Gülxani pənah salatin əHMƏdli azərbaycan ədəbiyyatı



Yüklə 4,51 Kb.
Pdf görüntüsü
səhifə12/148
tarix14.06.2018
ölçüsü4,51 Kb.
#48863
1   ...   8   9   10   11   12   13   14   15   ...   148

 
Azərbaycan ədəbiyyatı məsələləri 
 
45 
fəlsəfi-publisistik 
traktatında 
şərti-simvolik 
 
üslubun 
imkanlarından  bəhrələnərək  diqqəti  Azərbayjanın  Güneyində  
jərəyan  edən    siyasi  hadisələrə  yönəldir,  hər  bir  millət  üçün 
azadlığın  qaçılmaz  olduğu  zərurətini  vurğula-yırdı  (V. 
Sultanlı). 
«Səfa»,  «Niğam»,  «Nəşri-maarif»,  «Cəmiyyəti-xeyriyyə» 
kimi  ədəbi  mədəni  mühitə  təsir  edən  jəmiyyətlərin  rolu, 
xüsusilə qeyd edilməlidir. Onların köməyi ilə keçirilən yubiley 
tədbirləri,  nəşr  olunan  kitablar,  səhnələşdirilən  dram  əsərləri 
ədəbi  prosesin  inkişafına  göstərilən  dəyərli  köməklər  idi. 
M.Ə.Rəsulzadə  «Açıq  söz»  qəzetinin  nəşrinə  başlamaqla 
Azərbayjan    mətbuatı  tarixində  yeni  bir  yol  açdı.  Bu  qəzet 
«milli  ideologiyanın  formalaşdırılmasında,  səhifələrində  dərj 
olunan  yazılar  Azərbayjan    ədəbiyyatının,  mədəniy-yətinin 
inkişafında «böyük təkan» kimi dəyərləndirilir. 
Ölkədə  (1918-1920)  baş  verən  ijtimai-siyasi  hadisələr, 
inqilabi  hərəkatın  geniş  vüsət  alması,  Azərbayjan  Xalq 
Cümhuriyyətinin  yaranması  xalqımızın  həyatında  misilsiz  rol 
oynadı.  Qısa  bir  müddət  yaşasa  da,  Azərbayjanın  ilk  müstəqil 
dövləti  kimi  böyük  çətinliklərlə  qurulan  bir  dövlət  idi  və  bu 
yolda  Azərbayjan    ədəbiyyatının,  mədəniyyətinin,  ziyalılarının 
xüsusi 
fəallığı 
nəzərə 
alınmalıdır. 
1918-1920-ji 
illər 
«millətimizin  həyatında  xüsusi  bir  mərhələ oldu. Onun gələjək 
inkişafına  jiddi  təsir  göstərdi.  Bu  dövrdə  xalqımız  yüz  ildən  
artıq  sürən  köləlik  zənjirindən  xilas  oldu,  müstəqil  həyata 
qədəm  qoydu,  yalnız  ijtimai-siyasi  sferalarda  deyil,  ədəbi-
mədəni  sahələrdə  də  köklü  dəyişikliklərin    gerçəkləş-dirilməsi 
üçün  zəmin  yarandı.  Türk  dili  dövlət  dili  elan  olundu,    milli 
mətbuatın  nəşr  imkanları  genişləndi,  ijtimai  ideallarla  zəngin 
bir ədəbiyyat yaranmağa başladı». 
                                                    Gülxani Pənah, Salatın Əhmədli
                                                   
 
 
46 
 Azərbayjanda  1919–ju  ildə  Bakı  Dövlət  Universiteti 
fəaliyyətə başladı. Bununla belə, «Azərbayjan  Dövlət Teat-rı», 
«Teatr  xadimləri  jəmiyyəti»,  «Müsəlman  Mühərrir  və  Ədiblər 
Cəmiyyəti»,  «Yaşıl  qələm»  ədəbi  birliyi  yarandı,  fəaliyyətə 
başladı. Milli mətbuat bu illərdə öz inkişafında uğurlar qazandı: 
Belə  ki,  bu  dövrdə  «Azərbayjan»  (rusja,  türkjə),  «Azərbayjan 
hökumətinin  əxbarı»,  «İstiqlal»,  «Al  bayraq»,  «Bəsirət», 
«İttihad»,  «Gələjək»,  «Şeypur»,  «Doğru  yol»,  «El»,  «Əfkari-
nəfisə»,  «Xalq  sözü»,  «Hürriyyət»,  «Zəhmət  sədası»,  «Məşəl» 
və  s.  qəzet  və  dərgilər  çap  olunmuşdur.  1919-ju  ildə 
Azərbayjanda  92  adda  qəzet  və  dərgi  nəşr  olunmuşdu  ki, 
bunlardan  qırx  ikisi  türkjə,  qırx  dördü  rusja,  altısı  isə  digər 
dillərdə yayımlandığı məlumdur. 
1918-1920-ji  illərdə  Məhəmməd  Hadi,  Hüseyn  Cavid, 
Abdulla  Şaiq,  Cəfər  Cabbarlı,  Əhməd  Cavad,  Ümgülsüm 
Sadıqzadə,  Əli  Yusif  poeziya  sahəsində  uğurlar  qazandılar. 
Məhəmməd  Hadi  «Əsgərlərimizə,  könüllülərimizə»,  «Məfxu-
reyi-aliyəmiz»,  «Şühədayi-hürriyyətimizin  əhvalinə    ithaf» 
kimi şeirlərində əldə edilən milli azadlığın qorunub saxlan-ması 
uğrunda 
millətini 
mübarizəyə 
səsləyir. 
«Şühədayi-
hürriyyətimizin əhvalinə ithaf» şeirlərində 1918-ji ildə er-məni 
daşnaqlarının  törətdikləri  qanlı  jinayətlər,  erməni-  müsəlman 
fajiəsi, tökülən günahsız qanlardan sarsılmış şair bu yolda şəhid 
olanlarımıza ağlayır:  
Sizin məzarınız iştə qülubi-millətdir, 
Bu sözlərim ürəyimdən gələn həqiqətdir. 
Sizi unutmayajaq şanlı millətim əsla, 
Əmin olun buna, ey ziynəti-jahani fəna. 
Sizinlə buldu bu millət həyati -püriqbal. 
Sizinlə buldu bu millət şərəfli istiqlal. 


 
Azərbaycan ədəbiyyatı məsələləri 
 
47 
«Əsgərlərimizə,  könüllülərimizə»  şeirində  müstəqillik 
uğrunda  mübarizədə  igid  vətən  oğullarına  üz  tutur,  onları  və-
tənpərvər olmağa, torpağı, milləti, dövləti qorumağa çağı-rır:  
Bil ki, vətənin sevgili bir madəri-jandır, 
Vermə bunu düşmən əlinə, rəhm et, amandır, 
Hürriyyətimiz hürri-füsunsazi- jahandır. 
Bax bir, nə gözəldir, nejə jandır, nə javandır, 
Biz verməriz əldən bunu, düşmənlərə qandır! 
M.  Hadinin  bu  sətirlərində  M.Ə.Rəsulzadənin  «Ah, 
Azərbayjan!  Biz  sənin  haqqını  tələb  etmək  deyil,  yalnız  adını 
söyləmək  üçün...  nə  qədər  töhmətlərə  məruz  qaldıq...»  kəl-
mələrində  yaşayan  bir  ruh,  amal,  ideya  var.  M.  Hadi  bol-
şeviklərin  hakimiyyətə  gəlməsinə,  Xalq  Cümhuriyyətinin  sü-
qutuna dözməyərək Gənjə üsyanında yaxından iştirak etmiş, bu 
amal, məqsədə xidmət etmiş, bu yolda həlak olmuş-dur.  
Türkçülük, turançı ideyaları ilə köklənmiş Abdulla Şaiqin 
yaradıjılığında  Xalq  Cümhuriyyətinə  bəslənən  hörmət  və 
ehtiram əsasdır.  «Yeni Ay doğarkən», «Marş», «Vətənin yanıq 
səsi»,  «Arazdan  Turana»  şeirlərində  vətəndaş  şairin  qəlbinin 
səsi  duyulur.  Bu  şeirlərdə  azad,  müstəqil  dövlətə,  Xalq 
Cümhuriyyətinə  sevgi  yaşayır.  Milləti,  xalqı  haqsızlığı 
yıxmağa, «Turanda gün doğunja» zülmətlə çar-pışmağa, irəlidə 
mübarizə  yolu  ilə  qazanılajaq  qələbələrə,  orada  doğajaq  
Günəşə-yeni dövlətə, dövlətin qurduğu gö-zəl, xoşbəxt, firavan, 
jənnət kimi həyata səsləmə var.  
Haydı, yola çıxalım, haqsızlığı yıxalım, 
Turanda gün doğunja, çarpışalım. 
Arş iləri, iləridə jənnət kimi çəmən var. 
Günəş orda hər doğar, səadət orda parlar. 
 
Türk firqəsi Müsavat, 
                                                    Gülxani Pənah, Salatın Əhmədli
                                                   
 
 
48 
Açalım quş tək qanad. 
Sarılıb hürriyyətə, 
Bulalım şanlı həyat. 
Milli  ədəbiyyat  tarixində  «istiqlal  şairi»  kimi  tanınan 
Əhməd  Cavadın  «Türk  ordusuna»,  «Şəhidlərə»,  «Azərbayjan  
bayrağına»,  «Elin  bayrağı»,  «İngilis»,  «İstanbul»,  «Bakı  deyir 
ki»  və  s.  şeirlərində  ölkədə  milli  azadlıq  uğrunda  gedən 
mübarizələr tərənnüm olunur, bu yolda janını qurban verənlərə 
hörmət və  ehtiram  göstərilir.  Bu şeirlərdə  «Bir kərə  yüksələn» 
və  bir  daha  enməyən,  onu  endirməyə  çalışanlara  qarşı  xalqın 
apardığı  mübarizə  əsasdır,  bu  mübarizədə  «müvəqqəti 
məğlubiyyət» 
olsa 
da, 
beşiyində 
boğulmuş 
müs-təqil 
Azərbayjan  dövlətinin bayrağının 70 ildən sonra yenə başımız 
üstündə  dalğalanması  həqiqəti  yaşayır,  xalqın  mü-barizə  dolu 
həyatında qanı,  janı  bahasına əldə etdiyi  müs-təqilliyə  yenidən 
qovuşması,  milli  duyğular  güjlüdür,  bu  gün  də  şairin 
«Azərbayjan    bayrağına»  şeirində  milli  qürur,  bayrağımızın 
milli  dövlətçiliyimizin  atributlarından  biri  ki-mi  öyülməsi,  hər 
zaman  özünü  qoruyub  saxlayan  müasirlik  hissi-qan  bahasına 
əldə  edilmiş  dövlətə,  onun  bayrağına  hörmət  və  ehtiramdan 
yoğrulmuş misralar yaddaşlara həkk olunub: 
Türküstan yelləri öpüb alnını, 
Söylüyor dərdini sana, bayrağım! 
Üç rəngin əksini Quzğun dənizdən, 
Ərmağan yollasın yara, bayrağım! 
Əhməd  Cavad  yaradıjılığında  ölkəni  yenidən  işğal  edən 
rus  imperiyasına  nifrət  hissi  var.  «Göygöl»  şeirinin  ideya 
məzmununda  azadlıq  göynərtisi,  müstəqillik  arzusu,  milli 
istiqlal yanğısı ilə yanaşı üsyankar bir qəlbin səsi duyulur. 
Türkçülük, turançılıq ideyalarına gənj yaşlarından bö-yük 
səmimi  rəğbəti  olan  Cəfər  Cabbarlı  milli  hərəkatın  ge-


Yüklə 4,51 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   148




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə