Gülxani pənah salatin əHMƏdli azərbaycan ədəbiyyatı



Yüklə 4,51 Kb.
Pdf görüntüsü
səhifə10/148
tarix14.06.2018
ölçüsü4,51 Kb.
#48863
1   ...   6   7   8   9   10   11   12   13   ...   148

 
Azərbaycan ədəbiyyatı məsələləri 
 
37 
Seyid  Əzim  Şirvani,  Xurşudbanu  Natəvan,  Fatma  xanım 
Kəminə,  Mirzə  Ələsgər  Növrəs,  Əbdülxalıq  Cənnəti,  Mirzə 
İsmayıl  Qasir,  Bahar  Şirvani,  Cənubi  Azərbayjanda  Mirzə 
Məhəmmədbağır Xalxali və b. yetişir. 
Bu  dövrdə  Axundovdan  sonra  tanınmış  ikinji  böyük  ijti-
mai xadim Həsən bəy Zərdabi «Əkinçi» (1875-1877) qəzetinin 
nəşrinə nail olmaqla, milli Azərbayjan mətbuatının bünövrəsini 
qoydu. Onun səhifələrində şairlərin imzaları da vardı.  
Ustad  sənətkar  Cəlil  Məmmədquluzadə  milyonlarla  xalq 
kütlələri  ilə  danışmağın  «qaydasını  bilən»,  böyük  təsirediji, 
təşviqediji  qüvvəyə  malik  olan  «Molla  Nəsrəddin»  curnalının 
nəşrinə  başlamaqla  hər  sahədə  olduğu  kimi,  Azərbayjan  ədəbi 
təfəkkürünün  də  nələrə  qadir  olduğunu  bir  daha  sübut  etmiş 
oldu.    Bu  curnal  müsəlman  Şərqində,  bütün  Yaxın  və  Orta 
Şərqdə  ən  qabaqjıl  satirik  curnal  olub,  dövrün  mühafizəkar  və 
mürtəje  qüvvələrini,  ijtimai  bəlalarını  inqilabi-demokratik 
jəhətdən  jəsarətlə  tənqid  edən  bir  ədəbi  orqan  kimi  dünyada 
məşhur  idi.  «Məktəb»,  «Dəbistan»,  «Təkamül»,  «Hürriyyət», 
«Rəhbər»,  «Həyat»,  «İrşad»,  «İşıq»,  «Füyuzat»,  «Şəlalə», 
«Dirilik»,  «Qurtuluş»  kimi  mətbu  orqanlarla  birlikdə  «Molla 
Nəsrəddin»  öz  səhifələrində  A.  Səhhət,  M.Ə.Sabir,  N.  B. 
Vəzirov,  Ə.  Haqverdiyev,  S.  S.  Axundov,  Ə.  Qəmküsar,  Ə. 
Nəzmi,  Məhəmməd Hadi,  M.S.  Ordubadi,  R.Əfəndiyev,  S.  M. 
Qənizadə 
kimi 
ədibləri 
birləşdirirdi. 
Bu 
dövrdə 
C. 
Məmmədquluzadə 
ədə-biyyatımızın 
inkişafında 
misilsiz 
xidmətləri 
olan 
böyük 
şəx-siyyətdir. 
«Azərbayjan 
ədəbiyyatında  qədim  dövr  humanizminin  mahiyyət  və 
xarakterini  öyrənmək  üçün  Nizami  poeziyası,  orta  əsrlər  şeiri 
və  məhəbbət  lirikasının  ijtimai  və  intim keyfiyyətlərini  bilmək 
üçün  Füzuli  yaradıjılığı,  XX  əsr  romantizminin  mürəkkəb 
xüsusiyyətlərini araşdırmaq üçün Hüseyn Cavid dramaturgiyası 
                                                    Gülxani Pənah, Salatın Əhmədli
                                                   
 
 
38 
nə  qədər  zəngin,  əlvan  material  verirsə,  yeni  ədəbiyyatın  ən 
qüdrətli  məktəbi  olan  realizm  üslubunun    şəkil  və  məzmun 
xüsusiyyətlərini  dürüst  müəyyən  etmək  üçün  də  Mirzə  Cəlilin 
əsərləri əvəzsiz və tükənməz mənbədir» (Mir Cəlal). 
 Təxminən  25  il  ömür  sürən  «Molla  Nəsrəddin»  curnalı 
ədibin ijtimai fəaliyyətində, Azərbayjan mətbuatı tarixində əsas 
yer tutur.  Onun  səhnə  əsərləri təkjə  Azərbayjanda deyil,  bütün 
müsəlman  şəhərlərində  tamaşaya  qoyulub.  Mirzə  Cəlil  elə  bir 
sənətkardır  ki,  Azərbayjan  dili  başa  düşülən  ölkələrdə 
sağlığında  belə  məşhur  idi.  Yaratdığı  curnal  «Azərbayjan 
xalqının  oyanması,  mənəvi  jəhətdən  silahlanması  və  inqilab 
yoluna düşməsində, əsrlərjə feodal zülm və zülmətində yaşayan 
kütlələrin  əsarətindən,  «ölülər»  aləmindən  qurtarmasında, 
tərəqqi və səadət üçün çarpışmasında, öz müqəddəratı, azadlığı 
və  hüququ  uğrunda  mübarizəsində,  maarif  və  mədəniyyətin 
təbliğ 
edilməsi 
və 
yayılması 
işində, 
elm 
işığı 
ilə 
işıqlanmasında»  elə  böyük  rol  oynadı  ki,  ikinji  belə  bir  xalq 
curnalını o dövrdə göstərmək çətindir... 
Onun  məsləkdaşları  M.  Ə.  Sabir,  N.  Nərimanov,  Ə. 
Haqverdiyev, Ə. Nəzmi, M. S. Ordubadi, Ə. Qəmküsar, M. Ə. 
Möjüz,  S.  S.  Axundov,  M.  Hadi,  A.  Səhhət,  Y.  V.  Çəmən-
zəminli,  S.  M.  Qənizadə,  A.  Şaiq  məktəbinin  davamçılarının 
gətirdiyi  güjlü  dalğa  möhtəşəm  bir  ədəbiyyatın  gələjəyindən 
xəbər  verirdi.  Elə  bir  ədəbiyyatın  ki,  bəşər  tarixin-də  öz 
sıralarında  bu  qədər  ədəbiyyat  adamını  birləşdirmə-mişdi,  bu 
qədər  sistemli  şəkildə  millətinə,  xalqına  xidmət  işini  öz 
çiyinlərinə  götürməmişdi.  O  elə  bir  dalğa  idi  ki,  özüylə 
Azərbayjan  ədəbiyyatına  daha  bir  qüdrətli  nəfəs  gə-tirdi,  70  il 
ərzində  minlərlə  ziyalısı,  onlarla  ədəbiyyatçısı  repressiyalara 
məruz  qaldı,  dissident  həyatı  yaşadı.  Amma  əqidəsini,  amalını 
yeni  həyat  uğrunda  silahlanmış  ideya-larını  həyat  yolunun 


 
Azərbaycan ədəbiyyatı məsələləri 
 
39 
devizi  etməkdən  çəkinmədi.  Mirzə  Cəlil  kimi  sənətkarların 
yaratdığı abı-hava ilə köklənən yeni ədəbiyyatın nümayəndələri 
yetişirdi,  70    illik  ədəbi  prosesi  kommunist  ideologiyası  idarə 
etmiş  olsa  da,  senzura  hökm  sürsə  də,  bu  məmləkətdə  azad 
düşünmək,  azad  yaşamaq,  yaratmaq  hissini  tamamilə  boğa 
bilmədi.  
1929-37-ji  illərdə  əhməd  javadlar,  müşfiqlər,  javidlər... 
məhv  edildi,  almaslar,  jeyhunlar,  məmmədəminlər...  mühajirət 
həyatı yaşamalı oldu, amma onların əqidəsinə, amalına hörmət 
və  ehtiram  göstərənlər  onların  fəaliyyətini  təqdir  edən  əsərlər 
yazdılar. Onların közərtmək istədikləri kiçik tonqalları 60-70-ji 
illərdə  ədəbiyyata  gələnlər  elə  alov-landırdılar  ki,  senzura, 
kommunist  ideologiyası  qarşısında  ajiz  qaldı.  İlk  bünövrəsini 
Cəlil  Məmmədquluzadələrin  qoyduğu  mübarizə  bundan  sonra 
sönmədi  və  bu  gün  də  alovlanmaqdadır,  şöləsi  bütün  aləmə 
yayılmaqdadır... 
Bu  möhtəşəm,  sistemli,  bütövlükdə  xalq  və  dövlət 
tərəfindən  xüsusi  qayğıyla  da  əhatə  olunmuş  ədəbiyyatın 
yetişməsində  özündən  əvvəlki  nəsillərin,  uluların,  onların 
yaratdığı  şifahi  xalq  ədəbiyyatının  rolu  böyük  olduğu  yada 
salındı;  ərəb-fars  dilində  yazıb-yaratmağa  məjbur  olmuş, 
təzkirələrin, tarixi əsərlərin yaddaşında qalan simalar xatırlandı; 
yol  üstündə  yerləşdiyindən,  zaman-zaman  çapılıb,  talanmış 
Azərbayjan torpağının yetişdirdiyi nadir dühalara nəzər salındı; 
onları  bir-iki  jümlə  ilə  yada  salmaqda,  min  illərin  ədəbi-bədii 
lövhələrini bir lent kimi göz önündən «ötürməkdə» məqsədimiz 
budur ki, deyək ki, «ot kökü üstündə bitər». 
Hər  əsrdə,  hər  nəsildə  yetişən  bir  və  ya  bir-iki  böyük 
sənətkarların yaradıjılığı haqqında məlumatımız vardır, bu şeir, 
sənət  dühaları  barədə,  Azərbayjan  söz  sənətinin  tari-xiliyi, 
qədimliyi haqqında məhz XX əsrin ilk iki onilliyin-dən üzü bəri 
                                                    Gülxani Pənah, Salatın Əhmədli
                                                   
 
 
40 
və  indi  daha  geniş  məlumatlar  əldə  edə  bilirik.  Bu  dövrdə 
Azərbayjan  xalqının  bu  günü,  sabahı,  uzaq  keç-mişi,  kökü, 
soyu, tarixi, millət kimi formalaşması üçün keçib gəldiyi yollar, 
mərhələlər  araşdırılmış,  tədqiq  edilmiş,  min  illərin  açılmamış 
səhifələri açılmış, böyük sənətkar-larımızın bədii irsi toplanmış, 
nəşr  edilmiş,  tədqiq  edilmiş,  haqqında  jild-jild  tədqiqat  işləri 
aparılmış,  neçə-neçə  yazı-çımız,  şairimiz  içərisində  alimlər-
folklorşünaslar, 
ədəbiyyat-şünaslar, 
qorqudşünaslar, 
nizamişünaslar,  füzulişünaslar,  nəsimişünaslar,  dilşünaslar... 
yetişmiş,  onların  yaradıjılığı,  keçdiyi  həyat  yolu  neçə-neçə  
romanların, povestlərin, dram əsərlərinin mövzusu olmuşdur. 
 Xalq  bir  əsr  ərzində    on  iki  minillik  tarixini,  mədəniy-
yətini,  ədəbi prosesini üzə çıxarmaq üçün yüksək biliyə,  məlu-
mata  sahib  olmuşdur.  Maarifin,  elmin  inkişafı  insanı,  xüsusilə 
ədəbi  prosesin  nümayəndələrini  xalqına,  tarixinə,  keçmişinə, 
eləjə  də  bu  gününə  və  sabahına  diqqət  kəsilməyə  «məjbur 
edilmişdi».  Bununla  xalqımız,  millətimiz  öz  keçmişi,  qədim 
keçmişi, şanlı keçmişi, zəngin elmi, bədii, fəlsəfi, ədəbi keçmişi 
ilə  dünya  dövlətləri,  sivil  dövlətlər  arasında  yeri  olduğunu 
sübut  etməyə  nail  olmuşdur.  Bu  böyük  işi  bajarmaq,  yerinə 
yetirmək üçün getdiyi yolda başı müsibətlər də çəkdi... 
XX  əsrin  əvvəllərinə  qədər  hər  hansı  bir  Azərbayjan 
sənətkarı  haqqında  nadir  kitablarda,  jünglərdə  bir-iki  jümlə  ilə 
məlumat  verilmişdirsə,  XX    əsrin  30-ju  illərindən  üzü  bəri 
Azərbayjan  ədəbiyyatı  tarixi  qədim  dövrdən  üzü  bəri 
mərhələlərlə  araşdırılmış,  tədqiq  edilmişdir.  Onların  dövrü-nü, 
həyatını, ədəbi irsini, dilini öyrənmiş ədəbiyyatşünaslar ordusu 
yaranmış,  Azərbayjan  Elmlər  Akademiyasında  Nizami  adına 
Ədəbiyyat  İnstitutu,  Dilçilik  İnstitutu  yaranmış,  onların  irsi 
ədəbi-tarixi,  etnik  mövqedən  araşdırılmış,  bu  böyük  irsin 


Yüklə 4,51 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   148




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə