Gülxani pənah salatin əHMƏdli azərbaycan ədəbiyyatı



Yüklə 4,51 Kb.
Pdf görüntüsü
səhifə18/148
tarix14.06.2018
ölçüsü4,51 Kb.
#48863
1   ...   14   15   16   17   18   19   20   21   ...   148

 
Azərbaycan ədəbiyyatı məsələləri 
 
69 
joşqun  ehtiraslar  dramı  kimi  tamaşaçıların  rəğbətini  qazanan 
əsər  oldu.  Mövzusu  inqilabi  mübarizəyə  həsr  olunmuş 
«Xanlar» əsərini yazır.  
Çar  məmurlarına  və  yerli  mülkədarlara  qarşı  mübarizəni 
özündə  əks  etdirən  Süleyman  Rüstəmin  «Qaçaq  Nəbi»  pye-
sində  xalq  mənafeyini  müdafiə  edən,  xalqın  istismardan 
qurtulması  uğrunda  mübarizə  aparan,  şüurlu  şəkildə  bu  xalq 
hərəkatına  başçılıq  edən  Qaçaq  Nəbinin  mükəmməl  obrazı 
yaradılmışdır. 
Bu illərdə tarixi dramlarla yanaşı,  yeni tipli komediya-lar 
da  yaranır  və  bu  sahədə  Sabit  Rəhmanın  rolu  böyükdür. 
Axundov,  Vəzirov  ənənələrini  davam  etdirən  Sabit  Rəhman 
«Toy», «Xoşbəxtlər» (1940) komediyalarını yazır. 
30-ju  illərdə  ədəbi  tənqid  və  ədəbiyyatşünaslıq  bədii 
əsərlərlə  elə  qüvvətli  bir  zənjirlə  bağlı  idi  ki,  80  illik  ədəbi 
mühiti  nəzərdən  keçirdikdə  ondan  bir  addım  da  uzaq  olma-
dığını  görürük.  Ədəbi  tənqidi,  ədəbiyyatşünaslığı  inkişaf  et-
dirən də elə yazıçı və şair kimi ədəbi mühitə gələnlər idi. Azər-
bayjan    ədəbi  tənqidində  yaranan  bədii  əsərlərin  təhlil  və 
tədqiqini  verən  Salman  Mümtaz,  Əli  Nazim,  Cəfər  Cəfərov, 
Mehdi Hüseyn, Məmməd Arif, Həmid Araslı, Əziz Şərif, Cəfər 
Xəndan, Mir Cəlal, Feyzulla Qasımzadə, Mikayıl Rəfili, Əkbər 
Ağayev...  kimi  peşəkar  tənqidçilər  var.  Yazıçılarımızın, 
şairlərimizin əksəriyyəti (Cəfər Cabbarlı,  Abdulla Şaiq,  Mehdi 
Hüseyn,  Mir  Cəlal,  Mikayıl  Rzaquluzadə,  Səməd    Vurğun, 
Mirzə  İbrahimov  və  s.)  bədii  yaradıjılıqla  yanaşı  nəzəriyyə  və 
tənqid məsələləri ilə məşğul olmuşlar.  
Ədəbi  tənqid  bu  illərdə  lirik  əsərlərin  təhlil  və  tədqiqini 
diqqət  mərkəzində  saxlayırdı.  Lirik  əsərlərdə  qoyulan 
mövzular,  məsələlər  bəzən  bir-biri  ilə  toqquşur,  biri  o  birini 
tamamlamır,  əksinə  bir-birinə  zidd  olurdu:  «Lirika  və  onun 
                                                    Gülxani Pənah, Salatın Əhmədli
                                                   
 
 
70 
müasir  çalarları  bu  illərdə  ədəbi  tənqidin  diqqət  mərkəzində 
dayanırdı.  «Lirikaya  baxışlarda  bir-birinə,  daban-dabana  zidd 
iki konsepsiya var idi: 
 a)  müasir  aləmdə  lirikaya  yer  yoxdur,  sovet  adamı 
kədərlənməz, sevməz, sevilməz və s. 
 b) yaşasın lirika! Birinjisi insana emosional təsir edən nə 
varsa hamısını: tarı, kamançanı, sazı, muğamatı, mahnını milli-
mədəni irsi inkar edirdi, ikinjisi isə deyirdi: «Oxu tar». 
 S. Vurğunun bu nəzəri fikirlərini alimlər qiymətləndirirdi 
ki,  «Bəziləri  elə  düşünürlər  ki,  sosializm  dövründə  guya  insan 
zövqlərinə,  insan  hisslərinə  ədəbiyyatda  yer  verilməməlidir. 
Guya  proletar  əməkçilərdə  dərin  hisslər,  injə  zövqlər,  ilhamlar 
yoxdur. Bu, qətiyyən doğru deyildir. .. 
Biz  işçi  sinfinin  əmək  prosesindən  aldığı  dərin  həyəjan-
ları, təmiz duyğuları və onların bu əməyi ilə həyata keçirdikləri 
böyük  ideallardan  aldıqları  mənəvi  zövqləri  lirika  vasitəsilə 
ifadə etməliyik...». 
 Səməd  Vurğun,  Mikayıl  Müşfiq,  Süleyman  Rüstəm, 
Rəsul  Rza,  Məmməd  Rahim,  Osman  Sarıvəlli,  Əhməd  Cəmil 
yaradıjılığında  da  lirik  qəhrəmanın  zəngin  mənəvi  aləmi, 
mənəviyyatı, kamilliyi məsələləri əsas planda idi. 
Ədəbi  tənqid  klassik  irsə,  tarixi  mövzuda  yazılmış  əsər-
lərə  də  diqqətlə  yanaşırdı.  Yaranan  tarixi  mövzuda  əsərlər 
haqqında  tənqidçilər  çoxlu  sayda  resenziya,  məqalə,  mo-
noqrafiyalar  yazır,  tarixi  hadisələrin  müasir  həyatla  səsləşən, 
«bu günü yaxşı dərk etməkdə» oxuju və tamaşaçılara yaxın-dan 
kömək edən ideyalar, qayələr olduğunu üzə çıxarırdılar. 
 Məmməd Səid Ordubadinin «Dumanlı Təbriz» kimi çox-
jildli, çoxsücetli, monumental əsəri ədəbi tənqidin diqqətini jəlb 
etdi.  Bu  roman  Azərbayjan    bədii  nəsrinin  böyük 
müvəffəqiyyəti,  Azərbayjan    romançılığının  qüdrət  və  qüv-


 
Azərbaycan ədəbiyyatı məsələləri 
 
71 
vətinin  nətijəsi  kimi  dəyərli  idi.  Mir  Cəlalın  «Böyük  prob-
lemlər  romanı»  məqaləsini  digər  tənqidçilər  tarixi    inqilabi 
romanın  bir  sıra  nəzəri  probleminin  həlli  sahəsində  «özünün 
konseptual  monoqrafik  xarakterinə,  obyektivliyinə,  yüksək 
tənqidi  təfəkkürünün  parlaqlığına,  aydınlığına  görə  seçilən» 
qiymətli  məqalə  kimi  yüksək  dəyərləndirir.  Bu  məqalədə 
«tənqidçi romanın əsas tarixi və əfsanəvi majəra qaynaqları ilə 
bərabər,  onun  sücet,  kompozisiya,  fabula  üslubundakı 
şairanəlik,  obrazlar  aləmi,  sənətkarlıq  problemlərinin  və  ən 
başlıjası  əsərin  ijtimai-siyasi,  fəlsəfi,  həyati  məsələlərin,  xü-
susilə azadlıq uğrunda gedən mübarizələrin fajiəli mahiy-yətini 
proffessional 
tənqidçi 
mövqeyindən 
təhlil 
etmişdir» 
(C.Abdullayev).  
30-ju illərdə yaranan «Şamo», «Dirilən adam», «Daşqın», 
«Dünya qopur»,  «Gizli Bakı»,  «Döyüşən şəhər»  kimi tarixi  və 
əfsanəvi  mövzuda  yazılmış  əsərlərdə  konkret  tarixi-inqilabi 
mübarizələri  müəlliflərin  böyük  sənətkarlıqla  əks  etdirdikləri 
bildirilir.  Bəzi  jüzi  çatışmazlıqlar  nəzərə  alınmaqla,  nöqsanlar 
göstərilməklə    geniş  təhlil  və  tədqiqini  tapmışdır.  Bu  jəhətdən 
N.  Əfəndiyevin  professional  tənqidçi  kimi  fəaliyyətini  qeyd 
etməliyik. Bu dövrün Salman Mümtaz, R.Axundov, Əli Nazim, 
H.Zeynallı,  M.Hüseyn,  M.Arif,  M.Cəfər  kimi  tənqidçiləri 
yetişmişdi.  Bu  dövrün  tənqidi  və  ədəbiyyatşünaslığı  «sənət 
sənət üçündür» nəzəriyyəsinə, vul-qar sosiologizmə, hər jür yad 
meyillərə qarşı mübarizələrdə bərkimiş, inkişaf etmiş olduğunu 
sonrakı dövr alim və tədqiqatçıları dönə-dönə söyləmişlər. 
Bu  illərdə  ədəbiyyatşünaslıqda  bir  sıra  məsələlərin  həlli 
yolları, klassik irsimizin, ədəbiyyat tarixinin müxtəlif problem-
ləri  araşdırılır.  Nizami,  Füzuli,  Mirzə  Fətəli  Axundov,  Mirzə 
Ələkbər  Sabir,  Cəlil  Məmmədquluzadə  və  başqaları-nın  həyat 
və  yaradıjılığı  əhatəli  şəkildə  tədqiq  edilir,  monoq-rafiyalarda 
                                                    Gülxani Pənah, Salatın Əhmədli
                                                   
 
 
72 
Azərbayjan  ədəbiyyatının  tarixi  araşdırılır,  öy-rənilir.  Klassik 
irs dərindən öyrənilirdi, dünya ədəbiyyatına böyük sənət injiləri 
bəxş 
etmiş 
Nizaminin 
800 
illik 
yubileyi 
ərəfəsində 
ədəbiyyatşünaslığın  bütün sahələri  bu  işlə  məşğul olmuş,  onun 
əsərləri  farsjadan  ana  dilimizə  tərjümə  edilmiş,  yaşadığı  dövr, 
həyat  və  yaradıjılığı  ilə  bağlı  məqalələr,  mo-noqrafiyalar 
yazılmışdı. 
 Bu  illərdə  Füzuli  yaradıjılığı  da  geniş  şəkildə  tədqiq 
olunmağa  başlandı.  Mir  Cəlal  «Füzulinin  poetik  xüsusiyyət-
ləri»  (1940)  əsəri  ilə  ilk  dəfə  çıxış  etdi.  F.  Qasımzadə,  M. 
Rəfili,  filosof  H.Hüseynov  M.F.Axundov  irsinin  öyrənilmə-
sində müstəsna xidmətlərə malikdirlər. Onların tədqiqat-larında 
ilk  dəfə  Axundovun  həyatı,  fəaliyyəti,  şair,  filosof,  dramaturq, 
tərjüməçi,  ijtimai  xadim,  maarifçi,  islahatçı  kimi  tədqiq 
olunmağa  başlanıldığı  məlumdur.  1938-ji  ildə  əsərlərinin  3 
jildliyi  çapdan  çıxdı  və  bu  onu  daha  yaxşı  tanımaq  üçün 
oxujulara kömək etdi. Bu illərdə Ə. Nazim «Molla Nəsrəddin» 
(1936),  Mirzə  İbrahimov  «Böyük  demokrat»  (1939),  Cəfər 
Xəndan «Sabir» (1940) və s.  iri-həjimli tədqiqat əsərləri yazdı. 
Tədqiqatçılar  təkjə  Azər-bayjan    ədəbi  irsini  deyil,  eyni 
zamanda 
rus, 
dünya 
xalqları-nın 
ədəbiyyatı, 
onun 
nümayəndələri haqqında Azərbayjan  oxujusuna məlumat verir, 
bu mövzuda əsərlər çap etdirir-dilər. 
Azərbayjan  sovet  ədəbiyyatı  öz  inkişafı  dövründə  çox 
çətinliklərə,  mənəvi  təqiblərə,  jismani  jəzalara  məruz  qalmış 
ədib və şairləri ilə də tarixə düşüb.  
20-ji ildə Bolşevik Rusiyası   Azərbayjanı işğal etdi. Xalq 
Cümhuriyyəti  süquta  uğradı  və  ölkədə  yaranan  gərgin  ijtimai-
siyasi  vəziyyət  ideoloci  ovqatı  da  dəyişməyə  başladı.  Milli 
məfkurəyə  qarşı  amansızlıqlar  baş  alıb  gedir,  xalq,  ziyalı 
təbəqəsi kommunist ideologiyası ilə «silahlandırılırdı». Bu çox 


Yüklə 4,51 Kb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   148




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə