GüLSÜm hüseynova



Yüklə 6,88 Kb.
Pdf görüntüsü
səhifə29/46
tarix22.11.2017
ölçüsü6,88 Kb.
#11395
1   ...   25   26   27   28   29   30   31   32   ...   46

 
 
 
Gülsüm Hüseynova. Тат дили лексиk fondunun genealожi təhlili  
 
90 
müxtəlif  sahələri  ilə  bağlı  külli  miqdarda  sırf  sahə  söz  və 
terminləri var ki, onlar ancaq tat dilində işləndiyindən bu dilin 
spesifik  leksik  layına  daxil  olur.  Həmin  sözlərin  terminoloji 
mahiyyət  kəsb  etməsi,  onların  müvafiq  sahə  terminləri  kimi 
araşırılması məqsədəmüvafiqdir.  
Tat dilinin leksikasını,  əsasən,  İran mənşili sözlər və ter-
minlər  təşkil  edir.  Bu  qəbildən  olan  söz  və  terminlərə  tarixi 
inkişaf  prosesində  dəyişikliyə  ya  heç  məruz  qalmamış,  ya  da 
müəyyən  dərəcədə  fonetik,  morfoloji,  semantik  cəhətdən 
dəyişikliyə məruz qalmış sözlər daxildir.  
Tat  dilində  təkhecalı  sözlər  V,  VC,  VCC,  CVC,  CVCC 
quruluşlarına  malikdir.  Tat  dili  üçün  hecanın  qapalılığı  səciy-
yəvidir.  Bununla  belə,  CV  tipli  təkhecalı  sözlər  də  qeydə 
alınır.  
Tat dilinin ümumiran mənşəli leksik layı digər İran dillə-
rinin  eyni  layı  ilə  demək  olar  ki,  üst-üstə  düşür.  Ümumiran 
mənşəli sözlər nitq hissəsi kimi fellərdə özünü daha çox göstə-
rir.  
Müasir  Azərbaycan  dilində  fars  dilindən  alınmalar  kimi 
qəbul  edilən  sözlərin  az  olmayan  bir  hissəsi  məhz  ümumiran 
mənşəlidir  və  onları  müəyyən  fonetik  dəyişiklərlə  başqa  İran 
dillərində,  o  cümlədən  də,  tat  dilində  tapmaq  mümkündür. 
Bununla belə, qeyd etmək lazımdır ki, həmin sözlər başqa İran 
dillərindən  deyil,  bilavasitə  fars  dilindən  Azərbaycan  dilinə 
keçmişdir.  Ona  görə  də  həmin  sözləri  fars  dilindən  alınmalar 
kimi  də  qəbul  etmək  düzgündür.  Bu  zaman  tarixi-xronoloji  və 
areal amilləri nəzərə almaq lazım gəlir. 
Azərbaycan  tatlarının  dilində  külli  miqdarda  hibrid  sözlər 
meydana  gəlmişdir.  Hibrid  sözlər  tərkib  hissələri  mənşəcə 
müxtəlif dillərdən olan sözlərdir. Belə sözlər dilin özündə yara-
na  bildiyi  kimi,  başqa  dil  vasitəsi  ilə  hazır  şəkildə  alına  bilir. 


 
 
 
Gülsüm Hüseynova. Тат дили лексиk fondunun genealожi təhlili  
 
91 
Qeyd  olunan  cəhət  nəzərə  alınarsa,  Azərbaycan  tatlarının  di-
lində  Azərbaycan  və  tat  mənşəli  ünsürlərdən,  morfemlərdən 
təşkil  olunmuş,  eləcə  də,  Azərbaycan  dili  vasitəsi  ilə  alınmış 
hibrid sözləri ayırmaq mümkündür.  
Azərbaycan  tatlarının  dilinin  öyrənilməsi  təkcə  ümum-
linqvistik  baxımdan  əhəmiyyət  daşımayıb,  Azərbaycan  tarixi-
nin, dilinin, mədəniyyətinin təşəkkül, tapması və fəaliyyət gös-
tərməsində  mühüm  rol  oynamış  amillərdən  birinin  də  öyrə-
nilməsi kimi qiymətləndirilə bilər. 


 
 
 
Gülsüm Hüseynova. Тат дили лексиk fondunun genealожi təhlili  
 
92 
İxtisarlar 
 
ab. – Abşeron ləhcəsi 
av. – Avesta dili 
az. – Azərbaycan dili 
bəluc. – bəluc dili 
başq. – başqırd dili 
çali. – çali dili 
dəri – dəri dili 
dəv. – Dəvəçi şivəsi 
erk. fars – erkən fars dili 
qon. kənd. – qonaqkənd ləhcəsi 
qəd.fars. – qədim fars dili 
qəd. hind. – qədim hind dili 
qəd. iran – qədim iran dilləri 
qırğ. – qırğız dili 
quba – quba ləhcəsi 
lah. – Lahıc ləhçəsi 
işkaşim. – işkaşim dili. 
ing. – ingilis dili 
ir. tat. – iran tatları 
kilv. – kilvar şivəsi 
kl.fars. – klassik fars dili 
kürd. – kürd dili 
KDQ – Kitabi-Dədə Qorqud 
munc. – muncan dili 
müas. fars. – müasir fars dili 
orta av. – orta avesta dili 
orta fars. – orta fars dili 
os. – osetin dili 
parf. – parfiya dili 


 
 
 
Gülsüm Hüseynova. Тат дили лексиk fondunun genealожi təhlili  
 
93 
puştu – puştu dili 
sanq. – sanqesari dili 
skr. – sanskrit dili 
siy. – Siyəzən şivəsi 
soqdi. – soqdi dili 
şüqn. – şuqnan dili 
tac. – tacik dili 
tal. – talış dili 
tat. – tat dili 
türk. dial. – türk dialektləri 
urdu – urdu dili 
xaçm. – Xaçmaz şivəsi 
xızı – Xızı şivəsi 
xələc. – xələc dili 
gil. – gilyan dili 
əf. – əfqan (puştu) dili 
fars. – fars dili 
hind-avr. – hind-Avropa dilləri 
yaqn. – yaqnob dili 
RPS – русско-персидский словарь 
KRS – курдско-русский словарь 
 
TRL – talışca-rusca lüğət 
RPDS – русско-персидско – дарийский словарь 
QRS – гилянско-русский словарь 
TRS – таджикско-русский словарь 
ADİL – Azərbaycan dilinin izahlı lüğəti 
ADL – Azərbaycan dialektoloji lüğəti 
DTS – Древнетюркский словарь  


 
 
 
Gülsüm Hüseynova. Тат дили лексиk fondunun genealожi təhlili  
 
94 
İSTİFADƏ OLUNMUŞ ƏDƏBİYYAT 
 
Azərbaycan dilində 
 
1.
 
Abdullayev Ə. Azərbaycan-monqol söz paralelləri // Azər-
baycan dili məsələləri. Bakı, 1992, s. 304-329. 
2.
 
Adilov M.İ. Sözün qüdrəti. ADU-nun elmi əsərləri, 1969, 
№ 1, s. 49-52. 
3.
 
Aslanov V. Azərbaycan dilinin tarixinə dair tədqiqlər, I. c. 
Bakı, Elm, 2003, 155 s.   
4.
 
Aslanov V. Azərbaycan dilinin tarixinə dair tədqiqlər. II c. 
Bakı, Elm, 2003, 271 s.  
5.
 
Azadəliyeva  S.  Rusdilli  Azərbaycan  poeziyasında  Azər-
baycan dili elementləri, NDA. Bakı, 2002, 29 s.  
6.
 
Azərbaycan dilinin dialektoloji lüğəti. Bakı, 1964, 480 s.  
7.
 
Azərbaycan dilinin dialektoloji lüğəti. I c. Ankara, 1999, 
374 s. 
8.
 
Azərbaycan  dilinin  izahlı  lüğəti.  I  c.  Bakı,  Elm,  1966, 
595 s.  
9.
 
Azərbaycan  dilinin  izahlı  lüğəti.  II  c.  Bakı,  Elm,  1980, 
576 s. 
10.
 
Azərbaycan dilinin izahlı lüğəti. III c. Bakı, Elm, 1983, 
565 s. 
11.
 
Azərbaycan  dilinin  izahlı  lüğəti.  IV.  Bakı,  Elm,  1987, 
544 s. 
12.
 
Azərbaycan  klassik  ədəbiyyatında  işlədilən  ərəb  və  fars 
sözləri lüğəti. Bakı, 1966, 219 s. 
13.
 
Azərbaycan toponimləri. Ensiklopedik lüğət. Bakı, 1999, 
588 s. 
14.
 
Balasaqunlu  Y.  Qutadğu-Biliğ.  Bakı,  Avrasiya-Press, 
2006, 440 s.  


Yüklə 6,88 Kb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   46




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə