Gülxani pənah salatin əHMƏdli azərbaycan ədəbiyyatı



Yüklə 4,51 Kb.
Pdf görüntüsü
səhifə4/148
tarix14.06.2018
ölçüsü4,51 Kb.
#48863
1   2   3   4   5   6   7   8   9   ...   148

 
Azərbaycan ədəbiyyatı məsələləri 
 
13 
xəyanət  nətijəsində  ölümündən  doğan  kədəri  ifadə  edən  VII 
əsrdə  Davdağın  yazdığı  mərsiyə  vardır.    Bu  mərsiyə  yüksək 
üslubda,  böyük  bir  bədii  keyfiyyətlərlə  zəngindir  və  bu,  mər-
siyənin  müəllifinin  bir  çox  əsərlər  yazmış  olduğunu  da  sübut 
edir.  Bu  mərsiyə  ərəb  istilasından  əvvəlki  dövr  Azərbayjan 
ədəbiyyatının «yeganə yadigarı» hesab edilir. 
VII  əsrdə  ərəblər  Azərbayjanı  işğal  etdilər.    Atəşpərəst-
liyin  bütün  nişanələrini  məhv  etməyə  çalışan  ərəb  istilaçıları 
atəşgahları  dağıdır,  yandırırdılar  və  o  məbədlərdə  saxlanan 
tarixi sənədlər, ədəbi materiallar da məhv olurdu.   
Ərəblər  öz  dillərini  qəbul  etdirir,  mədrəsələr  açdırır, 
təlim-tərbiyə  işləri  ərəb  dilində  aparılırdı.  Alban  və  pəhləvi 
əlifbaları qadağan edilir, ərəblərin özləri üçün də çətin olan kufi 
xətti qəbul etdirilirdi.  
İslam  dini  qəbul  edildikdən  sonra  ərəb  dili  hakim  dilə 
çevrilir.  Az bir zaman içərisində müxtəlif xalqlar arasında əsas 
ünsiyyət  vasitəsi  kimi  qəbul  olunur.  Bütün  əsərlər  bu  dildə 
yazılır,  bu  dildə  yayılır,  bu  dilin  vasitəsilə  ümummüsəlman 
xarakteri  alır.  Fransız  şərqşünası  Qustan  Löbenin  dediyi  kimi, 
«latın  dili  orta  əsrlərdə  Avropada  nejə  yayılmışdırsa,  ərəb  dili 
də  müsəlman  xalqları  arasında  elə  intişar  tapmışdı».  Bu  hal 
ədəbiyyatda,  ilahiyyatda  qabarıq  şəkildə  özünü  göstərir.  Orta 
Asiya,  Zaqafqaziya,  İran  xalqları  nümayəndələri  ərəb  dilində 
yazır,  bu  dildə  ümummüsəlman  mədəniyyəti  meydana  gəlir. 
İsveçrə  şərqşünası  Adam Mets  yazırdı ki,  «əhalinin   tərkibinin 
dəyişməsi,  onun  bu  vaxtaqə-dərki-X  əsrə  qədərki  aparıjı 
hissəsinin  qüvvəsinin  tükənməsi  və  qarışıq  irqlərin  qədim 
əhalisinin  ön  jərgəyə  keçməsi  ədə-biyyatda  özünü  qabarıq 
göstərir». 
                                                    Gülxani Pənah, Salatın Əhmədli
                                                   
 
 
14 
Ərəbdilli  orta  əsrlər  ədəbiyyatı  müxtəlif  xalqların  birgə 
yaratdığı, inkişaf etdirdiyi və formalaşdırdığı mədəni irsdir. Bu 
irsin əsas yaradıjılarından biri də Azərbayjan xalqı olmuşdur.  
VII  əsrin  ikinji  yarısından  başlayaraq  Azərbayjan  sə-
nətkarları  öz  əsərlərini  ərəb  dilində  yazır.  Artıq  Əməvilər 
dövründə  İsmayıl  ibn  Yəsar,  Musa  Şəhəvat,  Əbu-l-Abbas  əl-
Əma  kimi  qüdrətli  qələm  sahibləri  yetişir.  Müxtəlif  elmlər 
sahəsində,  xüsusən  ilahiyyat,  fiqh  və  hədis    sahələrində  azər-
bayjanlıların  səsi  daha  qüvvətli  eşidilməyə  başlayır.  XI  əsrin 
əvvəllərində Əbu Mənsur əs-Səalibi X əsr ərəbdilli Azərbay-jan 
şairləri haqqında qiymətli məlumatlar verir. Az sonra isə Əbu-l 
Həsən  əl  Baxərzi  öz  məjmuəsində  ərəbjə  yazan  azərbayjanlı 
şairlərə ayrıja bölmə ayırır. Xətib Təbrizi, Eyn-Əl-Quzat, Yusif 
Xoylu,  Şühavəddin  Sührəvərdi  bütün  ərəb  aləmində  tanınır. 
Şərqin elminə, mədəniyyətinə və ədə-biyyatına, onun inkişafına 
böyük təsir göstərir. Zəngin ki-tabxanaların yaradılması, ədəbi-
elmi məjlislərin təşkil olun-ması ümumi xarakter alır. Ərəb dilli 
Azərbayjan ədəbiyyatı XII əsrdən sonra da davam edir, Nizami, 
Füzuli kimi nə-həng söz ustaları ana diliylə yanaşı ərəb və fars 
dilin-də də əsərlər yazır. 
Ərəbjə yazan azərbayjanlıların öz ölkələri ilə, öz xalqı ilə 
bağlılığı  xeyli  güjlənir.  Sonrakı  şairlərin,  ədiblərin  yara-
dıjılığında  milli  zəminlə  əlaqə  ilk  baxışdan  özünü  göstərir.  XI 
əsr  Azərbayjan  şairləri  Eyn-Əl-Quzat,  Sührəvərdi,  Xoylu  və 
başqaları ərəb ölkələrindən kənarda fəaliyyət göstərir. Ərəb dili 
onlara öz fikirlərini ifadə etməkdə zahiri forma rolunu oynayır. 
Ərəbdilli Azərbayjan ədəbiyyatının XI əsr-də müstəqilliyi artır. 
Bununla belə, bu əsərlər  ümummüsəl-man ədəbiyyatının tərkib 
hissəsi  idi.  Oxşar  jəhətlər  çox  idi,  bunu  inkar  etmək  olmazdı, 
«yalnız  ərəbjə  yazmış  azərbayjanlı  şair  və  ədiblərin 
yaradıjılığına  həsr  olunub,  əsasən  Azərbayjan  xalqının  ədəbi 


 
Azərbaycan ədəbiyyatı məsələləri 
 
15 
fikir 
tarixi 
ilə 
əlaqədar 
olsa 
da, 
ümummüsəlman 
mədəniyyətinin də öyrənilməsi  baxımından səjiyyəvidir» (Əbu 
Mənsur).  
Doğrudur,  ərəb  dili  bütün  Azərbayjanın  əqli  və  mədə-ni 
həyatına  daxil  olmayıb.  O,  tədrijən  dini  və  siyasi  bir  dil  kimi 
yayılıb,  müəyyən vaxt keçdikdən sonra elmi və ədəbi əsərlərin  
dili  kimi  qərarlaşıb.  Doğrudur,  bu  dil  Azərbayjanda  hakim 
mövqe  tutmazdan  əvvəl  ərəblər  tərəfindən  əsir  alınmış  bir  sıra 
azərbayjanlı şairlər də öz qələmlərini ərəb dilində sınamış, hətta 
ərəbləri belə heyrətə salan kamil sənət nümunələri yaratmışlar. 
Onlar  «məvali»  adlanan  şairlər  idi.  İbn  Qüteybə-əd-Dinavəri 
özünün  «Kitab-əş-şer və  ş-şüəara» adlı  məşhur kitabında Əbu-
l-Yəqzana  əsaslanaraq  yazır:  «Mədinədə  məvalilərdən  elə  bir 
şair  yoxdur  ki,  o  əslən  Azərbayjandan  olmasın.  Sonra  İsmayıl 
ibn  Yəsar  və  onun    qardaşının,  Musa  Şəhəvatın  və  Əbu-l-
Abbasın adını çəkmişdir».  
İbn Qüteybənin göstərdiyi  bu şairlər VII əsrin sonlarında 
və  VIII  əsrin  birinji  yarısında  yaşayıb  yaratmışlar.  Onlar 
«məvali»  (bu  sözün  mənası  «yaxın  olmaq,  hər  kəsin  ardınja 
getmək,  ona  qoşulmaq»  deməkdir)  idilər  və  bu  ad  islamdan 
əvvəl  və  islamın  ilk  dövrlərində  əsir  tutularaq  müsəlmanlığı 
qəbul  etmiş,  yaxud  da  ərəblərin  içərisində  yaşayan  və  könüllü 
surətdə yeni dinin  bayrağı altına keçən qeyri-ərəblərə  verilirdi. 
Təkəbbürlü  ərəblər  arasında  məvalilərə  qarşı  təkəbbür, 
lovğalıq,  nifrət  vardı.  Məhəmməd  Peyğəm-bər,  Əli  yanında 
məvalilər xüsusi hörmətə malik idilər. On-ları bəzən ərəblərdən 
üstün tuturdular» (Əbu-l-Abbas əl-Mütərrəd). 
Şəhəvat Qüreyş qəbiləsinin  mövlası olmuşdur.  Əldə olan 
şeirləri  onun  yaradıjılığının  jüzi  hissəsini  təşkil  edir.  Onun 
mədhiyyələri,  həjvləri  qalıb.  Musa  Şəhəvatın  şeirləri  məşhur 
idi.  Onlar  hikmətli  sözlər,  zərb-məsəllər  kimi  ağızdan-ağıza 
                                                    Gülxani Pənah, Salatın Əhmədli
                                                   
 
 
16 
keçirdi,  jariyələrdən  tutmuş  xəlifələrə  qədər  onun  şeirlərini 
əzbər  söyləyirdilər.  O,  şeirlərində  özündən  razı  adamlara, 
mənsəb  və  vəzifəsinə  arxalanıb  heç  kəslə  hesablaşmaq 
istəməyən  lovğalara  üz  tutur,  «insan  daimi  yaşamır,  o,  gej-tez 
ölüb  gedəjəkdir»,-deyir,  xeyirxahlıq,  saflıq  kimi  nəjib  insani 
sifətləri  tərənnüm  edir.  Dünyada  insanın  anjaq  yaxşı 
əməllərinin  əbədi  qalajağını  söyləyir.  Onun  aşağıdakı  beyti 
bunu təsdiq edir: 
Mərdlik düşmənlərinə de ki, Xaliddə səxavət 
                                                 məhv olmuşdur. 
                  Anjaq Səidin fəzilətləri məhv olmayajaqdır. 
Belə  dəyərli  fikirləri  ondan  sonra  gələn  şairlər  üçün  də 
ilham  mənbəyi  olmuş,  bir  çox  qiymətli  fikirləri  digər  qəsidə-
ləri  də  bəzəmiş,  məzmununu  xeyli  qüvvətləndirmişdir.  Döv-
rünün aktual məsələləri onun şeirlərində var. Ədalətsiz qazi və 
valilərə  düşmən  olan  şair  Allah  adından  istifadə  edib  min 
fırıldaq  törədənləri  ifşa  edir,  jəmiyyətdə  gördüyü  eybəjər-
liklərdən  iyrənib  həyatdan  əl  üzmür,  əksinə,  ədalətin,  haqqın 
güjünə inanır, zülmkarlara lənət yağdırdığı kimi yaxşı əməl-ləri 
də alqışlayır. Ailə münasibətlərinə aid şeirlərində yaxşı qızların 
ləyaqətli  adama  ərə  getməsini  alqışlayır,  özünə  layiq  ər 
seçməyənləri  məzəmmət  edir.  Onun  əsərlərindən  görünür  ki, 
yüksək  sənətkar  olub,  ərəb  dilinin  injəliklərinə  dərindən  bələd 
olub,  şeir  qanunlarını  mükəmməl  öyrənib,  ərəb  şeirlə-rinin 
əlavə  vəznlərini  məharətlə  öz  yaradıjılığında  tətbiq  et-məyi 
bajarmışdır.  
İsmayıl  İbn  Yəsar  ərəbdilli  Azərbayjan  poeziyasının 
qüdrətli nümayəndələrindən biridir. VII-VIII əsrlərdə yaşa-yıb-
yaratmış  bu  görkəmli  şairin  ədəbi  fəaliyyəti    şərqşünas-ların 
diqqətindən kənarda qalıb.   Onu  müasir  fars tədqiqatçılarından  
Zəbihullah  Səfa  və  ərəb  alimi  Əhməd  Əmin  heç  bir  əsasları 


Yüklə 4,51 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   148




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə