmiş  (iş,  adam)»,  bəhimo  «heyvan»,  cədoy 
«qurbanlıq  (heyvan)»,  quf  «bədən,  vücud»,  qənidim  «cənnət», 
qadeş  «müqəddəs»,  qadüş  «mərhuma  oxunan  dua»,  qolut 
«qovulma,  sürgün»,  qıyno  «matəm  mahnısı»,  dofus  «möhür», 
dohan  «ruhani  atanın  dua  oxuyanda  ekstaz  vəziyyəti»,  dərəşo 
«dua  (oxunan)»,  zəxüt  «yaxşılıq»,  zox  «paklıq»,  zəmiro  «dini 
mahnı  oxuma»,  zəmirüt  «dini  mahnıları  oxuyan  şəxs»,  bəs 
«qərb», id «şahid», isroylümə «yəhudi dinini təbliğ edən şəxs», 
kadim  «şərq»,  timon  «cənub»,  sofun  «şimal»,  kətubo  «kəbin 
kağızı», sinaqoqda «təsdiqlənmiş sənəd», kəllo «gəlin», lovonə 
«ay»,  mesovo  «qəbir  (əlhət)  daşı,  baş  daşı»,  miğdoş  «məbəd», 
midbor  «səhra,  çöl»,  midraş  «mədrəsə»,  mizbəyax  «qurban 
kəsilən  yer»,  miyus  «murdar»,  «napak  (adam,  heyvan)»,  milo 
«sünnət», minhəq  «dini adət, mərasim», misva  «müqəddəs dini 
borc»,  «din xatirinə  xeyirxahlıq»,  molqut  «şəhid»,  moloxo  «iş, 
fəaliyyət»,  molxut  «ağa,  hökmdar»,  moləxo  «pıçaq»,  motono 
«allah vergisi»,  moşiyax  «ziyarət»  (messiya),  müri  «müəllim», 
məsliyax  «müvəffəqiyyət»,  namaz  «namaz»,  nimaz  «yəhudi 
kilsəsi»  (sinaqoq),  nişir  «artal»,  novi  «peyğəmbər»,  nəşumo 
«can,  ruh»;  odomi  «adam»,  olo  «aid»  (özünə  bəraət  zamanı), 


Yüklə 6,88 Kb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   46




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə