GüLSÜm hüseynova



Yüklə 6,88 Kb.
Pdf görüntüsü
səhifə28/46
tarix22.11.2017
ölçüsü6,88 Kb.
#11395
1   ...   24   25   26   27   28   29   30   31   ...   46

 
 
 
Gülsüm Hüseynova. Тат дили лексиk fondunun genealожi təhlili  
 
87 
zisində  bu,  başqa  İran  dilləri  ilə  olan  əlaqələri  özündə  bir-
ləşdirir.  Dağıstan  ərazisində  yaşayan  tatların  dili  Dağıstan 
dilləri və rus dili ilə qarşılıqlı əlaqələr şəraitindədir.  
Azərbaycan-tat dil əlaqələri çox qədim tarixə malikdir və 
bu  məsələ  haqqında  tat  dilinin  ilk  tədqiqatçıları  da  fikirlər 
söyləmişlər.  
Mövcud  tədqiqatlardan  aydın  olur  ki,  Xəzərətrafı  ərazidə 
yayılmış tat dili ilə digər İran dillərinin dialekt və ləhcələrinin 
fərqləndirilməsində  dilçilər  arasında  fikir  müxtəlifliyi  özünü 
göstərir.  Tat  dilinin  İran  dilləri  ailəsində  tutduğu  yer,  bu  dilin 
onun  ayrı-ayrı  ləhcələrinin  fərqi  məsələsi  də  dilçilər  arasında 
mübahisə  obyektidir.  Lakin  nəzərə  çarpan  fərqlər  dil  əlaqələri 
müstəvisində  nəzərdən  keçirilməmiş,  dil  əlaqələrinin  təsiri  ilə 
bağlı fərqlərə fikir verilməmişdir.  
Dil  əlaqələri  prosesində  başqa  dilin  təsirinə  ən  tez  və  ən 
çox  məruz  qalan  dilin  leksik  sistemidir.  Hər  bir  dil  əlaqədə 
olduğu dildən sözlər alır. Tat dilinin bütün ləhcə və şivələrində 
Azərbaycan  dilindən  və  ya  Azərbaycan  dili  vasitəsi  ilə  digər 
dillərdən alınmış sözlər müəyyən çoxluq təşkil edir.  
Azərbaycan  və  tat  xalqlarının  uzunəsrlik  tarixi  əlaqələri 
nəticəsində  bu  xalqların  dillərində  qarşılıqlı  şəkildə  söz  alın-
ması prosesi baş vermişdir. Bu alınmaların xarakteri keyfiyyət 
etibarilə  bir-birindən  fərqlənir.  Azərbaycan  dili  leksik 
səviyyədə  ümumən  tat  dilinə  təsir  etdiyi  halda,  tat  dili  daha 
çox  qonşuluqda  yaşayan  bu  və  ya  digər  dialekt  nüma-
yəndələrinin məhəlli şivələrində iz buraxmışdır.  
Ümumiyyətlə,  Azərbaycan  klassiklərinin,  eləcə  də,  şair 
və  yazıçılarının  əsərlərində,  o  cümlədən,  Mikayıl  Müşfiqin, 
Cəfər  Cabbarlının,  Sabirin,  Rəsul  Rzanın  və  başqalarının 
əsərlərində  müasir  tat  dilində  işlənən  bir  sıra  sözlər  qeydə 
alınır.  


 
 
 
Gülsüm Hüseynova. Тат дили лексиk fondunun genealожi təhlili  
 
88 
Azərbaycanda  müxtəlif  xalqların  nümayəndələri  yaşadı-
ğından,  tatların  məskən  saldıqları  ərazilərdə  bu  xalqların 
nümayəndələri  ilə  də  dil  əlaqələri  baş  vermişdir.  Məsələn,  tat-
qrız  dil  əlaqələri  nəticəsində  bir  sıra  tat  sözləri  qrız  dilinə 
keçmişdir.  
Azərbaycan  tatlarının  dilinin  leksik  tərkibini,  əsasən, 
ümumiran  mənşəli  sözlər  təşkil  edir.  Qeyd  olunmalıdır  ki,  bu 
leksik  vahidlərə  tat  dilinin  digər  ləhcələrində  də  ya  heç  bir 
dəyişikliyə  uğramadan,  ya  da  müəyyən  fonetik  və  semantik 
dəyişikliklərlə  rast  gəlmək  olur.  Tat  dilində  alınma  leksik 
vahidlər  də  xüsusi  yer  tutur.  Bunlar,  əsasən,  Azərbaycan 
dilindən  və  Aərbaycan  dili  vasitəsilə  digər  dillərdən  keçən 
sözlər və terminlərdir. 
Azərbaycan-tat  dilinin  leksik  tərkibinin  bir  hissəsini 
müxtəlif  şivələrin  özünəməxsus  leksikası  təşkil  edir,  bu  spe si-
fika  tat  şivələrini  bir-birindən  fərqləndirir.  Ayrı-ayrı  tat 
şivələrindən  toplanmış  materiallar  əsasında  müəyyən  sayda 
spesifik  söz  və  terminlər  qeydə  alınmışdır.  Tat  mənşəli  leksi-
kaya  daxil olan söz və  terminlər,  əsasən,  təsərrüfatın mü əyyən 
sahələri ilə bağlıdır.  
Tat  dilinin  ayrı-ayrı  ləhcə  və  şivələrinin  leksikası  ilə 
bağlı  aparılmış  araşdırmalar  göstərir  ki,  hər  bir  ləhcədə,  bir 
çox  hallarda  hər  bir  şivədə  işlənən  sözlər  arasında  fərqlər  və 
oxşarlıqlar var.  
Azərbaycan  tatlarının  dilinin  lüğət  tərkibini,  ilk  növbədə 
dörd  əsas  qrup  (spesifik  sözlər;  ümumiran  mənşəli  sözlər; 
alınma sözlər; hibrid sözlər) ayırmaq mümkündür.  
Tat dilinin başqa türk dilləri ilə əlaqələri də qədim tarixə 
malik  olmuşdur.  Ona  görə  də  bu  dilə  keçmiş  türk  mənşəli 
sözlərin  az  olmayan  bir  qismi  ümumtürk  mənşəlidir.  Həmin 
alınmaları  türkizmlər  kimi  qruplaşdırmaq  mümkündür.  Tat 


 
 
 
Gülsüm Hüseynova. Тат дили лексиk fondunun genealожi təhlili  
 
89 
dilindəki  başqa  alınma  sözləri  aşağıdakı  qruplara  bölürük:  1) 
müasir  Azərbaycan  dilindən  alınmalar;  2)  rus  dilindən 
alınmalar; 3)  ərəb-fars dillərindən alınmalar; 4) başqa dillərdən 
(Dağıstan  dilləri,  ivrit  və  s.)  alınmalar.  Alınmalar  tat  dilinin 
birbaşa  və  dolayısı  ilə  təmasda  olduğu  dillərdən  aldığı  söz  və 
terminlər hesabına yaranmış leksik layı əhatə edir.  
Azərbaycan  tatlarının  dilindəki  vəlg  (yarpaq),  pustə  (qa-
bıq),  künküro  (soğansu),  guştoy  (bozbaş),  ruşir  (çiyə,  südün 
üzü),  so  (səhəng),  şirəng  (səhəngdən  kiçik  suqabı),  şirdüş  (sər-
nic),  gülpoy  (sacayaq),  lalin  (döşək),  sərmizi  (süfrə,  stolüstü), 
kəndü  (un  saxlamaq  üçün  qab),  tərəçu  (oxlov),  ardəvic  (ələk; 
ard  «un»,  vic  «ələməkdən»),  rusmu,  varə  (sap),  sərçin  (ülgüc; 
sər  –  baş,  çin  –  qırxmaq),  guştəncin  (qıymakeş),  dürəş  (biz), 
dürəzi  (zivə,  paltar  asılan  ip),  corü  (süpürgə),  xiyə  (kürək),  tou 
(otaq),  şiləsər  (eyvan),  lanbun  (ikinci  mərtəbənin  qarşısındakı 
dam),  goudun  (tövlə;  go  «inək»,  dun  «heyvan  saxlamaq  üçün 
yer»),  ələ  (toyuq  hini),  guşəbun  (damın  qırağı),  dərpəncirə 
(pəncərə qapısı; dər «qapı», pəncirə «pəncərə»), qiroblü (qaloş), 
şitəl  (corab),  qilində  (boyunbağı),  gülğün  (qığılcım), zin  (tələ), 
şavar  (şərq  küləyi),  təkərd  (dolu;  atmosfer  hadisəsi),    kulak 
(qar),  xür  (duman),  vərəzə  (yoxuş),  pişin  (günorta),  aftənüş 
(günbatan),  aftəxis  (gündoğan),  hami  (yay),  vasal  (yaz),  bürg 
(qaş),  nuxum  (dırnaq),  kürdə  (böyrək),  pişni  (alın),  müq.  et: 
azərb.  qabaq  «alın»;  zohuz  (yaşıl)  və  s.  sözlər  spesifik  leksik 
layda  yer  tutur.  Onlardan  mürrəkəb  söz  kimi  formalaşanlarda 
tərkib hissələrindən birinin ümumiran mənşəli söz olması halları 
qeydə alınır.  
Tat  dilində  elə  söz  və  terminlərə  də  rast  gəlmək  olur  ki, 
onlar  digər  İran  dillərində  müxtəlif  fonetik  variantlarda  işlən-
sələr  də,  tat  dilindəki  mənanı  ya  heç  vermir,  ya  da  həmin 
mənanı  qismən  özündə  əks  etdirir.  Tat  dilində  təsərrüfatın 


Yüklə 6,88 Kb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   46




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə