Gülxani pənah salatin əHMƏdli azərbaycan ədəbiyyatı



Yüklə 4,51 Kb.
Pdf görüntüsü
səhifə148/148
tarix14.06.2018
ölçüsü4,51 Kb.
#48863
1   ...   140   141   142   143   144   145   146   147   148

 
Azərbaycan ədəbiyyatı məsələləri 
 
589 
ləjəyi  naminə  yazıb-yaratmaq,  qələmiylə,  sözüylə  bir  ordu 
güjünə  malik  olduğunu  unutmamaq!  Öz  vəzifəsini  şərəflə, 
ləyaqətlə  davam  etdirmək,  yüksək  bəşəri  ideyaları  tərənnüm 
etmək,  dünyanın  əşrəfi  insanın  xoşbəxt  gələjəyini  düşünmək 
borjumuzdur! 
Bu  gün  yazıçı,  sənətkar,  ziyalı  Azərbayjan  xalqının  milli 
təfəkkürünün inkişafı yolunda əvəsiz xidmətləri olan qüvvədir. 
Zamanın o çətin anlarında da, bu gün də onlar zülmət qaranlığa 
nur  ələyən  işıqdırlar,  gələjəyə  doğru  gedən  yolda  ömürlərini 
şama döndərən insanlardır. 
Azərbayjan ziyalısı, alimi, şairi, yazıçısı heç bir zaman öz 
əqidəsini, amalını nəyəsə qurban verməməlidir.  
Bir halda ki, Allah yanında şair-sənətkar, alim yeri bu qə-
dər  müqəddəsdir,  hər  birimiz  öz  milli-mənəvi  keçmişimizin 
saflığını qoruyub saxlamaqla, onları yaşatmaqla, əlli milyonluq 
Azərbayjan  xalqının  mənafeyini  müdafiə  edən  ideyalarla 
köklənək  və  belə  də  yaşayaq,  yaradaq!  Qoy  göylər  dayağımız 
olsun,  qüvvətli  dövlətimiz,  xoşbəxt  xalqımız  da  ümid 
çırağımızı 
şölələndirsin. 
İlhamı 
elimizdən-obamızdan, 
xalqımızdan  alaq.  Dönə-dönə  böyük  sənət  dühalarının  parlaq 
həyat  yoluna  nəzər  salaq,  yaxşı  insanları,  xalq  üçün  ürəyi 
yananları,  sənətimizi yaşadaq, əsl vətəndaş missiyasından çıxış 
edək,  gələjəyə  alnıaçıq  gedək  ki,  sabah  kimsə  bizi  əqidəsini 
nəyəsə  satan  bir  naxələf  insan  kimi  ikrahla  xatırlamasın. 
İnanırıq  ki,  alimi,  sənətkarı  göndərən  uja  Xalıqdır.  O  da  heç 
vaxt öz dərgahında  yanında oturtduğu sənətkarın-şairin,  alimin 
əqidəsinə, nuruna saflıq, düzlükdən başqa heç nə verməz. 
                                                    Gülxani Pənah, Salatın Əhmədli
                                                   
 
 
590 
MÜNDƏRİCAT 
 
Ön söz (Q. Namazov)................................................................3                             
Giriş ........................................................................................ 6 
Xalq Cümhuriyyəti dövründə ədəbiyyat  ............................... 43 
1920-1940 -jı illərdə Azərbayjan ədəbiyyatı
........................58 
Söz müharibə meydanında qüdrətli silahdır» (1941-1945)101 
1946-1960-ci illərdə Azərbaycan ədəbiyyatı.........................119 
XX əsrin 60-80-jı illər ədəbiyyatı, senzura ......................210 
1920-ji illərdən sonra uşaq ədəbiyyatı..............................289
 
Müstəqillik dövründə ədəbiyyat  ......................................... 351 
Aşıq ədəbiyyatı Azərbaycan ədəbiyyatının tərkib hissəsidir.368 
Mətbu orqanlar və ədəbi proses ........................................463 
Azərbayjan ədəbiyyatı xariji ölkələrdə  ............................... 484 
Azərbayjan Yazıçılar Birliyinin fəaliyyəti........................505
 
Heydər Əliyev və Azərbayjan ədəbiyyatı
...........................574 
Səksən yaşlı Azərbaycan Yazıçılar Birliyi.............................597 
 
 
 
 
 
 
GÜLXANİ (PƏNAH) VAQİF QIZI ŞÜKÜROVA 
 
 
Şükürova Gülxani (Pənah) Vaqif qızı 
şair,  ədəbiyyatşünas,  publisist,  1996-jı 
ildən Azərbayjan Yazıçılar Birliyinin üz-
vüdür. 1958-ji ilin iyul ayının 1-də Oğuz 
rayonunun  Kərimli  kəndində  qulluqçu 


 
Azərbaycan ədəbiyyatı məsələləri 
 
591 
ailəsində anadan olmuşdur. Oğuz rayonunun Kərimli kənd orta 
məktəbini  bitir-dikdən  sonra.  Bakı  Dövlət  Universitetinin 
filologiya fakültəsinə daxil olmuş, fərqlənmə diplomu ilə oranı 
bitirmişdir (1979-1985).  
1974-jü  ildən  mətbuatda  şeir,  hekayə,  poema  və  elmi-
publisist yazılarla çıxış edir. Şeirləri müxtəlif illərdə çap olun-
muş almanaxlara daxil edilmişdir. 
İyirmidən  çox  bədii,  elmi,  tənqidi,  publisist  kitabların 
müəllifidir.  «Göydən  ulduzları  gözlə  dərərdik»  (1996),  «Yurd 
yanğısı» (1998), «Oğuz şəhid-ləri, itkinləri» (2000), «Bura Və-
təndir (2001), «Qarabağ dərdi» (2006), «Dədə Şəmşir harayı» 
(2006)  və  s.    kitablarında  toplanan  milli  vətənpərvərlik 
ruhunda yazdığı şeirlər, poemalar, hekayələr və  dram əsərləri 
onun istedadlı qələm sahibi olduğunu göstərir.  
Gülxani  Pənah  Bakı  Dövlət  Universitetinin  aspirantu
-
rasını  bitirmiş  və  «İlyas  Əfəndiyevin  yaradıjılığında  folklor 
motivləri» mövzusunda namizədlik dissertasiyasını müdafiə et-
mişdir. Hal-hazırda doktorluq işi üzərində çalışır. 
Gülxani  Pənah  həm  də  tədqiqatçıdır.  XVIII  əsrin  sonu 
XIX  əsrin  əvvəllərində  yaşayıb-yaratmış  Müjrim  Kərim 
Vardaninin  həyat  və  yaradıjılığını  ilk  dəfə  geniş  şəkildə  o 
tədqiq  etmiş  və  «Müjrim  Kərim  Vardaninin  həyat  və  yara
-
dıjılığı» monoqrafiyasını yazmışdır. 
Eyni zamanda o, folklorşünaslıq və ədəbiyyatşünaslıq sa-
həsində  bir  sıra  elmi  monoqra-fiyaların  müəllifidir.  «Sənətkar 
və  poeziya»,  «Fikrət  Qojanın  yaradıjılıq  yolu»,,  «Yazıçı  və 
folklor»,, «Alim, vətəndaş E. Əlibəyzadə-80»,, «Fikrət Sadığın 
poetikası», 
«Tədqiqatçı 
alim, 
folklorşünas 
Rüstəm 
Rüstəmzadə»,  «Mir  Cəlalın  elmi-nəzəri  görüşləri»,  «Sənətkar 
və  zaman»,  «Söhrab  Tahir-AzərAzərin  lirikası»,  «Azərbayjan 
                                                    Gülxani Pənah, Salatın Əhmədli
                                                   
 
 
592 
ədəbiyyatında detektiv canr», “Saz-söz ustadları-Dədə Şəmşir” 
və s. monoqrafiyaları nəşr olunmuşdur. 
Bir sıra folklorşünasların elmi-ədəbi fəaliyyətini araşdır
-
mış,  üzə  çıxarmışdır.  «Xalq  ədəbiyyatına  dair  araşdırmalar», 
«Xalq ədəbiyyatının tədqiqinə dair» kitabları tərtib etmiş, geniş 
ön söz yazmış və nəşr etdirmişdir. 
Ədəbiyyatşünaslıq və ədəbi tənqid sahəsində çoxlu sayda 
məqalələri  müxtəlif  qəzet  və  curnallarda  dərj  edilmişdir. 
«Ədəbi  mühit  və  müasirlərimiz»  II  jildlik  kitabları  nəşrə 
hazırdır. 
«Xojalı, ay Xojalı», «El bir olsa…», «Sınaq» dram əsər-
ləri tarixi mövzuda yazılmış dəyərli əsərlərdir. Gülxani Pənah 
respublikanın  ijtimai  həyatında  yaxından  iştirak  edir, 
respublika  Ziyalı  Qadınlar  Birliyinin  idarə  heyətinin  üzvü 
olmuş,  Müstəqil  Azərbayjan  Respublikası  ilk  qadınlar 
qurultayına, Yazıçılar Birliyinin qurultaylarına, Müəllimlər qu-
rultaylarına  nümayəndə  seçilmişdir.  Bir  çox  elmi  sim
-
poziumların, konfransların iştirakçısıdır. 
Təhsilin  müasir  problemləri  ilə  bağlı  metodik  məqa
-
lələrlə,  bədii-publisistik  yazılarla  mətbuatda  tez-tez  çıxış  edir. 
Respublikada  «Təhsilin  hümanistləşdirilməsi  ili»,  «Təhsildə 
keyfiyyət ili» çərçivəsində keçirilən «Pedaqoci mühazirələr»də 
fəal  iştirak  etdiyinə,  təhsilin  keyfiyyətinin  yüksəldilməsi  ilə 
bağlı  bir  sıra  əhəmiyyətli  ideya  və  təkliflər  irəli  sürdüyünə, 
müasir  təlim  metodlarının  təjrübədə  tətbiqinə,  bu  baxımdan 
elmi-nəzəri və praktik əhəmiyyətli məruzələrinə və fəaliyyətinə 
görə  Azərbayjan  Respublikasının  Təhsil  Nazirliyinin  Birinji 
dərəjəli  Diplomuna,  Bakı  şəhər  Baş  Təhsil  İdarəsinin 
Diplomuna və bir sıra Fəxri fərmanlara layiq görül-müşdür.  
Kitabları «Qızıl qələm», «Rəsul Rza», «Cəlaləddin Rumi» 
mükafatlarına,  Azərbayjan  Müdafiə  Nazirliyinin,  Dövlət 


 
Azərbaycan ədəbiyyatı məsələləri 
 
593 
Sərhəd  Xidmətinin  və  s.  fəxri  fərmanlarına,  birinji  dərəjəli 
diplomlarına layiq görülmüşdür. 
«İskit»  Beynəlxalq  İjtimai  Birliyinin  prezidenti,  «İskit» 
curnalının baş redaktorudur. 
Əsərləri ölkə daxilində, türk, rus, fars, ingilis, alman və s. 
dillərində nəşr olunub.  
 
 
 
 
                                                    Gülxani Pənah, Salatın Əhmədli
                                                   
 
 
594 
 
 
SALATIN  ALI QIZI ƏHMƏDOVA (ƏHMƏDLİ) 
 
 
 
Salatın Alı qızı Əhmədova 1956-
cı  ildə  Ağstafa  rayonunun  Poylu 
qəsəbəsində 
anadan 
olmuşdur. 
1974-1980-ci  illərdə  Azərbaycan 
Dövlət  Universitetinin  Kitabxana-
çılıq və biblioqrafiya fakultəsini bi-
tirib.  Azərbaycan  Memarlıq  və 
İnşaat  Universitetində  və  Xətai 
adına  kütləvi  kitabxanada  müxtəlif 
vəzifələrdə çalışıb.  
Hal-hazırda 
tədqiqatçı-alim 
Salatın 
Əhmədli 
Azərbaycan 
Memarlıq 
və 
İnşaat 
Universitetinin  Azərbaycan  dili  və  pedaqogikası  kafedrasının 
müdiri və dosentidir. Universitetin YAP-nın Qadınlar Şurasının 
sədridir. Eyni zamanda, «Məhsəti» və «İşıq» Qadın jurnalında 
baş  redaktorun  müavinidir.  «Yada  düşdü»  jurnalının  və 
«Kredo»  qəzetinin  redaksiya  heyətinin,  «Turan»  Qadınlar 
Mərkəzinin, «Bura vətəndir», DAMM-ın Qadın şurası və idarə 
heyətinin üzvüdür. Dünyanın 30-dan çox ölkəsində olubdur.  
«Xalq şairi N.Həsənzadəyə Poylu beşiyindən məktub» (I-II 
nəşr),  «Səfərnamə»  (I-II  kitab),  «Ömrünü  Qazaxda  yaşayan 
şair», «Həcc ziyarəti», «Hüseyn Cavidin ev muzeyi», «Sənsiz» 
(tərtibçi), «Azərbaycan poeziya çələngi» (tərtibçilərindən biri), 
«Məhsəti».  Ensiklopedik  toplu  (2  müəlliflə),  «XIX  əsr 
Azərbaycan  ədəbiyyatı.  Poeziya»  (tərtibçilərdən  biri),  XIX-XX 


 
Azərbaycan ədəbiyyatı məsələləri 
 
595 
əsr Azərbaycan ədəbiyyatı. Nəsr (tərtibçilərdən biri), «İncilər» 
Ensiklopedik  toplu  (tərtibçilərdən  biri),  «Bura  vətəndir»  (iki 
müəlliflə), «İlqarsız dünya» (iki müəlliflə), «Şairlər vətəni bizim 
tərəflər»  (tərtibçilərdən  biri),  «Şərəfli  ömür  yolu»  (tərtibçi-
lərdən  biri),  «Şama  bənzəyən  ömür»  (tərtibçi),  «Şeirimizin 
Nərimanı»  (iki  müəlliflə),  «Hər  kim  yüz  il  unutmasa»  (iki 
müəlliflə),  «Analar  köç  edəndə»,  «Yol  gedir  Naxçıvana»,  «Bir 
elatın dastanı», «Heydər Əliyevin dil siyasəti» (Rəsmi sənədlər) 
kitabları,  «Heydər Əliyevin dil siyasəti» və «Heydər Əliyev  və 
ədəbi-tarixi proses» monoqrafiyaları işıq üzü görmüşdür. 
«Heydər  Əliyevin  dil  siyasəti»  və  «Analar  köç  edəndə» 
kitabları  türkçəyə  uyğunlaşdırılaraq  Türkiyədə  çap  olunub. 
«Hər  kim  yüz  il  unutmasa»,  «Bir  elatın  dastanı»,  «Analar  köç 
edəndə»  və  «Hekayələr»  kitabı  əski  əlifba  ilə  İranda 
Azərbaycan dilində çap olunub. Xeyli sayda elmi və publisistik 
məqalələri  xaricdə  və  respublikanın  dövrü  mətbuatında  çap 
edilmişdir.  Eyni  zamanda  xalq  şairi  N.Həsənzadənin  «Poylu-
beşiyim  mənim»  və  F.Ləmanın  «Onu  zaman  seçib»  poemasını 
bədii qiraətlə diskə yazdırmışdır. «Poylu-beşiyim mənim» diski 
Tehranda  üzü  köçürülərək,  orada  azərbaycanca  çap  edilən 
«Xudafərin»  jurnalına  əlavə  kimi  jurnalın  abunəçilərinə 
göndərilmişdir.  
2010-cu  ildə  «Heydər  Əliyevin  dil  siyasəti»  mövzusunda 
dissertasiya  müdafiə  edərək  filologiya  üzrə  fəlsəfə  doktoru 
adını  almışdı.  Yaradıcılıq  xidmətlərinə  görə  «Qızıl  Qələm», 
«Cəfər Cabbarlı», QXC-nin «Əliağa Şıxlinski» və bir sıra İB-in 
fəxri diplomlarına və mükafatlarına layiq görülmüşdür. Qardaş 
Türkiyə,  İran,  Gürcüstan  Yazarlar  Birliyinin  və  Almaniyanın 
Nizami  Gəncəvi  adına  Azərbaycan  Mədəniyyət  İnstitutunun 
fəxri diplom və ödüllərinə layiq görülüb. Ukrayna-Azərbaycan 
mədəniyyətinin  inkişaf  etməsində  göstərdiyi  xidmətlərinə  görə 
                                                    Gülxani Pənah, Salatın Əhmədli
                                                   
 
 
596 
Ukraynadakı  Azərbaycan  konqresinin  fəxri  fərmanı  ilə 
mükafatlandırılıb.  Azərbaycan  Kütləvi  İnformasiya  Vasitələri 
İşçiləri Həmkarlar İttifaqının «Ustad sənətkar» və «Azərbaycan 
bayrağı» ali media mükafatına layiq görülmüşdür.  
2014-cü  ildə  Azərbaycan  mədəniyyətinin  dünyada  tanıdıl-
ması və yayılması, gənclərin tolerantlıq və qarşılıqlı hörmət ru-
hunda tərbiyə olunmasında göstərdiyi  xidmətlərinə görə  Kiyev 
və  bütün  Ukraynanın  Apostol  Pravoslav  kilsəsinin  metropoliti 
tərəfindən  “Apostol  Andrey  Pervozvannıy“  ordenin  ilə  təltif 
olunmuşdur. AYB-nin və ACB-nin üzvüdür.  «Kitab evi» İB-nin 
sədridir.  
 
 
 


 
Azərbaycan ədəbiyyatı məsələləri 
 
597 
 
 
 
Redaktorlar : 
   
Arifə Arifqızı 
Gülnar Zakir qızı Osmanova 
 
Korrektorlar
   
Bahar İsayeva 
   
 
 
Tural Məzahiroğlu 
 
Dizayn:            
Şəmsiyyə Əliyeva 
 
 
 
GÜLXANI PƏNAH 
SALATIN ƏHMƏDLI 
 
Azərbaycan ədəbiyyatı məsələləri 
(Müasir ədəbi mühitə ümumi baxış) 
 
 
______________________________ 
 
Çapa imzalanmışdır: 12.04.2014.  
Kağız formatı 60x84
1
/
16
 
Çap vərəqi 37.625. Sifariş 22. 
Tiraj: 5000 
Qiyməti müqavilə ilə. 
 
________________________________________ 
 
 
 
 

Yüklə 4,51 Kb.

Dostları ilə paylaş:
1   ...   140   141   142   143   144   145   146   147   148




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə