Gülxani pənah salatin əHMƏdli azərbaycan ədəbiyyatı



Yüklə 4,51 Kb.
Pdf görüntüsü
səhifə11/148
tarix14.06.2018
ölçüsü4,51 Kb.
#48863
1   ...   7   8   9   10   11   12   13   14   ...   148

 
Azərbaycan ədəbiyyatı məsələləri 
 
41 
tədqiqi  nətijəsində  jild-jild    ədəbi-tənqid,  ədəbiyyatşünaslıq 
nöqteyi-nəzərindən sanballı kitablar yazılmışdır, yazılır. 
 Bu  kitabda  80  illik  Azərbayjan  ədəbiyyatının  keçdiyi 
tarixi  mərhələlər,  yaranan  əsərlər,  Azərbayjan  dövlətinin  bir 
dövlət  kimi  formalaşmasında,  qurulmasında  ədəbiyyatın 
fəaliyyəti,  verdiyi  qurbanlar,  əqidə  dönməzliyi,  ədəbiyyat  sa-
həsində  qazandıqlarımız,  itirdiklərimiz,  itirdiklərimizin  için-də 
möhkəmlənən  Azərbayjan  Respublikası,  onun  ədəbiyya-tı,  bu 
ədəbiyyatın  inkişafında  az  da  olsa  belə  rolu  olan  qə-ləm 
sahiblərimiz  haqqında,  ədəbiyyatımızın  inkişafı  haqqında  qısa, 
konkret məlumat verməyə çalışmışıq. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
                                                    Gülxani Pənah, Salatın Əhmədli
                                                   
 
 
42 
 
 
 
 
 
 
 
XALQ CÜMHURİYYƏTİ  DÖVRÜNDƏ ƏDƏBİYYAT 
(1918-1920) 
 
 
Y.V.Çəmənzəminli yazır: «Han-kı 
yolda  qənaət  olunsa,  nəşriyyat  üçün 
qənaət olmasın. Çünki bugünkü basılan 
kitablar  kəsilən  pullardan  qiymətlidir. 
Bir  çox  pullar  var  ki,  sərf  olunur  və 
əməli nətijələr vermir. Nəşriyyata xərj-
lənənlər  millət  üçün  böyük  sərmayə 
vüjudə  gətirər.  Bütün  gələjəyimiz 
mədəni  binalarımız,  tərəqqi  məhsulla-
rımız bu  sərmayə üzərinə binalanajaq-
dır».  
 
XX  əsr  Azərbayjanın  ijtimai-siyasi,  ədəbi-mədəni 
həyatında elə bir əsrdir ki, onda daha böyük oyanış var, bu əsr 
milli  azadlıq  hisslərinin  güjlənməsi,  dövlətçilik,  azadlıq  və 
tərəqqipərvər  hisslərlə  zəngindir.  Bu  milli  azadlığın  şirinliyini 
XX  əsrin  ilk  onilliyində  daddıq,  sonra  itirdik  və  əsrin  son  iki 
onilliyində  yenidən əldə etdik.  Qanımız,  janımız  bahasına əldə 
etdik... 


 
Azərbaycan ədəbiyyatı məsələləri 
 
43 
Azərbayjanda  Xalq  Cümhuriyyətinin  qurulması  ölkə-
mizdə  ijtimai  həyatda  olduğu  kimi,  mədəni,  ədəbi  həyatda  bö-
yük  bir  janlanmaya  təkan  verdi.  Xalqımızın  milli  azadlıq, 
dövlət  müstəqilliyi  uğrunda  mübarizə  apardığı  və  arzularına 
nail  olduğu  və  qurduğu  Xalq  Cümhuriyyəti  fəaliyyət  gös-
tərdiyi  qısa  müddətdə  milli  ideya  mübarizəsində,  o  jümlədən, 
romantizm  və  realizm  yaradıjılıq  axınında  birləşir.  Və  bu 
dövrdə  fəaliyyətə  başlayan  parlament  Azərbayjan  dilini  dövlət 
dili  elan edir.  XX əsrin əvvəlindən  Azərbayjan ədib  və şairləri 
müəyyən  məktəblər,  üslublar  üzrə  qruplaşmaqda  idi.  «Həmin 
birliklər  ədəbiyyatın  get-gedə  daha  çox  ideoloci  məzmun  kəsb 
etdiyini,  zamanın  siyasi  konyukturasına  tabe  olduğunu 
göstərirdi.  Bu  və  ya  digər  siyasi-ideoloci  mərama  mənsubluq 
ilk  yaradıjılıq  təşkilatlarının,  yaxud  jəmiyyətlərinin  fəaliyyəti 
ilə yanaşı, adında da özünü göstərirdi. «Yaşıl qələm», «Qırmızı 
qələm»  və  s.  ədəbiyyatın  bu  jür    «rənglənməsi»  sənət 
baxımından o qədər təbii  olmasa da, bədii təfəkkürün jəmiyyət 
həyatına  yaxınlığından  irəli  gəlirdi.  «Yaşıl»  rəng  türkçülüyün, 
müsəlmançılığın,  «qırmızı»  isə    inqilabi  müasirliyin  ifadəsi 
idi». 
XX  əsrin  ilk  iki  onilliyində  Azərbayjan  çox  mürəkkəb, 
ijtimai-siyasi  jəhətdən  ən  ağır  dövrünü  yaşadı.  Rusiya-Yapo-
niya müharibəsi, rus imperiyasının məğlubiyyəti, ijtimai -siyasi 
prosesləri  Azərbayjanda  güjlənən  milli-azadlıq  hərə-katı  ədəbi 
prosesə  də  öz  təsirini  göstərdi.  Ölkədə  maarifçilik  hərəkatının 
güjlənməsi,  maarifçi  ədəbiyyatın  inkişafına  kö-mək  etdi.  Milli 
problemlərin  həlli  yollarını  axtarmaqda  ziya-lılar  bir  araya 
gəlməkdə  idilər.  «Şərqi-rus»,  «Hümbət»,  «Molla  Nəsrəddin», 
«Füyuzat», 
«İrşad», 
«İqbal», 
«Tərəq-qi», 
«Təkamül», 
«Yoldaş»,  «Məktəb»,  «Dirilik» kimi  mətbu orqanlar fəaliyyətə 
başladı,  ana  dilimizdə  yaranan  bu  mətbu  orqanlar  xalqımızın 
                                                    Gülxani Pənah, Salatın Əhmədli
                                                   
 
 
44 
ədəbiyyatının inkişafına kömək etmiş olurdu. Bunlarda ijtimai-
siyasi və milli-mənəvi problemlər öz əksini tapırdı. 
Bu dövrdə realizm və romantizm ədəbi məktəbləri dövrün 
ədəbi  proseslərini  özündə  əks  etdirirdi.  «Molla  Nəsrəddin», 
«Füyuzat» curnalları ətrafında toplanan maarifçi ziyalılar realist 
və romantizmin ideya-estetik düşünjələrini ifadə edirdilər. 
 Cəlil  Məmmədquluzadənin  nəşrə  hazırladığı  «Molla 
Nəsrəddin» curnalı realist şair  və  yazıçıları öz ətrafında birləş-
dirir, mollanəsrəddinçilər kimi tanınan ədiblər ədəbi dili xalqın 
danışıq  dilinin  bazası  əsasında  yaratmağı  düşünür.  Əli  bəy 
Hüseynzadənin başçılıq etdiyi «Füyuzat» curnalı romantiklərin 
ideya  və  düşünjələrini  müdafiə  edir  və  füyu-zatçılar  kimi 
tanınan  ziyalılar  «ortaq  türk  dilinin  formalaş-dırılması 
ideyası»nı  əsas  bilir  və  «bu  məsələdə  Türkiyə  türkjəsini  əsas 
götürməyi» düşünürdülər. 
 Rusiyada  1905-ji  il  inqilabı  məğlubiyyətə  uğradı  və    bu 
azadfikirli,  maarifçi  Azərbayjan  ziyalılarının  işini  ağır-
laşdırırdı. 1908-1910-ju  illərdə Məmməd Əmin Rəsulzadə,  Əli 
bəy  Nüsrətzadə,  Əhməd  bəy  Ağaoğlu  kimi  ziyalılar 
Azərbayjanı tərk etməyə məjbur olmuş, təqib olunduqların-dan 
İranda  (Məmməd  Əmin  Rəsulzadə),  Türkiyədə  (Əli  bəy 
Nüsrətzadə,  Əhməd  bəy  Ağaoğlu)  fəaliyyətlərini  davam  et-
dirməli olmuşlar. 
 1905-1901-ji illərdə Səttarxan hərəkatı bütün İrana, eləjə 
də  Şərqə,  məşrutə  hərəkatının  qələbəsi  ijtimai-siyasi  hərəkata, 
eləjə  də  ədəbi  prosesə  jiddi  təsir  göstərir.  Bu  hadisələri 
Məmməd  Əmin  Rəsulzadə,  Əli  bəy  Hüseynzadə  silsilə 
məqalələrlə  dərindən  izləyir.  «Məşrutə  hərəkatını  yaxından 
izləyən M.Ə. Rəsulzadə yazdığı silsilə məqalələrlə milli mətbu-
atda  ijtimai  tendensiyanın,  vətəndaşlıq  amalının  güjlənməsinə 
təkan vermişdir. Əli bəy Hüseynzadə isə «Siyasəti-fürusət» adlı 


Yüklə 4,51 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   148




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə