Gülxani pənah salatin əHMƏdli azərbaycan ədəbiyyatı



Yüklə 4,51 Kb.
Pdf görüntüsü
səhifə14/148
tarix14.06.2018
ölçüsü4,51 Kb.
#48863
1   ...   10   11   12   13   14   15   16   17   ...   148

 
Azərbaycan ədəbiyyatı məsələləri 
 
53 
dünyagörüşündə  yaratdığı    güjlü  təəssüratın    təsiri  ilə  belə  bir 
əsərin yaradılmasını» vajib  hesab etmişdir.  
Dramaturqun  «İblis»  fajiəsinə  ziddiyyətli  münasibət  olsa 
da, Abdulla Şaiq bu əsəri tənqid edənlərə qarşı çıxır:  «Cavidin 
«İblis» fajiəsini ideoloci jəhətdən tənqid edənlərə onun nə kimi 
təsir altında yazıldığını xatırlatmaq üçün şairin keçdiyi müdhiş  
bir fəlakəti yazmaq məjburiyyətindəyəm. 
Cavid  Bakıda  Nikolayevski  küçəsində  yerləşən  «Təbriz» 
otelində  yaşayırdı. 1918-ji  ilin  mart   hadisəsindən sonra  yazıçı 
və  münəqqid  Hüseyn  Sadiq  ilə  bərabər  bizə  gəlmişdi.  Cavidin 
bət-bənizi  ağarmışdı.  O,  son  dərəjə  nəşəsiz  və  mütəəssir 
görünürdü.    Əhval  sordum.  Hüseyn  Sadiq  Cavidin  əsir 
düşdüyünü 
və 
ölümdən 
qurtulduğunu 
söylədi....Cavid 
Azərbayjan səhnəsinin şah əsərlərindən olan «İblis» fajiəsini bu 
ajı təsirlər altında yazmışdı».  
Milli  birlik,  mənəvi  bütövlük  ideyaları  üzərində  qurulan 
dövlətin  tərəfdarı  olan  Cəlil  Məmmədquluzadənin  «Anamın 
kitabı»  pyesinin  ədəbi  tənqiddə  dərin  təhlili  verilmişdir: 
«Böyük  mütəffəkkirin  fikrinjə,  birliyi  və  bütövlüyü  olmayan 
millətin iqtisadi,  siyasi,  mənəvi güj, qüdrət sahibi olması, tarix 
səhnəsində  uzun  müddət  duruş  gətirməsi  müm-kün  deyildir. 
Dramaturq pyesdə bir ananın övladları olan Rüstəm bəy, Mirzə 
Məhəmmədəli,  Səməd Vahidin timsa-lında   köləlik və əsarətin 
millətin  xarakterində  qoymuş  olduğu  ajı  nişanələrə  diqqəti 
yönəldə  bilmişdir.  Eyni  zamanda,  müəllif  millətin  ruhuna 
hopdurulmuş  yabançı  xislətləri  diq-qət  mərkəzinə  çəkməklə 
kifayətlənməmiş,  bu  bəlalardan  xi-las  olmağın  yollarını 
göstərmişdir» (V.Sultanlı). 
Azərbayjan  ədəbiyyatı  tənqidi  və  ədəbiyyatşünaslığı 
Cümhuriyyət  dövründə  özünəməxsus  inkişaf  yolu  keçib.  «Bu 
özünəməxsusluq,  hər şeydən önjə,  ədəbi  irsin  milli-nəzəri  fikir 
                                                    Gülxani Pənah, Salatın Əhmədli
                                                   
 
 
54 
müstəvisində  təhlil  və  tədqiqinin  aktuallıq  kəsb  etməsi, 
həmçinin  ədəbiyyatşünaslığı  məşğul  edən  problemlərin  daha 
operativ 
şəkildə 
diqqət 
mərkəzinə 
çəkilməsi 
ilə 
şərtlənməkdədir.  Belə  ki,  Cümhuriyyət  dövründə  bir  tərəfdən 
klassik  ədəbi  irsin  tədqiqi  istiqamətində  mühüm  addımlar 
atılmış,  digər  tərəfdən  çağdaş  ədəbi  proses  yetərinjə  də-
yərləndirilmiş,  həmçinin  ədəbiyyatın  nəzəri-estetik  problem-
lərinin  araşdırılması  ilə  bağlı  müəyyən  işlər  görülmüşdür» 
(V.Sultanlı). 
Məmməd  Əmin  Rəsulzadə  milli  azadlıq  yolunda  əldə 
edilən  müvəffəqiyyətlərin  qazanılmasında  bədii  ədəbiyyatın 
rolunu  belə  dəyərləndirir:  «Azadlıq  və  istiqlaliyyət  əsas 
süngüləri  ilə  yox,  ədəbiyyat  və  injəsənət  vasitəsi  ilə  əldə 
olunur»  və  «Qurtuluş  günü»  məqaləsində  yazır:  «Ey  millətin 
lisanül-qeybi  olan  şairlər,  ədiblər,  millətin  əməllərini,  ülvi 
niyyət  və  məqsədlərini  oxşayınız,  kəndisinə  millət  sevgisi, 
vətən məhəbbəti, hürriyyət eşqi təlqin ediniz». 
Cümhuriyyət  dövründə  Seyid  Hüseyn  «Yaşıl  qələm» 
ədəbi-elmi  jəmiyyət  yaradır.  Bu  jəmiyyət  Məmməd  Əmin 
Rəsulzadə,  Hüseyn  Cavid,  Seyid  Hüseyn,  Nəjəf  bəy  Vəzirov, 
Üzeyir  Hajıbəyov,  Abdulla  Şaiq,  Əhməd  Cavad,  Cəfər 
Cabbarlı,  Salman  Mümtaz,  Əli  Yusif  və  digər  ziyalıları, 
sənətkarları  özündə  birləşdirirdi.  «Cəmiyyətin  məqsə-di  
Azərbayjan  xalqının  fikrən  yüksəlməsinə  çalışmaq  və 
Azərbayjan  ədəbiyyatında  müşahidə  edilməkdə  olan  yenili-yi 
qüvvətləndirmək,  onu  türklüyə  və  sadələşməyə  sövq  et-mək» 
idi.    Onlar  müxtəlif  yığınjaqlar  keçirir  və  bu  yığınjaq-larda 
qələm  sahiblərinin  yaradıjılığı  müzakirə  edilir,  əsərlə-rin  nəşri 
(məsələn,  Sabirin  «Hop  Hopnamə»sinin  nəşri)  mə-sələsi 
müzakirə 
edilir, 
ədəbiyyatımızın 
tarixinin 
öyrənilməsi, 


 
Azərbaycan ədəbiyyatı məsələləri 
 
55 
araşdırılması məsələləri ilə yanaşı ədəbi  tənqidin inkişafına da 
diqqət göstərirdi. 
Yusif Vəzir Çəmənzəminli bu dövr ədəbiyyatşünaslı-ğına 
dəyərli əsərlər vermişdir. «Azərbayjan  ədəbiyyatına bir nəzər» 
monoqrafik tədqiqat əsəri 1919-ju ildə İstanbul-da nəşr edilmiş 
öz  elmi-nəzəri  əhəmiyyəti  ilə  seçilir.  Firidun  Köçərli  Tiflisdə 
«Azərbayjan    teatrının  ədəbiyyatı»    əsərini  rus  dilində  nəşr 
etdirir. 
F. Köçərli elə bir dövrdə fəaliyyətə başlamışdır ki, hə-min 
dövrdə  Rusiyada  ijtimai-siyasi  ziddiyyətlər  kəskinləşir.  Azər-
bayjanda  milli  şüur  getdikjə  qüvvətlənirdi.  Azərbayjanda 
dramaturgiya,  nəsr,  nəzm,  realizm  üslubu  ilə  inkişaf  edir, 
ədəbiyyat ideyaja zənginləşir, qəzet və curnallar dilimizdə nəşr 
edilir.  Azərbayjan    ədəbiyyatı  tarixinin  sistemli  şəkildə 
öyrənilməyə  meyil  artırdı.  Firidun  Köçərli  silsilə  məqalələrini, 
«Azərbayjan  türklərinin  ədəbiyyatı»  əsərini,  «Azərbayjan  
ədəbiyyatı» əsərlərini yazır. Onun ən böyük xidməti «çox əsrlik 
Azərbayjan    ədəbiyyatı  irsini  toplayıb,  elmi  prinsip  və 
ardıjıllıqla  öyrənərək  öz  tədqiqatının  nətijələrini  «Azərbayjan  
ədəbiyyatı» əsərində xalqın istifadəsinə verməsi»dir.  
Yusif  Vəzir  Çəmənzəminli  tədqiqatlarında  Nəsimi,  Ab-
basqulu  Ağa  Bakıxanov,  Mirzə  Fətəli  Axundov,  Qasım  Bəy 
Zakir,  Mirzə  Ələkbər  Sabir  və  başqa  şairlər,  sənətkarlar 
haqqında,  onların  yaradıjılığı  haqqında  nəzəri  fikirlərini 
söyləmişdir,  Mirzə  Fətəli  Axundov  irsinə  xüsusilə  yüksək 
qiymət  verilmişdir:  «Milliyyət  hissi  birinji  dəfə  olaraq  bu 
ədibdə  oyanmışdır  və  intibahın  dəlili  olan  kritisizm  də  Mirzə 
Fətəlinin əsərlərilə başlayır».  
 Yusif  Vəzir  Çəmənzəminli  «Milli-mədəni  işlərimiz» 
silsilə  məqalələrində  kitab  nəşrinin  vajibliyini  qeyd  edir.  O 
yazır:  «Hankı  yolda  qənaət  olunsa,  nəşriyyat  üçün  qənaət 
                                                    Gülxani Pənah, Salatın Əhmədli
                                                   
 
 
56 
olmasın.  Çünki  bugünkü  basılan  kitablar  kəsilən  pullardan 
qiymətlidir. Bir çox pullar var ki, sərf olunur və əməli nətijələr 
vermir.  Nəşriyyata  xərjlənənlər  millət  üçün  böyük  sərmayə 
vüjudə  gətirər.  Bütün  gələjəyimiz  mədəni  binalarımız,  tərəqqi 
məhsullarımız bu sərmayə üzərinə binalanajaqdır».  
 Firudin  Köçərlinin  Azərbayjan ədəbiyyatı tarixi  ilə  bağlı 
tədqiqatlarını yüksək dəyərləndirir: «Ədəbiyyatımızı müntəzəm 
bir şəklə salmaq  və ümumə tanıtmaq əhəmiyyətli,  həm də çox 
əhəmiyyətli  məsələlərdəndir.  Bu  yolda  yigirmi  ildən  bəri 
çalışmasilə və ədəbiyyatımızı nizama salmasilə məşhur Firidun 
bəy  Köçərlidir.  Firidun  bəy  ən  müqtədir,  ən  sevimli 
ədiblərimizdən biridir. Bu şəxs ədəbiyyat tariximizi yazmaq ilə 
bütün keçmişimizi diriltdi...». 
Tədqiqatçılarımız    Cümhuriyyət  dövrünün  araşdırıjıla-
rından Adilxan Ziyadxanın «Azərbayjan  haqqında tarixi, ədəbi 
və  siyasi  məlumat»  (1919)  əsərinin  «milli  ədəbiyyat  tarixinin 
öyrənilməsi 
baxımından» 
dəyərli 
bilirlər. 
A.Ziyadxan 
Çəmənzəminlidən  fərqli  olaraq  azərbayjanlı  müəlliflərin,  ərəb 
və  fars  dillərində  yazıb-yaradan  ədiblərin  irsini  milli 
ədəbiyyatımızın ayrılmaz tərkib hissəsi kimi tədqiqata jəlb edir: 
«tədqiqatda ayrı-ayrı klassiklərin yaradıjılığının bağlı olduqları 
ədəbi-kulturoloci  və  ijtimai-siyasi  mühit  kontekstində    təhlilə 
jəlb olunması bütövlükdə milli ədəbiyyatın regional çalarlarının 
üzə çıxarılmasına imkan vermişdir» (V.Sultanlı).  
 Əlimərdan bəy Topçubaşov, Ceyhun bəy Hajıbəyli və b. 
Azərbayjan    ədəbiyyatını,  mədəniyyətini  təbliğ  etmək  məq-
sədilə bir sıra məqalələr, kitablar Avropada çap etdirmişlər. Bu 
dövrdə Abdulla Şaiq, Cəfər Cabbarlı, Abbas Səhhət yaradıjılığı 
ilə  bağlı  müxtəlif  məqalələr  yazılmış,  bu  məqalələrdə  «ədəbi-
estetik fikrin milli məfkurəyə üstünlük» verdiyi, «bədii əsərləri 
bu yöndə dəyərləndirmək meyli» diqqəti çəkir. 


Yüklə 4,51 Kb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   148




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə