Gülxani pənah salatin əHMƏdli azərbaycan ədəbiyyatı



Yüklə 4,51 Kb.
Pdf görüntüsü
səhifə21/148
tarix14.06.2018
ölçüsü4,51 Kb.
#48863
1   ...   17   18   19   20   21   22   23   24   ...   148

 
Azərbaycan ədəbiyyatı məsələləri 
 
81 
Bu  misralar  Mikayıl  Müşfiqin  «Duyğu  yarpaqla-
rı»ndandır.  Bu  rübaidir.  Müşfiq  klassik  poeziyanın  bu  forma-
sından  istifadə  etməklə  «yeni,  ijtimai  məzmunun,  vətəndaşlıq 
hissinin  ifadəçisi  kimi  çıxış  etmiş,  lirika  ilə  fəlsəfəni  zamanın 
ruhu  ilə  qovuşdurmuşdur».  «Gənj  işçi»  qəzetində  1926-jı  ildə 
çap  olunan  «Bir  gün»  şeiri  ilk  şeiridir.  İlk  kitabı  1936-jı  ildə 
nəşr  olunan  «Küləklər»  adlanır.  «Küləklər»  kitabından  sonra 
1930-ju ildə «Günün səsləri», 1932-ji ildə «Buruqlar arasında», 
«Vuruşmalar»,  «Pambıq»,  «Bir  may»  kitablarını,  1934-jü  ildə 
«Şeirlər»,  1935-ji  ildə  «Qaya»,  «Kəndli  və  ilan»,  1934-jü  ildə 
«Şəngül,  Şüngül,  Məngül»  kitablarını  nəşr  etdirib.  Sağlığında 
on  kitabı  nəşr  olunub.  1965-jı  ildən  bəri  II  jildlik  Seçilmiş 
əsərləri  (1957-1960),  «Duyğu  yarpaqları»  (1965).  İki  jilddə 
«Əsərləri»  (1968-1973),  «Yenə  o  bağ  olaydı»  (1976), 
«Əbədiyyət nəğməsi» (1978), «Həyat sevgisi» (1988), «Məktəb 
kitabxanası» 
silsiləsindən 
«Seçilmiş 
əsərləri» 
(1983),  
«Könlümü al, oxu» (2002)  və s. kitabları nəşr olunub. Əsərləri 
dünya  xalqlarının  dillərinə  tərjümə  olunmuş    Mikayıl  Müşfiq 
bənzərsiz sənətkar idi: «Yeni poetik formalar yaratmaq poeziya 
tarixində  hər  şairə  qismət  olmur.  Müşfiq  bu  jəhətdən  seçilən 
şairlərimizdəndir.  Onun  elə  şeirləri  vardır  ki,  bu  anjaq  onun 
özünə  məxsus  formada  yazılmışdır  («Tərtərhes  nəğmələri»  və 
s). «Tərtərhes nəğmələri»ndə şair beş üçlükdən ibarət 15 misra-
lıq  bənd  yaratmışdır  ki,  burada  birinji  üçlüyün  iki  misrası  öz 
aralarında qafiyələnir. Üçünjü misra isə o biri üçlüklərin üçünjü 
misrası  ilə  həmqafiyə  olur.  Bəndlərin  bu  jür  quruluşunun 
ümumi ahəngi joşğun çayların (Tərtər də belə çaylardan biridir) 
gur axınını xatırladır» (G. Hüseynoğlu). 
Yaradıjılığa 20-ji illərin ikinji yarısında gələn M.Müşfiqin  
şeirlərinin  əsas  hissəsini  ijtimai-siyasi  lirika  təşkil  etsə  də, 
aşiqanə şeirləri («Yenə o bağ olaydı», «Sənin gözlərin», «Sənin 
                                                    Gülxani Pənah, Salatın Əhmədli
                                                   
 
 
82 
gülüşlərin»,  «Məhəbbət»,  «Ulduzlar»,  «Şirin  qız»,  «Ürək», 
«Maral»  və  s.),  insan  hissləri,  məhəbbətin  şirin  jəfası, 
«hijrandan  doğan  intizar»,  sevdiyi  insanı  Xəzərin  damjılarına 
belə  qısqanan  joşqun  məhəbbətlə  sevən  ürək  çırpıntıları, 
«sevdalı javanların ümid qapılarının gah açılıb, gah qapanması 
və  s.  «poetik  yüksəkliyə  qaldırılır.  «Müşfiq  lirikası  özünün 
yalnız  ijtimai,  əxlaqi-tərbiyəvi  məzmunu  ilə  deyil,  oricinal 
sənətkarlıq jəhətləri ilə də diqqəti jəlb edir.  
Şair  şeir,  sənət  və  sənətkarlar  haqqında  xüsusi  məqalələr 
yazmasa da, bəzi əsərlərində («Gözəl şeir», «Yeni il»,  «Bulud-
lar»,  «Şeirim»,  «Sənətkar»,  «Duyğu  yarpaqları»,  «Şair  və 
vətəndaş» və s) poeziyanın vəzifələri haqqında bir sıra maraqlı 
fikirlər  irəli  sürmüş,  ədəbiyyat  xadimlərinə  həsr  olunmuş 
«Sabir 
üçün», 
«Şairin 
ölümü», 
«N.Ostrovski 
üçün», 
«Ustamıza»  və  Ömər  Xəyyam,  Sabir,  Cəlil  Məmməd-
quluzadənin 
yığjam,  eyni  zamanda  əhatəli 
yaradıjılıq 
səjiyyəsini verən «Şən teyflər» əsərlərində şair ədəbi və estetik 
görüşlərini yüksək poetik dillə ifadə edir. 
Müşfiqin  uşaqlar  üçün  yazdığı  əsərlərdə  («Vuruşmalar», 
«Qaya»  poemaları,    «Kəndli  və  ilan»,  «Şəngül,  Şüngül, 
Məngül»  mənzum  nağılları,  «Bir  may»,  «Məktəbli  şərqisi», 
«Pioner»,    «Coğrafiya»,  «Zəhra  üçün»  və  s.)    şair  onların  yaş 
xüsusiyyətlərini də nəzərə almış, «təsvir etdiyi hadisələri oynaq 
bir  vəznlə,  axıjı  bir  dillə»  ifadə  etdiyini  tənqidçilər  yüksək 
dəyərləndirmiş, «30-ju illər uşaq ədəbiyyatımızın yaxşı əsərləri 
sırasında olduğunu» göstərmişlər. 
 Xalq  ədəbiyyatı  motivləri  əsasında  yazdığı  mənzum 
nağıllarda  haqq,  ədalət  uja  tutulur,  zülm  pislənir,  «Qaya» 
poemasında  əvvəllər  vaxtını  boş  keçirən,  faydalı  əməklə  məş-
ğul olmayan Qaya qayğıkeş müəlliminin köməyi ilə doğru yola 
çəkilir, zəhmətkeş, sağlam ruhlu insanlara qoşulur. 


 
Azərbaycan ədəbiyyatı məsələləri 
 
83 
M.  Müşfiqin  tərjümə  sahəsindəki  uğurları  böyükdür. 
Taras  Şevçenkonun  «Kobzar»  əsərini  Ə.  Cavadla  birlikdə, 
Puşkinin  «Qaçaqlar»  əsərini  Ş.  Abbasovla  birlikdə,  R.Rza  ilə 
birlikdə 
Lermontovun 
«Demon» 
poemasını, 
Puşkinin  
«Yevgeni Onegin»  mənzum romanından  «Tatyananın Oneginə 
məktubu»nu  R.  Rza  ilə  birlikdə,  «Poltava»  əsərindən  bir 
parçanı,  «Dustaq»  şeirini,  M.  F.  Axundovun  «A.  S.  Puşkinin 
ölümünə  həsr  olunmuş  «Şərq  poeması»nı,  Lermontovun 
«Yelkən»,  «Şairin  ölümünə»  şeirlərini,  Ömər  Xəyyamın 
rübailərini,  Mirmehdi  Seyidzadə  ilə  birlikdə  Firdovsinin 
«Şahnamə»sindən    «Rüstəm  və  İsfəndiyar  dastanı»nı,  «Sultan 
Mahmud    haqqında  həjv»  hissələrini,  rus  sovet  şairlərindən 
A.Carovun,  İ.Utkinin,  A.Bezemenskinin  və  başqalarının 
əsərlərindən  nümunələri  dilimizə  tərjümə  etmişdir.  1926-32-ji 
illərdə  istedadlı  şair  kimi  tanınan  Mikayıl  Müşfiq  lirik  şeirləri 
ilə  yanaşı,  poemalar  da  («Buruqlar  arasında»,  «Çoban» 
«Əfşan»,  «Dağlar  fajiəsi»,  «Mənim  dostum»,  «Şölə», 
«Sındırılan saz»,  «Azadlıq dastanı» və s.)  yazmışdır. Yaratdığı 
poemalarda  lirik,  dolğun,  əhatəli,  bədii  surətlər  ya-ratmışdır. 
Poemaları 
lirik 
və 
epik-lirik 
poemalardır. 
«Epik-lirik 
poemalarda  müəyyən  sücet  xətti,  surətlər,  xarakterlər  olmaqla 
bərabər,  lirik  haşiyələr  də  vardır;  şair  müəyyən  dərəjədə 
hadisələrə  müdaxilə  edir,  bəzən  əsas  iştirakçılardan  olur  və 
hadisələrə  yekun  vurur  («Çoban»,  «Sındırılan  saz»,  «Dağlar 
fajiəsi»  və s. poemalarda olduğu kimi). 
Lirik  poemalarda  isə  çox  vaxt  əsərin  lirik  qəhrəmanı 
şairin özüdür, onun ideyaları, hiss və həyəjanları, sevinj və ürək 
çırpıntılarıdır.    Şair  hər  yerdə  bütün  hadisələrə  münasibətini 
açıq  ifadə  edir,  təsvir  etdiyi  şəxsiyyət  haqqında  mülahizələrini 
deyir, hadisələrlə əlaqədar rijətlərə geniş yer verir. Bu jəhətdən 
«Azadlıq dastanı» daha səjiyyəvidir. 
                                                    Gülxani Pənah, Salatın Əhmədli
                                                   
 
 
84 
M.Müşfiq repressiyaya  məruz qalmış, 1938-ji  il  yanvarın 
6-da  güllələnmişdir.  Şairin  fajiəli  ölümü  onu  sevən  xalqını, 
dostlarını  sarsıtmış,  Müşfiq  böyüklüyü,  Müşfiq  istedadı, 
Azərbayjan 
ədəbiyyatına, 
mədəniyyətinə, 
bütövlükdə 
Azərbayjan xalqına az yaşıyla böyük xidmətlər göstərdiyi, onun 
kimi  qələmiylə  xalqına,  millətinə,  onun  ədəbiyyatına  xidmət 
edən  Müşfiqlərin  fajiələrini  unutmamışlar.  Onun  haqqında 
gözəl  əsərlər  yaranmışdır.  Ədəbiyyatşünaslar,  tənqidçilər 
Müşfiq  poeziyasını  tədqiq  etmiş,  «böyük  joşqunluqla,  ilhamla 
yaratdığı bədii əsərləri tədqiq etmiş, onun sənətkarlıq qüdrətini 
üzə  çıxarmışlar.  Müşfiq  yara-dıjılığının  müasir  Azərbayjan 
poeziyasının  yaranmasında,  inkişafında  böyük  rol  oynadığını 
dönə-dönə qeyd etmişlər. Xalq şairi, repressiyaya məruz qalmış 
Gülhüseyn  Hüseyn-oğlu  bütün  ömrünü  onun  yaradıjılığının 
tədqiqinə, əsərləri-nin nəşrinə həsr etmiş, əsərlərinin 3 jildliyini 
hazırlayıb  nəşr  etdirmiş,  şairin  istedadlı  qızı,  alim,  tədqiqatçı 
Aytəkin  Ab-dullayeva  «Müşfiq  və  folklor»  mövzusunda 
yazdığı 
elmi 
monoqrafiyada 
şairin 
folklorla 
əlaqəli 
yaradıjılığını tədqiq etmiş, qiymətli bir əsər yazmışdır. 
R. Rzanın «Qızılgül olmayaydı» poemasında M. Müşfiqin 
yaddançıxmaz  obrazı  yaradılıb.  Rəsul  Rza  «qüvvətli  fitri 
istedad», çağlar poetik təbə, həm ötkəm, çılğın, həm də kövrək, 
romantik  bir  təbiətə,  kəskin  və  müstəsna  hafizəyə  malik  olan» 
Mikayıl Müşfiqə həsr etdiyi «Qızılgül olmayaydı» poemasında 
onun xarakteri haqqında səmimiyyətlə ya-zır: 
O hamıdan sadəydi, 
hamıdan açıq ürək. 
Yetim kimi kövrək 
Dilindəydi çox zaman 
ajığı, qəzəbi. 
 


Yüklə 4,51 Kb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   148




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə