Gülxani pənah salatin əHMƏdli azərbaycan ədəbiyyatı



Yüklə 4,51 Kb.
Pdf görüntüsü
səhifə17/148
tarix14.06.2018
ölçüsü4,51 Kb.
#48863
1   ...   13   14   15   16   17   18   19   20   ...   148

 
Azərbaycan ədəbiyyatı məsələləri 
 
65 
zaman  biz  gənjlər  «İnqilab  və  mədəniyyət»  curnalının  yeni 
nömrəsini  alan  kimi  Seyid  Hüseynin  hekayəsini  axtarırdıq. 
Onun  hekayələrində  əks  olunan  ijtimai,  əxlaqi  və  bədii 
məsələlər  oxujular    arasında  müzakirə  və  mübahisə  yaradırdı, 
çünki  Seyid  Hüseyn  müasirlərini  düşündürən  janlı  hadisələrə 
toxunur,  həyatdan,  xalqın  mübarizəsindən  yazırdı»  (Mirzə 
İbrahimov). 
 1920-ji  ildən  sonra  Seyid  Hüseyn  həm  də  publisistik, 
tənqidi  yazıları  ilə  də  mətbuatda  müntəzəm  çıxış  edirdi.  O, 
Sabir,  Hadi,  C.Cabbarlı,  Abdulla  Şaiq  haqqında  məqalələr, 
xatirələr  yazmış,  Məhəmməd  Hadinin  Azərbayjan    ədəbiyyatı 
tarixində  əhəmiyyətli  fəaliyyətini  təqdir  etmişdir.  Sabirin 
həyatı,  mühiti  haqqında  maraqlı  məlumatlar  vermişdir.  Mehdi 
Hüseyn  Seyid  Hüseyn  ədəbi  fəaliyyətinin  ideya-  siyasi 
istiqamətinə  belə  qiymət  verir:  «Seyid  Hüseyn...  proletar 
hakimiyyəti  illərində  bitərəf  qalmağın  qətiyyən  müəyyən 
olmadığını  söyləyir.  O,  «Çarxların  hüjumu»  adlı  hekayəsində 
hüjuma  keçən  inqilabın  obrazını  verməyə  çalışaraq,  bu  hüjum 
zamanında  bitərəf  qalan  və  öz  yolunu  təyin  edə  bilməyən 
adamların  ayaq  altında  əzilməkdən  başqa  bir  yol  tapa 
bilməyəjəklərini anladır». 
O,  1920-ji  il  inqilabından  sonra  da  inqilabdan  əvvəlki 
kimi  «demokratik,  realist  sənət  haqqında  doğru  estetik»  gö-
rüşlərini tənqidi görüşlərində davam etdirir. 
Süleyman  Sani  Axundov  da  həm  inqilabdan  əvvəl,  həm 
də  inqilabdan  sonra  1939-ju  ilə  qədər  ədəbiyyatımızın  inki-
şafında  mühüm  rol  oynayan  simalardandır.  20-ji  illərdəki 
yaradıjılığında dramaturgiya əsas yer tutan S.S.Axundov «mən 
mövhumat,  avamlıq  və  ətalətlə  mübarizə  etmək  üçün  ən  yaxşı 
vasitələrdən  biri  də  teatr  olduğunu  anlayaraq  pyes  yazmağa 
başladım»-deyir.  1921-22-ji  illərdə  irili-xır-dalı  on  bir  pyes, 
                                                    Gülxani Pənah, Salatın Əhmədli
                                                   
 
 
66 
23-jü  ildə  isə  «Yeni  həyat»  adlı  kiçik  pye-sini  yazmış  və 
sonralar  bədii  nəsrlə  məşğul  olmuşdur.  «Tən-qid-təbliğ»  teatrı 
üçün yazdığı doqquz pyesi aktual mövzuları özündə əks etdirən 
kiçik 
həjmli  əsərlərdir.  Ümumiy-yətlə,  «Tənqid-təbliğ» 
teatrının  repertuarında  S.S.Axundovun  əsərləri  mühüm  yer 
tutmuşdur.  
 «Laçın  yuvası»,  «Eşq  və  intiqam»,  «Şeytan»,  «Bir eşqin 
nətijəsi»,  «Səadət  zəhmətdədir»,  «İki  yol»,  «Qaranlıqdan 
işığa»,  «Çərxi-fələk»  və  s.  pyeslərinin  bir  qisminin  müa-sir 
həyatın  aktual  məsələlərindən  bəhs  etdiyi,  bir  qisminin  isə 
«mövzusu  inqilabdan  əvvəlki  həyatdan  götürülsə  də,  günün 
vajib sosial problemlərinə» həsr olunduğu, «ümumi-likdə isə bu 
pyeslərin  iyirminji  illər  ijtimai  mühitin  vajib  aktual  mə-
sələlərinin  təhlil  və  təbliğinə»  xidmət  etdiyi  bil-dirilir.  20-ji 
ildən  sonrakı  nəsr  yaradıjılığında-«Kövkəbi-hürriyyət»,  «Yu-
xu»,  «Qatil  uşaq»,  «Cəhalət  qurbanı»,  «Ümid  çırağı», 
«Təbrik».  «Sona  xala»  kimi  hekayələrində  müasir  həyatın 
təsviri,  qadın  azadlığı  məsələsi,  köhnə  hə-yatla  yeni  həyatın 
müqayisəli  təhlili,  («Namus»,  «Mister  Qreyin    köpəyi»,  «Son 
ümid» və s.) əsasdır. 
 XX  əsr  Azərbayjan    ədəbiyyatının  realist  ənənələrini 
inqilabdan  sonra  da  inkişaf  etdirən,  bədii  və  dramaturgiya 
sahəsində tanınan, bu sahələri mövzuja zənginləşdirən görkəmli 
yazıçılarımızdan  biri  də  Əbdürrəhim  bəy  Haqverdiyevdir.  Ə. 
Haqverdiyev  yazdığı pyes,  hekayə,  məqalə,  xatirələrilə  yanaşı, 
rus  və  dünya  ədəbiyyatından  tərjümələri  ilə  də  ədəbiyyat 
tariximizdə  mühüm  yer  tutur.  «Ağaj  kölgəsində»,  «Köhnə 
duman», «Qadınlar bayramı», «Yoldaş Koroğlu», «Çox gözəl», 
«Sağsağan»  pyeslərində  yeni  həyat,  xalqın  şüurunda  yaranan 
dönüş, 
«insanların 
şüurunda 
əmələ 
gələn 
dəyişmə», 
«yeniləşmə» əsasdır.  


 
Azərbaycan ədəbiyyatı məsələləri 
 
67 
1920-37-ji  illərdə  Tağı  Şahbazi  Simurqun  yaradıjılığında 
qadın  azadlığı  məsələsi  əsas  yer  tutur.  «Zərifə»,  «Haqsızlıq 
dünyası»,  «Hajı  Salman»,  «Ağanın  kənizi»,  «Məşədi  Qədimin 
evində  bədbəxtlik»,  «Küləkli  bir  axşam»,  «Mirzə  Badımjan». 
«Qayçı»,  «Aldanmış  ümid»  hekayələri,  «Düşmənlər»  (1932) 
povesti onun  sənətkarlığını qiymətlədirmək  baxımından  xüsusi 
əhəmiyyət  kəsb  edir.  H.Nəzərli,  B.Ta-lıblı,  S.Hüseyn  kimi 
T.Ş.Simurq    da  hekayələr  müəllifi  ol-muş,  1935-ji  il,  1960-jı 
ildə I jilddən ibarət «Seçilmiş əsərləri» Azərnəşr, 1983-jü ildə I 
jildlik    «Seçilmiş  əsərləri»  «Yazıçı»  nəşriyyatı  tərəfindən  nəşr 
olunmuşdur.  
1920-ji illərdən bədii yaradıjılıqla məşğul olan «keçmi-şə 
qəzəbli və istehzalı münasibət» (M.Hüseyn)  bəsləyən Hajıbaba 
Nəzərli 30-ju illər Azərbayjan  nəsrində ilk dəfə olaraq «döyüş 
lövhələri və döyüşçü surətləri»ni yaratmışdır. «Nişanlı gözləri», 
«Casusun  yardımçısı»,  «Laçın»,  «Satqın»,  «Üç  dövrün  janlı 
arxivi»,  «120-dən  ikisi»,  «Təəssüb»,  «Əyyaş»,  «Rəfail», 
«Qəhrəmanın  romanı»,  «Sarıköynək»  və  s.  kimi  dövrün 
oxujuları  arasında  tanınan  əsərlərin  müəllifidir.  O,  nəsrlə 
yanaşı,  dram  əsərləri  də  yazmışdır.  «Yollar»,  «Sabir»  və 
Süleyman  Rüstəmlə  birgə  «Yanğın»  komediyasını  yazmış, 
maraqlı,  yaddaqalan  obrazlar  yaratmışdır.  Onun  əsərlərində 
mənfi, yaramaz, qeyri-insani hisslər pislə-nir, mərdlik, səxavət, 
qoçaqlıq,  başqalarına kömək etmək, vətənpərvərlik kimi   yaxşı 
keyfiyyətlər təbliğ olunur, bədiiləşdirilir. 
O,  hekayələrlə  yanaşı,  yazdığı  dram  əsərlərində  də 
istedadlı  sənətkar  kimi  diqqəti  jəlb  edir.  Onun  «Casusun  yar-
dımçısı»  (1926),  «Qaratel»  (1927),  «Laçın»  (1928),  «Sat-qın» 
(1930),  «Ölülər  rəqs  edərkən»  (1930)  kitabları  nəşr 
olunmuşdur. 
                                                    Gülxani Pənah, Salatın Əhmədli
                                                   
 
 
68 
O,  ijtimai  xadim  kimi  tanınmış,  repressiyaya  uğramış, 
1958-ji  il  yanvarın  28-də  xalq  düşməni  kimi  güllələnmiş,  on 
yeddi ildən sonra bəraət almışdır.  
Digər  dramaturqlar  kimi  C.Cabbarlı  da  dramaturgiyamı-
zın  inkişafında  böyük  əmək  sərf  etmişdir.  1930-1940-jı  illər 
dramaturgiyada  «yüksəliş  dövrü»  kimi  qiymətləndirilir.  Cəfər 
Cabbarlının  bu  sahədə  rolu  çox  böyükdür  və  o,  «Almaz»da 
(1929)  Azərbayjan    kəndində  kollektivləşmə  illərində  gedən 
sinfi  mübarizəni  əks  etdirir,  müxtəlif  ijtimai  təbəqənin 
nümayəndələrinin dolğun obrazlarını yaradır.  
1932-ji  ildə  hadisələrin  inkişafı  jəhətdən  «Almaz»ın 
«davamı» olan «Yaşar» pyesini, 1932-1933-jü illərdə «Dönüş» 
pyesini  yazır  və  20-30-ju  illər  arasında  Cəfər  Cabbarlı 
Azərbayjan  dramaturgiyasının «sonrakı inkişafı üçün bir ədəbi 
məktəb»  yaratmış  olur.  Hüseyn  Cavid  də  bu  illərdə  «Dəli 
Knyaz»,  «Telli  saz»,  «Səyavuş»,  «Xəyyam»  kimi  qiymətli 
pyeslərini  yazır  və  bu  əsərləri  ilə  yaradıjılığında  ijtimai 
motivlərin,  mütərəqqi  görüşlərin,  həyat  hadisələrinin  qüv-vətli 
verilməsiylə  həm  oxuju  kütləsinin,  həm  də  tənqidçilərin 
diqqətində olur. 
Cəfər  Cabbarlının  realist  ənənələrini  davam  etdirən  gənj 
dramaturqlar yetişməyə başlayır. M.İbrahimov, S.Vurğun dram 
əsərlərinə  üz  tuturlar.  M.İbrahimov  «Həyat»  pyesini  yazır. 
Onun  bu  əsəri  C.Cabbarlıdan  sonra  «səhnədə  yaranan  ilk 
dolğun məzmunlu, sənətkarlıqla yazılmış, müa-sir varlığı geniş 
ümumiləşdirmələr 
yolu 
ilə 
əks 
etdirən 
əsər» 
kimi 
qiymətləndirilir.  İkinji  dram  əsəri  «Madrid»də  böyük  ideallar 
uğrunda vuruşan qəhrəman ispan xalqının müba-rizəsi öz əksini 
tapmışdır. 
1937-ji  ildə  S.Vurğun  «Vaqif»  pyesi  ilə  tarixi  dram 
canrını yeni bir pilləyə qaldırdı və bu, zəngin xarakterlərə malik 


Yüklə 4,51 Kb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   148




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə