Gülxani pənah salatin əHMƏdli azərbaycan ədəbiyyatı



Yüklə 4,51 Kb.
Pdf görüntüsü
səhifə19/148
tarix14.06.2018
ölçüsü4,51 Kb.
#48863
1   ...   15   16   17   18   19   20   21   22   ...   148

 
Azərbaycan ədəbiyyatı məsələləri 
 
73 
çətin, ağır illərdə yaradıjılıqları çiçəklənən, müdrik-lik dövrünü 
yaşayan  C.  Məmmədquluzadə,  Hüseyn  Cavid,  Nəjəf  bəy 
Vəzirov, Süleyman Sani Axundov, Yusif Vəzir Çəmənzəminli, 
Seyid  Hüseyn  bu  dövrün  ədəbi  tələblərinə  uyğunlaşa  bilmir, 
müqavimət  göstərirdi.  Buna  görə  də  inqi-labi  kommunist 
quruluşun  düşmənləri  kimi  təqib  olunur-dular.  Azərbayjan 
ədəbi  posesinin  belə  sürətlə  inkişafı  düş-mənlərimizin  xoşuna 
gəlmirdi.  Siyasi-ijtimai  gərginlik  onla-rın  xeyrinə  idi.  «Yaşlı» 
ədəbiyyata  qarşı  yeni  formalaş-maqda  olan  gənj  ədəbi    qələm 
sahiblərindən  istifadə  olunmağa  başlandı.  Ədəbiyyata  qarşı 
kommunist siyasətinin bu üsulundan yararlanmaq üçün 1925-ji 
ildə  Bakıda  müxtəlif  ədəbi  dərnəkləri  öz  ətrafında  birləşdirən 
«Qızıl  qələmlər»  jəmiyyəti  yarandı  və  onun  bölgələrdə 
fəaliyyət  göstərən  şöbələri  ətrafında  da  oktyabr  inqilabının 
təntənəsini  tərən-nüm  edən,  təbliğ  edən  gənj  ədib  və  şairlər 
toplaşırdı.  «Qızıl  qələmlər»  jəmiyyətinin  fəaliyyətini  genişlən-
dirmək  üçün  Ba-kıda  qurultaylar  keçirilirdi.  1928-ji  ildə 
Azərbayjan  Yazı-çılar  Cəmiyyəti  yaradıldı.  Bütün  nəsillərdən 
olan  yazıçıların  sovet  ideologiyası  ətrafında  birləşdirilməsi 
üçün  bütün  jəhd-lər  göstərilirdi.  Baxmayaraq  ki,  milli  əqidəyə 
sədaqətli  sənət-karlarımız  kommunist  partiyasının  hakim 
ideologiyasına  tabe  olmaqdan  boyun  qaçırır,  müxtəlif  yollarla 
da  bundan  imtina  edirdilər.  Belə  bir  dövrdə  proletar 
beynəlmiləlçiliyin-dən,  rus  xalqının  qüdrətindən,  Lenindən 
yazmayan 
bu 
sə-nətkarlar 
«sosialist 
inqilabını 
gözü 
götürməyən» sənətkar-lar kimi amansız təqibə məruz qalırlar. 
1934-jü  ildə  Azərbayjan  Yazıçılar  Cəmiyyəti  əsasında 
daha mütəşəkkil yaradıjılıq təşkilatı olan Azərbayjan Yazı-çılar 
İttifaqı 
yaradıldı. 
Senzura 
sosialist 
prinsiplərini 
öz 
yaradıjılıqlarında  yetərinjə  ifadə  edə    bilmədiyi  bəhanəsiylə 
Azərbayjan  yazıçılarının  böyük  bir  hissəsini  təqib  etməyə 
                                                    Gülxani Pənah, Salatın Əhmədli
                                                   
 
 
74 
başladı  və  onlar  bu  repressiyanın  qurbanı  oldular.  Ölkədən 
gedən,  mühajirət  həyatı  yaşayan,  vətəndən  didərgin  salınan 
sənətkarlarımız oldu.  
Kommunist-sovet ideologiyası milli məfkurəyə qarşı mü-
barizə  aparırdı  və  bu  mübarizə  özünü  aşağıdakı  sahələrdə  də 
göstərirdi: 
(A)  azərbayjançılığın  əsas  əlaməti  olan  türkçülük,  tama-
milə  əsassız  olaraq,  millətçilik  hesab  edilir;  ədəbiyyatda  milli 
tarixi  mövzuların,  ideyaların  yer  tutmasına  imkan  ve-rilmir; 
milli  mənafe  əvəzinə  sinfi  mənafelərin  mübarizəsindən 
danışılır, vulqar beynəlmiləlçilik təbliğ olunurdu. 
B)  azərbayjançılığın  ikinji  əlaməti  olan  müsəlmançılıq, 
ümumiyyətlə,  hər  jür  dini  dünyagörüş  bütünlüklə  inkar  edilir: 
onun  mənəvi-əxlaqi  imkanlarından,  bədii  yaradıjılıqdakı 
ənənəvi rolundan imtina olunurdu; 
C)  azərbayjançılığın  üçünjü  əlaməti  olan  müasirlik 
vulqarlaşdırılaraq  sosialist  inqilabının,  sovet  gerçəkliyinin 
tərənnümü  ilə  məhdudlaşdırılır;  dünyaya  geniş  pənjərə 
açılmasına ijazə verilmirdi». 
Bütün bunlara baxmayaraq azərbayjançılıq- milli məfkurə 
beşiyində  boğula  bilmədi.  Demək  olar  ki,  bütün  şair,  yazıçı, 
dramaturqların    əsərlərində  millilik  qorundu,  inkişaf  etdirildi, 
özünü bir xalq kimi təsdiq etdi. 
 Bu  dövrdə  xalq  ədəbiyyatının  toplanması,  nəşri,  onun 
yazılı ədəbiyyata təsiri,  xalq ruhunun ədəbiyyatda əksi gö-rün-
məmiş  bir  şəkildə  kütləvi  hal  almışdı  və  xalq  ədəbiyyatını  öz 
ana  dilində  yaradırdı.  Böyük  çətinliklər,  ağırlıqlar  olsa  da, 
xalqın  döyünən  ürəyi,  vuran  əli  ədəbiyyatı,  milli  məf-kurəni 
yaşadırdı. 
Keçmiş  Sovetlər  birliyi  tərkibində  olan  xalqların  ədəbiy-
yatı  «məzmunu,  ideyaları  yalnız  sosialist  dünyagörüşünə 


 
Azərbaycan ədəbiyyatı məsələləri 
 
75 
əsaslanan»  ədəbiyyat  kimi  fəaliyyət  göstərməyə  məhkum 
edildiyindən  Azərbayjan  sənətkarlarının  da  yaradıjılıq  im-
kanları  məhdudlaşdırılırdı. Sosializm realizmi metodu qorunub 
saxlanması tələb olunan  ədəbiyyat  sosializm quruluşunu, onun 
müvəffəqiyyətini tərənnüm etməyə məjbur edilirdi və sosializm 
qurujuluğunun  hökm  sürdüyü  Sovetlər  birliyinin  jəmiyyətini-
sosializm  jəmiyyətindəki  nöqsanları  göstərmək,  öz  fərdi 
duyğularını  ijtimai  duyğulardan  ayırıb,  «fərdi  yaşantılarını  əks 
etdirilmək  istəyindən  məhrum  idi.  Sosializm  quruluşunun, 
kommunist  ideologiyasının  hökm  sürdüyü  bir  zamanda  İkinji 
Dünya  Müharibəsinə  sürüklənmiş  Sovet  ittifaqında  müharibə 
başlandı.  Xalq,  eləjə  də  sovet  ədəbiyyatının  bir  qolu  olan 
Azərbayjan  sovet  ədəbiyyatı  «Hər  şey  jəbhə  üçün,  hər  şey 
qələbə üçün» şüarının ədəbiyyata da aid olduğunu gözəl bilirdi. 
Bütün  ideologiyası,  yaradıjılıq  imkanları  ilə  bu  şüardan  irəli 
gələn  tələblərə  javab  verən  əsərlər  yazırdı.  Bununla  belə 
faşizmə  nifrət  edən,  fəlakətlər,  ölüm,  kabus,  müharibə,  onları 
törədənlərə  nifrət  Azərbayjan  şair  və  yazıçılarına  da  imkan 
verirdi  ki,  milli qürur,  milli  vətənpərvərlik ruhunu əks etdirən, 
yadelli  işğalçılara,  imperialist  qüvvələrə  qarşı  kinini,  nifrətini 
ifadə  edən  qüvvətli  əsərlər  yaratsın.  Əsərlərində  qoyduqları 
prob-lemlərin  bədii  həlli  onları  xalqına,  millətinə  sevdirirdi. 
Azad, müstəqil yaşamaq, öz müqəddaratlarını özləri həll etmək, 
hər  hansı  imperialist  ölkəsinin  müstəmləkə  boyunduruğuna 
boyun  əyməmək  istəyini  ifadə  edirdilər,  humanist,  azad, 
müstəqil  yaşamaq  arzularına  çıxanlara  qarşı  humanizm 
prinsiplərinə  əsaslanaraq  kin,  nifrət,  qəzəb  dolu  duyğularını 
ifadə  edən,  bədii  jəhətdən  qüvvətli  əsərlər  yaradırdılar,  milli 
ideologiyalarını  da  inkişaf  etdirmək  arzularını  həyata  keçir-
məyə çalışırdılar.  
                                                    Gülxani Pənah, Salatın Əhmədli
                                                   
 
 
76 
40-jı  illərin  sonlarında  Cənubi  Azərbayjandan  Şimali 
Azərbayjana  mühajirət  edən  Balaş  Azəroğlu,  Hökumə  Bülluri, 
Mədinə  Gülgün,  Əli  Tudə,  Söhrab  Tahir  kimi  qələm  sahibləri 
Cənubi Azərbayjan, Təbriz həsrətini öz yaradıjılığında qoruyub 
saxlamaqla  o  taylı-bu  taylı  Vahid  Azərbayjan  ideologiyasını 
istər-istəməz  öz  yaradıjılıqlarında  jüjər-dirdilər.  Vətənin 
bütövlüyü  ideyaları  şimallı-jənublu  Azərbayjan  ədəbiyyatının 
inkişafına  xidmət  edirdi.  Cümhuriyyət  dövründə  vətəni  tərk 
etməyə 
məjbur 
edilmiş 
Türkiyədə, 
Qərbi 
Avropada 
məskunlaşan  yazıçılarımız  milli  demokratik  ideyaları  ifadə 
edən,  milli  ruhu  güjlü  əsərlər  yazır,  sovet  ideologiyasının 
təsirindən  uzaq  Azərbayjan  ədəbiyyatını  yaradır,  inkişaf 
etdirirdilər. 
Şimali 
Azərbayjanda 
so-sialist 
realizmi 
metodlarının tüğyan etdiyi bir zamanda bu odun, alovun içində 
müasir  Azərbayjan  poeziyası  formalaşırdı.  Və  bu  poeziyanı 
yaradan  görkəmli  sənətkarlar  yetişirdi  və  onların  əsərlərində 
Azərbayjanın  tarixi,  təbii  gözəllikləri,  milli  vətənpərvərlik 
hissləri,  azərbayjançılıq  hissləri  güjlənirdi.  Cümhuriyyətin 
alovlu  tərənnümçüsü  Əhməd  Ca-vad  vətənpərvər  şeirləri  ilə 
təqiblərə  məruz qalır. 1937-ji  ildə güllələnir.  Öz  mübariz  milli 
məfkurəsi,  alovlu  vətənpərvərliyi,  gözəl  milli  duyğuları  ilə 
sosialist  ideologiyalarına  sığmayan,  azad  yaşamaq-yaratmaq 
eşqilə  çırpınan,  xalqının  öz  müqəddaratını  özü  həll  etməsini 
istəyən,  heç  bir  ideoloci  çərçivəyə  sığmayan  Mikayıl  Müşfiq 
sovet reciminə sığmadığı üçün 1937-ji ildə həbs edildi, 1938-ji 
ilin əvvəllərində o da güllələndi. 
Belə ajınajaqlı taleyi olan sənətkarlarımızın  biri də Seyid 
Hüseyn idi. 
1937-ji  ildə  Sovet  İttifaqına  düşmən  kimi  həbs  edilərək 
güllələndi.  Lakin  bu  odlar,  alovlar  içində  ömrünü  Azərbayjan 


Yüklə 4,51 Kb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   148




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə