Gülxani pənah salatin əHMƏdli azərbaycan ədəbiyyatı



Yüklə 4,51 Kb.
Pdf görüntüsü
səhifə8/148
tarix14.06.2018
ölçüsü4,51 Kb.
#48863
1   ...   4   5   6   7   8   9   10   11   ...   148

 
Azərbaycan ədəbiyyatı məsələləri 
 
29 
XIII-XIV əsrlərdə  monqol əsarətində olan Yaxın Şərq və 
Avropanın  bir  hissəsi  kimi  Azərbayjan  da  ağır  dövrünü  ya-
şayırdı,  ədəbiyyatımız,  mədəniyyətimizin  inkişafına  ağır 
zərbələr vurulurdu.  Qarətlər, əhalinin qul kimi alınıb-satılması, 
yad  ölkələrə  aparılması  alim  və  sənətkarların  vətəndən 
uzaqlarda işləməyə aparılması, xalqın iqtisadi həyatının, maddi 
durumunun  ağırlığı,  törədilən  qırğınlar,  dəhşətlər  xalqın 
bayatılarındadır.  Xalq  bu  zülmlərdən  jana  doyur,  dağlara 
çəkilir,  silahlı  dəstələr  yaradır,  istilaçılara  qarşı  mü-barizə 
aparırdı.  Ağır  iqtisadi  bir  durumunda  xalq  öz  yara-dıjılığını 
davam  etdirir,    müharibələrdə  dağıdılmış  ölkənin  yeni  mədəni 
abidələrini qururdu. Təbrizdə, Naxçıvanda, Bakıda, Zəngilanda, 
Marağada  böyük  məqbərələr  tikilirdi.  Bu  dövrdə  astronomiya, 
tarix, fəlsəfə ilə yanaşı, poetikaya aid  əsərləri ilə Yaxın Şərqdə 
tanınmış  Xajə  Nəsirəddin  Tusi  Marağa  rəsədxanasının  banisi 
idi.  Onun  astronomiyaya  aid  «Zij-Elxani»  əsəri  Avropada  da 
geniş yayılmışdı.  XIII-XVI əsrlərdə Marağa rəsədxanası Yaxın 
Şərqdə  məşhur  bir  elm  mərkəzi  idi.  Bu  dövrdə  elmdə,  mədə-
niyyət  kimi  ədəbiyyatda  da  müəyyən  məzmun  dəyişikliyi 
duyulur.  Saray  ədəbiyyatı,  qəsidə  şeiri  nisbətən  zəifləyir.  
Monqol  istilası  feodal  haki-miyyətlərini  dağıtdığından  saray 
ədəbiyyatı  da  zəifləmişdi.  «Dövrün  Fəzlullah  Nəimi,  Nəsimi, 
Əhvədi  kimi  görkəmli  şairləri  öz  yaradıjılıqlarının  ideya 
istiqaməti  etibarilə  saray  ədəbiyyatına,  məddahlığa  tamamilə 
yabançı  idilər».  Bunun-la  belə,  Arif  Ərdəbili,  Seyid  Zülfüqar 
Şirvani kimi saray şeirin ənənələrini davam etdirən şairlər olsa 
da,  onların  da  dünyagörüşü  «ziddiyyətlidir».  Z.Şirvani  saray 
mühiti  ilə  bağlı  olub  feodalları  mədh  etməklə  yanaşı,  istedadlı 
bir  sənətkar  kimi  dövrün  ijtimai  hadisələrindən  də  kənar  qal-
mamış,  zəmanədən  şikayətləri  qəzəl  və  rübailərində  çoxdur. 
Onun  bu  əsərlərində  monqol  istilaçılarının  ölkədəki  özbaşı-
                                                    Gülxani Pənah, Salatın Əhmədli
                                                   
 
 
30 
nalığının  doğurduğu  ümidsizlik  var.  Arif  Ərdəbili  yaradıjı-
lığının yaxşı jəhətlərindən biri onun Nizami ənənələrini da-vam 
etdirməsi,  onu  təkrar  etmədən,  «Xosrov  və  Şirin»  əsə-rinin 
təsiri  ilə  «Fərhadnamə»  kimi  oricinal  bir  əsər  yarat-masıdır. 
XIV  əsrdə  onun  «Fərhadnamə»si,  Əssar  Təbrizinin  «Mehr  və 
Müştəri» 
əsəri, 
Azərbayjanın 
ağır 
həyatı, 
zülm 
və 
ədalətsizliklərin bədii ifadəsi olan Marağalı Əhvədinin «Ca-mi-
Cəm»  əsəri  əvvəlki  əsərlərdən  fərqlənirdi.  Bu  əsərlərdə  həyat 
lövhələri,  janlı  insan  surətləri  «poeziyanın  mistikadan 
uzaqlaşdığını,  onun  həyat  ilə  əlaqələrinin  qüvvətləndiyini” 
göstərirdi. 
Yarı  fəlsəfi,  yarı  dini-mistik  jərəyan  olaraq  VII  əsrdə 
Ərəbistanda  və  Suriyada  meydana  gələn  sufizm  («suf»  yun 
parça  mənasındadır,  sufi  ideyalarını  daşıyanların  geydikləri 
paltar  mənasında  işlədilmişdir)  dünyagörüşü  XIII-XIV  əsr-
lərdə  Azərbayjanda  da  geniş  yayılmışdı,  Mahmud  Şəbüstəri 
fəlsəfi  və  elmi  fikrin  inkişafında  öz  tərəqqipərvər  fikirləri  ilə 
əhəmiyyətli  rol  oynayan  mütəfəkkir  və  alim  kimi  dəyərlən-
dirilir.  
Monqolların,  Teymurləngin  işğalları  zamanı  Azərbay-
janın həm sənətkarları,  həm  mədəniyyəti,  həm insanları  ta-lan 
və qırğınlara məruz qaldı. Xalq asanlıqla təslim olmur-du, feo-
dal  istismarları,  aramsız  qətl  və  qarətlər  əhalinin  hə-yatını 
ağırlaşdırdığı  şəraitdə  Azərbayjanda  hürufilik  təri-qəti    mey-
dana çıxdı. Öz fəlsəfi məzmunu ilə sufizm ilə üzvi surətdə bağlı 
olan hürufilik təriqətinin banisi Fəzlullah Nəi-mi saraydan uzaq 
ömür  sürən,  xalqla,  sənətkarlarla  bir  olan    bir  insan  olmuş  və 
hürufilik təlimini «Cavidannamə» əsərində şərh etmişdir. Onun 
bu əsərini dostu və sirdaşı Şeyx Əbülhəsən nəzmə çəkmişdir.  
Fəzlullah  Nəimi  öz  əsərlərində  ilahi  eşqi  əsas  götürür, 
«Allahın  insanda  təjəlli  etməsini,  insanın  müqəddəsləşərək, 


 
Azərbaycan ədəbiyyatı məsələləri 
 
31 
nəhayət  Allaha  qovuşmasını,  bədəndə  olan  fəna  ünsürlərin 
məhv olmasını,  yalnız  ilahi təjəllinin qalmasını  irəli sürür».  O, 
kamil  insanı  müqəddəsləşdirmiş  olur,  «özünü  mal-dövlət 
əndişəsi  ilə  məşğul  edən  zülmkarlara,  qaniçən  hökmdarlara 
yaltaqjasına  xidmət edən riyakar  və  fitnəkar şəriət xadimlərinə 
qarşı  qoyur».  Buna  görə  də,  hakim  feodal-ruhanilər  kafir,  din 
düşməni  kimi  onun  ölümünə  fitva  verdilər.    Onun  qətlindən 
sonra bu ideyaların ən böyük təbliğatçısı olan Nəsiminin (XIV 
əsrin sonu, XV əsrin əvvəli)  yaradıjılığı Azərbayjan ədəbiyyatı 
tarixində «yeni bir mərhələnin baş-lanğıjı» kimi dəyərləndirilir. 
Nəsiminin  böyük  tarixi  xidmətləri  öz  ana  dilində  yazıb-
yaratmasıdır, Azərbayjan ədəbi dilini, şeir dilini  Həsənoğlu və 
Qazi Bürhanəddindən sonra inkişaf etdirməsidir. O, Azərbayjan 
dilində  yaradılmış  şeirin  böyük  ustadlarından  biri  kimi  yüksək 
qiymətləndirilir.  
XIII əsrin ikinji yarısında, XVI əsrin əvəllərində yaşa-yıb 
yaratmış  İzzəddin  Həsənoğlu  vaxtilə  Azərbayjanda,  Rumda, 
Misirdə  şöhrət  qazanmışdı,  «Divanı»  olduğu  söy-lənsə  də, 
əlimizdə  dörd  qəzəli  vardır  ki,  bunlardan  biri  fars-ja,  üçü 
türkjədir. 
 XIII  əsrdən  başlayaraq  xalq  dili  əsasında  inkişaf  etmiş 
Azərbayjan-türk  yazılı  ədəbi  dili  XV  əsrdə  yüksək  səviyyəyə 
çatır. Bu dövrdə Azərbayjan dilində-doğma ana dilində yazılan 
əsərlərin  sayı  artır.  «XIII  əsrdən  ölkədə  ədəbi  dilin  üçləşməsi 
müşahidə olunur. Ərəb, fars dilləri ilə yanaşı Azərbayjan (türk) 
dili  də  dövlət,  sənət,  elm  dili  kimi  işlənmək  hüququ  qazanır» 
(T. Hajıyev). 
İzzəddin  Həsənoğlu,  Əbdülqadir  Marağayi,  Şah  Qasım 
Ənvar,  Sultan  Əhməd  kimi  şairlərin  yaradıjılığı,  onların  əldə 
olunan şeirləri Nəsimiyə qədərki yazılı ədəbi dilimizin abidələri 
kimi tarixi əhəmiyyətlidir. Əbdülqadir Marağayi böyük istedad 
                                                    Gülxani Pənah, Salatın Əhmədli
                                                   
 
 
32 
sahibi  kimi  həm  də  injəsənət  aləmində  məşhur  idi.  Gözəl  səsə 
malik olan  şair   yüksək təfəkkür sahibi olub,  «musiqi  sənətinə 
hərtərəfli  yanaşan  musiqi  alimi»  olub,  «maraq  dairəsinin 
böyüklüyü,  zehniyyətinin  vüsəti,  görüş  üfüqlərinin  genişliyi 
etibarilə  zamanının  görkəmli  alimi,  mümtaz  musiqişünası  və 
mahir ustadı sayılır» (Əfrasiyab Bədəlbəyli). 
Əbdülqadir  Marağayinin  şairliyi  və  xəttatlığı  haqqında 
İran  alimi  məlumat  verir.  Onun  «Məqasidül-Əlhan»  («Təra-
nələrin  məqsədləri»)  və  «Cameül-Əlhan»  («Təranələr  külliy-
yatı») əsərləri əlyazma nüsxələri əsasında, Təqi Binişin tərtibatı 
ilə çap edilmişdir. Birinji əsərinin sonuna şairin farsja və türkjə 
bir  sıra  şeirləri  daxil  edilmişdir.  Müəllif  onları  bəstələdiyi 
musiqi  əsərlərinə  mətn  kimi  yazmışdır.  Onun  «Məqasidül-
Əlhan»  kitabında    «Ey  janü  jəhan  bəhər  səfa,  bizi  unutma» 
misrası  ilə  başlanan  şeiri  yazılı  ədəbi  dilimizin  ilk 
nümunələrindən biri kimi qiymətləndirilir. 
XV  əsrdən  etibarən  Azərbayjan  ədəbiyyatı  əsasən  milli 
dildə  inkişaf  etməyə  başlayır:  «Teymurilərin  qovulmasından 
sonra  Cənubi  Azərbayjanda    təşəkkül  edən  Ağqoyunlu  və 
Səfəvilər  dövlətlərinin  Azərbayjan  dilinə  əhəmiyyət  verməsi, 
xüsusən Səfəvilər dövlətinin bu dildən dövlət dili kimi istifadə 
etməsi  Azərbayjan dilinin ədəbi-bədii dil olaraq  sürətlə  inkişaf 
etməsinə  şərait  yaradır.  Hələ  XIV  əsrdən  başlayıb  inkişaf 
etməkdə  olan  Azərbayjan  ədəbi-bədii  dili  XV  əsrdə 
möhkəmlənir,  XVI  əsrdə    isə  yüksək  zirvəyə  çatır.  Bu  əsrdə 
əsas  əsərlərini ana dilimizdə yaradan dünyaşöhrətli sənətkar-lar 
yetişir. 
Bu dövrdə fars dilində də şeir yazan şairlər vardı. Katibi, 
fars dilində  «Həqiqi» təxəllüsü  ilə  şeirlər  yazan Şahjahan,  fars 
dilində «Xəmsə» yazan Marağalı Əşrəf kimi şairlərlə yanaşı, bu 
dövrdə ölkədə baş verən siyasi hadisələrlə razılaşmadıqlarından 


Yüklə 4,51 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   148




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə