GüLSÜm hüseynova



Yüklə 6,88 Kb.
Pdf görüntüsü
səhifə24/46
tarix22.11.2017
ölçüsü6,88 Kb.
#11395
1   ...   20   21   22   23   24   25   26   27   ...   46

 
 
 
Gülsüm Hüseynova. Тат дили лексиk fondunun genealожi təhlili  
 
74 
mərd  ə  dəmicə  bərə  güzət  bə  soxtan  «Yazıq  kişi  bayaqdan 
burada  gözləyir».  M.Kaşğarinin  lüğətində  bu  söz  «yazıq, 
bədbəxt, yetim» mənasını bildirmişdir (78, 302). 
Tat  dilinə  Azərbaycan  dilindən  keçmiş  türk  sözlərinin 
tarixi-müqayisəli  və  etimoloji  təhlili  göstərir  ki,  bu  dillər  ara-
sındakı leksik əlaqələr çox qədim tarixə malikdir.   
Aşıq Ələsgər  yaradıcılığında da  tülək sözünə rast gəlirik: 
«İtkin düşdü tülək tərlan, Sar da kəklik alan oldu». 
Azərbaycan  dialekt  və  şivələrində  (tükünü)  tüləmə  «xəs-
təlik nəticəsində tükü tökmə» sözü işlənir (39, 74). 
Damad//domod  «kürəkən»  (Ab.,  Q.,  Xaç.,  Lah.).  Fars 
mənşəli  söz  olub,  Azərbaycan  dilinin  Quba  şivəsində,  müasir 
türk dilində eyni mənada işlənir. 
Tanış-biluş  «tanış-biliş» (əksər şivələrdə). Bo unca yə ta 
tanış//biluş nədərü. «Orada bir tanış-bilişi yoxdur» (Ab.). 
Tanış  və  biliş  söz  formaları  müvafiq  surətdə  tanımaq  və 
bilmək felləri ilə bağlıdır. 
Qədim türk yazılı abidələrində, o cümlədən Yusif Balasa-
qunlunun  «Kutadqu-bilik»  əsərində  və  Əhməd  Yuknekinin 
«Ətabat-ül-həqayiq»  («Həqq  qapısı»)  əsərin-də,  eləcə  də 
qədim  türk  lüğətində  bu  söz  «aşağı,  aşağıdakı,  aşağı  hissə» 
mənalarda işlənmişdir (14, 21).  
E.Sevortyan  astin  sözünün  türkmən,  qaraçay-balkar,  uy-
ğur, qırğız, tatar, başqırd, qaraim və s. dillərdə və qədim yazılı 
abidələrdə «aşağı hissə»; «aşağıda yerləşən məkan» mənalarını 
kəsb  etdiyini  qeyd  edir  (125,  195-196).  Ast  sözünə  əlavə 
olunan -ın, -in və s. şəkilçiləri kök-əsasın semantikasına başqa 
mənalar əlavə etmir. 
Türkmən  dilində  də  ast  (aşağı,  aşağı  hissə)  mənasında 
qeydə alınmışdır. 
Qeyd  etməliyik  ki,  «aşağı»,  «alt»  mənası  müasir  Azər-


 
 
 
Gülsüm Hüseynova. Тат дили лексиk fondunun genealожi təhlili  
 
75 
baycan dilində geniş surətdə işlənən astar sözündə də qalır. 
Saray//saroy  «saray,  imarət»  (Ab.,  Lah.).  Badə  amarən 
bə  saray  bə  huzur  padşəh  «Sonra  saraya,  padşahın  hüzuruna 
gəlir». İn saroy iş ü duxtə soxte. «Bu imarəti də o qız tikdirib». 
Əslində  bu  söz  fars  mənşəlidir,  amma  o,  türk  dillərində  də 
müxtəlif məna və formalarda işlənmişdir. 
Qəzğun/qəjqun  «qazan»  (Ab.,  Q.,  Qon.  k.).  Belə  düşün-
mək  olar  ki,  türk.  qazğan  sözünün  tat  dili  mühitində  düşdüyü 
şəkillərdən biridir. Qazğan forması üçün bax:  
Yeləq/yeləğ/yələq/yələğ «yalaq» (Q.).  
Yalaq sözü itə yal vermək üçün yerdə qazılmış çalanı bil-
dirir.  O,  mənşəcə  yal  sözündən  törəmə  olan  yalamaq  feli  ilə 
bağlıdır (58, 412). 
Quba  şivəsinə  aid  olan  materiallardan  göründüyü  kimi, 
itə  yal  vermək  üçün  müxtəlif  qab-qacaqlardan  da  istifadə  et-
mişlər. Bu bir növ həyat şəraitindən asılı olaraq belə olmuşdur. 
Yələğ  ə  xürdə  luğnə  qabiş  əbirən,  ə  ahuniş  «Yalaq  sınıq  saxsı 
qabdan  da  olur,  dəmirdən  də».  Yələğ  seg  mundey  bə  zir  poy 
koumiş  həl-hül  birey  «İtin  yalağı  camışın  ayağının  altında 
qalıb əzik-üzük olub» və s. 
Yələğ//yeləğ  «köhnə  qab-qacaq»  leksemi  Lahıc  ləhcəsin-
də  məcazi  mənada,  «çirkli,  yuyulmamış  qab-qacaq»  məna-
larında  da  işlənir,  Məs.:  Çüstü,  in  yələğ-mələğə  vəçireyi  bə 
tağçə?! «Nədir bu yalaq-malağı yığmısan taxçaya?!». 
Quba  ləhcəsində  təkcə  yalaq  sözü  yox,  yal  sözü  də  işlə-
nir.  Yal  segə  fukunind  diyə,  həyvun  mürd  ki,  ə  güsneyi!  «İtin 
yalını tökün də, heyvan acından oldü ki!». 
 
Tat dilində ərəb-fars dillərindən alınmalar. 
 
Ərəb  alınmaları  Azərbaycan  tatlarının  dilində  aşağıdakı 


 
 
 
Gülsüm Hüseynova. Тат дили лексиk fondunun genealожi təhlili  
 
76 
ərəb  alınmalar qeydə  alır,  alim//ölim  «alim»,  ar//or//ör  «həya, 
utanma,  sıxılma»;  arif//orif  «arif»;  aşura//öşurö  «aşura», 
«onuncu»;  ərəb  qəməri  təqvimində  (hicri-qəməridə)  məhərrəm 
ayının  onuncu  günü  (dini  matəm);  valideyn//volideyn  «ata-
ana»;  variş/voriş  «varis»;  vəfadar//vəfodor//vafador  «vəfalı, 
etibarlı,  sadiq»;  ğamət//qomət  «boy-buxun»,  «qamət,  qədd-
qamət»;  ğeyri//qeyri  «başqa,  özgə,  qeyri»;  ğabz//ğəbz  «alma, 
tutma,  çıxarma;  qəbul  etmə;  pul  və  ya  şeyin  qəbul  edilməsinə 
dair  verilən  sənəd,  kağız;  ğadr//qədr  «qiymət,  dəyər»,  «qədr»; 
«etibar,  şərəf,  məziyyət»;  ğazab//ğəzəb  «acıq,  hirs,  hiddət»; 
qəbohət//ğəbohət  «çirkin  iş,  yaramaz  hərəkət,  eyibli  iş», 
dars//dərs  «elm  və  fənni  öyrənmək  üçün  gündəlik  məşğələ, 
təlim»,  «dərs»;  ayıb//eyb//eyib  «nöqsan,  qüsur»;  «biabırçılıq»; 
«həyasızlıq,  eyib»;  eyzən  «tamam,  hamısı»;  elm//ilm  «bilik, 
məlumat,  elm»;  əblah//əbləh  «axmaq,  qanmaz,  ağılsız, 
sarsaq»; 
ağıl//ağl//əğl 
«ağıl, 
düşüncə, 
şüur, 
idrak»; 
ağrabə//ağrəbö//əqrəbə  «qohumlar,  yaxın  adamlar,  qohum-
qardaş»;  ələm  «ağrı,  acı,  dərd,  qəm»;  «dini  bayraq»; 
əndam//əndom  «bədən,  vücud»,  «əndam»;  istiğamət//istiğomət 
«hərəkət  yolu»;  «cəhət,  yön,  tərəf»,  «istiqamət»;  yağut//yəqut 
«qırmızı  rəngli  parlaq  qiymətli  daş»;  kəvin  «kəbin»,  «kəbin 
haqqı»  (boşandıqda  və  ya  öldükdə  şəriətə  görə  qadına  verilən 
pul və ya mal); kamil//kömil «ağıllı adam»; «hərtərəfli yetişmiş 
adam»;  «elm  və  mərifət  sahibi»;  «bütöv,  tam,  mükəmməl»; 
məqsəd//maqsəd  «arzu,  istək,  məram»,  «məqsəd»;  mərəz 
«xəstəlik, 
naxoşluq, 
azar», 
köhn. 
«mərəz»; 
«dərd»; 
marifat//mərifət  «qanacaq,  tərbiyə»;  «hər  şeyi  başa  düşmə», 
«mərifət»;  məxluq//məxluğ  «xəlq  olunmuş,  yaradılmış  (insan, 
heyvan, əşya və s.)», «məxluq». 
T.Əhmədov  göstərir  ki,  ərəb  mənşəli  sözlərin  cüzi  bir 
hissəsi  tat  dilinə  birbaşa  keçmişdir.  Müəllif  xollu  «dayı»,  amu 


Yüklə 6,88 Kb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   46




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə