Gülxani pənah salatin əHMƏdli azərbaycan ədəbiyyatı



Yüklə 4,51 Kb.
Pdf görüntüsü
səhifə6/148
tarix14.06.2018
ölçüsü4,51 Kb.
#48863
1   2   3   4   5   6   7   8   9   ...   148

 
Azərbaycan ədəbiyyatı məsələləri 
 
21 
Urməvinin  qəsidəsindən  bir  parça  nümunəyə  daxil  edilmişdir. 
Klassik ərəb poeziyasının təsiri altında yazılmış bu şeir parçası 
kiçijik  bir  nümunədir  və  şair  onu  1070-ji  ildə    Uşnə 
yaxınlığında  Nizam  əl-Mülkü  qarşılayarkən  qələmə  alıb.  
Baxərzi diqqətini jəlb edən bir parça qəsidəni məjmu-əyə daxil 
etmişdir. 
Hüseyn  Təbrizinin  (Əbu-l-Məhasin  Hüseyn  ibn  Əli  ibn 
Nəsr Təbrizi) Nizam əl-Mülkün tərifinə həsr etdiyi qəsidə şairin 
daxili  hissləri,  dövrün  tənələrinə  qarşı  şikayəti  ilə  baş-layır: 
«Şair  onu  bürüyən  ətraf  mühitdən  uzaqlaşmağı,  tən-halığın 
qoynunda bir qədər dinjəlməyi arzulayır. Çünki onu məzəmmət 
edənlərin  tənə  və  danlaqları  şairin  ruhunu  sanki  qandallamış, 
sevgi ağırlığından rahatlığı əldən getmişdir: 
 
Əgər təsəlli birjə saat mənə kömək etsəydi, 
Ruhumu məzəmmət edənlərin qandalından  
                                           dərhal xilas edərdim. 
Məhəbbətin ağırlığından uzaqlaşaraq rahatlanar, 
Tənə yükündən təkliyə çəkilərdim. 
Şair  ona  görə  təklik  istəyir  ki,  təbiətin  gözəlliyinin  sey-
rinə  dalsın,  bu  gözəllikdən  həzz  alsın,  ilham  çırağı  daha  da 
şölələnsin,  bu  gözəlliklər  içində  gözəllikləri  bir  də  duysun... 
yüksək  sənətkarlıqla,  böyük  şairanəliklə  yaradılmış  təbiət 
mənzərəsi  kimi  Nizam  əl-Mülkün  tərifi  verilir.  Onu  ağıllı, 
tədbirli,  islam dünyasını  zülmdən qurtaran  xilaskar kimi  mədh 
edir. Şeirin sonunda ona bəslədiyi  səmimi arzularını ifadə edir. 
Şeir ərəb dilində yazılmış olsa da, burada Azərbayjan təbiətinin 
tərənnümü,  doğma  yurdun  gözəlliklərinə  vurğunluğunu  böyük 
sənətkarlıqla verir. 
Əli  Təbrizinin  (Əli  ibn  Hibətullah  ibn  Məhəmməd  ibn 
Xalid  Təbrizi)  yalnız  üç  beyti  məjmuəyə  daxil  edilmişdir.  Bu 
                                                    Gülxani Pənah, Salatın Əhmədli
                                                   
 
 
22 
parçada  şairin  fəlsəfi  düşünjələri  verilir,  həyata  fəlsəfi 
münasibəti duyulur. 
Baxərzi  XI  əsrin  Azərbayjan  şairlərindən  olan  Xəttat 
Nizami  Təbrizini  şəxsən  tanımış,  onun  şeirlərini  şairin  öz 
məjlisində dinlədiyini etiraf etmiş və göstərmişdir ki, Nizam əl-
Mülk  tərəfindən  Nişapurdakı  mədrəsəyə  müəllim  təyin  olunan 
şair  «öz xətti  ilə kağızlar torpağında dürr əkirdi».  Onun   vətən 
həsrəti  ilə  yazılmış  rübaisində    vətən  həsrəti  ilə  çırpınan 
qəlbinin səsi duyulur: 
Torpağıma jan atıram, təəjjüblü deyildir ki, 
Neçə-neçə qəribin qəlbi vətənlərinə jan atmışdır. 
Səhərin şəfəqləri mənə tutqun görünür, sanki o, 
Mənim qürbətimdən bir pay götürmüşdür. 
İskafi  Zənjani  yaradıjılığından  məjmuəyə  salınmış  dörd 
beyt onun ayrı-ayrı şeirlərindən seçilmişdir.  Bir beytində insan 
mənəviyyatının 
təmizliyi, 
saflığı, 
 
digərində 
dövrün 
ədalətsizliklərinə  qarşı  üsyan,  digərində  «yaylığa  layiq  olan 
başlarda «çələng» görəndə keçirdiyi xəjalət hissləri ifadə edilib. 
Cəhalətin  hökm  sürdüyü  bir  dövr,  azad  fikirlərin  amansızlıqla 
boğulmasından  doğan  qəzəb  hissi  onun  qəlbini  xəstə  salıb. 
Keçirdiyi  sarsıntıları  ifadə  etdiyi  aşağıdakı  beytində  haqsızlığı 
görüb qəzəbindən alışıb yanan bir şairin üsyankar səsi duyulur: 
Əgər mən od olsam, sirr isə buzdan olsa, 
Onu məndən qoruyun ki,  
alovum ona xətər yetir-məsin. 
Orta əsr şairləri içərisində yeganə şairdir ki, Xətib Təbrizi 
haqqında  məlumatlar  xeylidir.  Daha  çox  həyatı  araşdırılmış, 
ona  diqqət  daha  çox  yetirilmişdir.  Onun  ədəbiyyat  və  dilçilik 
elmləri  sahəsindəki  fəaliyyətindən  bəhs  etməklə  yanaşı  bəzi 
mənbələr  bədii  yaradıjılığına  da  toxunmuş,  şeirlə-rindən 
bəzilərini əsərlərinə daxil etmişlər. Baxərzinin məjmuəyə daxil 


 
Azərbaycan ədəbiyyatı məsələləri 
 
23 
etdiyi  şeiri  Nizam  əl-Mülkə  həsr  etmişdir.    Onunla  arasında 
olan  dostluq  münasibətlərinin  möhkəmləndirilməsi  ilə  bağlı 
yazılmış  əsər  kimi  xarakterizə  edilir.  Xətib    Təbrizi  Səljuq 
vəzirini  səxavətiylə,  xalqı  mərhumiyyətlərdən  qurtarmaq  üçün 
göstərdiyi məqsədyönlü fəaliyyəti ilə mədh edir.  
Xətib Təbrizi yüksək şairlik istedadına,  injə zövqə malik, 
dərin  müşahidə  qabiliyyətli  bir  sənətkardır.  İbn  Xəlliqan  onun 
beytlərini «ən duzlu və lətif şeirlər jərgəsində» ol-duğunu etiraf 
etmişdir.  
Haqqında söhbət açdığımız şairlərin yaradıjılığı az da olsa 
XI əsr ərəbdilli Azərbayjan poeziyasının həm kəmiyyət, həm də 
keyfiyyət  baxımından  əhəmiyyətli  dərəjədə  inkişaf  etdiyini, 
poeziyanın  ədəbi  həyatımızın  bütün  sahələrinə  nü-fuz  etmiş 
poeziya  olduğunu  sübut  edir.  XI  əsr  poeziyamız  özündən 
əvvəlki  dövrlərdə  yaranmış  ərəbdilli  Azərbayjan  ədəbiyyatının 
əvvəlki  ənənələrinin  zəruri  inkişafının  təzahü-rüdür:  «Bu 
dövrdə  Mənsur  Təbrizinin  ədəbiyyatı  siyasi  vu-ruşlar 
meydanına çevirməsi, ona yüksək amallar jarçısı kimi baxması, 
habelə  İskafi  Zənjaninin  mühüm  ijtimai  problem-ləri  öz 
şeirlərinin  mövzusu  etməsi,  Nizami  Təbrizinin  şeirlə-rindəki 
vətənpərvərlik  ruhu  yalnız  XI  əsr  Azərbayjan  bədii  fikrinin 
deyil,  ümumiyyətlə,  Yaxın  və  Orta  Şərq  xalqlarının  estetik 
təfəkkürünün 
nailiyyəti 
kimi» 
(M. 
Mahmudov) 
qiy-
mətləndirilir. 
XII  əsrdə  Azərbayjan  ədəbiyyatı,  xüsusilə  poeziyamız 
xeyli  inkişaf  etmişdir.  Bu  əsrdə  Eyn  əl-Quzatın  şəxsində  bədii 
nəsrin  ilk  nümunələri  yaranır  və  ədəbi-bədii  fikrin  tərkib 
hissəsinə çevrilir. XII əsrdə farsdilli poeziya geniş şöhrət tapsa 
da  ərəbdilli  ədəbiyyat  öz  mövqeyini  saxlayırdı.  Dövrünün 
məşhur  şairi,  şairlər  xaqanı  təxəllüsü  almış  Xaqani  fars  diliylə 
yanaşı ərəb dilində də gözəl əsərlər yaradırdı. Bu da ərəb dilinin  
                                                    Gülxani Pənah, Salatın Əhmədli
                                                   
 
 
24 
hər sahədə oduğu kimi ədəbi sahədə də bu dövrdə işlədildiyinə 
sübutdur. 
 XII  əsrdə  fars  dili  Azərbayjan  poeziya  dili  kimi  hakim 
mövqe  tutmasına  baxmayaraq,  ərəb  dilində  yazan  sənətkarlar 
olmuş,  onlar  elmi  və  bədii  əsərlərini  bu  dildə  yazmışlar. 
Sührəvərdi  Şərqin  mədəniyyət  və  elmində  qüdrətli  bir  filosof 
olmaqla  yanaşı  şairdir.  O,  38  illik  ömründə  özündən  sonra 
böyük  fəlsəfi  bir  irs  (  «Hikmət  əl-işraq»,  «Həyakil  ən-nur», 
«Ət-Təlvihat  əl-lavhiyyə  va-l-ərşiyyə»),  «Risalə  fi  itiqad  əl-
hukəmə»,  («Əl-Mutarahat»),  («Əl-Əlvah  əl-imadiyyə»),  «Əl-
Muqavamat»,  «Əl-Məarij»  və  s)  qoyub  getmişdir.  Təbiət  və 
jəmiyyət  məsələləri,  həyatın  hikmətinə  aid  nəzəri  fikirləri 
verilən  bu  əsərləri  ilə  yanaşı,  o,  qələmini  poeziya  sahəsində 
sınamış,  lirik  injə  qəlbli  bir  şair  kimi  tanınmışdır.  Mənbə  və 
məxəzlərdə    onun  poeziya  yaradıjılığı  haqqında  qiymətli  fi-
kirlər  var.  Sührəvərdinin  divanı  Həmid  Araslı  tərəfindən 
tapılmış  və  əlyazmasının  fotosurəti    respublikamıza  gətiril-
mişdir. Bu tapıntı filosof şairin yaradıjılığını geniş və hər-tərəfli 
tədqiq 
etməyə 
imkan 
verir. 
Həjmjə 
kiçik 
divan 
tamamlanmamışdır.  Onun  yaradıjılığı  ərəbdilli  Azərbayjan 
poeziyasında  xüsusi  yer  tutur.  VII-VIII  əsr  şairlərinin  ənə-
nələrini  davam  etdirmiş,  keyfiyyətjə  zənginləşdirmişdir.  Ona 
qədər  poeziyada  real  hisslərin  tərənnümü  qüvvətli  idi,    Süh-
rəvərdinin  şeirlərində  isə  «rassionalist  istiqamət,  fəlsəfi  də-
rinlik,  romantik  vüsət»  üstünlük  təşkil  etdiyi,  onun  poezi-
yasının  «fəlsəfi  ümumiləşdirmənin,  əqli  mühakimənin  gözəl 
nümunələri  kimi»  diqqəti  jəlb  etdiyini  qeyd  edən  alimlər 
bildirirlər  ki,  «əgər  Musa  Şəhəvat  ərəbdilli  Azərbayjan  poe-
ziyasına  ijtimai  motiv gətirmişsə,  İsmayıl  ibn Yəsar onu siyasi 
və  ideoloci   vuruşmalar  meydanına çevirmiş,  Mümkan Təbrizi 


Yüklə 4,51 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   148




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə