Gülxani pənah salatin əHMƏdli azərbaycan ədəbiyyatı



Yüklə 4,51 Kb.
Pdf görüntüsü
səhifə138/148
tarix14.06.2018
ölçüsü4,51 Kb.
#48863
1   ...   134   135   136   137   138   139   140   141   ...   148

 
Azərbaycan ədəbiyyatı məsələləri 
 
549 
qarşıladıqlarını deyən Nazir çağdaş dünyada tərjümənin rolunu 
xatırlatdı, gənj oxujuların həm Qərb, həm də Şərq ədəbi-mədəni 
söz  abidələri  ilə  tanışlığının  vajibliyini  vurğuladı.  Oxşar 
dərgilərin  Azərbayjanın  ümumi  intellektual  səviyyəsinin 
yüksəlməsindəki  əhəmiyyətini  vurğulayan  Ə.Qarayev  bundan 
sonra 
da 
nazirlik 
tərəfindən 
bu 
qəbil 
layihələri 
dəstəkləyəjəklərini, 
habelə 
yazarlarla 
bağlı 
işləri 
güjləndirəjəklərini  söylədi.  Curnalı  ədəbi  gənjliklə  Azərbayjan 
Yazıçılar  Birliyinin  rəhbərliyinin  səmərəli  əməkdaşlığının 
məntiqi nətijəsi kimi dəyərləndirən S.Babullaoğlu milli tərjümə 
sahəsindəki  boşluqlara,  ortaya  çıxan  problemlərin  həlli 
məsələlərinə toxundu. Sonda Anar çıxışını «Dünya ədəbiyyatı» 
dərgisinin  ilk  sayı  bu  yöndə  uğurlu  başlanğıjdır.  Lakin  uğurla 
kifayətlənməməliyik,  yeni-yeni  işlərlə  bu  işi  davam  etdirməli, 
qarşılıqlı  tərjümə  sənətini  inkişaf  etdirməliyik»,-fikriylə 
yekunlaşdırdı. 
Azərbayjan  tarixin  çox  dolanbaj  yolları  ilə  irəliləyib. 
Həyatında  XX  əsrin  ən  böyük  inqilabi  hadisələri  ilə  yadda 
qalıb.  Xalq  Cümhuriyyəti,  Oktyabr  inqilabı  və  bir  də  Xalq 
Cümhuriyyətinin  bərpa  edilməsi.  Bir  əsrdə  üç  inqilabi,  tarixi 
hadisənin  şahidi  olan  Azərbayjan  ədəbiyyatının  itirdikləri  də 
çox  olub,  qazandıqları  da.  Xalq  Cümhuriyyəti  ilə  müasir 
Müstəqil  Azərbayjan  dövləti  bərqərar  olan  illər  arasında  70  il 
Azərbayan  ədəbiyyatı  öz  inkişafını  davam  etdirib.  O  illərdə 
qazandığımız  nailiyyətlərimizi  kürüyüb  çölə  ata  bilmərik. 
Heydər  Əliyev    bir  çox  tarixi  əhəmiyyətli  fikrində  haqlıdır  ki, 
«biz  bu  quruluşda,  bu  həyatda,  bu  dövlətdə,  bu  şəraitdə 
yaşamışıq,  təhsil  almışıq,  böyümüşük  və  respublikamızı, 
xalqımızı  yaşatmışıq.  Ona  görə  də  o  dövrlərdə  əldə  olunan 
nailiyyətləri  inkar  etmək  olmaz-bu,  jinayət  olardı.  Onu 
unutmaq da olmaz». 
                                                    Gülxani Pənah, Salatın Əhmədli
                                                   
 
 
550 
O  dövrlərdə  görülən  çox  işlərin  bir  nətijəsi  kimi  Azər-
bayjan  Yazıçılar  Birliyinin  sıralarındakı  yüzlərlə  insanın  məhz 
sovet  dövründən  öz  inkişaf  istiqamətini  tapdığını  qeyd  edən 
Prezident  inkişaf  etmiş  ölkələrin  heç  birində  bu  qədər  yazıçı, 
qurultay  nümayəndəsi  olmadığını  və  bunun  da  «boş  yerdən 
əmələ  gəlmədiyini»  deyir:  «Bəli,  bunu  o  dövr,  dövrün 
imkanları  yaradıbdır.  İnsanlar,  bizim  Azərbayjan  yazıçıları, 
şairləri  də  öz  istedadlarına,  aldıqları  təhsilə  və  bu  sənətə 
sadiqliklərinə  görə  bu  yolu  seçiblər.  Yazıçılıqla  məşğuldurlar 
və böyük işlər görüblər. 
Azərbayjan  Milli  Təhlükəsizlik  Nazirliyi  Sərhəd  Qoşun-
ları  komandanlığının  əmrilə  2002-ji  ildən  başlayaraq  keçirilən 
müsabiqədə  məqsəd  Azərbayjan  sərhədlərinin  mühafizəsi 
tarixinin  səhifələrini  işıqlandırmaq,  ordumuzun,  əsgərlərimizin 
milli  vətənpərvərlik  hisslərini  yüksəltmək  uğrunda  yazılan  ən 
yaxşı əsərlərin müəlliflərini mükafatlandırmaq, ədəbi irslə ordu 
arasındakı  əlaqələri  güjləndirmək  məqsədi  daşıyır.  Bədii 
ədəbiyyat  üzrə  1-ji  dərəjəli  diploma  layiq  görülən  Sərvaz 
Hüseynoğlunun  «Haqq»  silsilə  şeirləri,  Gülxani  Pənahın 
«Bizim  sərhədçilər»  poeması,  2-ji  dərəjəli  diploma  layiq 
görülən  vətənə,  sərhədə  həsr  olunmuş  Fikrət  Əsədin  şeirləri, 
Məjnun Göyçəlinin şeirləri, 3-jü dərəjəli diplo-ma layiq görülən 
«Ruhumuzun  sərhədinə  doğru»  bədii  oçerklərinə  görə 
şairlərimizə fəxri fərmanları  Dövlət Sərhəd Xidməti idarəsinin 
təntənəli yığınjağında təqdim edən sərhəd qoşunları komandanı 
general-mayor  Elçin  Quliyev  qalibləri  təbrik  etdi.  Müsabiqədə 
yer  tutmuş  əsərləri  vətənpərvərlik  ruhunda  yazılmış  ən  gözəl 
əsərlər kimi dəyərləndirdi. 
Azərbayjan Yazıçılar Birliyinin bölmələrindən Gənjə böl-
məsi uzun illərdir fəaliyyət göstərir. Burada müxtəlif dövrlərdə 
şairlərimizin,  sənətkarlarımızın  yubileylərinin  (Rəsul  Rza-90, 


 
Azərbaycan ədəbiyyatı məsələləri 
 
551 
Sabit  Rəhman-90,  Süleyman  Rəhimov-100)  keçirilməsi, 
unudulmaz  poeziya  axşamları,  Nizami  poeziya  günləri 
yaddaqalandır, Nizami-860 poeziya bayramı öz əlvan proqramı 
ilə bədii sənətə xalq məhəbbətinin ifadəsi idi. 
Mingəçevir bölməsinin «İlham pərisi»,  «Mingəçevir qön-
çələri»  ədəbi  məjlisləri  ilə  birlikdə  keçirdiyi  görüşlər,  yubiley 
tədbirləri,  xatirə  gejələri,  ədəbi-bədii  gejələr,  şairlərlə, 
yazıçılarla  keçirilən  yaradıjılıq  görüşləri,  Azərbayjan  Yazıçılar 
Birliyinin  rəhbərləri    ilə  mingəçevirli  oxujuların  görüşü 
bölgələrdə  fəaliyyət  göstərən  bölmələrin  fəallığından  xəbər 
verir. 
Aprelin 12-də Yazıçılar Birliyində görkəmli nasir, drama-
turq,  tənqidçi,  ijtimai  xadim  Mehdi  Hüseynin  90  illiyinə  həsr 
olunmuş  konfrans  keçirildi.  Onun  Azərbayjan  Yazıçılar 
Birliyinin  katibi,  ədəbiyyatımızın  inkişafındakı  rolu,  «Azər-
bayjan»  curnalının  baş  redaktoru  kimi  fəaliyyəti  yüksək 
dəyərləndirildi.  Nizami  adına  ədəbiyyat  institutunun  direktoru 
Yaşar 
Qarayev 
XX 
əsr 
«Azərbayjan 
ədəbiyyatında, 
mədəniyyətində  və  mənəviyyatında  öz  şəxsiyyəti,  eyni 
zamanda yaradıjılığı ilə böyük ziyalılardan olan Mehdi Hüsey-
nin dövrü üçün aktual əsərlərindən  bəhs etdi, Şamil Salmanov 
yazıçının  bədii  nəsri,  dram  və  tənqidi  əsərləri  haqqında 
fikirlərini  söylədi,  «yazıçının  yaradıjılığını  mərhələlər  üzrə 
səjiyyələndirən məruzəçi Mehdi Hüseynin bir çox romanlarının  
istər  Azərbayjan  bədii  nəsrinin  inkişafındakı  rolunu,  istərsə  də 
keçmiş 
ümumittifaq 
ədəbiyyatındakı 
yerini 
xüsusi 
qiymətləndirdi».  Hüseyn  Abbaszadə,  Balaş  Azəroğlu,  Həmid 
Abbas,  Gülhüseyn  Hüseynoğlu,  Teyyub  Qurban  yazıçı 
haqqında xatirələrini danışdı. 
Müxtəlif illərdə Qazax bölməsində S. Vurğunun 95, 100, 
Mehdi  Hüseynin  100,  M.V.Vidadinin  300  illik  yubileylərinin 
                                                    Gülxani Pənah, Salatın Əhmədli
                                                   
 
 
552 
təntənəli  şəkildə  respublika  səviyyəsində  bayrama  çevrilməsi, 
Molla  Pənah  Vaqifin,  Molla  Vəli  Vidadinin,  digər  görkəmli 
sənət  adamlarının  Qazaxda  keçirilən  yubileyləri,  poeziya 
bayramları,  yubileylər,  yaradıjılıq  gejələri,  anım  günləri, 
Naxçıvan  bölməsində  S.Vurğunun  95  illiyinə  həsr  olunmuş 
C.Məmmədquluzadə 
adına 
Naxçıvan 
MR 
Ədəbiyyat 
muzeyində  keçirilən  «Böyük  nəğməkar»  adlı  xatirə  gejəsi, 
müstəqilliyimizin  10  ili  münasibətiylə  «Müstəqilliyimiz 
əbədidir»    devizi  altında  keçirilən  şeir  müsabiqəsi  yaddaqa-
landır. 
Astara,  Lənkəran,  Lerik,  Yardımlı,  Masallı,  Cəlilabad, 
Biləsuvar,  Neftçala  rayonlarını  əhatə  edən  1978-ji  ildən 
fəaliyyət  göstərən  Lənkəran  bölməsində  şair  və  yazıçılarla 
keçirilən  görüşlər,  yubiley  tədbirləri,  xatirə  gejələri  AYB-nin 
fəaliyyətinin tərkib hissəsidir. 
Sumqayıt  bölməsi  1996-jı  ildə  yaradılıb.    Orada  bir  sıra 
ədəbi  qruplar  («Dəniz»  ədəbi  birliyi,  «Turan»  ədəbi  məjlisi, 
«Yeni  yazarlar  və  sənətçilər  qurumunun  şəhər  bölməsi»,  «Tu-
murjuq»  ədəbi  dərnəyi  və  s.)  fəaliyyət  göstərir.    Bu  qurumlar 
Azərbayjan Yazıçılar Birliyinin Sumqayıt bölməsi ilə sıx əlaqə 
saxlayır. 2001-ji  ilin  noyabrın 15-də  «Turan» ədəbi  məjlisində 
alman şairi Eberhard Kirxhoffla keçirilən görüşdə birliyin sədri 
Sabir  Sarvan  Azərbayjan-Almaniya  dostluğuna,  bu  xalqların 
talelərindəki  oxşar  məqamlara  toxundu.  Ədəbi  əlaqələrin 
xalqların  dostluğuna  təsirini  söylədi.  Eberhard  curnalist,  12 
kitab  müəllifi,  60    kitabda,  xeyli  qəzet  və  curnallarda  yazıları 
dərj olunan şairdir. 1987-ji  ildən  Almaniya Yazarlar Birliyinin 
üzvü  E.  Kirxhoff  Azərbayjan-Almaniya  ədəbi  əlaqələrinin 
inkişaf  etdirilməsi  istəyini  vurğuladı,  «Azərbayjan  haqqında 
poema»sını  və  lirik  şeirlərini  oxudu.  Bölgələrdə  də  müxtəlif 
ölkə  ədəbi  ijtimaiyyəti  ilə  saxlanan  əlaqələr  Azərbayjan 


Yüklə 4,51 Kb.

Dostları ilə paylaş:
1   ...   134   135   136   137   138   139   140   141   ...   148




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə