Gülxani pənah salatin əHMƏdli azərbaycan ədəbiyyatı



Yüklə 4,51 Kb.
Pdf görüntüsü
səhifə145/148
tarix14.06.2018
ölçüsü4,51 Kb.
#48863
1   ...   140   141   142   143   144   145   146   147   148

 
Azərbaycan ədəbiyyatı məsələləri 
 
577 
onlardan  da  üstün  səviyyəyə  qalxaraq,  şeirlər  yazaraq,  böyük 
şairlər  dəstəsinə  qoşula  bilsinlər»,  deyir,-qadın  yazarlarımıza, 
onların istedadına, qabiliyyətinə olan heyranlığını ifadə edir. 
1991-ji  ilin  fevralında  dünyasını  dəyişən  Mədinə  Gülgü-
nün  hakimiyyətdə  olmasa  da  dəfn  mərasimində  fəxri  qaro-
vulunda  duran  şəxsiyyətlərdən  biri  Heydər  Əliyev  oldu. 
Naxçıvanda    yaşasa  da,  özünə  mənəvi  borj  bilib  baş  sağlığına 
gələn  Prezident  Balaş  Azəroğlunu  bağrına  basıb  ona  təsəlli 
verdi.    Ədəbiyyat  xadimləri  ilə  görüşdü  və  bu,  onun  daima 
qəlbində  ədəbi  mühitə  bəslədiyi  hörmət  və  ehtiramın  nətijəsi 
idi. 
Hakimyyətə  dönüşündən  sonra  da  Heydər  Əliyev  Azər-
bayjan ədəbiyyatına,  mədəniyyətinə qayğısını  əsirgə-mədi. 90-
jı  illərin  əvvəllərində  ölkədə  hökm  sürən  özbaşı-nalıq,  hərj-
mərjlik hər sahədə olduğu kimi YB-nin fəaliyyə-tinə də böyük 
təsir  göstərdi.  Dövlətdən  gələn  vəsaitin  kəsilməsi  ədəbi  or-
qanların  fəaliyyətini  iflij  vəziyyətinə  saldı.  1993-jü  ildə  müs-
təqil 
Azərbayjan 
Respublikasının 
prezi-denti 
seçilən 
H.Əliyevin  köməyi  ilə  yenidən  Yazıçılar  Birliyi  fəaliyyətə 
başladı, mətbu orqanları öz himayəsinə götürdü. Həm Yazıçılar 
Birliyinin,  onun  yaşlı  üzvlərinin,  eləjə  də  gənj  ədəbi  nəslin 
qayğısına  qaldı,    Prezident  təqaüdləri    ayırdı,    Xəlil  Rza, 
Məmməd  Araz  kimi  istiqlal  şairlərinə  xüsusi  qayğı  və  diqqət 
göstərdi. 
1996-jı  ildə  keçirilən  Türk  dünyası    yazıçılarının  III 
qurultayının  işində  iştirak etdi    və  bu qurultayın  Azərbayjanda 
keçirilməsini  əlamətdar    bir  hadisə,    Azərbayjan  dövlətinə  və 
xalqına  ehtiramın  təzahürü  kimi  qiymətləndirdi.  Çoxəsrlik 
tarixə malik xalqlarımızın bəşər mədəniyyətinə verdiyi töhfələri 
xatırlatdı, əsrlərin sınağında çox müharibələrdən, təjavüzlərdən 
üzüağ  çıxmış,  bu  gün  böyük  mədəniyyəti  ilə  dünya  tarixinə 
                                                    Gülxani Pənah, Salatın Əhmədli
                                                   
 
 
578 
adını  yazmış  türkdilli  xalqları  birləşdirən  kökə,  soya,  milli-
mənəvi  bağlılıqlara,  ən  böyük  milli sərvət olan dil  məsələsinə, 
onu  yaşadan  yazıçıların,  şairlərin    bu  sahədəki  böyük  roluna 
diqqəti  yönəldən  dövlət  başçısı  bununla  öz  tariximizi, 
mədəniyyətimizi  təbliğ  etdiyimizi  xatırladır.  «Dədə  Qorqud», 
«Manas»,  «Alpamış»,  «Koroğlu»  kimi  qüdrətli  dastanlarımızı, 
ortaq  türk  yazarlarımız  Nizami,  Yunis  İmrə,  Əlişir  Nəvai, 
Füzuli,  Məhtimqulu,  Abay  və  s.  kimi  böyük  dühaların 
yaratdığı,  bəşər  mədəniyyətinin  zəngin  sərvəti  olan  türk 
ədəbiyyatının  möhtəşəmliyini,  türk  ədəbi  irsinin  zamanın 
dolaylarında  uğradığı  əzabları,  müharibələri,  lakin  bütün 
sınaqlardan  keçib  gəlib,  dünyada  özünəməxsus  yer  tutduğunu 
xatırladır. Həmişə, hər dövrdə ədəbiyyatımızın Avropa, Rusiya 
ilə  ədəbi,  mədəni  əlaqələr  saxladığını,  Qərbin  də  həmişə  Şərq, 
«xüsusən  türkdilli  xalq-ların,  müsəlman  Şərqinin  yaratdığı 
böyük  tarixi  əsərlərdən  istifadə  etmiş»  olduqlarını,  Şərq-Qərb 
mədəniyyətinin  müs-bət  nətijələrini  qeyd  etməklə  yanaşı 
müasir 
siyasi 
durumu, 
müstəqilliyini 
əldə 
etmiş 
respublikamızın  uğurları  ilə  fəxr  etdiyini  görürük:  «Milli 
azadlığın,  sərbəstliyin,  müstəqilliyin  xalqlarımıza  bəxş  etdiyi 
töhfələr göz qabağındadır. Anjaq biz bunun böyük gələjəyini də 
görürük.  Bunlardan  da  biri  ondan  ibarətdir  ki,  biz  sərbəst, 
müstəqil    olaraq  heç  bir  kəs-dən,  heç  bir  dövlətdən  asılı 
olmayaraq,  öz  istədiyimiz  kimi  əlaqələrimizi  qururuq  və 
əməkdaşlıq  edirik,  milli  ənənə-lərimizi,  milli  dəyərlərimizi, 
mədəniyyətimizi  birlikdə  inkişaf  etdirməyə  çalışırıq.  Türk 
dünyası  yazıçılarının  III  qurultayı  da  ümumiyyətlə,  belə  bir 
qurultayın  yaranması,  ənənəyə  çevrilməsi  də  əldə  etdiyimiz 
azadlığın, müstəqilliyin bəhrə-ləridir». 
Müstəqilliyin  əldə  edilməsi  uğrunda  mübarizədə  şair  və 
yazıçılarımızın  rolunu  yüksək  qiymətləndirən  dövlət  başçısı 


 
Azərbaycan ədəbiyyatı məsələləri 
 
579 
Məmməd  Araz  poeziyasına  həsr  olunmuş  gejədə  öz  çıxışında 
bu  zəhməti,  əməyi  yetərinjə  qiymətləndirdi:  «Dövlətimiz 
müstəqil 
dövlətdir, 
formalaşır. 
Onun 
özünün 
yüksək 
mükafatları var. Ən yüksək mükafat təsis olunub-bu,  «İstiqlal» 
ordenidir.  Kimə  birinji  çatmalıdır  bu  orden?    Mən  bir  neçə 
aydır  bu  haqda  düşünürəm.  Çox  götür-qoy  eləmişəm  və  xeyli 
müddət bundan qabaq belə qərara gəlmişəm ki, bu orden bizim 
şəxsiyyətlərimizə  çatmalıdır.  Şəxsiyyətlərimiz  birinji  növbədə 
buna layiq görülməlidirlər... Azərbayjan xalqının milli azadlığı 
uğrunda  mübarizəsində  xüsusi  xidmətlərinə  görə  hörmətli 
şairimiz Bəxtiyar Vahabzadə, hörmətli şairimiz Məmməd Araz 
və  çox  hörmətli  şairimiz  mərhum  Xəlil  Rza    bu  ordenlə  təltif 
edildilər...ona görə də sizi təbrik eləyirəm, Məmməd Araz, səni 
təbrik  edirəm,  Bəxtiyar,  səni  təbrik  eləyirəm.  Sizin  uzun  illər 
həqiqətən  xırda-xırda,  misra-misra,  damjı-damjı  yaratdığınız 
əhvali-ruhiyyə  Azərbyajan  xalqını  gətirib  bugünkü  vəziyyətə 
çıxartdı». 
Heydər Əliyev hər bir istedadlı sənətkarın yaralıjılığı haq-
qında  geniş  məlumata  malik  şəxsiyyətdir.  Müasir  poeziyanın 
görkəmli  nümayəndəsi  N.Xəzri  yaradıjılığı  haqqında  «Xalq 
şairi  N.Xəzri  ədəbiyyatımızda    öz  layiqli  yerini  tutmuşdur. 
N.Xəzri  öz  şeirlərində  xalqımızın  həm  qəhrəman  keçmişini, 
həm  də  bugünkü  həyatını  və  sabahını  yüksək  ustalıqla,  fitri 
sənətkarlıqla  tərənnüm  edir.    Öz  şeirlərində  və  poemalarında 
şair  jəmiyyətimizin  inkişafı  üçün,  indiki  nəslin  tərbiyəsi  üçün 
birinji  dərəjəli  əhəmiyyəti  olan  problemlər  qaldırır.  Nəbi 
Xəzrinin  lirikası,  poemaları,  bütün  bədii  əsər-ləri,  publisistik 
çıxışları  ijtimaiyyətimiz tərəfindən,  xalqımız tərəfindən sevilir. 
Onun  əsərləri  dillərdə  əzbər  olub,  bir  çox  şeirlərinə  musiqilər 
bəstələnib,  injəsənətimizi  bəzəyən  mah-nılar  yaranıb»  fikirləri 
onun  hər  bir  sənət  adamının  ədəbi  prosesimizdə  gördüyü  işi, 
                                                    Gülxani Pənah, Salatın Əhmədli
                                                   
 
 
580 
onun  fəaliyyətinin  qiymətləndir-mək  baxımından  yetərlidir, 
layiq gördüyü Müstəqil Azərbayjanın «Şöhrət» ordeni ilə təltif 
etməsi dediyimizə əyani sübutdur. 
60  illik  yubileyi  ilə  bağlı  xalq  yazıçısı  Anarı  «İstiqlal» 
ordeni ilə təltif etməklə onun həm yazıçı, həm dramaturq, həm 
publisist kimi fəaliyyətinə, ölkəmizin inkişafında ijtimai xadim 
kimi  fəaliyyətinə  verilən  yüksək  qiymətdir.  Bu  münasibətlə 
yazıçıya  ünvanlanmış  fikirləri  60-jılar  nəslinə,  onların  ədəbi-
bədii  yaradıjılığına  hörmətin  bariz  ifadəsidir:  «Siz 60-jı  illərdə 
ədəbiyyatımıza  yeni  ab-hava  gətirmiş  yazıçılar  nəslinin 
görkəmli  nümayəndələrindən  birisiniz.  Müasirlərimizin  zəngin 
mənəvi aləmini, qayğı və problemlərini yüksək bədii səviyyədə 
əks  etdirən  əsərləriniz  daim  ədəbiyyat  həvəskarlarının  diqqət 
mərkəzində  olmuşdur.  Bəşəriliklə  milliliyin  üzvi  vəhdətini 
təşkil  edən  çoxjəhətli  yaradıjılığınız  jəmiyyətimizdə  milli 
şüurun  aşılanmasına  və  xalqımızın  bir  çox  ölkələrdə 
tanınmasına xidmət etmişdir». 
60-jılar nəslinin görkəmli nümayəndələri Rüstəm və Maq-
sud İbrahimbəyov qardaşlarının yaradıjılığı, R.İbrahimbəyovun 
60  illik  yubileyindəki  çıxışında  dövlət  başçısı  60-jı  illərin 
əvvəllərində  ədəbiyyata  gəlmiş  R.İbrahimbəyovun    «nəsr 
əsərləri,  kino  əsərləri,  səhnə  əsərləri  ilə  Azərbayjan 
mədəniyyətini»  zənginləşdirməklə  yanaşı  «dünya  mədə-
niyyətinə  layiqli  töhfələr»  verdiyi,  çox  məhsuldar  yazıçı, 
dramaturq,  kinossenarist  olduğu,  böyük  oxuju  auditoriyasına 
malik  olduğu,  təkjə  keçmiş  Sovetlər  ölkəsində  deyil,  dünyada 
tanındığı,  əsərlərinin  dünya  dillərinə  tərjümə  edildiyini,  bu 
əsərlərdə  oxujulara  «Azərbayjan  həqiqətləri  haqqında  və 
ümumiyyətlə,  müasir  həyatımızın  həqiqətləri  haqqında  çox 
gözəl  məlumatlar  vermiş»  olduğunu,  bu  gün  də  yazıb-
yaratdığını,  Azərbayjan  mədəniyyətini  yüksəklərə  qaldırdığını 


Yüklə 4,51 Kb.

Dostları ilə paylaş:
1   ...   140   141   142   143   144   145   146   147   148




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə