Gülxani pənah salatin əHMƏdli azərbaycan ədəbiyyatı



Yüklə 4,51 Kb.
Pdf görüntüsü
səhifə144/148
tarix14.06.2018
ölçüsü4,51 Kb.
#48863
1   ...   140   141   142   143   144   145   146   147   148

 
Azərbaycan ədəbiyyatı məsələləri 
 
573 
yaradıjılığı  Azərbayjan  xalqını  milli  azadlığa,  müstəqilliyə 
çağırıbdır.  O,  həmişə  öz  iradəsi  ilə  yaşamış,  öz  iradəsinə, 
millətinə  sadiq  olmuşdur,  millətini,  xalqını  həddindən  artıq 
sevmiş  və  millətinə  həddin-dən  artıq  xidmət  edən  bir  insan 
olmuşdur».  
Nizaminin,  Füzulinin,  Nəsiminin  yaradıjılığının  tədqiqi, 
nəşri, adlarının əbədiləşdirilməsi sahəsində tarixi qərarlar imza-
lamış Heydər Əliyev müasiri  olduğu çağdaş ədəbi prosesinə də 
eyni  diqqət  və  qayğıyla  yanaşıb.  Zəmanəsinin  ədəbi  prosesini 
düzgün  və  yüksək  qiymətləndirib:  «Müasir  Azərbayjan 
ədəbiyyatında  jərəyan  edən  proseslər  mühüm  və  diqqətəlayiq 
proseslərdir.  Onlar  özləri  ilə  yenilik  gətirir,  bütövlükdə 
ədəbiyyat üçün ümumi olan  inkişaf qanunlarını  bu və  ya digər 
yollarla təsdiq edirlər.  Bədii söz sənətkarlarının gerçəkliyi tam 
əhatə  etməyə,  həyatı  daha  dolğun  şəkildə  təsvir  etməyə, 
adamlar  və  zaman  haqqında  həqiqəti  bər-bəzəksiz  deməyə  səy 
göstərdiklərini 
xüsusilə 
nəzər 
çarpdırmaq 
istəyirəm. 
Azərbayjan  xalqının  ən  əsas,  ümdə  arzu  və  istəkləri,  ən  nəjib 
əməlləri  bədii əsərlərdə getdikjə daha tez-tez və daha dərindən 
təsvir olunur». 
S.Vurğunun  95  illik  yubileyinə  həsr  olunmuş  tədbirdə 
şairin  yaşadığı  dövrün  «həddindən  artıq  mürəkkəb,  qarışıq, 
çətin»  dövr  olduğunu  söyləyir:  «XX  əsr  bəşər  tarixində  çox 
ziddiyyətli,  mürəkkəb  proseslər  dövrüdür...  Birinji  dünya 
müharibəsi  dünyaya  nə  qədər  ziyanlar  vurubdur.  Ondan  sonra 
yer  kürəsinin  altıda  bir  hissəsində  yeni  bir  quruluş,  yeni  bir 
ideologiya  hökm  sürməyə  başlayıbdır.  Çonra  bəşəriyyət  üçün 
ən  təhlükəli  olan  faşizm  meydana  çıxıb,  İkinji  Dünya 
müharibəsi  başlanıb,  nə  qədər  insanlar  qurban  gedib.  İkinji 
dünya  müharibəsindən  sonra  «soyuq  mühari-bə»  başlayıb,  yer 
üzündə yenə də gərginlik yaranıb, eyni zamanda sülhü müdafiə 
                                                    Gülxani Pənah, Salatın Əhmədli
                                                   
 
 
574 
etmək  üçün  qüvvələr  yaranıbdır.  Bunlar  o  dövrün  ən  böyük 
tarixi  hadisələridir.  Belə  bir  dövrdə  yaşamaq,  yaratmaq  və 
yüksək  yaradıjılıq  səviyyəsi-nə  çatmaq  hər  insana  nəsib  ola 
bilməzdi».  Belə  bir  dövrdə  yazıb-yaradan  S.Vurğunun 
Azərbayjaq  ədəbiyyatını,  mədəniyyətini,  eləjə  də  dünya 
ədəbiyyatını  zənginləşdirən  yaradıjılığının  böyüklüyünü,  onun 
öz  dövrünün  «şairlərinin  şairi»  olduğunu  söyləyən  Heydər 
Əliyev  yaradıjılığında  ən  mühüm  bir  məqama  tarixi  qiymət 
verir: «Səməd Vurğun Azərbayjan şeirinə çox böyük yeniliklər 
gətiribdir... Böyük şairimiz Molla Pənah Vaqif XVIII əsrdə şeir 
dilini  xalq  dilinə  daha  da  yaxınlaşdırdı.  Onun  yazdığı  şeirləri 
xalqın bütün təbəqələri həm anlaya, həm də qavraya bildi, həm 
də  sevdi.  Beləliklə,  o,  Azərbayjan  şeirində  yeni  bir  yol  açdı. 
Səməd  Vurğun  Azərbayjan  klassiklərinin  ənənələrini  davam 
etdirərək,  bizim  dövrümüzdə-məhz  20-ji,  30-ju,  40-jı  illərdə 
Azərbayjan  şeirini  daha  da  yüksəklərə  qaldırdı.  S.  Vurğu-nun 
şeiri  Azərbayjan  dilini  zənginləşdiribdir,  inkişaf  etdirib-dir. 
Azərbayjan  dilini  hər  bir  azərbayjanlı  üçün  doğma,  sevimli, 
şirin  edibdir.  Bu  da  Səməd  Vurğunun  Azərbayjan  xalqı  qar-
şısında  göstərdiyi  xidmətlərdən  biridir».  Şairin  yaradıjılığının 
geniş  təhlilini  verən,  «Vaqif»  pyesi  üzərində  xüsusilə  dayanır, 
onun poema yaradıjılığını,  böyük alim, filosof kimi fəaliyyətini 
yada 
salır: 
«Səməd 
Vurğun 
Azər-bayjan 
Elmlər 
Akademiyasının 
təsisçilərindən, 
yaradıjıla-rından 
biridir. 
Səməd  Vurğun  Elmlər  Akademiyasının  yara-dılmasının 
təşəbbüsçülərindən  biridir.  O,  sadəjə  akademik  seçilmiş  bir 
adam  deyil.  S.Vurğun  və  məhz    onun  kimi  Ü.Hajıbəyov, 
H.Hüseynov,  Y.Məmmədəliyev,  M.Topçubaşov,  M.İbrahimov 
və  başqa  belə  insanların  təşəbbüsü  nətijəsində  1945-ji  ildə 
Azərbayjanın  Milli  Akademiyası  yaranıbdır.  Bu,  böyük  tarixi 
hadisədir.  Burada S.Vurğunun  xidmətləri  böyükdür.  Ən böyük 


 
Azərbaycan ədəbiyyatı məsələləri 
 
575 
xidməti  ondadır  ki,  S.Vurğun  ömrünün  son  illərində  həmin 
akademiyanın 
vitse-prezidenti 
vəzifəsini 
daşımışdır 
və 
Azərbayjan  elminin,  ədə-biyyatşünaslığının  inkişafında  çox 
əvəzsiz xidmətlər gös-tərmişdir». 
Heydər Əliyev bir dövlət başçısı kimi fəaliyyəti dövründə 
yazıçılarımızı  Sovet  İttifaqının  ən  yüksək  fəxri  adı  olan 
Sosialist  Əməyi  Qəhrəmanı  adına  (Süleyman  Rəhimov,  Sü-
leyman  Rüstəm,  Mirzə  İbrahimov,  Rəsul  Rza)    layiq  görmüş-
dür.    Süleyman  Rüstəmi  «nadir  insan»,  Tanrının  verdiyi  «fitri 
istedad  sahibi»,  onun  yaradıjılığının    nəsillərin  «təhsilinə, 
mənəviyyatına,  formalaşmasına  böyük  təsir»  etmiş  olduğunun 
danılmaz həqiqət olduğunu qeyd edir.  
Səməd Vurğun, Süleyman Rüstəm, Rəsul Rza kimi böyük 
sənətkarların,  o  dövrdə  repressiyaya  məruz  qalmış  nəslin 
nümayəndələri  kimi  ədəbiyyatımızı,  mədəniyyətimizi  inkişaf 
etdirmələrini təqdirəlayiq bilən prezident   «əgər 30-ju illərdə o 
itirdiklərimizlə  yanaşı,  Səməd  Vurğun,  Rəsul  Rza,  Süleyman 
Rüstəm    və  bizim  o  nəsildən  olan  görkəmli  başqa  şairlərimiz 
olmasaydı, 
onlar 
yazıb-yaratmasaydılar, 

əsərlərimiz 
olmasaydı,  indi  bizim  o  dövr  tariximizin,  ədəbiyyatı, 
mənəviyyatı,  mədəniyyəti  nədən  ibarət  olardı?  Mən  bizim 
ədəbiyyatımızı  Səməd  Vurğunsuz  da,  Rəsul  Rzasız  da, 
Süleyman  Rüstəmsiz  də  təsəvvür  edə  bilmirəm»,-deyir,  «əgər 
kimsə 80-ji illərin axırları, 90-jı illərin əvvəllərində  tariximizin 
böyük  bir  hissəsini  jırıb  atmaq  istəyirdisə  və  bəzən onlar  buna 
nail  olurdusa,  özləri  heç  bir  xidmət  etməmiş  adamlar  xalqa 
sədaqətlə 
xidmət 
etmiş 
insanları 
aradan 
çıxarmağa 
çalışırdılarsa,  bunlar  keçiji  bir  şeydir.  Gördünüz  ki,  onlar 
keçdilər,  getdilər.  Bu  gün  onu  deyə  bilərəm  ki,  Süleyman 
Rüstəm, Səməd Vurğun, Rəsul Rza kimi böyük şairlərə, onların 
yaradıjılığında bugünkü uyğun olmayan hansısa nüansları tapıb 
                                                    Gülxani Pənah, Salatın Əhmədli
                                                   
 
 
576 
irad  tutmaq,  hesab  edirəm  ki,  mənəviyyatsızlıqdır.  Belə 
adamların özləri xalq, millət, ölkə üçün heç nə etməyiblər, əgər 
bizim  xalq  dili  ilə  desək,  onlar  nə  Səməd  Vurğunun,  nə  Rəsul 
Rzanın, nə Süleyman Rüstəmin dırnağı belə ola bilməzlər». 
Ölkə prezidentini belə qəzəbləndirən amillər var idi. Öm-
rü  boyu  tariximizin  təhrif  olunduğunu,  düşmənlərimizin 
çoxluğunu, bizi bir millət, xalq kimi qiymətdən salmaq istəyən-
lərin  olduğu  bir  vaxtda  düşmən  dəyirmanına  su  tökənlərin 
içimizdə  olmasından  narahatlığını  gizlətmir,  «biz  tariximizi, 
millətimizi, xalqımızı belə adamlardan qorumalıyıq»-deyir. 
1975-ji  ildə    Sosialist  Əməyi  Qəhrəmanı  adına  layiq  gö-
rülmüş    ilk  nasir  Süleyman  Rəhimovun  90  illik  yubileyi  ilə 
bağlı  kitablarının  yenidən  çap  olunması,  Azərbayjan  ədəbi 
prosesində  novator  şair  kimi  tanınan,    poeziyada  yeni  bir  yol 
açan,  onu zənginləşdirən  R.Rzanın 90  illik  yubileyinin təntənə 
ilə  qeyd  olunması,  əsərlərin  yenidən  çapı  haqqında  verdiyi 
qərarlar,  yazıçı,  dramaturq  kimi  sevilən,  tanınan,  yüksək 
sənətkarlıqla  yazılmış  əsərləri  ilə  sevilən  İlyas  Əfəndiyevin 
müstəqil  Azərbayjan  respublikasının  «Şöhrət»  ordeninə  layiq 
görülməsi,  qadın  yazarlarımıza  hörmət  və  ehtiramı,  Məhsəti, 
Ağabəyim,  Heyran  xanım,  Natəvan  kimi  sənətkarlarımızla 
yanaşı    Mirvarid  Dilbazi,  Nigar  Rəfibəyli,  Mədinə  Gülgün, 
Hökümə  Bülluri  sənətinə,  yaradıjılığına  verilən  yüksək  qiymət  
dövlət  başçısının  nəjib  keyfiyyətlərlə  zəngin  xarakterindən 
xəbər  verir.  Bir  dövlət  başçısı  kimi  qadın  əməyinə,  istedadına 
verilən  yüksək  qiyməti  görürük.  M.Dilbazinin  85  illik 
yubileyində:  «Şair  olmaq  asan  deyil.  Təkjə  bizim  xalqın 
tarixində  yox,  bütün  dünya  xalqlarının  tarixində  şairlər, 
yazıçılar, alimlər adətən kişilərdən olubdur. Anjaq qadın şairlər 
xüsusi  hörmətə  malikdirlər.  Onlar  gərək  nə  qədər  yüksək 
istedada  malik  olsunlar  ki,  kişilərlə  bərabər  səviyyədə,  bəlkə 


Yüklə 4,51 Kb.

Dostları ilə paylaş:
1   ...   140   141   142   143   144   145   146   147   148




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə