GüLSÜm hüseynova



Yüklə 6,88 Kb.
Pdf görüntüsü
səhifə16/46
tarix22.11.2017
ölçüsü6,88 Kb.
#11395
1   ...   12   13   14   15   16   17   18   19   ...   46

 
 
 
Gülsüm Hüseynova. Тат дили лексиk fondunun genealожi təhlili  
 
49 
gələn fellər az deyil. Onları tat dilinin müstəqil mənalı fellərin 
əsasında aşağıdakı kimi qruplaşdırmaq olar. 
1.  Kəndən  «çıxar/t/maq»  feli  ilə  düzələnlər:  qəral  kəndən 
«qərar çıxar/t/maq», hüküm kəndən «hökm çıxar/t/maq». 
2.  Girorundən  «keçir/t/mək»  feli  ilə  düzələnlər:  yoşəyiş 
girorundən  «yaşayış  keçir/t/mək»,  döüran girorundən  «dövran 
keçir/t/mək», vəxt girorundən «vaxt keçir/t/mək». 
3.  Dirən  «görmək»  feli  ilə  düzələnlər:  həzurluğ  dirən 
«hazırlıq görmək», məsləhət dirən «məsləhət görmək». 
4.  Narən  «qoymaq»  feli  ilə  düzələnlər:  məzəndə  narən 
«məzəndə  qoymaq»,  nirx  narən  «nırx  qoymaq»,  münnet  narən 
«minnət qoymaq», vəxt narən «vaxt qoymaq». 
5. Amorən «gəlmək» feli ilə düzələnlər: güc amorən «güc 
gəlmək»,  hərbə  amorən  «hərbə-zorba  gəlmək»,  hədə-qurxu 
amorən «hədə-qorxu gəlmək». 
6.  Kəşirən  «çəkmək»  feli  ilə  düzələnlər:  kef  kəşirən  «kef 
çəkmək»,  ziyan  keşrən  «ziyan  çəkmək»,  misal  keşirən  «misal 
çəkmək»,  qul  kəşrən  «qol  çəkmək»,  xərc  keşirən  «xərc  çək-
mək». 
7.  Əngəstən  «salmaq»  feli  ilə  düzələnlər:  bağ  əngəstən 
«bağ  salmaq»,  dəvo  əngəstən  «dava  salmaq»,  düşmoni  əngəs-
tən «düşmənçilik salmaq». 
8.  Avardən  «gətirmək»  feli  ilə  düzələnlər:  misal  avardən 
«misal gətirmək», xəbər avardən «xəbər gətirmək». 
9.  Giriftan  «tutmaq»  feli  ilə  düzələnlər:  üstün  güftən 
«üstün  tutmaq»,  hürmet  güftən  «hörmətini  tutmaq»,  pulan 
güftən «plan tutmaq» və s. 
10.  Dirmorən  «çıxmaq»  feli  ilə  düzələnlər:  şərik  dirmo-
rən  «şərik  çıxmaq»,  xoyin  dirmorən  «xain  çıxmaq»,  düşman 
dirmorən «düşmən çıxmaq» və s. 
11. Dərən «vermək» feli ilə düzələnlər: təhvil dərən «təh-


 
 
 
Gülsüm Hüseynova. Тат дили лексиk fondunun genealожi təhlili  
 
50 
vil  vermək»,  salam  dərən  «salam  vermək»,  cob  dərən  «cavab 
vermək», icazə dərən «icazə vermək», ses dərən «səs vermək», 
xəbər dərən «xəbər vermək», fikir dərən «fikir vermək» və s. 
12.  Zərən  «vurmaq, çalmaq»  feli ilə  düzələnlər:  güllə  zə-
rən  «güllə  vurmaq»,  zırna  zərən  «zurna  çalmaq»,  təhnə  zərən 
«tənə  vurmaq»,  zəng  zərən  «zəng  vurmaq/çalmaq»,  qanat 
zərən «qanad çalmaq» və s. 
13. Vəgüftən «götürmək» feli ilə düzələnlər: sügüş vəgüf-
tən  «söyüş  götürmək»,  məhsul  vəgüftən  «məhsul  götürmək», 
mənfəət vəgüftən «mənfəət götürmək». 
14.  Ustarən  «almaq»  feli  ilə  düzələnlər:  xəbər  ustarən 
«xəbər almaq», qimet ustarən «qiymət almaq». 
15.  Vokardən  «açmaq»  feli  ilə  düzələnlər:  qul-qanat  vo-
kardən  «qol-qanad  açmaq»,  məclis  vokardən  «məclis  açmaq», 
ustul vokardən «stol açmaq». Ustul vokardən mürəkkəb felinin 
formalaşmasında  olduqca  maraqlı  linqvistik  hadisə  ilə 
qarşılaşırıq. Məlum olduğu kimi, rus dilindən Azərbaycan dili-
nə  iki  söz  keçmişdir:  stol  və  stul.  Stol  sözünün  ifadə  etdiyi 
əşya  yemək-içmək  üçün  nəzərdə  tutulmuş  və  istifadə  edilən 
mebel növüdür (hərçənd yazı stolu deyilən əşya da məlumdur). 
Stul  isə  oturmaq  üçün  istifadə  edilən  əşyanın  adıdır. 
Azərbaycan  dilində  bu  sözlər  öz  ilkin  orfoqrafiyasını  saxlasa 
da,  danışıqda  vəziyyət  bir  qədər  başqa  cürdür:  stol  sözü  istol 
şəklində  tələffüz  olunur  və  çox  vaxt  bu  forma  hər  iki  əşyaya 
(stola və stula) aid edilir. 
Tat  dilində  ustul  vokardən  mürəkkəb  feli  elə  tərtib  edil-
mişdir  ki,  ustul  sözü  stol  sözündən  çox  stul  sözünə  yaxındır, 
amma  bu,  «stol»  təsəvvürünün  nəzərdə  tutulduğunu  başa  düş-
məyə mane olmur. 
16. Mundən  «qalmaq» feli ilə düzələnlər: məhtəl mundən 
«məəttəl qallmaq», ağlər mundən «ağlar qalmaq». 


 
 
 
Gülsüm Hüseynova. Тат дили лексиk fondunun genealожi təhlili  
 
51 
17.  Bəstən  «bağlamaq»  feli  ilə  düzələnlər:  dogovor  bəs-
tən//müqavilə  bəstən  «müqavilə  bağlamaq»,  şərt  bəstən  «şərt 
bağlamaq». 
Burada da yenə də maraqlı bir dil hadisəsi ilə qarşılaşırıq: 
bəstən feli biri ərəb, o birisi isə rus mənşəli sözlərlə mürəkkəb 
fel  əmələ  gətirmişdir.  Amma  bu  formaların  hər  ikisinin 
əsasında  Azərbaycan  ədəbi  dili  (müqavilə)  və  loru  danışıq 
dilinə (doqovor) mənsub olan ifadə formaları dayanır. 
İki  və  daha  artıq  sadə  sözün  birləşməsi  ilə  əmələ  gələn 
mürəkkəb sözlərin də tərkib hissələrinin mənşəcə müxtəlif dil-
lərə  aid  olması  nəticəsində  hibridləşmə  baş  verir.  Tat  dilində 
hər  iki  tərkib  hissəsi  isim  olan  mürəkkəb  isimlərdən  zanəmi 
«əmiarvadı»  (tat.  zən  «arvad»  və  az.  əmi),  küxala  «xalaoğlu» 
(tat.    «oğul»  və  az.  xala),  küəmi  «əmioğlu»,  isimlə  feli 
sifətdən 
əmələ  gəlmiş  atributiv  isimlərdən  qeytanbof 
«qaytantoxuyan»  (az.  qaftan,  tat.  bof  «toxuyan),  taxtavəy 
«yunu  tell  edən  alət»  (toxuculuq  termini  –  az.  taxta  və  tat. 
vəy),  gülləbur  «gülləkəsən  alət»  (az.  güllə,  tat.  bur  «kəsən»), 
sifətlə  ismin  birləşməsindən  yaranan  mürəkkəb  isimlərdən 
alagünə  «alyanaq»  (az.  ala,  tat.  günə  «yanaq»),  çöyrəçim 
«göygöz»  (az.  göy,  tat.  çim  «göz»),  kələmi  «böyük  əmi»  (az. 
əmi, tat. kəl «böyük»), siyətum «qara toxum» (az. tum, tat. siyə 
«qara»),  yaxınmənalı  sözlərdən  yaranan  mürəkkəb  isimlərdən 
çül-biyaban  «çöl-biyaban»,  xori-hava  «yer-göy»,  iki  isim  və 
«bə»  önqoşması  ilə  yaranan  mürəkkəb  sifətdən  çumoq  bə  dəst 
«əliçomaqlı», kamun bə düş «çiyni kamanlı» hibrid sözlərdir. 
Burada belə bir məsələyə aydınlıq gətirmək lazımdır. Tat 
dilində  analitik  fellərin  birinci  tərəfinin  Azərbaycan  dilindən 
alınma  sözlərlə  ifadə  olunmasından  danışarkən  belə  bir  fakta 
göz  yümmaq  lazım  deyil  ki,  Azərbaycan  dilinin  özündə  bu 
sözlərin  bir  çoxu  alınmadır.  Amma  həmin  sözlərin  tat  dilində 


Yüklə 6,88 Kb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   46




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə