Gülxani pənah salatin əHMƏdli azərbaycan ədəbiyyatı



Yüklə 4,51 Kb.
Pdf görüntüsü
səhifə2/148
tarix14.06.2018
ölçüsü4,51 Kb.
#48863
1   2   3   4   5   6   7   8   9   ...   148

 
Azərbaycan ədəbiyyatı məsələləri 
 
5
«Azərbaycan  ədəbiyyatı  məsələləri 
(Müasir  ədəbi  mühitə  ümumi 
baxış)
» kitabında bu məsələlər araşdırılır, aydınlıq gətirilir.
 
Müasir Azərbaycan ədəbiyyatı, onun janr və üslub əlvan-
lığı,  yaranan  əsərlərin  ideya, estetik  xüsusiyyətləri,  ideologiya-
da gedən dəyişikliklərin ədəbi prosesə təsiri, dünyada baş verən 
bütün  ictimai,  siyasi,  mədəni,  sosioloji  hadisələrin,  bugünkü 
aləmin  aktual  problemlərinin  Azərbaycan  ədəbiyyatının  yara-
dıcılarının  əsərlərində    bədii  əksini  tapdığı  bu  kitabda  geniş 
şəkildə araşdırılmışdır. 
Kitabın  bir  yeniliyi  də  xüsusilə  qeyd  edilməlidir.  Bu  da 
Azərbaycan Yazıçılar Ordusunu birləşdirən Azərbaycan Yazıçı-
lar  Birliyinin  üzvlərinin,  eləcə  də  bu  qurumun  80  illik  fəaliy-
yətinin dövrlər üzrə tam, əhatəli şəkildə araşdırılmasıdır. 
Kitabın  yeniliklərindən  birini  də  xüsusi  olaraq    qeyd  et-
məliyik.  Bu  da  Azərbaycan  Yazıçılar  Birliyinə  Azərbaycan 
dövlətinin,  xüsusilə  siyasi  xadim,  Azərbaycan  dövlətçiliyinin 
inkişafinda,  qorunub  saxlanılmasında  misilsiz  xidmətləri  olan 
siyasi xadim, dilçi, ədəbiyyatşünas, filosof, yüksək bədii təfək-
kür  sahibi  Ümummilli  lider  Heydər  Əliyevin  xüsusi  qağısı  sa-
yəsində  fəaliyyət  göstərməsinin  faktlarla  araşdırılması,    xalqa 
çardırılmasıdır.  
Gülxani  Pənahın  və  Salatın  Əhmədlinin  «Azərbaycan 
ədəbiyyatı  məsələləri 
(Müasir  ədəbi  mühitə  ümumi  baxış)
» kitabı ali 
məktəblərin filologiya, jurnalistika, kitabxanaçılıq, şərqşünaslıq 
tələbələri,  dissertantlar,  magistrlar,  doktorantlar,  eyni  zamanda 
ədəbiyyatı  sevən,  onun  inkişaf  tarixi  ilə  maraqlanan  oxucuları 
üçün sanballı mənbədir.
 
 
 
   
 
 
 
QARA NAMAZOV 
                                            filologiya elmləri doktoru, prof. 
                                                    Gülxani Pənah, Salatın Əhmədli
                                                   
 
 
6
 
GİRİŞ
 
 
 
«Allah  istədiyi  şəxsə  hikmət  (elm,  mərifət, 
müdriklik)  bəxş  edir.  Kimə  hikmət  bəxş 
edilmişsə,  ona  çoxlu  xeyir  (əbədi  səadət) 
verilmişdir.  Bunu  anjaq  ağıllı  adamlar 
dərk edirlər» 
   
(Qurani-Kərimin Əl-Bəqərə 
surəsinin 269-ju ayəsi) 
 
Tanrı insana fikir, düşünjə, şüur kimi ən yüksək nemətlər 
bəxş  etmişdir.  Yalnız  insana  məxsus  olan  bu  nemətlər  sa-
yəsində  insan  «təbiətin  tajı»  kimi  ən  yüksək  səviyyəyə  qalxa 
bilmişdir.  Yer  üzünün  əşrəfi  insan  öz  böyüklüyünü  yaxşı 
anlayıb.  Qədim  yunan  filosofu  Protaqorun  «insan  bütün 
şeylərin  ölçüsüdür»,  Sokratın  «özünü  dərk  et»  fikirlərində 
insan,  onun  həyatının  mənası,  əxlaq  məsələləri  əsasdır.  Ya-
şadığı  dünyada  xoşbəxt  olmaq  istəyən  insan  mükəmməl  zə-
kaya  malik  olmalı,  bu  zəka  hərəkət  və  davranışları  idarə  et-
məli,  mükəmməl  zəkayla  xeyrə  doğru  yolla  getməlidir  ki,  bu 
insanın  xoşbəxtlik  əldə  etməsini  reallaşdırsın.  Özünün  bütün 
hərəkət  və  əməlləri,  davranışları  ilə  insan,  onun  həyatı,  mən-
sub  olduğu  jəmiyyət,  mühit  ədəbiyyatın  əsas  mövzuların-dan 
olub. 
 Bədii  ədəbiyyat  insana,  onun  mövjud  olduğu  jəmiyyətə 
təsir  edir.  Hər  kəs  sevdiyi,  ona  təsir  edə  bilən  ədəbiyyatla 
maraqlanır: «Bədii ədəbiyyat onu yaradanlarla dinləyijilər və ya 
oxujular arasında mənəvi körpüdür». Bədii ədəbiyyat hər yaşda 
insana bir şəxsiyyət kimi formalaşmaqda böyük təsir qüvvəsinə 


 
Azərbaycan ədəbiyyatı məsələləri 
 
7
malikdir.  «Bədii  əsərlər  keçmişi  öyrənmək  üçün  tarix  elmi  ilə 
yol yoldaşıdır. Tarix elmi hadisəni tarixən səjiyyələndirir, bədii 
ədəbiyyat  tarixi  keçmişlərdə  jəmiyyət  həyatını  bədii  boyalarla 
janlandırır, onu sanki göstərir, gərəkli şeyləri sevdirə, lüzumsuz 
şeyləri  pisləyə  bilir.  Güman  etmək  olmaz  ki,  N.Gənjəvinin 
«Kərpijkəsən  qoja  və  gənj»  hekayəsini  oxuyan  gənj  onun 
didaktikasına  biganə  qalsın.  Mümkün  deyil  ki,  Şirinin  bəlalı 
həyatı  gənj  qızlar  üçün  ibrətli  olmasın.  Otello  və  Yaqo 
surətlərini  oxuyub  tanıyanlar  bu  iki  təbiət  sahibindən  kimə 
rəğbət, kimə nifrət  etmək lazım gəldiyini seçə bilməsinlər. Ola 
bilməz  ki,  Fərhadın,  Məjnunun  majəralarındakı  romantik 
şərtilikləri  gənjlik  çoxdan  ötüb  keçmiş  əfsanə  sayıb  aşiqlərin 
dərdinə yanmasın. 
Bədii  ədəbiyyat  yalnız  gənjliyə  deyil,  yaşlılara  da  ibrətli 
həyat  məktəbi  olmuşdur.  Biliyi  dərin  olanlar  «Xəmsə»dən, 
«Kitabi-Dədə  Qorqud»dan,  təriqət  ədəbiyyatı  xadimləri  sufi 
şairlərdən  öyrənirlər,  öyrəndikjə  mənən  zənginləşirlər,  sanki 
keçmişimizi görüb ayılmış kimi olurlar».   
Oxujulardan  şair  və  yazıçılarımızın,  dramaturqlarımızın 
aldığı  yüzlərlə  məktublarda  yazılan  əsərlər,  oradakı  obrazlara 
münasibət, hadisələrin oxujularda yaratdığı maraq, bir sözlə, bu 
əsərlərin oxujulara dərin təsir etdiyi danılmazdır. Böyük Vətən 
Müharibəsində  silahla  söz  birliklə  düşmən  üzərində  qələbəni 
təmin etdi.  Odlu,  alovlu,  mübariz ruhlu əsərlərimiz döyüşlərdə 
qələbələr  qazanmaqda,  faşist  Alma-niyasının  vəhşi  simasını 
dünyada  tanıtmaqda  misilsiz  rol  oy-nadı.  Səməd  Vurğuna, 
Əhməd  Cəmilə,  Rəsul  Rzaya,  Süley-man  Rüstəmə,  Məmməd 
Rahimə döyüş bölgələrindən ün-vanlanan məktublar... 
Və  yaxud:  Mir  Cəlalın  «Bir  gənjin  manifesti»i  əsərini 
oxuyan  rus  uşağı  yazıçıya  məktub  yazıb  «Qumrunun  körpə 
qızının  ağaja  çırpılmasından  nigaran  qalaraq  onun  sağ  qalıb-
                                                    Gülxani Pənah, Salatın Əhmədli
                                                   
 
 
8
qalmadığını  soruşurmuş.  Bu,  bir  uşağın  bədii  əsər  həqiqətinə 
inamını göstərən maraqlı faktdır». 
Belə  faktlar  çoxdur.  Bədii  ədəbiyyatın  təsir  güjü  bö-
yükdür. Əsrinin, zəmanəsinin övladı olan yazıçı qabaqjıl fikirli 
«ijtimai 
xadimdir», 
«xalqın  tərbiyəçisidir».  XX  əsrin 
mollanəsrəddinçilərini  yada  salaq.  Bu  məktəbin  nümayəndələ-
rinin  «tutduğu  yol  xalq  həyatı,  mübarizə  və  arzularının  təbliği 
üçün  ən  münasib,  məqbul  yol  idi.  Bu  sənətkarlar  xalqa  nə 
demək lazım olduğunu bildikləri kimi, nəsə demək, hansı ədəbi 
formalardan,  hansı  sənət,  üslub  məharətindən  faydalanmaq 
lazım  olduğunu  da  yaxşı  müəyyən  etmişdilər.  Bu  sənətkarlar 
oxujunun  qəflət  yuxusunda  nadanlıq  tiryəki  ilə  zəhərlənən 
şüurunu  ayıltmaq,  onu  mövhumi  fikirlərin,  vahimələrin, 
xürafatın  paslı  zənjirindən  xilas  etmək  üçün  münasib  üsul  və 
formalar  axtarıb  tapırdılar.  Bunun  üçün  düşmənin  «öz 
müddəalarını öyrənib ifşa edirdilər». 
Və  yaxud,  XX  əsrin  30-ju  illərində  Stalin  məthnamələri 
ədəbiyyata  ayaq  açanda  nə  qədər  istedadlı  qələm  sahiblərimiz 
bu  məfkurədən  uzaq  olduğundan  damğalanıb  tutuldu,  məhv 
edildi,  bununla  belə,  bir  çoxları  zənjirli,  senzuralı  ədəbiyyatı  
içindən  dağıtdı,  ona  tənqidi  münasibətini  yaratdığı  əsərləri  ilə 
dedi.  M.  Hüseyn,  İ.Əfəndiyev,  İ.Hüseynov,  Anar,  Elçin, 
B.Vahabzadə, F.Qoja, İ. Hüseynov, Tofiq Bayram kimi onlarla 
istedadlar  «sovet  ijtimai  varlığının  astarını  üzünə  çevirdilər». 
Bu nəsil və sonradan gələn gənj nəsil bu recimin axırına çıxdı. 
Yüz  ilə  yaxın  kökündən  ayrı  düşən-lərimizin  qəlbindəki 
türkçülük 
ideyaları 
bütün  türk  dünya-sının  daha  da 
yaxınlaşmasını  sürətləndirdi.  Azadlıq  ideya-ları  ilə  köklənmiş, 
1918-ji 
ildə 
qurulmuş, 
bolşeviklər 
tərə-findən 
süquta 
uğradılmış  Xalq  Cümhuriyyəti  əsrin  son  illə-rində  yenidən 
bərqərar  oldu.  Azərbayjan  müstəqilliyini  ye-nidən  qanı 


Yüklə 4,51 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   148




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə