Gülxani pənah salatin əHMƏdli azərbaycan ədəbiyyatı



Yüklə 4,51 Kb.
Pdf görüntüsü
səhifə13/148
tarix14.06.2018
ölçüsü4,51 Kb.
#48863
1   ...   9   10   11   12   13   14   15   16   ...   148

 
Azərbaycan ədəbiyyatı məsələləri 
 
49 
nişləndiyi  ilk  illərdə  «Trablis  müharibəsi»  və  «Ədirnə  fəthi» 
pyeslərini  yazdı  və  bu  əsərlər  Türkiyədə  baş  verən  inqilabi-
tarixi hadisələri, türk xalqının öz suverenliyi, ərazisini qoru-yub 
saxlamaq uğrunda mübarizəsini əks etdirirdi. 
Milli  hökumətin  yarandığı  illərdə  parlamentdə  stenoqraf 
işləyən  C.  Cabbarlı  dramaturgiya,  eləjə  də  lirik  yaradıjılığını 
davam  etdirir,  milli  dövlətçiliyi,  vətənin,  torpağın  gözəlliyini 
tərənnüm  edir.  İlk  şeirlərində-«Azərbayjan    bayrağına», 
«Sevdiyim»,  «Sevimli ölkəm»,  «Salam»  və  s.  şeirlərində Xalq 
Cümhuriyyətinin  şirin  dadını  duyan,  bu  dövlətin  məhəbbətini 
qəlbində yaşadan vətənpərvər qəlbin səsi duyulur. Bayrağımız, 
türkçülük,  turançılıq  məfkurəsi  ön  planda  verilir.  Şairin 
«Azərbayjan    bayrağına»  şeiri  şairin  «azadlıq  və  istiqlal» 
sevgisini  oricinal  formada  əks  etdirən  əsərlərdən»  biri  kimi 
yüksək qiymətləndirilir.  
 «Azərbayjan  bayrağına»  şeirində  üçrəngli  Azərbay-jan 
bayrağının rəmzlərini bədii şəkildə verir: 
Bu göy boya Göy Moğoldan qalmış bir türk nişanı, 
 
Bir türk oğlu olmalı! 
Yaşıl boya İslamlığın sarsılmayan imanı, 
 
 
Ürəklərə dolmalı! 
Şu al boya azadlığın, təjəddüdün fərmanı, 
 
 
Mədəniyyət bulmalı! 
Səkkiz ujlu şu yıldız da səkkiz hərfi od yurdu, 
Əsarətin gejəsindən fürsət bulmuş quş kibi 
 
 
 
 
Səhərlərə uçmuşdur. 
«Sevdiyim» şeirində də şair üçrəngli bayrağa, vətənə mü-
qəddəs  hisslərlə  yanaşır,  bu  bayraqda  türkçülük,  turançılıq 
ideyalarını ümumiləşdirir.  
Ölkədə milli hökumətin süqut etməsiylə, Xalq Cümhuriy-
yətinin  qurujuları,  ədəbiyyata  gələn  gənj  istedadlı  qələm 
                                                    Gülxani Pənah, Salatın Əhmədli
                                                   
 
 
50 
sahibləri  mənəvi  jəhətdən    yaralanmışdılar.  Bu  zərbənin  ağr-
ılarını  çəkirdilər  və  C.Cabbarlı  da  onlardan  biri  idi.  «Aydın», 
«Oqtay Eloğlu» kimi əsərlərində milli kədərin motivləri vardır. 
Qorxmaz,  mübariz  C.  Cabbarlı  1920-ji  il  aprelin  27-də 
hakimiyyətin  süqutu  haqqında  qərar  qəbul  edilən  axşamı  bu 
milli  hərəkatın  bir  çox  javan  fəalları  ilə  Məmməd  Əmin 
Rəsulzadənin  evinə  yığışırlar.  «Gənj  müsavatçılar»  hərəkatı 
yaranır. Bu gizli təşkilatın sədri Mirzə Bala Məmmədzadə, baş 
katib Cəfər Cabbarlı oldu. Təşkilatın bir sıra yığınjaqları Cəfər 
Cabbarlının  bağında  keçirilir,  bolşevizmə  qarşı  mübarizə 
aparan özəklər  yaradılır,  «İstiqlal» qəzeti dərj edilirdi. 1923-jü 
ildə  təşkilatın  üzvləri,  o  jümlədən  C.  Cabbarlı  da  bolşevik 
hökuməti  tərəfindən  həbs  edilsə  də,  av-qustun  ortalarında 
müxtəlif 
şərtlər 
əsasında 
azadlığa 
bura-xıldı. 
Onun 
yaradıjılığını  ətraflı  tədqiq  edən  alimlər  bu  qə-naətdədirlər  ki, 
«Cəfər  Cabbarlı  heç  bir  zaman  bolşevik  ideyalarını  qəbul 
etməmiş  və  sovet  qurujuluğunun  kor-koranə  təbliğatçısı 
olmamışdır.  Onun  bu  recimlə  birbaşa  həmfikirliyini  göstərən 
heç  bir  yazısı  yoxdur.  Lakin  müəyyən  mənada    aydın  və 
oqtayların  prototipi  olan  C.  Cabbarlının  bir  xüsusiyyəti  vardı: 
doğma  xalqa  bağlı  olan  ədib  üçün  idealsız,  qayəsiz, 
Azərbayjanın  sabahına  inamsız  yaşamaq  qeyri-mümkün  idi. 
Belə qayələri  Cəfər Cabbarlı qismən 20-ji  illərdə  bolşeviklərin 
xüsusi  ardıjıllıqla  həyata  keçirdikləri  mədəni  inqilabda  tapdı. 
Bu  inqilab  Azərbayjan  xalqını  Av-ropa  mədəniyyəti  yoluna 
yönəldirdi  və  məhz  bu  jəhət  Cəfər  Cabbarlının  xalqımızın 
gələjəyi  barədə arzularına uyğun  idi.  Ona görə də bu prosesdə 
iştirak  edən  C.  Cabbarlını  mənəvi  iflasdan  və  əzablardan  xilas 
etdi».  
Xalq  Cümhuriyyətinin  köməyini,  dövlətin  qayğısını 
üzərində  hiss  edən,  onun  dəstəyi  ilə  xarijdə  təhsil  alan,  elmə, 


 
Azərbaycan ədəbiyyatı məsələləri 
 
51 
biliyə  yiyələnən  Əli  Yusifin  «Azərbayjanlıya»,  «Bayraq», 
«İdeal», «Bir türk yanqısı deyir ki», «Qarabağ xainlərinə» və s. 
şeirlərində  xalq,  millət,  vətən  sevgisi  əsasdır.  «Əli  Yusifin 
şeirlərini səjiyyələndirən başlıja keyfiyyət onların  janlı hiss və 
təəssüratlardan  qaynaqlanması  yüksək  mübarizlik  əhval-
ruhiyyəsinin  məhsulu  olmasıdır.  Bu  jəhət  bir  tərəfdən  şairin 
fitri  poetik  keyfiyyətlərinin  göstərijisi  kimi  özünü  büruzə 
verirsə,  qarşı  tərəfdən  onun  yazılarının    Cümhuriyyət  idealları 
ilə  bağlılığından  mayalanır»  (Müasir  Azərbaycan  ədəbiyyatı.  I 
cild. Bakı.  Bakı Universiteti nəşriyyatı. 2007). 
Repressiya  qurbanı  olmuş,  həbsxanalara  salınmış  Um-
gülsüm  Sadıqzadənin  «Əsgər  anasına»,  «Çəkil,  dəf  ol»,  «Bir 
mayıs  günündə»,  «Yolunu  bəklərdim»  şeirlərində  azadlığını, 
müstəqilliyini əldə etmiş Azərbayjan  xalqına, onun yenijə qur-
duğu  azad,  müstəqil,  suveren  dövlətinə  məhəbbət,  Vətənin 
sabahı üçün  narahatlıq,  xalqın çətin anda köməyinə  çatan,  onu 
düşmən  jaynağından  qurtarmağa  gələn  Türk  ordusunun  arxa, 
dayaq olmasından ürəyində doğan qürur hissi, dili bir, qanı bir 
Azərbayjan    xalqının,  türklərinin  hiss  və  duyğuları,  bu  tarixi 
həqiqətlərin  xalqın  ruhunda,  yaddaşında  buraxdığı  dərin  izlər 
yaşayır.  Onun  şeirlərində  eyni  zamanda  ölkədə  Xalq 
Cümhuriyyətinin 
süquta 
uğraması, 
başımıza 
gətirilən 
müsibətlər, tarixi ədalətsizliklər öz əksini tapmışdır. 
 Məmməd  Səid  Ordubadi,  Əliqulu  Qəmküsar,  Cavid,  Əli 
Şövqü,  Davud  Ağamirzadə  və  başqa  sənətkarlarımız  Xalq 
Cümhuriyyətinin  yaşadığı  dövrün  ümumi  mənzərəsini  poezi-
yada  verdiyi  kimi,  Cəlil  Məmmədquluzadə,  Əbdürrəhimbəy 
Haqverdiyev,  Yusif  Vəzir  Çəmənzəminli,  Abdulla  Şaiq,  Seyid 
Hüseyn,  Tağı  Şahbazi  kimi  tanınmış  ədiblər  də  öz  nəsr 
yaradıjılıqlarında bunu əks etdirirdilər. 
                                                    Gülxani Pənah, Salatın Əhmədli
                                                   
 
 
52 
Cəlil  Məmmədquluzadə  hekayələrində  qadın  azadlığı 
(«Konsulun arvadı» «Xanın təsbehi», «Qəssab») problemlərinə 
toxunur.  «Zırrama»  hekayəsində  mənfi  əxlaqi  keyfiyyətlər 
tənqid  olunur.  Ə.Haqverdiyevin  «Mirzə  Səfər»,  Seyid 
Hüseynin  «Həzin  bir  xatirə»,  «İsmailiyə»  hekayələri  diqqəti 
jəlb  edir.  «İsmailliyə»  hekayəsində  ədəbiyyatşünaslar  Seyid 
Hüseynin  «bu  tarixçənin  istiqlal  və  azadlıq  hərəkatı  ilə  bağlı 
məqamlarına  diqqət  yetirildiyini,  əslində  İsmailliyənin  sima-
sında  yazıçının  bütün  ruhu  və  qəlbi  ilə  bağlı  olduğu  doğma 
Azərbayjanın obrazını yaratdığını bildirirlər. 
Abdulla  Şaiqin  «Əsrimizin  qəhrəmanları»  romanının  bir 
hissəsini Cümhuriyyət dövründə qələmə aldığı, bu əsrdə birinji 
dünya  müharibəsi,  çar  Rusiyasının  tənəzzülü,  Oktyabr  inqilabı 
dövründə  yeni  nəsli  düşündürən  və  narahat  edən  problemlərin 
diqqət mərkəzinə çəkildiyi qeyd edilir. 
 Ağababa Yusifzadənin «Sınan qanad» romanında xalqın, 
millətin qayğılarını  bir  vətəndaş kimi  irəli çəkmək  məsə-lələri, 
vətənin azad və abad yaşaması, qurulması ideyaları verilir. 
Bu  dövrdə  Cəfər  Cabbarlının  «Ədirnə  fəthi»,  «Trablis 
müharibəsi»,  yaxud  «Ulduz»,  «Aydın»,  Hüseyn  Cavidin  «İb-
lis»,  Cəlil  Məmmədquluzadənin  «Anamın  kitabı»,  «Kamança» 
əsərləri  Cümhuriyyət  dövrünün  dramaturci  əsərləri  kimi  bədii 
jəhətdən  yüksək  qiymətləndirilir.  Cəfər  Cabbarlının  dram 
əsərlərində Türkiyə mövzusunun daha qabarıq şəkildə verildiyi 
və bu jəhətdən kamil əsərlər kimi səjiyyələndirildiyi məlumdur. 
Tədqiqatçılar  Hüseyn  Cavidin  «İblis»  fajiəsinin  «bu 
illərdə  jərəyan  edən  hadisələrin  ümumi  ruhundan  və  mahiy-
yətindən  qaynaqlan»dığını  bildirir:  «Dramaturq  I  Dünya    sa-
vaşının ağır siyasi böhranının və erməni-daşnak birləşmələrinin 
fitvası  ilə  törədilmiş    Mart  fajiəsinin  onun  şüurunda  və 


Yüklə 4,51 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   148




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə