Gülxani pənah salatin əHMƏdli azərbaycan ədəbiyyatı



Yüklə 4,51 Kb.
Pdf görüntüsü
səhifə5/148
tarix14.06.2018
ölçüsü4,51 Kb.
#48863
1   2   3   4   5   6   7   8   9   ...   148

 
Azərbaycan ədəbiyyatı məsələləri 
 
17 
olmadan  fars  şairlərinin  siyahısına  daxil  etmiş,  Məhəmmədəli 
Tərbiyət  isə  onun  Azərbayjan  şairi  olduğunu  bir  daha 
təsdiqləmişdir. O, ədəbiyyat tarixinə kəskin  siyasi şeirlər, zərif 
mədhlər, yanıqlı mərsiyələr, səmimi vəsflər, injə aşiqanə şeirlər 
müəllifi  kimi  daxil  olmuş,  o  Musa  Şəhəvatdan  fərqli  olaraq 
ömrü  boyu  ərəb  hegemonluğuna  qarşı  çıxmış,  qələmini  əsarət 
altına  alınmış  xalqların  heysiyyatının  qorunmasına  həsr 
etmişdir.  Əhməd  Əmin  onun  yaradıjılığını,  şeirlərinin 
xüsusiyyətlərini  xüsusi  qeyd  edir,  göstərir  ki,  «orada 
hekayəçilik  ruhu, gözəl məntiqi ardıjıllıq hakimdir. İsmayıl ibn 
Yəsar  köhnə  ənənələri  jəsarətlə  qırmış,  şeirin  yalnız  formaja 
deyil,  məzmunja da sabitliyini ərəbdilli ədəbiyyata gətirmişdir. 
Artıq  onun  aşiqanə  şeirlərində  dəvə  karvanlarının,  səhraların 
boz qumlarının, qəbilələrin təsvir və tərənnümünə rast gəlmirik. 
Ondan  qabaqkı  ərəbdilli  şair-lərin  hamısı  bu  köhnə  ənənənin 
çərçivəsindən çıxa bilmir, müxtəlif hadisələr yığımını bu şeirdə 
əlaqəsiz  şəkildə  əks  etdirirdilər.  İbn  Yəsarın  böyük 
xidmətlərindən  biri  elə  bu  şeiri    səliqəsizlikdən  xilas  etmək, 
mövzu  vəhdətini  poeziyaya  gətirmək  olmuşdur:  bunu 
tənqidçilər 
qədim 
Azərbayjan 
ədəbiyyatının 
təsiri 
ilə 
bağlayırlar. Onun sözləri, tərkiblər, poetik vəzni ərəb qəlibində 
verilsə  də,  Azərbayjan  təfəkkü-rü,  Azərbayjan  ruhu  onun 
şeirlərinə  daxil    ola  bilmiş,  yeni  məna  və  mahiyyət  kəsb 
etmişdir. Onun şeirlərində poetik obrazlar, bədii ifadə vasitələri 
yüksək  sənətkarlıq  nümunəsi  kimi  qiymətləndirilir,  əsassız 
mübaliğələr,  şit  təşbehlər,  real  həyatdan  uzaq  bənzətmələr 
yoxdur. Dili yığjam və janlı, axıjıdır.  
Əbul Abbas əl əma Cəzimə ibn Əli ibn əd Deyl ibn Bəkr 
ibn Əbd Mənat qəbiləsinin mövlası olmuşdur. Onun yaradıjılığı 
Yəsar  və  Şəhəvat  kimi  müasirlərindən  bəzi  xüsusiyyətləri  ilə 
fərqlənsə  də,  ardıjıl,  qəti  mövqeyi  ilə  seçilib.  Əldə  olan 
                                                    Gülxani Pənah, Salatın Əhmədli
                                                   
 
 
18 
mədhləri,  həjvləri  siyasi  xarakter  daşıyır.  Maraqlı  şeirlərindən 
biri bir atanın dilindən nankor oğula qarşı çev-rilmiş və yüksək 
sənətkarlıqla  yazılmış  kiçik  bir  şeir  par-çasıdır.  Atanın  duz-
çörəyi  ilə  boya-başa  çatan  oğul  ata  qəl-binin  yanıqlı  fəryadını 
dərk etmir: 
Anadan olan gündən sənə çörək verib, su qabını  
dodaqlarına yaxınlaşdırıb, 
Qurtum-qurtum içirdərək səni boya-başa çatdırdım. 
Gejələr sənə bir bədbəxtlik üz verdikdə gözlərimi 
Səhərə qədər yummayıb sənin dərdin üçün  
                                        narahatlıq keçirdim. 
Sanki sənə üz verən bəla mənə də sirayət edib 
                          hönkür-hönkür ağladırdı. 
VII-VIII  əsrlərdə  yaşayıb  yaratmış  və  məvali  şairlər 
adlanan  bu  təfəkkür  sahibləri-azərbayjanlı  şairlər  ərəbdilli 
poeziyanın  inkişafına  xeyli  köməklik  göstərmiş,  eyni  zamanda 
öz  xalqının    bədii  və  fəlsəfi  təfəkkürü  ilə  bağlı  olmuşlar. 
Onların  yaradıjılığı  sübut  edir  ki,  Azərbayjan  xalqının  hə-min 
dövrdəki  bədii  təfəkkürü  digər  müsəlman  xalqlarının  mədəni 
səviyyəsindən  heç  də  geri  qalmamış,  bir  çox  millətlərin  birgə 
səyi  nətijəsində  meydana  gəlmiş  ərəbdilli  poeziyanın  yeni 
keyfiyyətlər 
kəsb 
etməsində, 
forma 
və 
məzmunja 
dərinləşməsində,  ijtimai  və  siyasi  həyata  dərindən  nüfuz  et-
məsində öz faydasını əsirgəməmişdir.  Azərbayjanlı ruhu,  azər-
bayjanlı  təfəkkürü,  azərbayjanlı  zövqü  ərəbdilli  ədəbiyyata 
daxil  olaraq  bu  ədəbiyyatın  mövzuja  genişlənməsinin  əsas 
amillərindən  birinə  çevrilmişdir.  X-XI  əsrlərdə  Azər-bayjanda 
yaranan  ərəbdilli  poeziya  məhz  belə  bir  zəmin  üzərində 
yüksələrək, məzmunja daha da müstəqilliyə doğru getmişdir. 
Əbul-Həsən  əl  Baxərzinin  «Dumyat  əl-qəsr  və  usrat  əhl 
əl-əsr»  məjmuəsində    XI  əsr  Azərbayjan  poeziyasının  səkkiz 


 
Azərbaycan ədəbiyyatı məsələləri 
 
19 
Azərbayjan  şairinə  yer  verilməsi  o  dövrdə  poeziyamızın  çox 
zəngin  olduğundan  xəbər  verir.  Onların  yaradıjılığı  haqqın-da 
ərəbdilli  mənbələrdə  öz  əksini  tapmamasına  səbəb  onla-rın  öz 
şəhərləri ilə bağlı olması, ümummüsəlman ədəbiyya-tının geniş 
meydanına  çıxmaq  imkanı  olmamasıdır.  Başqa  bir  səbəbin  də 
siyasi  hadisələrlə  bağlı  olduğunu  bildirir:  «Belə  ki,  səljuqların 
zəifləməsindən  sonra  vahid  imperiyanın  dağılması  və  bununla 
əlaqədar  müxtəlif  dövlətlərin,  ayrı-ayrı  əlaqəsiz  elm  və 
mədəniyyət  mərkəzlərinin  meydana  gəl-məsi  bir  zamanlar  çox 
möhkəm  olan  ümummüsəlman  mədə-niyyətinin  bütövlüyünü, 
sıx  rabitəsini  və  vahidliyini  aradan  qaldırır.  Bu  da  öz 
növbəsində 
ərəbdilli 
ədəbiyyatın 
ümumi 
ahənginin 
pozulmasına,  onun  ayrı-ayrı  ölkələrdə    müstəqil  inkişafına 
gətirib  çıxarır.  Təbii  ki,  belə  bir  şəraitdə  təzkirə  müəllifləri 
bütün şərq aləmini əhatə etmək  imkanından  məh-rum olurlar». 
Bu  dövrdə  monqol  işğalları,  ölkədə  baş  verən  siyasi 
dərəbəyliklər,  müharibələr  bir  çox  sənətkarların  əsər-lərinin 
məhvinə, 
unudulmasına 
səbəb 
olmuşdur. 
Baxərzinin 
məjmuəsinin  bu  jəhətdən  misilsiz  dəyəri  var.  Məhz  həmin 
məjmuədə  XI əsrin səkkiz  Azərbayjan şairinin adı çəkilir.   Bu 
məjmuədəki  Azərbayjan  şairlərinin  siyahısı  Mənsur Təbrizinin 
şeirləri  ilə  açıldığı  söylənir.  Baxərzi  yazır:  «Təbriz  əhli 
içərisində  böyük  istedadı  ilə  məşhurlaşmış,  mənaları  saf 
qızıltək  jilalanmışdır.  Bu  kafiyədə  gətirdiyim  (parçalar)  onun 
adı üçün kifayətdir. Bu, Şam  diyarında yüksək zövqü oxşayan, 
indi  də  söz  xəzinəsinin  injisi  hesab  olunan  bir  qə-sidədir». 
Mənsur  Təbrizinin  buradakı  şeirlərini  araşdıran  tədqiqatçılar 
onun  məjmuədəki  şeirlərini  «nadir  poetik  ilha-mın,  qanadlı 
təfəkkürün,  vüqarlı  mənliyin  vəhdətindən  yoğ-rulan,  bakir 
sənətkarlığın  əlçatmaz  qüdrəti  ilə  süslənən  poe-ziya  çələngi, 
nəğmələr  dünyası»  (M.  Mahmudov)  adlandı-rır.  M.  Təbrizi 
                                                    Gülxani Pənah, Salatın Əhmədli
                                                   
 
 
20 
poeziyaya yüksək amallarla yanaşırdı, onu ijtimai həyatın bütün 
dərinliklərinə nüfuz edən, «həyat nə-fəsli bir qüvvə» bilirdi. XI 
əsrin mütəfəkkir şairi doqquz yüz il bundan əvvəl yazırdı: 
(Şeir) zəiflərə elə bir qətiyyət verir ki,  
Taqətdən düşmüş hər bir kəs belə kəsərli qılınj  
                                                     hesab olunur. 
Bu  misraların  əsas  ideyası  müasir  ədəbiyyatın  qarşısına 
qoyulan  estetik  tələblərlə,  ijtimai  məzmunla  səsləşir.  Şeir 
xalqın  ruhunu,  fikrini  ifadə  etməlidir,  şəxsi  maddi  maraqlara 
deyil,  böyük  amallara  xidmət  etməlidir.    Poetik  sənəti-nin 
böyük  ijtimai  təsir  qüvvəsinə  inanan  şair  xalqın  düş-mənlərini 
sarsıtmaq  üçün  qələmin  mübariz  güjünü  görürdü.  Söz,  qələm 
hər zaman bütün tarixi dövrlərdə mübarizə mey-danında qələbə 
çalmış,  sözün  qüdrətiylə  neçə-neçə  hökmdar  qılınjı  endirilmiş, 
sözün qüdrəti  neçə-neçə qüdrətli  hökm-darların güjündən daha 
təsirli olmuşdur. 
(Qələm)  öz  uju  ilə  nə  qədər  qəddar  düşmənləri  məhv 
etmişdir? 
Həm  də  düşmənin  qanını  tökməklə  yox,  öz  qanını  axıt-
maqla. 
Burada  şair  fikrini  obrazlı  ifadə  edir.  Qələmindən  və-
rəqlərə tökülən mürəkkəbi onun qanına bənzədir. Qələmin «qa-
nının»  nəyə  qadir  olduğunu  metaforik  bir  dillə  ifadə  edir. 
Mənsur Təbrizinin şeirlərində həm də əsas mövzu məhəbbətdir. 
Özünü məhəbbət dünyasının əbədi yolçusu bilən şair, ilahi eşqi 
insan  ruhunun  ayrılmaz  «pərisi»  bilir.  Onun  yaradıjılığından 
zəmanəmizə  az  nümunələr  gəlib  çatsa  da,  bu  azajıq 
nümunələrdəki  bəşəri  məsələlər,  onların  qoyuluşu,  şair 
təfəkkürünün  zənginliyi  Mənsur  Təbrizinin  dövrünün  ərəbdilli 
şairləri  içərisində  qüdrətli  bir  Azərbayjan  şairi  ol-duğunu 
göstərir.  «Dumyat  əl  qəsr»  məjmuəsində  adı  çəkilən  Xətibi 


Yüklə 4,51 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   148




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə