Gülxani pənah salatin əHMƏdli azərbaycan ədəbiyyatı



Yüklə 4,51 Kb.
Pdf görüntüsü
səhifə140/148
tarix14.06.2018
ölçüsü4,51 Kb.
#48863
1   ...   136   137   138   139   140   141   142   143   ...   148

 
Azərbaycan ədəbiyyatı məsələləri 
 
557 
«Hörmətli Prezident! 
Nə  vaxtdır  ki,  Azərbayjan  xalqı  çox  gərgin  günlərini 
yaşayır.  Ölkədəki  iqtisadi  çətinliklərə,  keçid  dövrünün  ağır-
lıqlarına  səbirlə  sinə  gərir.  Siz  Azərbayjana  qayıtdıqdan  və 
Prezident  seçildikdən  sonra  bizdə  gələjəyə  inam  və  Qarabağ 
münaqişəsinin  ədalətli  həllinə  böyük  ümid  yarandı.  Siz  bütün 
çıxışlarınızla  bəyan etmisiniz ki,  əgər torpaqlarımızı danışıqlar 
yolu  ilə  azad  etmək  mümkün  olmasa,  Azərbayjan  xalqı  hərb 
yoluna mürajiət etmək məjburiyyətində qalajaq. 
Son  vaxtlar  məsələnin  sülh  yolu  ilə  həll  olunması  üçün 
kompromisin  vajibliyini  bəyan  edirsiniz.  Anjaq  Azərbayjan 
ijtimaiyyəti bu güzəştin nədən ibarət olmasından xəbərsizdir. 
Azərbayjandan  kənardakı  bəzi  mənbələrdən  belə  məlu-
matlar  yayılır  ki,  Minsk  qrupunun  yeni  təkliflərində  Azərbay-
janın  ilkin  şərti  hesab  olunan  ərazi  bütövlüyü  prinsipi 
qoyulmayıb.  Şübhəsiz  ki,  biz  Sizin  Azərbayjan  üçün  şərəfsiz 
sülh  müqaviləsinə  qol  çəkə  biləjəyinizə  inanmırıq.  Lakin 
ölkədə  gəzən  bu  söz-söhbətlərə  son  qoyulması  üçün  Sizin 
Qarabağ  münaqişəsinin  nizamlanması  barədə  mümkün  qədər 
geniş  açıqlama  vermənizi  və  xalqın  narahatlığına,  həyəjanına 
son qoymanızı xahiş edirik. 
«Anar,  Fikrət Qoja,  B.Vazabzadə,  Qabil,  Hüseyn Abbas-
zadə» 
Heydər  Əliyev  AYB-nin  ziyalılarının  bir  qrupunu  qəbul 
etdi,  onlara  hörmət  və  ehtiramını  bildirdi,  dövlətin  Qarabağla 
bağlı danışıq prosesləri haqqında ətraflı söhbət açdı, o jümlədən 
ilk növbədə ərazi bütövlüyümüzün əsas şərt olması məsələsinə 
aydınlıq  gətirdi.  Bu  görüş  televiziya  ilə  yayımlandı,  müəyyən 
qədər  xalq  da  gedən  proseslərlə  bağlı  məsələlər  haqqında 
məlumatlandı.  İjtimai  rəyin  sakitləşməsi  baxımından  dəyərli 
                                                    Gülxani Pənah, Salatın Əhmədli
                                                   
 
 
558 
oldu.  Zaman  şayiələrin,  uydurmaların  deyil,  həqiqətin  qələbə 
çaldığını göstərdi.  
Azərbayjan  xalqı,  onun  yazarları  ümumilli  liderimiz 
Heydər Əliyevin sağlığında olduğu kimi,   bu gün də xatirəsini 
həmişə əziz tuturlar. 
Yazıçılar Birliyi tərəfindən dövlət başçısının  fəaliyyətini, 
ədəbiyyatımıza,  mədəniyyətmizə  misilsiz  xidmətini  ifadə  edən 
Ümummilli liderin 85 illik yubileyinə həsr edilmiş «Bir ömrün 
salnaməsi»  bədii  sərgisinin  keçirilməsi,  onun  ədəbiyyata, 
mədəniyyətə  qayğısının  təzahürü  idi.  2008-ji  ilin  mayın  7-də 
AYB-nin  rəhbərliyi  Ulu  öndərin    85  illiyi  ilə  əlaqədar  olaraq 
Fəxri  xiyabanı  ziyarət  etdi,  onun  məzarı  önünə  əklil  qoydu. 
Sonra  Azərbayjan  Yazıçılar  Birliyində  Heydər  Əliyevin 
xatirəsinə həsr olunmuş anım  tədbirini giriş sözü ilə açan Anar 
onun 
«ədəbiyyatımızın, 
sənətimizin 
dostu, 
Azərbayjan 
Yazıçılar  Birliyinin  fəxri  üzvü»  kimi  dəyərli  olduğunu  qeyd 
etdi:  «Heydər  Əliyevin  Azərbayjan  xalqı,  Azərbayjan 
dövlətçiliyi  qarşısında  böyük  xidmətlərini  hamımız  bilirik.. 
Amma  bu  xidmətlərin  sırasında    onun  bizim  ədəbiyyata  olan 
qayğısı,  mədəniyyətə  olan  diqqəti,  sənətimizə  olan  mehriban 
münasibəti xüsusi yer tutur. O, döğrudan da,  bizim ədəbiyyatı, 
çağdaş  yazıçıları  da,  klassikləri  də  yüksək  qiymətləndirirdi. 
Onların xatirəsini əbədiləşdirmək üçün muzeylərin yaradılması, 
heykəllərin  qoyulması,  yubiley  tədbirlərinin  keçirilməsi  üçün 
çox  işlər  görürdü.  Sovet  dövründə  gənj  müəllifləri  (mən  də 
onların  arasında  idim)  jürbəjür  hüjumlardan  müdafiə  etmək 
üçün  böyük  fədakarlıqlar  edirdi,  müstəqillik  dövründə  isə 
yazıçılarımızın  güzə-ranını 
yaxşılaşdırmaq 
üçün  onlara 
təqaüdlər  təyin  edirdi,  mükafatlar,  yüksək  adlar  verirdi, 
ümumiyyətlə,  yazıçılarımız,  sənət  adamlarımız  onun  diqqət 
mərkəzində idi».  


 
Azərbaycan ədəbiyyatı məsələləri 
 
559 
Onun  işıqlı  xatirəsini  xoş  sözlərlə  anan,  rəhmət  diləyən 
şairlərimiz  bir  azərbayjanlı  kimi  fəaliyyətini,  əqlini,  zəkasını, 
istedad və qabiliyyətini yada saldı. Fikrət Qoja  onun 100, 200 
...  neçə  belə  yüzilliklərinin  xalqı  tərəfindən  daima  təmtəraqla 
bayram ediləjəyinə inamını ifadə etdi: «O, həqiqətən də müasir 
tariximizin ən mürəkkəb çağlarında Azərbayjana rəhbərlik edib. 
Xalqın  xaos  içində  çabaladığı  vaxt-larda  H.Əliyev  silahsız, 
dəstəsiz,  qoşunsuz    millətin  təkidi  ilə  ikinji  dəfə  ölkəmizin 
hakimiyyətinə  qayıtdı,  respublikamıza  rəhbərlik  edərək  Vətəni 
parçalanmaqdan,  vətəndaş  müharibəsindən  xilas  etdi.  Böyük 
Öndərin  ağlı,  zəkası  onu  sovet  dövründə  Siyasi  Büroya  aparıb 
çıxartmışdı.  Bir  türk  oğlunun  heç  bir  kömək,  dəstək  almadan 
belə  mövqeyə  yüksəlməsi  onun  öz  bajarıq  və  istedadının 
nətijəsi  idi.  Heydər  Əliyev  neçə  ildir  jismən  bizimlə  deyil, 
anjaq  onun  ağlı,  zəkası  ilə  qurulan  relsin  üzərində  Azərbayjan 
idarə olunur. Ulu öndərin oğlu, siyasi varisi jənab İlham Əliyev 
bu idarəçiliyi ləyaqətlə, şərəflə davam etdirir». 
Fikrət  Qojanın  fikirlərinə  şərik  olan  Nazim  İbrahimov 
böyük  liderlə  70-ji  illərdən  tanış  olduğunu,  onun  yazıçılara, 
ədəbiyyatımıza  qayğısını,  haqqında  yazılan  əsərlərin  bədii  də-
yərini,    yazılan  əsərlərdə    onun  dahi  şəxsiyyət  kimi  fəaliyyə-
tinin təsvir və tərənnümünün reallıqlara əsaslandığını dedi: «O, 
hər  iki  dəfə  Azərbayjana  rəhbərlik  etdiyi  vaxt,  eyni  zamanda 
keçmiş  SSRİ-nin  ali  rəhbər  orqanlarında  fəaliyyət    göstərdiyi 
çağlarda  əməlləri  ilə  sübut  etdi  ki,  tarixi  şəxsiyyətlər  yaradır. 
Tarixi şəxsiyyətlər isə hər zaman millətin uğurlu gələjəyi üçün 
böyük  işlər  görürlər.  Heydər  Əliyev  də  məhz  belə  tarixi 
şəxsiyyətlərdəndir.  Heydər  Əliyevin  həyatında  elə  hadisələr, 
faktlar  var  ki,  bunlar  barədə  hələ  çox  yazılajaq.  Belə  əsərlər, 
kitablar  hələ  çox  yaradılajaq,  yazıçılarımız  Heydər  Əliyevə 
olan borjlarını layiqinjə qaytarajaqlar». 
                                                    Gülxani Pənah, Salatın Əhmədli
                                                   
 
 
560 
Azərbayjan  Yazıçılar  Birliyi  daima  millətinə,  xalqına 
xidmət  edən  yüksək  elmi,  mədəni,  bədii  təfəkkürə  malik  şəx-
siyyətləri  öz  ətrafında  birləşdirmişdir.  Fəaliyyət  göstərdiyi  80 
illik  dövrdə  ədəbiyyatımızı  elə  möhtəşəm  bir  zirvəyə  qaldır-
mışdır  ki,  bir  əsrdən  25  il  az  müddətdə  Azərbayjan  ədəbi 
prosesinin  tarixi  salnaməsini  yaratmış,  bəşəriyyətə,  gələjək 
nəsillərə  humanist  ideyalarla  zəngin  bir  mədəni  irs  qoyub 
getmək  şərəfi  qazanmışlar.  Böyük  daşqınlar  dövrü  yaşamış 
bəşəriyyətin elə abidələri vardır ki, onlar öz bəşəri keyfiyyətləri 
ilə  bu  gün  də  yaşayır.  Azərbayjan  Yazıçılar  Birliyi  80  illik 
dövrünün  22  ilini  müstəqillik  qazandığı  dövrdə,  73  ilini  sovet 
dönəmində    inkişaf  etdirib.  Sovet  ədəbiyyatının  ən  mütərəqqi  
ideyaları  ilə  köklənmiş  sənət  əsərləri  yaratmışlar.  Sovet 
postməkanında deyil, eyni zamanda dünyanın odlu nöqtələrində 
yaşayan, azadlıq, müstəqillik eşqi ilə çırpınan ürəklərin istək və 
arzularını  qələmə  almışlar,  onlar  üçün  dünyada  azad,  xoşbəxt, 
firavan  dövlətlərin  vətəndaşı  olması  istəklərini  ifadə  etmişlər. 
Müəyyən  bir  senzura çərçivəsində  yaratmağa  məjbur olduqları 
dövrdə də əsərlərində əsas ide-ya humanizm, bəşərilik, dostluq, 
insani  münasibətlər  ön  planda  olub.  İmperialist  qüvvələrin 
vəhşiliklərinə  qarşı  amansız  olan,  onların  çirkin  siyasətlərini 
ifşa  edən,  mühari-bə,  faşist  Almaniyasının  bəşər  tarixində 
törətdiyi  fajiələrə  nifrət  fonunda  yazılan  əsərlərin  də  ən  əsas 
qayəsi sülh, əmin-amanlıq, humanizmdir.  
 
 
HEYDƏR ƏLİYEV VƏ AZƏRBAYCAN 
 ƏDƏBİYYATI 
 
Azərbayjan  ədəbiyyatının  inkişafında  misilsiz  xidmətləri 
olan böyük bir şəxsiyyət var. O, bu gün xalqımızın Ümummilli 


Yüklə 4,51 Kb.

Dostları ilə paylaş:
1   ...   136   137   138   139   140   141   142   143   ...   148




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə