Gülxani pənah salatin əHMƏdli azərbaycan ədəbiyyatı



Yüklə 4,51 Kb.
Pdf görüntüsü
səhifə142/148
tarix14.06.2018
ölçüsü4,51 Kb.
#48863
1   ...   138   139   140   141   142   143   144   145   ...   148

 
Azərbaycan ədəbiyyatı məsələləri 
 
565 
Çoban»  adlı  zərərli  pyes  yazmış  və  Azərbayjan  Dövlət 
Filarmoniyası üçün xüsusi konsert proqramı tərtib etmişdir». 
Heydər Əliyev eposun əleyhinə, alimlərin əleyhinə dövlət 
səviyyəsində  ittihamların  uzun  müddət  davam  etdiyini,  başqa 
türkdilli  respublikalarda,  Türkmənistanda    xüsusilə  «dəhşətli 
təbliğat»  aparıldığı,  bununla  «eposa  qadağa  damğası» 
vurulduğunu,  onun  dərslik  və  proqramlardan  çıxarıldığını, 
bununla belə prinsipial əqidə sahiblərinin mübarizəsinin davam 
etdiyini,  1957-ji  ildə  «Kommunist»  qəzetində  H.Araslı, 
Ə.Dəmirçizadə,  M.Arif,  M.Təhmasibin  yazdığı  «Dədə  Qorqud 
dastanları»  məqaləsi  ilə  eposun  «Azərbayjandakı  yasağına  son 
qoyuldu»ğunu  açıqlayır,  dastanla  bağlı  çoxlu  sayda  məqalələr, 
əsərlər 
əsərlər 
yazılsa 
da, 
ona 
dövlət 
himayəsinin 
olmamasından, Dədə Qorqudla bağlı yüksək səviyyədə tədbirin 
təşkil  edilməməsindən  təəssüf-lənir.    Eyni  zamanda  bunun 
səbəblərini  də  dilə  gətirir,  xal-qımıza  vurulan  pantürkist 
damğasını,  alimlərimizin,  ijtimai  xadimətlərimizin,  həbs 
olunduğunu,  repressiyaya  məruz  qal-dığını,    yazılan  əsərlərin 
məhv edildiyini nəzərə alıb jəsarət edə bilmədiklərini deyir.  
Lakin xalqımızın tədqiqatçı alimlərinin, sənət adamlarının 
belə bir çətin şəraitdə də işlədiklərini, fədakarlıq göstərdiklərini 
qeyd  edir.  Ü.Hajıbəyovun  «Koroğlu»su  ilə  xalqımızın 
Koroğlunu  daha  dərindən  dərk  etdiyini,  S.Vurğunun  «Vaqif» 
dramı    ilə  şairin  həm  əsərləri,  həm  də  tarixi  şəxsiyyət  kimi 
tərjümeyi-halı,  Ələsgər  Ələkbərovun  ifasında  yaradılan  Vaqif 
obrazının  yaddaşlara  həkk  olmasını  diqqətəlayiq  bilir.  «Dədə 
Qorqud»  dastanlarının  təbliğində  Anarın  rolunu  xüsusilə  qeyd 
edir:  «Məhz  «Kitabi-Dədə  Qorqud»un  təbliği  baxımından 
Anarın  xidmətlərini  xüsusi  qeyd  etmək  istəyirəm.    Bəlkə  də 
Anar  uşaqlar  üçün  Dədə  Qorqud  haq-qında  kitab  yazanda, 
yaxud Qorqudla bağlı başqa kitab-larını yazanda çoxları bunun 
                                                    Gülxani Pənah, Salatın Əhmədli
                                                   
 
 
566 
nə qədər əhəmiyyətli olduğunu o dərəjədə dərk edə bilmirdilər. 
Amma  indi  biz  artıq  öz  milli  dəyərlərimizi,  köklərimizi, 
tariximizi  olduğu  kimi  təsvir  etməyə  çalışarkən  vaxtilə  atılmış 
belə  addımların  nə  qədər  qiymətli  olduğunu  dərk  edirik.  Mən 
Anarın  bu  münasibətlə  yaratdığı  filmi  də  qiymətləndirirəm. 
Təqdirəlayiqdir  ki,  «Kitabi-Dədə  Qorqud»  ensiklopediyasının 
yaranma  ideyası  da  məhz  Anara  məxsusdur».  Bu  böyük 
dastanın «Azərbayjan xalqının, bütün türk xalqlarının qədim və 
zəngin mədəniyyətinin təbliğinə xidmət edən beynəlxalq hadisə 
olduğunu  nəzərə  alaraq  dastanın  «1300  illik  yubileyinin 
layiqinjə  hazırlanması  və  keçirilməsi  məqsədilə  1997-ji  il 
aprelin  20-də»  imzaladığı  fərmanın  böyük  tarixi  əhəmiyyətini 
vurğuladı:  «Bu  fərmanla  biz  bildirdik  ki,  «Kitabi-Dədə  Qor-
qud»  dastanı  bütün  türk  dünyasına  məxsusdur,  onun  vətəni 
Azərbayjandır, 
sahibi 
Azərbayjan 
xalqıdır, 
müstəqil 
Azərbayjan  dövlətidir».  Dastanın  yubileyinin  keçirilməsi, 
hazırlanan,  keçirilən  tədbirlərlə  yanaşı  prezident  onun  ensik-
lopediyasının  yaranmasının  böyük  əhəmiyyətini  xüsusilə  qeyd 
etdi:  «Ensiklopediya  gənj  qorqudşünas  alimlər  nəslinin 
yetişdirilməsi  üçün  əsas  ilkin  mənbələrdən  biri  olajaqdır.  O, 
geniş  oxuju  kütlələrinin    faydalana  biləjəyi  məlumat-ları  da 
əhatə  etdiyinə  görə  «Kitabi-Dədə  Qorqud»un  xalq  arasında 
geniş  təbliğ  olunmasına  imkan  yaradajaqdır.  Ensiklopediya 
Azərbayjanın  dövlət  müstəqilliyinin  bəhrələrindəndir.  Onun 
məhz  müstəqillik  dövründə  yaranması  da  olduqja  önəmlidir. 
Biz  indi  sərbəstik,  azadıq,  müstəqilik,  biz  tariximizi  olduğu 
kimi  tədqiq  edirik  və  bundan  sonra  da  edəjəyik.  Biz  öz 
tariximizlə,  mədəniyyətimizlə,  ədəbiyyatımızla  fəxr  edirik  və 
fəxr  etməyə  haqqımız  vardır.  Həqiqətən  də,  «Kitabi-Dədə 
Qorqud»  dastanı  kimi  böyük  elm,  mədəniyyət,  ədəbiyyat 
abidəsi olan xalq öz tarixi ilə fəxr edə bilər». 


 
Azərbaycan ədəbiyyatı məsələləri 
 
567 
2000-ji ildə Bakıda  bu təntənəli yubileydə  türkdilli döv-
lət  və  məjlis  başçıları,  türkdilli  xalqların  görkəmli  şair,  nasir, 
ədəbiyyatşünas,  qorqudşünas  alimləri,  injəsənət  xadimləri, 
beynəlxalq 
təşkilatların 
nümayəndələri 
qatılmaqla 
həm 
xalqımızın milli sərvətinə, həm də Heydər Əliyev şəx-siyyətinə 
bəslənən  hörmət  və  ehtiramı  gördük.  Eyni  zamanda  1300  illik 
yubileydə  öz  çıxışında  dövlət  başçısı  türk  xalqlarının  birliyi, 
inkişafı  məsələlərinə  də  toxundu.  Bakıda  keçirilən  Türkdilli 
Dövlətlər  Birliyinin  IV  Bakı  zirvə  görü-şündə    bu  birliyin 
yarandığı  vaxtdan  keçmiş  8  il  ərzində  görülmüş  işlərin 
nəzərdən  keçirildiyini,  bu  birliyin  yaranmasının    xalqlarımızın 
hər birinin həyatında böyük hadisə olduğunu və bunun gələjək 
üçün  də  gərəkli  olajağını  vurğuladı.  IV  zirvə  toplantısından 
sonra «Kitabi-Dədə Qorqud»un yubileyinə toplaşmış qonaqları 
salamladı:  «mən  bu  yubileydə  iştirak  edənlərin,  bizim 
dəvətimizi  qəbul  edib  Azərbayjana  gələnlərin  hamısına 
təşəkkürümü bildirirəm və onların hamısını salamlayıram. 
Türkiyə Cümhuriyyətinin Prezidenti, Azərbayjan xalqının 
böyük dostu, əziz qardaşım  Süleyman Dəmirəli salamlayıram. 
Qazaxıstan  Respublikasının  Prezidenti,  hörmətli  qona-
ğımız,  əziz  dostum,  qardaşım  Nursultan  Nazarbayevi  sa-
lamlayıram! 
Qırğızıstan  Respublikasının  Prezidenti,  əziz  dostum, 
qardaşım Əsgər Akayevi salamlayıram! 
Özbəkistan  respublikasının  nümayəndə  heyətinin  başçısı, 
Özbəkistan  Milli  Məjlisinin  sədri  hörmətli  Erkin  Xəlilovu 
salamlayıram! 
Türkmənistan  Respublikasının  nümayəndə  heyətinin 
başçısı,  Türkmənistan  Məjlisinin  sədri  hörmətli  Səhhət  Mu-
radovu salamlayıram! 
                                                    Gülxani Pənah, Salatın Əhmədli
                                                   
 
 
568 
YUNESKO təşkilatının baş direktoru, hörmətli qonağımız 
jənab Koisuro Matsuranı salamlayıram! 
Azərbayjan  xalqının  qojaman  üzvü,  veteranı  jənab  Cak 
Bomeli  salamlayıram!  Məmnuniyyət  hissi  ilə qeyd edi-rəm ki, 
«Kitabi-Dədə  Qorqud»un  yubileyinə  dünyanın  bir  çox 
ölkələrindən  ijtimai-siyasi  xadimlər,  alimlər,  yazıçılar  qonaq 
gəlmişlər,  Azərbayjanda  keçirilən  elmi  konfranslarda  iştirak 
etmişlər.  Onlar  bizimlə  bərabər  buradadırlar.  ...  «Kitabi-Dədə 
Qorqud»  xalqları,  millətləri  daim  birliyə,  sülhə  dəvət  edibdir. 
1992-ji  ildə  Türkdilli  Dövlətlər  Birliyinin  yaranması  Dədə 
Qorqud 
vəsiyyətlərinin 
yerinə 
yetirilməsinin 
parlaq 
nümunəsidir». 
Dövlət başçısının xalqımızın sülhsevər siyasət yeritdiyini,  
Dədə  Qorqud  vəsiyyətlərinə  sadiq  qaldığını,  Ermənistanın  20 
faizini  işğal  etdiyi  Azərbayjan  torpaqlarında  törətdiyi 
vəhşilikləri,  yerindən-yurdundan  didərgin  salınmış  xalqımızın 
qan  tökməklə  yox,  sülhsevərlik  nümayiş  etdirdiyini,  bu 
münaqişənin sülh yolu ilə həllini istədiyini, sülh, əmin-amanlıq 
ideyaları ilə yaşadığını, əjdadlarımızın qoyduğu ənənələrə sadiq 
qaldığını,  Dədə  Qorqud  vəsiyyətlərinə  sadiq  qaldığını  bəyan 
etdi.  Dövlət  başçısı  bu  fikirləri  ilə  bütün  Azərbayjan 
ziyalılarının,  qələm  sahiblərinin  fikir  və  iradəsini  ifadə  etmiş 
oldu:  «Biz  bu  gün  böyük  iftixar  hissi  keçiririk.  Çünki  bizim 
«Kitabi-Dədə  Qorqud»  kimi  böyük  tarixi  abidəmiz  vardır. 
Çünki  bu  gün  biz  sərbəstik,  azadıq,  müstəqilik  və  öz  tarixi 
keçmişimizi,  öz  mənəvi  dəyərlərimizi,  öz  mədəniyyətimizi 
olduğu  kimi  təhlil  edib  xalqımıza,  millətimizə  və  gələjək 
nəsillərə çatdırmağa qadirik». 
Heydər Əliyev xalq ədəbiyyatına, onun zəngin mənəvi ir-
sinə  qayğıyla  yanaşdığı  kimi,  klassik  sənətkarlarımızın  da  ya-
radıjılığının təbliğinə,  onların  müasir gənjlik üçün təbliğinə də 


Yüklə 4,51 Kb.

Dostları ilə paylaş:
1   ...   138   139   140   141   142   143   144   145   ...   148




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə