Gülxani pənah salatin əHMƏdli azərbaycan ədəbiyyatı



Yüklə 4,51 Kb.
Pdf görüntüsü
səhifə141/148
tarix14.06.2018
ölçüsü4,51 Kb.
#48863
1   ...   137   138   139   140   141   142   143   144   ...   148

 
Azərbaycan ədəbiyyatı məsələləri 
 
561 
Lider  kimi  yüksək  ada  layiq  gördüyü  tarixi  şəxsiyyət, 
Azərbayjan dövlətinin mahir sərkərdəsi, dövlət başçısı,  mənəvi 
sirdaşı, 
qardaşı 
olmuş 
Heydər 
Əliyevdir. 
Azərbayjan 
mədəniyyəti,  ədəbiyyatı  onun  misli  görünməmiş  qayğıları  ilə 
əhatə  olunmuşdu.  1969-ju  ildən  üzübəri  müəyyən  fasilələrlə 
Azərbayjan  dövlətinə  rəhbərlik  edən  H.Əliyev  Azərbayjan 
ədəbiyyatına-onun  şair  və  yazıçılarına,  alim,  tənqidçi  və 
dramaturqlarına arxa, dayaq olub. 
Onun  sayəsində  Bakı  həmişə  ədəbiyyat  və  mədəniyyət 
günlərinin keçirildiyi mərkəzə çevrilmişdi. O nəinki xalq ədəbi 
irsinə,  eləjə  də  klassik  ədəbi  irsimizə  daima  bağlı  olmuşdur. 
Sovet  dövründə  «Yazıçıların  Ümumittifaq  konfransı»ndakı 
nitqində  deyir:  «Azərbayjan  poeziyası,  bədii  ədəbiyyatı  uzaq 
keçmişə  dərin  köklərlə  bağlıdır.  Onun  tarixi  xalqın  bədii 
şüurunun  yaranması  və  inkişafı    tarixidir.  Öz  dahi 
yaradıjılarının şəxsində ədəbiyyat xalqın istək və arzularının ən 
mühüm  ifadə  forması,  azadlıq  və  istiqlaliyyət  uğrunda  açıq  və 
«üstüörtülü» mübarizənin  başlıja vasitələrindən biri idi. Xalqın 
həyatının  bədii  salnaməsi  olan,  öz  dövrünün  mütərəqqi  və 
humanist ideyalarından qidalanan Azərbayjan klassikası həmişə 
nəjib və pak mənəvi ideyalar, ideya-fəlsəfi axtarışlar ədəbiyyatı 
olmuşdur». 
 Heydər Əliyev Azərbayjan klassik ədəbiyyatına dərindən 
bələd  bir  alim  kimi  XII  əsr  Nizaminin,  Xaqaninin  timasalında 
intibah  dövrünü  keçirən  Azərbayjan  ədəbiyyatının  sonrakı 
əsrlərdə  Nəsiminin,  Füzulinin,  Vaqifin,  M.F.Axundovun, 
Sabirin  timsalında  dünya  şöhrəti  qazandığını,  dünya  ədəbi 
prosesinə  təsirini,  «Avropa  ədəbiyyatını  ideyalar,  mövzular  və 
sücetlərlə zənginləşdirdiyini» gözəl bilirdi. Ömrünün böyük bir 
hissəsini Azərbayjan dövlətçiliyinin inkişafına həsr edən dövlət 
başçısı Azərbyajan ədəbiyyatına da daima diqqət göstərmişdir.  
                                                    Gülxani Pənah, Salatın Əhmədli
                                                   
 
 
562 
Heydər Əliyevin ədəbiyyatla bağlı fikir və mülahizələrini 
nəzərdən  keçirdikdə  onun  bir  alim,  tənqidçi,  ədəbiyyatşünas 
kimi  yüksək  elmi-nəzəri  düşünjələrinin,  fikirlərinin  şahidi 
oluruq.  «Kitabi-Dədə  Qorqud»  ensiklopediyasının  1-ji  jildinə 
yazdığı  ön  sözü  gözdən  keçirərkən  dediklərimizin  faktlarla 
sübütunu 
gördük. 
Onun 
ədəbiyyatşünaslığında 
Qazi 
Bürhanəddin,  Şah  İsmayıl  Xətayi  duyumlarını  gördük. 
Dövlətçilik  prinsipləri  içində  ədəbiyyatın  yerini  görür.    1300 
illik yubileyi qeyd olunan «Kitabi-Dədə Qorqud»u «gənj nəslə 
ünvanlanan  bir  kitab»  kimi  dəyərləndirərkən  narahat  olduğu 
məqamları  dilə  gətirir.  Ona  tarixi  reallıqlarla  yanaşır: 
«müstəqilliyə  nail  olmaq  və  həyatın  bir  çox  sahələrində  köklü 
dəyişikliklər  etmək  çox  çətin  və  məsul  bir  prosesdir.  Müs-
təqilliyi  elan  etmək,  onun  möhkəmləndirilməsi  istiqamətində 
dövlət  tədbirləri  həyata  keçirmək  nə  qədər  vajib  olsa  da,  əsl 
müstəqilliyi qazanmaq üçün  bu hələ azdır.  Gərək hər bir  insan 
və  xüsusən  gənj  nəsil  müstəqilliyin  nə  qədər  müqəddəs 
olduğunu  bütün  varlığı  ilə  dərk  etsin.  Bunun  üçün  isə  o, 
azərbayjançılığın,  mənsub  olduğu  xalqın  mədəniyyətinin, 
ədəbiyyatının,  injəsənətinin,  elminin  nə  olduğunu  dərindən 
bilməlidir.  Bu  çox  mühüm  məsələdir.  Məhz  bu  baxımdan 
«Kitabi-Dədə  Qorqud  ensiklopediyası»  ilk  növbədə  gənj  nəslə 
ünvanlanan kitabdır».   
Böyük tarixi şəxsiyyət taleyüklü məsələlərin həyata keçi-
rilməsi,  müstəqilliyimizin  möhkəmləndirilməsi  üçün  tariximizi 
yaxşı  bilməyimizi,  milli  köklərdən  qaynaqlanmaqla,  öz  tarixi 
keçmişimizin  dəyərli  tarixini  öyrənməklə,  varisi  olduğumuz 
mədəni  irsimizi  dərindən  mənimsəməklə,  ondan  böyük  qürur 
duymaqla qazanajağımız müvəffəqiyyətləri uzaqgörənliklə dilə 
gətirir:  «Bizim  zəngin  tariximiz,  qədim  mədəniyyətimiz  və 
milli  dəyərlərimiz  «Kitabi-Dədə  Qorqud»  eposunda  öz  əksini  


 
Azərbaycan ədəbiyyatı məsələləri 
 
563 
tapmışdır.  Bu  epos  bizim  ümumi  sərvə-timizdir  və  hər  bir 
azərbayjanlı  onunla  haqlı  olaraq  fəxr  edə  bilər.  Dastanın 
məzmununu,  onun  hər  bir  kəlməsini  hər  bir  azərbayjanlı 
məktəbdən  başlayaraq  bilməlidir.  Bu  bizim  ana kitabımızdır.... 
dünya  qorqudşünaslığı  «Kitabi-Dədə  Qorqud»un  istər  etnik, 
mənşə,  istər  tarixi-joğrafi,  ərazi,  is-tərsə  də  dil  və  məfkurə 
baxımından  Azərbayjan  xalqına  mənsub  olması  fikrini  qəti 
şəkildə təsdiq edir. «Kitabi-Dədə Qorqud»un Azərbayjan tarixi 
üçün ən böyük, ən əsas və ən birinji xidməti bundan ibarətdir». 
Bir  ədəbiyyatşünas  kimi  dastanı  «qəhrəmanlıq  eposu», 
«bütöv bir xalqın qəhrəmanlığını özündə jəmləşdirən bir epos» 
adlandırır,  əsərin  əsas  ideyasının  «baş  sərkərdədən  tutmuş 
böyükdən 
kiçiyə 
kimi 
bütün 
qəhrəmanlarının 
doğma 
torpaqlarını  qorumaq  uğrunda  janlarından  keçməyə  hazır 
olduqlarını  göstərməkdir»-deyir  və  əsas  fikrini  bildirir  ki,  « 
ölkəmizin  yaşadığı  bugünkü  mərhələdə  xalqımızın  qarşısında 
duran  ən  ümdə  problemlərin  həlli,  o  jümlədən  respublikanın 
suverenliyinin  və  müstəqilliyinin  möhkəmləndirilmə-si,  ərazi 
bütövlüyünün  qorunması  baxımından  müasir  Azər-bayjan 
Respublikası  vətəndaşlarının  qəhrəmanlıq  ideologiyasından 
faydalanmasının nə dərəjədə vajib olduğu gün kimi aydındır». 
Dastanın  etik,  estetik  keyfiyyətləri  haqqında,  Dədə  Qor-
qud  fəlsəfəsi  haqqında,  dastanın  dilimiz,  mənəviyyatımızla 
bağlı kəsb etdiyi mədəni estetik əhəmiyyəti haqqında söylədiyi 
dəyərli fikirlər, dastanın yaranma, inkişaf prosesi, tədqiqi tarixi 
ilə  bağlı  mühakimələri  maraq  doğurur.  XX  əsr  tarixində 
dastanın təqiblərə məruz qaldığını, onu üzə çıxaran Əmin Abid, 
B.Çobanzadə kimi tədqiqatçıların repressiyaya məruz qaldığını, 
müharibə  dövründə  xalqın  düşəmənə  qarşı  mübarizə  ruhunu 
artırmaq  üçün  «Koroğlu,  «Dədə  Qorqud»  kimi    dastanlardan 
istifadə  etməyə  jəhd  göstərildiyini,  müharibədən  sonra  dinj 
                                                    Gülxani Pənah, Salatın Əhmədli
                                                   
 
 
564 
qurujuluq  illərində    «gənj  nəslin  «Kitabi-Dədə  Qorqud» 
ruhunda tərbiyə edilməsinə  yasaq qoyulmasını,  «ədəbiyyata və 
injəsənətə qarşı yönəldilmiş məşhur «Cdanov qərarları»nın ab-
havasına  uyğun  olaraq 
«Kitabi-Dədə  Qorqud»a  qarşı 
hüjumlar»ın  başlandığını  unutmur:  «Əgər  1949-ju  ildə 
akademik  Heydər  Hüseynovun  «XIX  əsrdə  Azərbayjanda 
ijtimai və fəlsəfi fikir tarixindən» əsəri tənqid atəşinə tutularaq 
Azərbayjan  xalqının  tarixinə  yanlış,  elmə  zidd  qiymət 
verməkdə  ittiham  olunurdusa,  bundan  sonra  «Kitabi-Dədə 
Qorqud» eposunun ümumən xalq  eposu olmadığı bildirilirdi və 
bu  eposu  «yayanları  amansızlıqla  ifşa  etmək  və  onlara  divan 
tutmaq» şüarları səsləndi».  
H.Araslının, M.Təhmasibin, Bartoldun rusjaya çevirib çap 
etdirdiyi  «Kniqa  moeqo  Deda  Korquda»  kitabının  sovet 
reciminin  sərt  reaksiyasına  məruz  qaldığını  xatırladan  dövlət 
başçısı  «sonrakı  dövrlərdə  bu  eposun  xalqa  zidd  olduğu, 
Azərbayjan  xalqına  məxsus  olmadığı  haqqında  dövlət  sə-
viyyəsində işlərin davam etdirildi»yini bildirir. H. Əliyev 1950-
ji  il  partiya  yığınjağında  deyilən  fikirləri  diqqətə  çat-dırır. 
Həmin partiya yığınjağının hesabatında deyilirdi: «Pantürkistlər 
tərəfindən  Azərbayjan  ədəbiyyatının  qədim  abidəsi  kimi 
qələmə  verilən  «Dədə  Qorqud»  eposunun  mürtəje  burcua 
millətçilik  mahiyyəti  son  zamanlaradək  ifşa  edilməmişdir. 
«Dədə  Qorqud»  eposunun  Azərbayjan  xalqı  ilə,  onun  tarixi, 
folkloru  və  dili  ilə  heç  bir  əlaqəsi  yoxdur.  «Dədə  Qorqud»da 
Azərbayjan  xalqı  üçün  yabançı  olan  həyat  tərzi,  adət  və 
ənənələr  təsvir  edilmişdir.  ...  Dədə  Qorqud»un  mətnini  nəşr 
edən Həmid Araslı eposun yalnız ideyasını deyil, onun dilini də 
saxtalaşdırmış 
və 
Azərbayjan 
dilinə 
süni 
surətdə 
uyğunlaşdırmışdır.  Dəmirçizadə  bununla  kifayətlənməyərək 
uşaqlar  üçün  «Dədə  Qorqud»  mövzuları  əsasında  «Qaraja 


Yüklə 4,51 Kb.

Dostları ilə paylaş:
1   ...   137   138   139   140   141   142   143   144   ...   148




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə