Gülxani pənah salatin əHMƏdli azərbaycan ədəbiyyatı



Yüklə 4,51 Kb.
Pdf görüntüsü
səhifə16/148
tarix14.06.2018
ölçüsü4,51 Kb.
#48863
1   ...   12   13   14   15   16   17   18   19   ...   148

 
Azərbaycan ədəbiyyatı məsələləri 
 
61 
Rustavelinin  «Pələng  dərisi  geymiş  pəhləvan»  poemasını 
oricinaldan  Azərbayjan    dilinə  çevirmiş  «mahir  tərjüməçi», 
«əsrin  səsinə  səs  verən»,  «ədəbiyyat  tarixində  oricinal  və  lirik 
şeirlər» müəllifi kimi tarixdə layiqli yerini tutmuşdur. 
Bu  dövrdə  Azərbayjan    ədəbiyyatında  bədii  nəsr-hekayə, 
povest,  roman  yaradıjılığı  inkişaf  edirdi.  M.S.  Or-dubadi, 
Y.V.Çəmənzəminli 
kimi 
nasirlərlə 
yanaşı, 
H.Nə-zərli, 
Ə.Əbülhəsən,  S.Rəhimov,  M.Hüseyn,  Mir  Cəlal,  Ə.Və-liyev, 
S.Rəhman  kimi  gənj  nasirlər  də  yetişməkdə  idi.  Onlar  povest, 
roman,  hekayə  canrlarında  yaratdıqları  əsərlərdə  xalqın 
mənafeyini,  ijtimai  mənafeyi  əsas  tutur,  jəmiyyətdə,  ijtimai 
həyatda  olduğu  kimi,  düşünjə  və  şüurlarda  da  inkişafı  əsas 
götürürdülər. 
 Dövrün  yeni ədəbiyyatını  yaratmaq  lazım  idi.  Bu  illərdə 
yaranan 
əsərlərin 
əksəriyyətinin 
«köhnəliklə 
yeniliyin 
mübarizəsi,  münaqişəsi»  üzərində  qurulmasını  tənqidçilər  «tə-
sadüfi kimi deyil, zəruri və təbii bir hal» kimi qiymətləndirirlər: 
«Çünki  köhnə  jəmiyyət  daxilində  yerləşən  yeni  münasibətlər 
saf,  təmiz  halda,  göydəndüşmə  şəkildə  əmələ  gəlmirdi.  Onda 
içərisindən  çıxdığı  jəmiyyətin  bir  sıra  xüsusiyyətləri  bərkimiş, 
sabitləşmiş şəkildə qalırdı.  Bu  jəhət özünü xüsusilə geriliyə  və 
fanatizmə,  mövhumata  və  başqa  təsisatlara  ijtimai  əzabın, 
istismarın amansız buxovlarından yenijə azad olmuş adamların 
münasibətlərində özünü göstərirdi». 
S.S.Axundovun  «Molla  Qasım»  hekayəsi  bu  jəhətdən 
«ibrətamiz»  sayılır  və  hekayədə  əhvalat  inqilabdan  əvvəl  baş 
versə də, keçmişlə bu günün müqayisəli təsviri əsasında yazılsa 
da, «müasir səslənirdi». 
30-ju  illərdə  Azərbayjan    bədii  nəsri  «joşqun  inkişaf 
mərhələsinə»  qədəm  qoydu,  ijtimai  həyatda  baş  verən  dəyi-
şikliklə  bağlı  olaraq,  ədəbiyyatın  da  qarşısında  «yeni  tələblər 
                                                    Gülxani Pənah, Salatın Əhmədli
                                                   
 
 
62 
dururdu,  «başlıja  vəzifələrdən  biri  ijtimai  varlığı  dolğun  və 
hərtərəfli  əks  etdirən,  zəhmətkeşlərdə  qurujuluq  işinə  səda-qət 
ruhu  aşılayan  dərin  mündərijəli,  «bitkin  formalı»  əsərlər 
yaratmaqdı,  bunlar  həm  tanınmış,  həm  də  gənj  yazıçıların 
qarşısına  qoyulan  vəzifələr  idi.  Onlar  yeni  bir  ədəbiyyat 
uğrunda  mübarizə  aparır,  nəsrin  geniş  imkanlarından  yarar-
lanmaqla  qələmə  aldıqları  həyatı  geniş,  hərtərəfli  təsvir  edir, 
insan  mənəviyyatı,  psixologiyasında  gedən  yeniliyi,  inkişafı 
bədii  boyalarla  ifadə  edir,  yazdıqları  əsərlərdə  aktual  məsə-
lələri ön plana çəkir,  «yeni şüurun,  ijtimai əxlaqın,  huma-nizm 
ruhunun 
formalaşmasını, 
yaşanılan 
tarixin 
ayrı-ayrı 
mərhələlərini bədii sənətin qüdrəti ilə yenidən janlandı-rırdılar. 
Ə.Haqverdiyevin 
«Xortdanın 
jəhənnəm 
məktub-ları», 
Qantəmirin 
«Kolxozıstan», 
V.Talıblının 
«Dirək», 
Ə.Məmmədxanlının «Burulğan», «Bakı gejələri», M.Hüsey-nin 
«Daşqın»,  «Komissar»,  İ.Əfəndiyevin  «Kənddən  mək-tublar» 
kimi  əsərlərində  «dövrün  bir  sıra  diqqətəlayiq  və  səjiyyəvi 
ijtimai-mənəvi  məsələləri  əks  etdiril»diyini  tən-qidçilər  qeyd 
edirlər.  
Bu  dövrdə  C.Məmmədquluzadə  bədii  nəsr  sahəsində 
fəaliyyətini  davam  etdirir.  1920-ji  ildə  Cənubi  Azərbayjana 
gedən,  böyük  çətinliklə  «Molla  Nəsrəddin»  curnalının  səkkiz 
nömrəsini  çap  etdirən,  1922-ji  ildə  Bakıya  qayıdıb  ətrafına 
yenidən  məsləkdaşlarını  (Ə.Haqverdiyev,  M.S.Ordubadi,  Əli 
Nəzmi, Ömər Xəyyam)  yığaraq curnalın nəşrini davam etdirən 
C.Məmmədquluzadə kiçik hekayələr ustası, qüdrətli dramaturq, 
publisist  kimi  fəaliyyətini  davam  etdirir.  Dövrü-nün  böyük 
ziyalısı,  açıqfikirli  mütəfəkkiri,  ijtimai-siyasi 
ədalətsizliklərə, 
zülm  və  əsarətə  qarşı  kəskin  mübarizə  apa-ran,  avamlığı, 
geriliyi  tənqid  edən,  qadın  əsarətinə,  dini  fana-tizmə  və 


 
Azərbaycan ədəbiyyatı məsələləri 
 
63 
mövhumata qarşı çıxan, C.Məmmədquluzadə inqi-labdan sonra 
da köhnəlik qalıqlarına qarşı mübarizə aparır.  
Yaradıjılığını  üç  əsas  istiqamətdə  (dramaturgiya,  bədii 
nəsr,  publisistika)  inkişaf  etdirən  C.Məmmədquluzadə  «Ana-
mın kitabı» (1919-20), «Kamança» (1920), «Danabaş kəndinin 
məktəbi»  (1921),  «Dəli  yığınjağı»  (1927)  və  s.  Dra-matik 
əsərlərində  vətən,  xalq  birliyi  ideyasını  irəli  sürür:  jəmiyyətin 
bir-birinə zidd qüvvələrinin arasındakı daxili ziddiyyətləri açıb 
göstərir,  ana  dilinin  saflığı  məsələsini  qoyur.  Hekayələrində 
qadın  azadlığı,  realist  demokratik  sənət  və  ədəbiyyat  uğrunda 
mübarizə,  mövhumata,  bürokratizmə  qarşı  kəskin  çıxış,  dilin 
təmizliyini  qorumaq,  gənj  nəslin  sağlam  ruhda  tərbiyəsi 
məsələləri qoyulur. Çadraya qarşı çıxan, qeyri-qanuni evlənmə 
qaydalarını  gülüş  hədəfinə  çevirən  («Yuxu»,  «Qoşa  balınj»  və 
s.),  jəmiyyətdə  gedən  yeniliklərə  mane  olan  yaramaz,  tüfeyli, 
süründürməçi,  şöhrətpərəst,  xalqı  aldadıb  varlanma  istəyində 
olanlara  qarşı  («Taxıl  həkimi»,  «Qəza  müxbiri»,  «Ujuzluq», 
«Oğru  inək»  və  s.)  çıxan,  tərbiyə  mövzusunda  («Şərq 
fakültəsi»,  «Saqqallı  uşaq»,  «Buz»  və  s.)  hekayələrini  yazır. 
Publisist  yazıları  ilə  də  xalqına,  millətinə,  onun  inkişafına 
xidmət  edən  yazıçı  beynəlxalq  imperializmə  qarşı  yazdığı 
kəskin  yazılarında  xariji  imperialistləri  tənqid  edir.  İngilis 
irtijaçılarının  müstəmləkəçilik siyasətini  ifşa edir:  C.Məmməd-
quluzadənin  inqilabdan  əvvəlki  bədii  nəsrinə  xas  xəlqiliyi, 
mənalı  gülüşü,  lakonizmi,  sadəliyi  və  mübarizliyi  bu 
hekayələrdə  də  görürük.  Ədib  jəmiyyət  qurujuluğuna  mane 
olan yaramazlara, tüfeylilərə, oğrulara, süründürməçilərə,  xalqı 
aldatmaq  yolu  ilə  varlanmaq  istəyənlərə,  şöhrətpərəstlərə  qarşı 
mübarizə  aparır,  «Taxıl  həkimi»,  «Qəza  müxbiri»,  «Ujuzluq», 
«Oğru  inək»  «İki  alma»,  «Toy»  və  s  əsərlərində  rəhmdillik, 
qonaqpərvərlik, kimsəsizlərə əl tutmaq kimi hissləri təbliğ edir,  
                                                    Gülxani Pənah, Salatın Əhmədli
                                                   
 
 
64 
Azərbayjanın  milli  sərvətlərinə  göz  dikənləri,  diş  qıjırdanları 
kəskin  felyetonları  ilə  ifşa  edir.  Publisist  yazılarında  («Şərq 
qadını»,  «Beynəlxalq  qadınlar  günü»,  «Səkkiz  mart  qadınlar 
günü»)  qadın  azadlığı  uğrunda  mübarizəni  də  əsas  götürən 
ədibin apardığı mübarizənin səmərəsindən duyduğu iftixar hissi 
öz ifadəsini tapır. «Proletar şairi»,  «Şeir bülbülləri»,  «Sənət və 
ədəbiyyat»,  «Şeir  nəşəsi»,  «Mədfən»  kimi  əsərlərində  «C. 
Məmmədquluzadə    sənət  və  ədəbiyyatın  qarşısında  həyatilik, 
ideyalılıq,  sadəlik  və  aydınlıq  kimi  jiddi,  mühüm  tələblər 
qoyur.  O,  sənət  və  ədəbiyyatı  ijtimai  məzmundan  məhrum 
etməyə  çalışanlara,  sənətlə  həyat  arasında  keçilməz  sədd 
qoyanlara, xalqa yabançı, qəliz və anlaşılmaz dildə danışanlara, 
qafiyəpərdazlara  düşməndir.  Ədib  yeni  mövzulara,  böyük 
ideyalara  biganəlik  göstərən  formalist  şeirə  qarşı  qəti  etiraz 
edir,  məzmunsuz,  bayağı  şeirlərdən  «nəşə  alanlara»  üz  tutaraq 
tənqid edir: «İxtiyar məndə olsa, şeir nəşəsini qadağan edərəm. 
Nejə ki, tiryək nəşəsi qadağandır». 
Azərbayjan    nəsrinin  inkişafında  Seyid  Hüseynin  rolu 
böyükdür.  Hekayə canrının  inkişaf tarixi onun adıyla  bağlanır. 
20–ji  illərin  sonundan  30-ju  illərin    birinji  yarısınadək  yazdığı 
hekayələr  öz  müasirliyi  ilə,  bədii  tutumu  ilə  ona  şöhrət 
qazandırmışdır.  İnqilabdan  əvvəl  onu  tanıdan  tənqidi  əsərləri 
olmuşsa,  1927-ji  ildən  nəsr-hekayə  sahəsindəki  uğurları  ilə 
şöhrət  qazanmışdır.  «Gələjək  həyat  yollarında»,  «Bir  günəşin 
tarixi»,  «Sarıköynək»,  «Onun  oğlu»,  «Hajı  Sultan»  (1927), 
sonralar  «Mehriban»,  «Daxili  naziri»,  «Həzin  bir  xatirə» 
hekayələri  «İnqilab  və  mədəniyyət» («Azərbayjan»)  curnalının 
səhifələrində  çap  etdirilmişdir.  1927-1937-ji  illər  arasında 
çağdaş Azərbayjan  ədəbiyyatının ya-ranması tarixində mühüm 
rol  oynamış,  həyatiliyi  və  bədii  lirikliyi  ilə  oxuju  kütləsinin 
rəğbətini  qazanan  S.  Hüseynin  nəsrindəki  müasirlik  idi:  «...  o 


Yüklə 4,51 Kb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   148




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə