Gülxani pənah salatin əHMƏdli azərbaycan ədəbiyyatı



Yüklə 4,51 Kb.
Pdf görüntüsü
səhifə9/148
tarix14.06.2018
ölçüsü4,51 Kb.
#48863
1   ...   5   6   7   8   9   10   11   12   ...   148

 
Azərbaycan ədəbiyyatı məsələləri 
 
33 
vətəni tərk edənlər də vardı; Tür-kiyəyə köçüb yaradıjılıqlarını 
davam etdirən Hamidi, Haşi-mi (XV əsr), Süruri, Şahi, Həbibi, 
Xəlili,  Matəmi,  Arifi,  Qasimi,  Gülşəni,  Bidari,  Pənahi,  Hafiz, 
Xəlifə,  Xəzani,  Həsiri,  Mir  Qədri  vardı;  Əlişir  Nəvainin  
başçılıq  etdiyi  ədəbi  məktəbə  maraq  göstərib  Herata  köçən,  
orada  hörmət  qazanandan  sonra  vətənə  dönən,  Nəvai  dilinə 
yaxın bədii dili olan əsərlər yaradan  Azərbayjan şairləri (Xülqi, 
Allahi,  Ziyayi)  vardı.  Qəzvində  doğulub  Təbrizdə  yaşayıb-
yaratmış,  öz  ana  dilində  yazdığı  şeirləri  ilə  müasirlərindən 
fərqlənən Kişvəri, dostu Həbibi, «dünyəvi meyilləri, janlı, sadə 
dili  ilə  xalq  kütlələri  içərisində  geniş  yayılmış  və  Azərbayjan 
şeirinin  sonrakı  inkişafında  müəyyən  müsbət  rol  oynamış», 
«aşıq  şeiri  üslubunda,  sadə,  janlı  xalq  dili  ilə  yazılan  və  saz 
havalarına  uyğun  gələn»  qoşmalar  müəllifi,  Azərbayjan  di-
lində  məsnəvi  tərzində  yazılan  ilk  əsərlərdən  olan  «Dəhnamə» 
poemasının  müəllifi,  üç  dildə  şeir  yazmaq  qabiliyyətinə  malik 
«Divan»,  didaktik  mənzumələr,  lirik qoşmalar,  «Nəsihətnamə» 
məsnəvisi,  «Dəhnamə»si  olan  Şah  İsmayıl  Xətayi  vardı;  
Nizami,  Xaqani  ədəbi  ənənələri  ilə  qidalanmış,  o  ənənələri 
davam  və  inkişaf  etdirərək  Azərbayjan  ədəbiyyatına  yeni 
məzmun,  yeni  bədii  keyfiyyətlər  gətirmiş,  üç  dildə  ölməz 
əsərlər  yaratmış,  dünya  ədəbiyyatına,  xüsusilə,  Yaxın  Şərqin 
ədəbi  həyatına,  Türkiyə,  İran,  Orta  Asiya  xalqlarının 
ədəbiyyatına  dərin  təsir  göstərmiş,  Azərbayjan  poeziyasında 
lirikanın ən gözəl nümunələrini yaradan və onu yüksək zirvəyə 
qaldıran,  qəzəl  ustadı,  Azərbayjan  bədii  dilinin  banisi,  dilinin 
sadəliyini,  təbiiliyini  göz  bəbəyi  kimi  qoruyan,  dili  məjaz  və 
təşbehlərlə,  istiarə  və  mübaliğələrlə,  əlvan  epitet  və  surətlərlə 
zəngin  dili  olan,  Azərbayjan  poeziyasını  vəzn  jəhətdən 
zənginləşdirən,  vəznlərə  yeni  ruh,  yeni  ahəng  gətirən»  bir 
sənətkar  kimi  dəyərləndirilən  Füzuli    kimi  qüdrətli  sənətkarlar 
                                                    Gülxani Pənah, Salatın Əhmədli
                                                   
 
 
34 
vardı  və  onlar  təkjə  Azərbayjanda  deyil,  bütün  Yaxın  Şərqdə 
tanınmış sənətkarlar olmuşdur. Xüsusilə, əsərlərində dərin elmi, 
fəlsəfi  məzmun  olan,  mövzu  jəhətdən  rəngarəng,  forma 
gözəlliyinə  malik  əsərlər  yaradan,  əsrlər  boyu  ədəbi  inkişafa 
təsir göstərən, yalnız Azərbayjan-da deyil,  bütün Yaxın Şərqdə 
yetişən şairlər üçün əsl yaradı-jılıq məktəbi olan  Füzuli vardır. 
XVII  əsrdə  xalq  yaradıjılığından-xalqın  mübarizəsini, 
zəhmətkeş  kütlələrin  istək  və  arzularını  ifadə  edən  əsərlərdən 
qüvvət alan yazılı ədəbiyyat təkmilləşir, xalq şeiri təsiri al-tında 
yazan  yeni  tipli  şairlər  meydana  çıxır.  Folklor  təsi-rindən 
yaranan  şeir  məzmun  və  şəkli  ilə  saray  şeirindən  fərqlənirdi, 
xalqın,  yoxsul  təbəqənin  istək  və  arzuları,  əməyi,  zəhməti  ön 
plana  çəkilirdi,  xalqın  istilaçılara,  feodal  zülmünə  qarşı 
mübarizəsindən,  el  güjündən    bəhs  edilirdi.  Xalqın    istək  və 
arzularını ifadə edən xalq ədəbiyyatı şəkli xüsusiyyətləri ilə də 
feodal,  ruhani  və  tajir  ruhunu  oxşayan  ədəbiy-yatdan 
fərqlənirdi.  Bu  şeir  xalq  şeiri  ilə  səsləşirdi.  Onun  vəzni  heja 
vəzni  idi.  Bədii  ifadələr  janlı  həyatdan,  kənd  və  şəhər 
yoxsullarının  məişətindən alınırdı,  təşbeh  və  istiarələri  ənənəvi 
qəzəl,  qəsidə  ifadələrindən  fərqli  olaraq  janlı  həyat-dan 
götürülürdü. 
Bu  dövrdə  xalq  şeiri  tərzində  yazan  Tufarqanlı  Abbas, 
Sarı  Aşıq  daha  çox  məşhur  olub,  əsərlərində  məhəbbətlə  ya-
naşı,  daha  çox  dövrün  ijtimai-siyasi  məsələlərini  əks  etdi-
rirdilər.  XVIII  əsrdə  şifahi  xalq  şeiri  tərzində  yazan  şairlərin 
yaradıjılığı  daha  geniş,  daha  əhatəli  olub,  dövrün  ədəbi 
inkişafına  istiqamət  verirdi.  Xəstə  Qasım,  Vidadi,  Vaqif  kimi 
böyük  sənətkarlar  bu  ədəbi  jərəyanı  yüksək  səviyyəyə 
qaldırdılar.  Xalq  ədəbiyyatına  olan  bu  meyil  getdikjə 
qüvvətlənərək  şifahi  xalq  şeirinin  bütün  xüsusiyyətlərini  yazılı 
ədəbiyyatda əks etdirirdi. 


 
Azərbaycan ədəbiyyatı məsələləri 
 
35 
Həm  xalq  yaradıjılığından,  həm  də  klassik  ənənələrdən 
yararlanmaqla  oricinal  keyfiyyətlərə 
malik  XVIII  əsr 
Azərbayjan  lirikasının  yaradıjıları  Vaqif,  Vidadi,  Nişat,  Ağa 
Məsih,  Məhjur,  Xəstə  Qasım  kimi  sənətkarlardır.  Bu  dövrün 
sənətkarlarının  əsərlərində  «romantik  və  dünyəvi  məhəbbətin 
tərənnümü,  həyatın  mənası  barədə  fəlsəfi  düşünjələr  feodal 
dünyasında  hökm  sürən  qeyri-bərabərliyə,  ədalətsizliyə  etiraz, 
xeyirxahlıq  və  nəjibliyə  çağırış,  konkret  hadisə  və  insanların 
təsviri... bütün bu motivlər» XVIII əsr lirikasında öz rəngarəng 
bədii  əksini  tapmışdır.  Həmin  lirikada  əyani  səslənən 
dünyəvilik və nikbinlik notları orta əsr şeirinə yeni ruh gətirirdi. 
Bu dövr sənətkarlarımız həm əruz, həm də heja vəznində 
əsərlər yazsa da, heja vəzni-Azərbayjan şeirinin ana vəzni daha 
mühüm  mövqe  qazanmaqda  idi.  Onların  əsərlərinin  dili  xalq 
ifadələri,  xalq  dili,  deyimləri,  ifadələri  ilə  zənginləşirdi,  ərəb-
fars  tərkibli  ifadələrdən  təmizlənirdi.  Alimlər  bu  dövrün  bir 
əlamətdar  jəhəti  kimi  sənətkarlarının  yaradıjılığında  «həyat 
hadisələrinə,  insana  münasibətdə  realistik  dünyabaxışın  üstün 
gəlməsi  faktı»nı  dəyərləndirir    və  bu  «realistik  meyil»  realist 
ədəbiyyatın inkişafına yol açmış olur. 
XIX  əsr  Azərbayjan  ədəbiyyatı  tarixində  «ən  zəngin, 
məhsuldar,  rəngarəng,  maraqlı  və  eyni  zamanda  ən  ziddiyyətli 
bir dövr» kimi təhlil edilir. Bu əsrdə Azərbayjan ədəbiyyatında 
köhnə  ədəbi  üsulların  mövjud  olduğu  şəraitdə  realizm  ədəbi 
yaradıjılıq  metodu  inkişafa  başlayır,  dramaturgiya,  milli 
mətbuat, ədəbi tənqid, estetika, bir sıra canr və formalar, ijtimai 
və  fəlsəfi    fikir  sahəsində  müəyyənləşmiş  və  sistemləşmiş 
materialist  və  ateist  baxışlar  meydana  çıxır.  Abbasqulu  ağa 
Bakıxanov,  professor  Mirzə  Kazım  bəy,  Mirzə  Şəfi  Vazeh, 
İsmayıl  bəy  Qutqaşınlı,  Mirzə  Baxış  Nadim,  Baba  bəy  Şakir, 
Qasım  bəy  Zakir,  Mirzə  Fətəli  Axundov,  Həsən  bəy  Zərdabi, 
                                                    Gülxani Pənah, Salatın Əhmədli
                                                   
 
 
36 
Seyid  Əzim  Şirvani,  Nəjəf  bəy  Vəzirov,  aşıq  şeiri  tərzində 
yazan  Seyid  Əbülqasım  Nəbati  kimi  simalar  yetişir,  onlar 
xalqımızı  dramaturgiya  və  teatrla,  milli  mətbuatla,  inqilabi-
demokratik  fikirlərlə,  azadlıq  ideyaları  ilə  tanış  edir,  onların 
yaradıjılığında  real,  gördükləri  hadisələr  öz  əksini  tapır  və  bu 
realizm  Axundovun  yaradıjılığında  kamala  çatır:  «Öz 
dövründəki  ijtimai-mədəni  həyatın  elə  bir  sahəsi  tapılmaz  ki, 
oraya böyük mübariz yazıçı nəzər salmamış və öz qəti, hərarətli 
sözünü  söylə-məmiş  olsun.  Ədəbiyyat,  sənət,  fəlsəfə,  din, 
siyasət-bütün bu mühüm sahələrdə M. F. Axundov yorulmadan 
mübarizə aparmış və döyüşkən bir materialist-ateist kimi köhnə 
ideyaları  alt-üst  etməyə  çalışmışdır.  Bütün  ideoloci  mübari-
zəsində  Avropanın  mütərəqqi,  demokratik  burcua  yazıçıla-
rından  və  böyük  rus  maarifçilərindən  ruhlanan  M.F.  Axun-
dovun fikirləri ardıjıl və möhkəmdir. Parlaq istedad, geniş bilik 
sahibi  olan  yazıçı  toxunduğu  hər  bir  məsələdə  dərin  məlumat, 
fikir  genişliyi,  gözüaçıqlıq  və  uzaqgörənlik  gös-tərmişdir». 
Nizami,  Füzuli,  Nəsimi,  Vaqif...  Azərbayjan  ədəbiyyatında 
«poeziyanı  dünya  meydanına  çıxardıqları  halda,  bədii  nəsr  və 
dramaturgiya  öz  böyük  sənətkarını  M.  F.  Axundov  simasında 
qazandı» (M. Arif). 
M.F.Axundovun  özündən  sonra  yetişən  realist  sənət-
karların  (N.  B.  Vəzirov,  C.  Məmmədquluzadə,  Ə.  Haqver-
diyev, C. Cabbarlı...) yaradıjılığına böyük təsiri olmuş,  bö-yük 
sənətkarlarımız  M.F.  Axundovun  yolu  ilə  getmiş,  onun 
realizmini inkişaf etdirmişlər. 
  XIX  əsrin  ikinji  yarısında  aşıq  poeziyası  ilə  yanaşı, 
qəzəl  şairlərinin  sayı  getdikjə  çoxalır.    Qarabağda  («Məjlisi-
üns»  və  «Məjlisi-fəramuşan»),  Şamaxıda  («Beytüs-səfa»), 
Bakıda  («Məjməüş-şüəra»),  Ordubadda  («Ənjüməni-şüə-ra»), 
Lənkəranda («Fövjül-füsəha»)  şeir  məjlisləri  fəaliyyət göstərir, 


Yüklə 4,51 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   148




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə