Gülxani pənah salatin əHMƏdli azərbaycan ədəbiyyatı


Azərbaycan ədəbiyyatı məsələləri    57



Yüklə 4,51 Kb.
Pdf görüntüsü
səhifə15/148
tarix14.06.2018
ölçüsü4,51 Kb.
#48863
1   ...   11   12   13   14   15   16   17   18   ...   148

 
Azərbaycan ədəbiyyatı məsələləri 
 
57 
 
 
 
 
1920-1940-ji İLLƏRDƏ AZƏRBAYCAN 
ƏDƏBİYYATI 
 
XX  əsrin  20-ji  illərində  poeziya  xüsusilə  inkişafda  idi. 
Lirikada  köhnə  motivli,  Sabiranə,  məzmun  etibarilə  müjərrəd 
şeirlər də yaranırdı. Bir jəhət daha önəmdə idi ki, lirik şeirlərdə 
xəlqilik,  həyatilik  daha  güjlü  özünü  göstərməyə  başlamışdı, 
realist  və  romantik  meyillər  bir-birinə  yaxınlaşırdı.  Onlarla 
romantizm  ədəbi  üslubunda  əsərlər  yazan  H.Cavid  kimi 
sənətkarlar  «Azər»  dastanını,  H.Sanılı  «Aran  köçü»,  «Zülmün 
sonu»,  «Namus  davası»  kimi  əsərlər  yazırdı  ki,  bunlar  ədəbi 
prosesdə  böyük  hadisələr  idi,  gənj  qələm  sahibləri  inqilabi 
ideyalara  sədaqətlə  yanaşı,  vətənə,  xalqa  bağlılıq  hisslərini  də 
geniş  şəkildə  yaratdıqları  əsərdə  əsas  götürürdülər.  Ölkədə 
qurulan  fəhlə-kəndli  hökuməti  ədəbi  prosesə  də  təsirini 
göstərməyə  başladı.  Xalqın  müstəqilliyinin,  dövlətimizin 
suverenliyinin,  ölkədə  qurulan  Xalq  Cümhuriyyətinin  qələbə 
mücdəli  arzularını,  istiqlalını  tərənnüm  edən  şairlərlə  yanaşı, 
xalqının  inkişafını,  maariflənməsini,  ölkədə  gedən  qurujuluq 
işlərinə, yaxşılığa, inkişafa, tərəqqiyə doğru meyli görən şairlər 
bu  işdə  sadə  xalq  kütlələrinin  böyük  rolunu  görüb  dövrün 
nəbzini  tutmağı-xalqının,  vətənin  səadəti  uğrunda  yazıb-
yaratmağı      «şeirin  manifesti»  elan  etdi.  Səməd  Vurğunun  bu 
misraları o manifestin ilk sətirləri idi: 
Kimindir sabahdan axşama qədər, 
Yağışda, yağmurda çalışan əllər. 
Kimindir gejələr yuxusuz qalan, 
                                                    Gülxani Pənah, Salatın Əhmədli
                                                   
 
 
58 
Səhvlər buraxan, töhmətlər alan, 
Fəqət hər ağrıya köksünü gərən, 
İşıqlı bir günə yollar göstərən, 
Günəşin altında, suyun içində 
Əkində, tarlada, suda, biçində,  
Dərisi çatlayan, gönü qaralan. 
Torpağın bağrını təpiklə yaran. 
Tərlan səhərlərin laçın övladı, 
Şeirə yaraşmazmı onların adı? 
 
 Səməd Vurğunun  bu  fikirləri aktuallığı  ilə  yeni  yaradıjı-
lığa  gələn  qələm  sahibləri  üçün  bir  deviz  oldu.  Hüseyn  Cavid 
kimi sənətkarın «Azər» dastanı yaratması bu aktual məsələlərin 
dərkinin  nətijəsi  kimi  tədqiqatçılar  tərəfindən  qəbul  edilir, 
«Azər»  dastanında  Böyük  Azərbayjan  xalqının  həyatının 
əvvəlinin  
Hər günəşə vardım, ləkəli gördüm, 
Hər vijdana girdim, kölgəli gördüm. 
Parlaq imanları şübhəli gördüm, 
Məgərsə hər jilvə bir xülya imiş... 
-görən şair sonrasını isə belə təsəvvür edir: 
....Hər günəşə vardım, çiçəklər güldü, 
Sövdalı bülbüllər salama gəldi. 
Hər bəzmə uğradım, meylər töküldü, 
Qədəhlər öpüşüb xurama gəldi. 
Bu  təzadlı  bəndlərdəki  məzmun,  fikir,  hətta  ruh  ayrılığı 
açıq  hiss  olunur.  Şair  burada  böyük  bir  xalqın  kədər  və  se-
vinjini  poetik  bir  düstura  sığışdıra  bilmişdir.  «Həmin  misralar 
yeniləşmənin fəal dəyişdiriji rolunu, onun günəşə, işığa, həyata, 
yaşamağa,  yaratmağa  çağıran  səsini  eşidən,  duyan  bir  şairin 
qələmindən çıxmışdır» (C. Abdullayev). 


 
Azərbaycan ədəbiyyatı məsələləri 
 
59 
Bu  dövrdə  ədəbiyyatda  görkəmli  şair,  şeirlərində  milli 
koloriti,  dil  sadəliyi,  təbiət  təsvirlərindəki  ustalığı  ilə  seçilən 
Hajı  Kərim  Sanılının  yaradıjılığının  mövzu  dairəsinin  «ge-
nişliyi»,  «müxtəlif  bədii  səviyyəli  şeirləri»,  «bir-birindən  fərq-
lənən  poemaları»,  haqqında  az  da  olsa  B.Çobanzadə 
«Azərbayjan  ədəbiyyatının  yeni  dövrü»  əsərində  danışmış, 
onun  poeziyasının  ideya  və  poetik  qaynaqları  haqqında  fi-
kirlərini  bildirmiş,  «şairin  lirik  şeirlərinin  oxujuda  gözəl  və 
təmiz  hisslər  oyatdığını,  onlarda  xalq  ruhunun  janlı,  təbii  və 
sadə  dildə  ifadə  olunduğunu,  xüsusilə  aşıq  poeziyasından 
səmərəli  istifadə  etdiyini»  söyləmişdir.  A.Musaxanlı,  Əli  Na-
zim,  H.Zeynallı  onun  yaradıjılığına  diqqət  göstərmişlər. 
Azərbayjan    sovet  tarixi  poemasını  ilk  dəfə  Hajı  Kərim  Sanılı 
yazıb.  Onun  «Namus  davası»,  «Zülmün  sonu»,  «Novruz  və 
Gülarə»,  «Qurub  qaçaqları»  poemalarını  məharətlə  qu-rulmuş 
sücetləri,  xarakter  aləmləri,  bitkin  tabloları  ilə  işlə-diyi  qeyd 
edilir:  «Onun  poemalarının  əsas  problemləri  xalqın  qəhrəman 
keçmişi,  inqilab tarixi  və  yeni dövrün  sosial,  iqtisadi  həyatının 
geniş, 
əhatəli 
mənzərəsi 
ilə 
yaxından 
bağlıdır» 
(C. 
Abdullayev).. 
 «Aran köçü» adlanan ilk poeması da təbiət lirikasına aid 
gözəlliklərlə,  poetik  ifadələrlə  zəngindir:  «Aran  köçü»  təbii 
gözəlliyin  tərənnümü,  təsviri,  elat  həyatının  daha  çox  zahiri 
dəbdəbəsi, hay-küyü, romantik örtüyü barədə şairin heyranlıqla 
oxuduğu  müxtəlif  nəğmələrin,  çəkdiyi  bədii  lövhələrin 
müəyyən  ideya  məhvərində  hərəkət  edən  təravətli  çiçəklərdən 
tutulmuş gül  dəstəsini  xatırladır.  Əlbəttə,  onu da  deməliyik ki, 
şair  təbiət  qarşısında  sanki  heyran  qalır,  əfsun-lanmış, 
sehrlənmiş kimi baxır» (C. Abdullayev).   
Bununla  belə,  əsərdə  bu  gözəlliyin  «insanla  təmasda 
olduğunu»  unutmaq,  konkret  insan  surəti  yaratmaması,  ədəbi 
                                                    Gülxani Pənah, Salatın Əhmədli
                                                   
 
 
60 
təjrübənin azlığı tənqidçilərin nəzərindən qaçmır. Bununla belə, 
səmimi,  emosional,  düşündürüjü  köçəri  həyatı-nın  bədii 
təsvirini 
Əli 
Nazim 
kimi 
tənqidçilər 
dəyərləndirir: 
«...Ədəbiyyatımızda  xalqın  saf,  doğru,  məsum,  həssas  və  aşiq 
qəlbi çırpınır. Xalqın, avam jamaatın, bilxassə kəndlilərin ruhu 
qeyri-təbiilikdən uzaqdır. Onların bütün ruhları,  mühitləri kimi 
təbii və safdır. Məsələn, Sanılının «Axşam», «Sabah», «Bəzək» 
şeirləri («Aran köçü»nün ayrı-ayrı parçalarıdır) el ədəbiyyatının 
ən təbii bir ədəbiyyat olduğunu sü-but etməzmi?» 
İnqilabi  mövzuya  həsr  etdiyi  «Zülmün  sonu»,  köhnə, 
istismarçı,  dünyaya  nifrət,  «müasir  jəmiyyətə  hüsn-rəğbət» 
ruhunda  yazılmış  «Turut  qaçaqları»,  yığjamlığı,  lakonikliyi, 
bitkinliyi  ilə  seçilən  «Novruz  və  Gülarə»  və  s.  poemaları 
dövrün  ədəbi  tənqidinin  diqqətindədir,  lakin  onun  yaradı-jılığı  
geniş  şəkildə  yalnız  1956-jı  ildən  sonra  tədqiq  edilmə-yə 
başlandı.  
Bu  sırada  Əhməd  Cavadın  da  adı  layiqli  yer  tutur.  O, 
yurduna,  vətəninə,  xalqına  bağlı  sənətkar  idi.  Sadə  zəhmətkeş, 
əliqabarlı  insanların,  mənəvi  azadlıqlardan  məhrum,  haqları 
tapdanan qadınların xoşbəxt, azad gələjəyini arzulayan («At bu 
çadranı»,  «Qurban  olduğum»,  «Sənsiz»,  «Gəlin»,  «Səsli  qız», 
«O  qıza»,  «Leyla»)  şeirlərində  qadın  qəlbinin  injəliklərini 
duymaq,  bu  injəlikləri  şirin  nəğmələrə  çevirmək  bajarığını 
göstərmişdir. 
Əhməd 
Cavad 
xalq 
şeirin-dən, 
aşıq 
qoşmalarından  bəhrələnmiş,  onun  həm  şəkillə-rindən,  həm  də 
ifadə 
və  ibarələrindən  yararlanmışdır.  Bir  sənətkar  kimi 
özünəməxsus  orijinal  deyim  tərrzi,  ədəbi  ba-xışları  vardır. 
Həzin  lirikası,  dünya  gözəlliklərinə    məftun-luq,    böyük 
həyat eşqi vardı, «hiss və duyğular  şairi» idi.  
V.Şekspirin  «Otello»,  «Romeo və Cülyetta»,  F.  Rablenin 
«Qarqantua  və  Pantaqruel»  əsərlərini,  eyni  zamanda  Şota 


Yüklə 4,51 Kb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   148




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə