Gülxani pənah salatin əHMƏdli azərbaycan ədəbiyyatı



Yüklə 4,51 Kb.
Pdf görüntüsü
səhifə26/148
tarix14.06.2018
ölçüsü4,51 Kb.
#48863
1   ...   22   23   24   25   26   27   28   29   ...   148

 
Azərbaycan ədəbiyyatı məsələləri 
 
101 
edilsə də,  düşmən  xalqların  humanist duyğuları önündə elə  ilk 
günlərdən mənəvi boşluğunu  duydu. 1941-42-ji illər dövründə 
aparılan  hərbi  əməliyyatlardan  birində-Moskva  yaxınlığındakı 
döyüşlərdə  böyük  hərbi  məğlubiyyətə  uğradıldı.  Hitler 
Almaniyasının  «məğlubedil-məz»  olduğu  puça  çıxdı.    Milli 
tərkibjə  çoxluq  təşkil  edən  Sovet  İttifaqında  xalqlar  arasında 
düşəjək  milli  ixtilaflarda  ordunu  zəiflədib,  istəyinə  nail 
olajağını  düşünən  faşist  Al-maniyasının  böyük  səhvə  yol 
verdiyi  göz  qabağında  idi.  Al-man  siyasətçisi  Görinqin  Hitler 
Almaniyasının 
yüksək 
və-zifəli 
zabitlərinə 
göndərdiyi 
məktubda  deyilir:  «Baltik  sahili  ölkələrində...  orada  yaşayan 
almanlara  arxalanmaq,  litva-lılar,  latışlar  və  estonlarla  ruslar 
arasındakı ziddiyyətlərdən Almaniyanın mənafeyi üçün istifadə 
etmək  lazımdır.  ...Cə-nubda  ukraynalılar  və  velikoruslar 
arasında  baş  verə  biləjək  ziddiyyətlərdən  faydalanmalıyıq. 
Qafqazda  isə  yerli  gürjü,  erməni  və  tatarlarla  ruslar  arasındakı 
ziddiyyətlərdən  bizim  xeyrimizə  istifadə  olunmalıdır»  (B. 
Nəbiyev). 
 Belə  bir  dövrdə  xalqlar  rəşadət  nümayiş  etdirdi.    Ölkə-
nin  bütün  ziyalıları  bir  araya  toplaşdı.    Xalqın  faşizmə  qarşı 
mübarizədə  bütün  qüvvə  və  bajarıqlarının  birləşdirilməsi 
yolunda  sovet  şairlərinin,  yazıçılarının,  curnalistlərinin  rolu 
misilsiz  oldu.  Qələbə  naminə  göstərilən  fədakarlıqlarda 
Azərbayjan  şairləri,  yazıçıları  böyük  rol  oynadı.  Onlar  sülh-
sevər  xalqının,  millətinin  iradəsini  ifadə  etdilər.  Onların  ar-
zusu, amalı faşizmə qarşı mübarizədə öz vəzifəsini başa düşüb 
xalqı müharibəyə, işğalçılara qarşı nifrət ruhunda tərbiyə etmək 
idi.  Bir əsgər kimi  döyüş  meydanlarında  bir əlində qələm,   bir 
əlində  süngü  olan  Azərbayjan  şair  və  yazıçıları  bu  şanlı 
qələbənin  əldə  edilməsi  yolunda  göstərdikləri  fədakarlıqlara 
görə  adlarını  tarixin  şanlı  səhifələrinə  yazdılar.  Zaqafqaziya 
                                                    Gülxani Pənah, Salatın Əhmədli
                                                   
 
 
102 
xalqlarının  milli  bərabərlik,  birlik,  qardaşlıq  duyğuları  ilə 
«silahlanması» 
yolunda 
apardığımız 
məqsədyönlü 
işdə 
xalqımız  öz  müdrikliyini  göstərdi.  Bütün  müharibə  boyu 
Yazıçılar  İttifaqına  sədrlik  etmiş  Səməd  Vurğun  Tbilisidə 
mitinqdə  çıxış  edərkən  qədim  dostluq  ənənələrinə  söykənərək 
deyirdi:  «Zaqafqaziyanın  qardaş  xalqları  olan  gürjülər... 
azərbayjanlılar öz tariximizdə dəfələrlə ümumi düşmənlərimizə 
qarşı,  yəni  yadelli  işğalçılara  qarşı  əlbir  mübarizədə 
birləşmişik.  Biz  dəfələrlə  düşmən  qoşunlarını  qırıb  dağıtmış, 
onları Kürün və Arazın joşğun sularında qərq etmişik.... Biz bu 
gün  ümumi  düşmənimiz  olan  nemes  faşizmi  ilə  üz-üzə 
durmuşuq.  Böyük  babalarımız  olan    Tariyel,  Sasunlu  David, 
Babək  və  Koroğlunun  ölməz  simaları  fikrimizdə  yenidən 
janlansın.  Qoy  keçilməz  Qafqaz  dağlarının  dibi  görünməyən 
dərələri nemes işğalçıları üçün məzarıstan olsun...». 
S.  Vurğun  müharibənin  ilk  günündə  yazdığı  «Vətənin 
keşiyində»  şeirində  bütün  qələm  dostlarını,  xalqını,  millətini 
döyüşə  çağırır,  faşizm  üzərində  qələbəyə  səsləyirdi.  Əli  silah 
tutan  xalqının  vətənpərvər  oğullarını  düşmənə  qarşı  nifrət 
ruhunda  tərbiyələnməsini  istəməklə  yanaşı,  bütün  qələm 
dostlarını  jəbhəyə,  döyüşə,  silaha  sarılmağa,  ən  böyük  silah 
olan  qələmiylə,  sözüylə  qələbənin  qazanılmasına  yardımçı 
olmağa səsləyirdi. Müharibənin ilk günündən 
Bilsin ana torpaq, eşitsin Vətən, 
Müsəlləh əsgərəm mən də bu gündən! 
Bu gün bir süngüdür əlimdə qələm. 
-deyən  şair  yüzlərlə  Azərbayjan  şairinin,  sənətkarının  istək  və 
arzularını ifadə etmiş oldu. Könüllü olaraq 40 mindən çox ərizə 
ilə  mürajiət  edib  döyüşə  gedən,  150-mindən    artıq  ordu 
sıralarına  daxil  olan  Azərbayjan  oğlu  və  qızları  arasında  bu 
xalqın  düşünən  beyinləri,  şairi,  alimi,  curnalisti,  yazıçısı  da 


 
Azərbaycan ədəbiyyatı məsələləri 
 
103 
vardı.  Xalqın  qəhrəman  oğulları  «əfsanəvi  Brest  qalasının 
müdafiəsində  qəhrəmanlıqla    həlak  olmuş  hərbi  həkim 
M.Qədirovun,  məharətlə  hazırladığı  partlayışlarla  Prut  çayı 
sahilində  düşməni  ağır  fəlakətə  uğratmış  siyasi  işçi  Kamal 
Qasımovun, ilk döyüşdə on bir faşisti məhv etmiş snayper İlyas 
İsmayılovun,  Leninqrad  göylərindəki  vuruşmalarda  yeddi 
düşmən  təyyarəsini  vurub  salan,  on  yeddi  yara  aldığına 
baxmayaraq,  qırıjısını  öz  təyyarə  meydanımıza  endirən 
Hüseynbala  Əliyevin,  qeyri-bərabər  döyüşdə  on  nəfərlik 
düşmən  dəstəsini  məhv  edib  həlak  olan  Bəxtiyar  Kərimovun, 
Stalinqrad  müdafiəçisi  Baloğlan  Abbasovun  adlarını»  məhz 
şairlərimiz,  yazıçılarımız tarixə həkk etdilər. O zamanlar Sovet 
İttifaqı  Marşalı  F.  İ.  Tolbuxin  yazırdı:  «...azərbayjanlı 
döyüşçülər  hüjum  zamanı  yüksək  vətən-pərvərlik,  dönməzlik, 
mərdlik,  alman  faşist  quldurlarına  qarşı  kin  və  nifrət  kimi  öz 
xalqlarının ən gözəl keyfiyyət-lərini nümayiş etdirirlər». 
Bu  böyük  qələbələrin  əldə  edilməsində  Azərbayjan 
ədəbiyyatı əsl silah oldu.  Ədiblərimiz Əbülhəsən  Ələkbərzadə, 
Böyükağa Qasımzadə, Ənvər Əlibəyli, Əyyub Abbasov, Zeynal 
Cabbarzadə,  İslam  Səfərli,  Əbil  Yusifov,  Oruj  Qoşqarlı, 
Hüseyn  Abbaszadə,  Fərrux Həsənli...  müharibənin dəhşətlərini 
öz gözləri  ilə görmüş,  ağır döyüşlərin  şahidi olmuşlar.  Hüseyn 
Natiq,  Ənvər  Qazıyev  kimi  qələm  sahibləri  bu  döyüşlərdə 
qəhrəmanjasına  həlak  olmuşlar.  Torpağın  azadlığı  uğrunda 
döyüşlərdə  iştirak  edən  bu  insanlar  ölüm-dirim  mübarizəsində 
döyüşçüləri    mübarizəyə  ruhlandıran  şeirlər  yazır,  onların 
qəhrəmanlıq  dolu  döyüşlərini  qələmə  alır,  şeirlərində, 
məqalələrində 
hekayələrində 
onları 
tərənnüm 
edirdilər. 
Döyüşçülərimizin  qüdrətini,  onlarda  Vətənə  olan  sonsuz 
məhəbbəti,  çiyin-çiyinə  döyüşən  dilləri,  dinləri  müxtəlif  
xalqların  humanist  ideyalarını,  sülhsevərliyini,  faşizmə, 
                                                    Gülxani Pənah, Salatın Əhmədli
                                                   
 
 
104 
vəhşiliyə  nifrətini  bu  əsərlərdə  əks  etdirirdilər.  Bu  döyüşlərdə 
bütün  xalqların  şair  və  yazıçıları  bir  əqidə,  məs-lək  uğrunda 
vuruşur,  qələmiylə  xalqa,  sülhə  xidmət edirdi.  Bu  yolda qazax 
şairi Abdulla Cuma Qalib həlak olub. Şair Ənvər Əlibəyli 416-
jı  Taqanroq  diviziyasının  igid  zabit-lərindən  biri  kimi  jəbhəyə 
getdiyi gündən ön jəbhədə vuruş-muş, düşmənin janlı qüvvə və 
texnikasını  məhv  etmiş,  bir  zabit  kimi  qızğın  döyüşlərdə  öz 
topları  ilə  döyüşçü  dostla-rının  irəliləməsinə  kömək  etmiş, 
döyüşlər  səngiyəndə,  dinj-lik  tapanda  hamı  yatıb  dinjələndə 
qələminə 
sarılmış, 
yazıb-yaratmışdır. 
Əliylə 
qazdığı 
səngərlərdə  vahid  Vətən  bildiyi  Ukrayna  torpağına  olan 
sevgisini də ifadə edirdi: 
Bu gün səngər qazdığım bu yerdə 
Sarı sünbül əkilərdi əzəllər. 
İşləyərdi, oxuyardı, gülərdi, 
Bu yerlərdə xoş baxışlı gözəllər. 
Yazdığı şeirlər qəzet və curnallarda çap edilirdi. 1944- 
jü  il  31  yanvar  «Ədəbiyyat  qəzeti»nin  səhifələrində  onun 
haqqında Yazıçılar İttifaqına ünvanlanmış belə bir məktub dərj 
edilmişdı:  «Böyük  Vətən  Müharibəsi  jəbhələrində  böyük 
rəşadət  və  fədakarlıq  göstərən  həqiqi  Azərbayjan  balası,  sizin  
yetişdirməniz  gənj  jəbhəçi  şair  Ənvər  Əlibəyli  haqqında  sizə 
yazmağı və belə bir vətənpərvər şair tərbiyə etdiyinizə görə sizə 
təşəkkür etməyi borj bilirik. 
Baş  leytenant  Ənvər  Əlibəyli  bizim  hissənin  ən  qabaqjıl, 
bajarıqlı,  mübariz  kommunist  zabitlərindən  biridir...  Əlibəyli 
yoldaş  azğın  alman  işğalçılarına  qarşı  döyüşlərdə  igidlik  və 
rəşadət    göstərdiyinə  görə  dövlət  tərəfindən  «Qırmızı  ulduz», 
«İkinji dərəjəli Vətən müharibəsi» ordenləri ilə təltif edilmişdir.  


Yüklə 4,51 Kb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   148




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə