Gülxani pənah salatin əHMƏdli azərbaycan ədəbiyyatı



Yüklə 4,51 Kb.
Pdf görüntüsü
səhifə7/148
tarix14.06.2018
ölçüsü4,51 Kb.
#48863
1   2   3   4   5   6   7   8   9   10   ...   148

 
Azərbaycan ədəbiyyatı məsələləri 
 
25 
isə sənətin xalq həyatı ilə bağlılığı ideyasını meydana atmışdır. 
Həmin poeziyanın filosofu isə məhz Sührəvərdi olmuşdur». 
Zənjan  yaxınlığındakı  Sührəvərdi  şəhərində  anadan  olan, 
Marağada  təhsil  alan,  elmi,  biliyi  ilə  diqqəti  jəlb  edən,  Hələbə 
gələrkən    oranın  hakiminin  hörmətini  qazanan,  bilik  və 
bajarığına  həsəd  aparılan,  «jəsarətli  fəlsəfəsindən  qorxuya 
düşən «Hələb fəqihləri alimin qətlinə fitva verirlər».  
Onun  kimi  tale  sahibi  Eyn  əl-Quzat  dövrünün  böyük 
filosofu,  həm də  nasiri  və şairi olmuşdur.  Babası  dövrünün ta-
nınmış  şairlərindən  olmuşdur.  Eyn  əl-Quzatın  Azərbayjanın 
fəlsəfi,  ijtimai,  siyasi,  ədəbi  fikir  tarixində  rolu  alimlər 
tərəfindən yüksək dəyərləndirilir. 
Ərəbləşdirmə  siyasətindən  narazı  Yaxın  Şərq  xalqlarının 
üsyan  və  mübarizələri  Əməvilər  sülaləsini  süquta  uğratdı  və 
Abbasilər  sülaləsi  hakimiyyət  başına  keçdi.  Onların  haki-
miyyətə  gəlməsində  fars  zadəganlığı  xüsusi  rol  oynadığından  
ərəb  dili  öz  hakim  mövqeyini  saxlamaq  istəsə  də,  fars  dili  də 
xilafət sarayına yol tapdı. IX əsrdən fars dili poeziya dili  oldu: 
dini və elmi əsərlər ərəb dilində yazılsa da, şəriət qanunları ilə 
əlaqədar  məsələlər  bu  dildə  aparılsa  da,  ərəb  dili  din  dili  kimi 
öz  hüququnu  saxlasa  da,  fars  dili  şeir  dili  olaraq  daha  geniş 
yayıldı  və  bu  dil  Orta  Asiya,  İran  və  Azərbayjan 
hökmdarlarının saraylarında rəsmi dövlət dili və ədəbi dil kimi 
möhkəmlənməyə başladı. Fars dilində şeir yazdırmaq dəb şəkli 
aldı,  xalq  kütlələrindən  fərqlənmək  üçün  dillərinə  xor  baxan 
feodallar idi. XI əsrdən etibarən fars dili uzun müddət ədəbi dili 
olduğundan  ana  dilində  y-zan  sənətkarlar  fars  dilində  də  əsər 
yazmaq  məjburiyyə-tin-də  qaldılar.  Bununla  belə  bu  dövrdə 
yaranan şifahi  xalq  ədə-biyyatı qədim atəşpərəstlik ənənələrini 
mühafizə  edir,  xalqın  şikayətlərini,  etirazlarını,  baş  verən 
gündəlik  tarixi  hadi-sələri,  eyni  zamanda  məişət,  adət  və  ayin 
                                                    Gülxani Pənah, Salatın Əhmədli
                                                   
 
 
26 
məsələlərini  bu  ədə-biyyatda  qoruyub  saxlayırdı.  Xalq  ədə-
biyyatı  dünyəvi  hadisə-ləri  tərənnüm  edirdi  və  bu  ədəbiyyatı 
xalqın  içərisindən  çıx-mış  sənətkarlar  yaşadırdı,  bunlar 
nəsildən-nəslə keçərək ağızlarda dolaşırdı.  Hakim dini dairələr 
bu ədəbiyyatı dinə, şəriətə zidd adlandırıb təqib edirdilər.  Belə 
bir  dövrdə  Azər-bayjan  ədəbiyyatının  qüdrətli  qələm  ustadları 
dilimizin  yük-sək  bədii  ifadə  vasitələrindən  istifadə  etməklə, 
Azərbayjan  şeirinin  şah  əsərlərini  həm  öz  dilində,  həm  ərəb, 
həm də  fars dilində  yaratmağa  məjbur oldular.  Qətran Təbrizi, 
Əfzə-ləddin  Xaqani,  Nizami,  hakim  feodal  ruhani  görüşləri 
təbliğ edən Əbül-Üla Gənjəvi, Fələki, İzzəddin Şirvani, Qivami 
Mütərrizi,    Məhsəti,  Müjirəddin    Beyləqani kimi  şairlər  yazıb-
yaradırdılar.  Xaqaninin  yaradıjılığının  onun  özündən  sonra 
gələn  şairlərin  yaradıjılığına  böyük  təsiri  olmuş,  onun 
sənətkarlıq  şöhrəti  bütün  Yaxın  Şərqdə,  Hindistan,  İraq,  İran, 
Orta  Asiyada  yayılmış,  Müjirəddin  Beyləqani  onu  öz  ustadı 
sanmış,  xarəzmli  Rəşidəddin  Vətvat,  Fərqanəli  Əsir  Axsiketi 
kimi şairlər onunla şeirləşməyə çalışsalar da, «Xaqani sənəti öz 
qüdrət  və  üstünlüyü  ilə  həmişə  qalib  gəlmişdir».  Onun 
«Qəsideyi-şiniyə» əsəri XII əsrdə klassik Şərq poeziyasında elə 
bir  yenilik  oldu  ki,  dün-yanın  böyük  ustadlarını  yerindən 
tərpətdi.  Qəsidənin  məz-munundan  «təsirlənmiş»  XIII  əsrin 
böyük  hind  şairi  Əmir  Xosrov  Dəhləvi  «Meratüs-səfa»  (saf 
güzgü)  adlı  174  beytlik  qəsidəsini,  bö-yük  tajik  şairi 
Əbdürrəhman  Cami  (XIV  əsr)  «Cilair-ruh»  («Ruhun  jilası») 
130  beytlik  qəsi-dəsini,  Füzuli  «Ənisül-qəlb»  138  beytlik 
əsərini  yazır,  onun  bu  qəsidəsinə  hamıdan  önjə  Nizaminin 
nəzirə yazdığını Əbülqasim Şirazi Əmri Xa-qaninin qəsidəsinə 
nəzirə  olaraq  yazdığı  «Ənvarül-üyun»  («Gözlərin  işığı») 
qəsidəsində    qeyd  edir,  o  qəsidə  bizə  gəlib  çatmayıb.  Xaqani 
yaradıjılığının özündən sonra gələn sə-nətkarların yaradıjılığına 


 
Azərbaycan ədəbiyyatı məsələləri 
 
27 
böyük  təsir  göstərdiyini  sübut  edən  bu  siyahını  artırmaq  olar. 
Xaqani  kimi  böyük  dühalara  pərəstiş  edilir,  onun  ayrı-ayrı 
əsərlərinə nəzirə yazılırdı. Azərbayjan klassik şairləri Xaqaniyə 
dərin 
hörmət 
bəsləyir-dilər. 
Zəmanəsindəki 
ijtimai 
ədalətsizliklərə  qarşı  cəsarətli  çıxışları,  böyük  sənətkarlıq 
keyfiyyətləri  Xaqanini  Azərbay-janın  bir  çox  şairləri  üçün 
müəllim  və  ustad  etmişdir.  Ni-zami  Gənjəvi,  Müjirəddin 
Beyləqani,  Füzuli  öz  əsərlərində  Xaqaninin  sənətkarlıq  xüsu-
siyyətlərindən istifadə ilə onu daha da inkişaf etdirmişdir». 
Nizaminin  yaradıjılığı  ilə  orta  əsr  Azərbayjan  ədəbiy-
yatında  və  ijtimai  fikir  tarixində  yeni  bir  dövr  başlanmışdır. 
Misilsiz  sənətkarlıqla  yazılmış  əsərləri  xalqının  ibrətamiz, 
hikmətamiz,  mütərəqqi əxlaqi görüşləri ilə zəngin olub. Dünya 
ədəbiyyatı  tarixində  «Xəmsə»  adlanan  beş  böyük  əsəri  bədii 
sözün  dəyərini  bilənlər  tərəfindən  ölməz  əsərlər  kimi 
dəyərləndirilmiş, bu misilsiz bədii qüdrətə malik əsərləri  bütün  
dünyaya  yayılaraq  hələ  sağlığında  belə  ona  dünya  şöhrəti 
qazandırmışdır.  XIII  əsrdən  başlayaraq  Nizami  motivləri 
əsasında  əsərlər  yaranmağa  başlayır.  Sədi  Şirazinin  «Bustan», 
Cəlaləddin  Ruminin  «Məsnəvi»  əsərlərini  gö-rürük.  Onun 
«Xəmsə»si  əsasında  XIII  əsrin  klassik  şairi  Əmir  Xosrov 
Dəhləvi,  Əlişir  Nəvai,  Əbdürrəhman  Cami  «Xəmsə»lər 
yaratdılar.  Yaxın və Orta Şərq xalqlarının ədəbiyyyatına böyük 
təsir göstərmiş, XVII əsrdən Avropa, Amerika alimləri (fransız 
şərqşünası  dErbelo,  Hammer  Pur-qştal,  F.  Erdman,  Eduard 
Braun,  M.  Xautsma,  R.Levi,  Xorn,  F.B.  Şarmuan,  V.  Baxer, 
Y.Rıpka,  Y.E.  Bertels,  Çaykin,  Z.  Dunayevski,  Y.  Marr,  A.N. 
Boldıryev, Vəhid Dəst-girdi, Səid Nəfisi və s)  dünyanın başqa 
qitələrinə  yayılmış  əsərlərin  müəllifi  Nizaminin  qüdrətli  bir 
sənətkar  olduğunu  qeyd  edirdilər.  Ana  dilində  yazılan  əsərləri 
əlimizə  gəlib  çatmasa  da,  bu  böyük  sənətkarın  öz  dilinə, 
                                                    Gülxani Pənah, Salatın Əhmədli
                                                   
 
 
28 
xalqına sevgisi farsja yaratdığı bu əsərlərin qanında, janındadır. 
«Leyli və Məjnun» əsərinin yazılmasını istəyən Axsitandan şair 
əsərin  hansı  dildə-türk,  yoxsa  fars  dilində  yazılmasını  soranda 
hökmdarın ona : 
Fars, ərəb dilində vur ona ziynət, 
Kamal jövhərinin xəzinəsindən. 
Gör kimin sapına inji düzürsən, 
Türk dili yaramaz şah nəslimizə. 
Əskiklik gətirər türk dili bizə. 
Yüksək olmalıdır bizim dilimiz, 
Yüksək yaranmışdır bizim nəslimiz 
-deyən  şahın  doğma    dilinə  «yuxarıdan  aşağı»  baxmasına 
dözmür.  Axsitanın  bu  təklifinə  bərk  əsəbiləşən  şair  «Şahın 
halqasının  qulağıma  taxıldığını  gördükdə,  qan  ürəyimdən 
beynimə vurdu. Nə bu təklifi rədd etməyə jürətim var idi, nə də 
xəzinəyə  yol  tapmaq  üçün  gözüm...»-deyir  və  şahın  əm-rini 
rədd  etmək  istəyirdi.  Anjaq  öz  «janından  əziz  tutduğu»  oğlu 
Məhəmmədin  xahişi  ilə  bu  əsəri  yazmağa  razılıq  vermiş 
olduğu,  misralarında dilinə sevgisini,  məjburən  farsja  yaz-malı 
olduğunu  göstərən  tutarlı  faktlar  var.  Bununla  belə,  söz,  sənət 
xiridarı,  bədii  təfəkkür  nəsibi  olan,  bu  jəhətdən  dünyanı 
heyrətdə  qoyan  Azərbayjan  bədii  şeir  təfəkkürü  ilə  zəngin 
Nizami 
hansı 
dildə 
yazmasından 
asılı 
olmayaraq 
ədəbiyyatımızın  qüdrət  və  vüsətini  dünyaya  nümayiş  etdir-
mişdir.  Azərbayjan  ədəbiyyatı  tarixində  ilk  mənzum    roma-nı 
(«Xosrov və Şirin»)   ilə öz zəmanəsinin  artıq  böyük şairi kimi 
tanınan  Nizaminin  «misilsiz  istedadına,  yüksək  düha-sına, 
qabaqjıl  ideyalarına  pərəstiş  edənlərin»  öz  dövründə  belə  sayı 
artmışdı.    Xaqaninin  əlimizə  gəlib  çatan  bir  məktu-bunda 
Nizamiyə  böyük  bir  sənətkar  kimi  hörmət  bəslədiyi,  ona 
yüksək ehtiram göstərdiyi aydın olur.           


Yüklə 4,51 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   148




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə