GüLSÜm hüseynova



Yüklə 6,88 Kb.
Pdf görüntüsü
səhifə27/46
tarix22.11.2017
ölçüsü6,88 Kb.
#11395
1   ...   23   24   25   26   27   28   29   30   ...   46

 
 
 
Gülsüm Hüseynova. Тат дили лексиk fondunun genealожi təhlili  
 
83 
qarşılaşır;  bu  xüsusiyyət  bütün  türk  dillərində  özünü  göstərir 
(48,  10).  Qarşılaşma  bir  qayda  olaraq  funksional-üslubi  dife-
rensiasiyanın  ədəbi  dildəki  dərinliyi  ilə  idarə  olunur,  belə  ki, 
adətən,  beynəlmiləl  söz  elmi,  yaxud  elmi-texniki  ədəbiyyatın, 
milli (eləcə də milliləşmiş) söz isə, məsələn, bədii  ədəbiyyatın 
dilində  mühafizə  edilir.  Şübhəsiz  ki,  həm  beynəlmiləl  olanı, 
həm də milli olanı yaşadan ictimai-mədəni baza mövcuddur və 
bunlar dil təfəkküründə öz proyeksiyasını tapır, nəticədə, lüğət 
tərkibində  paralel-sinonim  vahidlərin  yaşaması  üçün  şərait 
yaranır. 
Azərbaycan  tatlarının  dilinin  lüğət  tərkibinin  inkişaf  və 
zənginləşməsində  iştirak  edən  alınma  Avropa  mənşəli  sözlər 
kifayət  qədər çox olmasa  da,  var.  Bir zamanlar bu dilə keçmiş 
amnistiya,  kosmopolit,  bazis,  plenum,  kommunist,  anarxiya, 
avanqard,  baykot,  biznes,  büdcə,  turist,  turizm,  teletayp, 
pioner,  anonim,  lider,  mitinq,  taktika,  deputat,  kadr,  kollektiv, 
konstitusiya,  protokol,  strategiya,  podrat  sözləri  ilə  yanaşı, 
kompüter,  internet,  spiker,  parlament,  kriminal,  telestar,  şou, 
rep və s. bu kimi sözlər də indi tat dilində özünə yer tapır. Tat 
dilindəki  Avropa  mənşəli  sözləri  müəyyənləşdirmək,  onları 
etimoloji təhlilə cəlb etmək tat dilinin leksikasının öyrənilməsi 
səviyyəsində  böyük  əhəmiyyət  kəsb  etmir.  Bununla  yanaşı, 
onu  da  qeyd  etmək  lazımdır  ki,  Azərbaycan  dilçiliyində 
Avropa  mənşəli  sözlərin  alın-masının  müxtəlif  məsələləri 
tədqiq edilir. Tat dilində bu və  ya digər  Avropa mənşəli sözün 
işlədilməsi  zamanı  baş  verən  fonetik,  eləcə  də  semantik 
dəyişmələr  Azərbaycan  dili  vasitəsi  ilə  alınmış  rus  və  başqa 
dillərə  məxsus  sözlərdə  olduğu  kimidir.  Bu  baxımdan  həmin 
məsələlərə  də  kifayət  qədər  geniş  yer  verməyə  ehtiyac 
duyulmur.  
 


 
 
 
Gülsüm Hüseynova. Тат дили лексиk fondunun genealожi təhlili  
 
84 
 
 
 
 
 
 
 
 
 
 


 
 
 
Gülsüm Hüseynova. Тат дили лексиk fondunun genealожi təhlili  
 
85 
NƏTİCƏ 
 
Tatlar  irandilli  xalq  olub,  Xəzəryanı  ərazilərdə,  əsasən, 
İranda,  Azərbaycanın  şimal-şərq  rayonlarında,  Abşeron 
yarımadasında,  Dağıstanın  cənub-şərqində,  Dərbənd  və  Ma-
haçqala  şəhərlərində  məskunlaşmışlar.  Azərbaycan  ərazisində 
tatlar,  əsasən  respublikanın  İsmayıllı,  Xızı,  Şamaxı,  Quba, 
Dəvəçi və Abşeron ərazilərində daha sıx şəkildə yaşayırlar.  
Yazısız dillərin tarixinin öyrənilməsi üçün başqa material 
olmadığından,  dialekt  və  şivələrin  lüğət  və  nitq  nümunələri 
müstəsna  əhəmiyyət  verdiyi  kəsb  edir.  Dialekt  faktlarına 
əsaslanmaqla,  dilin  öz  inkişafı  boyu  onda  baş  vermiş  də-
yişikliklər  və  ona  təsirləri  üzə  çıxarmaq  olur.  Daha  qədim 
dövrlərdə baş vermiş dəyişikliklər haqqında təsəvvürləri isə bu 
dili  qohum  dillərlə,  xüsusən  də,  yazılı  abidələri  olan  dillərlə 
müqayisə etməklə, üzə çıxarmaq mümkündür. 
Aparılan  tədqiqatlara  əsaslanmaqla,  belə  demək  olar  ki, 
elmə iki tat dili məlumdur. Bunlardan btirincisi «məxsusən tat 
dili»,  ikincisi  isə  dağ  yəhudilərinin  istifadə  etdiyi  «yəhudi-tat 
dili»  adlandırılır.  Hər  iki  dil  mənşəcə  hind-Avropa  dillərinin 
İran  qrupuna  daxildir.  Tarixi-dialektoloji  təsnifata  görə,  «tat» 
və «yəhudi-tat» dilləri cənub-qərbi İran dillərinə aid olub, fars 
və tacik dillərinə yaxındır.  
Tat  dili  ilə  yəhudi  tatlarının  dili  arasında  quruluş  yaxın-
lığı  ilə  yanaşı,  əhəmiyyətli  dil  fərqləri  də  var.  Bu,  həmin  dil-
lərin  daşıyıcılarının  ünsiyyət  prosesində  bir-birini  tam  başa 
düşməməsinə  səbəb  olur.  Tat  dili  Azərbaycan,  dilinin,  yəhudi 
tat dili isə daha çox ivritin təsirinə məruz qalmışdır.  
Tat  dilinin  tədqiqi  XIX  əsrin  axırları,  XX  əsrin  əvvəllə-
rindən başlanmışdır.  
Azərbaycanda  yaşayan tatların dilindəki ləhcə fərqlərinin 


 
 
 
Gülsüm Hüseynova. Тат дили лексиk fondunun genealожi təhlili  
 
86 
müəyyənləşdirilməsi  və  həmin  ləhcələrin  sərhədinin  təyin 
edilməsi  üçün  fonetik,  leksik-qrammatik  fərqlərlə  yanaşı,  dini 
fərqlər  də  əsas  götürülmüşdür.  Tat  ləhcələrinin  ilkin  təs-
nifinina  görə,  bu  dilin  1)  şimal  (sünni)  şivələri  –  Quba,  Də-
vəçi,  Qonaqkənd  rayonları  və  Xızı  rayonunun  Qızıl  Qazma 
kənd  sovetliyi  ərazisində  yayılmış  şivələr;    2)  mərkəzi  (şiə) 
şivəsi  –  Xızı  rayonunun  Ərüsküş  və  Dağquşçu  kənd  sovetliyi 
ərazisində  yayılmış  şivə;  3)  cənub  (şiə)  şivələri  –  Xızı 
rayonunun  digər  ərazilərində  və  Siyəzən  rayonu  ərazisində 
yayılmış  şivələri  var.  Bu  təsnifata    Abşeron  və  Lahıc  şivələri 
daxil edilməmişdir. Sonralar tat dilinin Azərbaycanda yayılmış 
ləhcələrinin  cənub  qrupuna  Abşeron,  Balaxanı,  Suraxanı, 
Lahıc  və  Məlhəm  (Şamaxı)  tatlarının  ləhcələri  də  əlavə 
edilmişdir.  
Azərbaycan  ərazisində  yaşayan  tatlar  dini  mənsubiyyət-
lərinə  görə  aşağıdakı  3  qrupa  bölünür:  1)  müsəlman  tatlar;  2) 
yəhudi tatlar; 3) xristian tatlar. 
Dini  mənsubiyyətinə  görə  fərqlənən  qrupların  ləhcələrin-
də oxşar cəhətlərlə yanaşı, fərqli xüsusiyyətlər də var.  
Tat  dilinin  həmin  bölgülər  üzrə  öyrənilməsinə  əsas  yara-
dan  amil  tədqiqatçıların  eyni  qrupa  mənsub  dil  daşıyıcılarının 
kompakt  şəkildə  yaşadıqları  ərazilərdən  materiallar  toplaması 
olmuşdur.  
Tat  dilinin  İran  dilləri  arasındakı  yerini  müəyyənləşdiril-
məsi,  onun  İran  dillərinin  dialekt  və  ləhcələri  ilə  müqayisəli 
şəkildə  öyrənilməsi  üçün  dəqiq  elmi  təsnifat  prinsiplərinə 
əsaslanmalıdır.  Mahiyyət  etibarilə  geniş  dil  materialını  əhatə 
edən  bu  cür  tədqiqatlar  tat  dili  ləhcə  və  şivələrinin  hərtərəfli 
öyrənilməsi zəminində həyata keçirilə bilər. 
Azərbaycan  ərazisində  yaşayan  tatların  dil  əlaqələri  sis-
temində  Azərbaycan-tat  dil  əlaqələri  əsas  yer  tutur.  İran  əra-


Yüklə 6,88 Kb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   46




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə