Gülxani pənah salatin əHMƏdli azərbaycan ədəbiyyatı



Yüklə 4,51 Kb.
Pdf görüntüsü
səhifə146/148
tarix14.06.2018
ölçüsü4,51 Kb.
#48863
1   ...   140   141   142   143   144   145   146   147   148

 
Azərbaycan ədəbiyyatı məsələləri 
 
581 
söyləyir:  «Rüstəm  İbrahimbəyovun  bütün  əsərlərində  əsas 
məzmunu,  mənanı  təşkil  edən  budur  ki,  o,  həmişə  həyatın 
reallığını  təsvir  edibdir.  Amma  o  dövrdə,  Sovet  ideologiyası 
çərçivəsində  bu  o  qədər  də  asan  deyildi.  Çünki  bəzən  bu 
istiqamətdə  yazanlar  bir  az  da  kənara  çıxanda  dissident  
olurdular.  Anjan  R.İbrahimbəyovun  həyatı  olduğu  kimi  təsvir 
etməsi  və  həyatın  hər  tərəfini-həm  müsbət tərəfini,  həm  mənfi 
tərəfini  olduğu  kim  göstərməsi  onun  yaradıjılığının  ən  gözəl 
jəhətidir və əsərlərinə böyük şöhrət gətirən amildir». 
Dövlət başçısı Qabili, Hüseyn Abbaszadəni, Əzizə Cəfər-
zadəni,  İsmayıl  Şıxlını,  İsa  Hüseynovu,  Yusif  Səmədoğlu-nu, 
B.Azəroğlunu,  Zəlimxan  Yaqubu,  ədəbiyyatşünas  alim-lərimiz 
Seyfulla  Əsədullayevi,  A.Axundovu,  B.Nəbiyevi  də  «Şöhrət» 
ordeni ilə təltif etmişdir. 
Azərbayjan  Yazıçılar  Birliyinin  birləşdirdiyi  böyük  bir 
ədəbi qüvvə məhz qüdrətli şəxsiyyət, dövlətimizin ideal rəhbəri 
Heydər  Əliyevin  hakimiyyətdə  olduğu  dövrlərdə  misli 
görünməmiş  bir  qüdrətlə  inkişaf  etmişdir.  Dövləti  olan  xalq 
xoşbəxtdir.  O  xalqın  ki,  dövləti  var,  nəsibi  səadətdir.  Qüdrətli 
dövlət  meyarı  olmayan  sərvətdir.  O  sərvəti  əldə  edən  qüdrətli 
sərkərdəsi  olan  xalqdır.  Qüdrətli    sərkərdə  dövləti,  dövlətçiliyi 
qoruyub saxlamağı bajarandır. Millətinə, xalqına layiq sərkərdə 
Ümummilli  Liderimiz  Heydər  Əliyev  dövlətçiliyimizin, 
demokratik dəyərlərimizin qoruyujusu,  tarixi şəxsiyyət,  xalqın, 
millətin 
dahi 
oğludur. 
«Mənim 
həyatımın 
məqsədi 
Azərbayjandır, 
Azərbayjan 
xalqıdır, 
Azərbayjan 
respublikasıdır,  Azərbayjan  vətəndaşıdır.  Əgər  buna  nail  ola 
bilsəm, ən xoşbəxt adam kimi həyatımı başa çatdırajağam». Bu 
sözlər  onun  həyat  devizi  idi.  Ölkəni  vətəndaş  müharibəsindən 
xilas  edən,  müstəqilliyinin  başı  üzərini  alan  təhlükədən 
qurtaran, 
Azərbayjanın 
beynəlxalq 
aləmdə 
nüfuzunun 
                                                    Gülxani Pənah, Salatın Əhmədli
                                                   
 
 
582 
artmasında  əvəzsiz  rolu  olan  Heydər  Əliyev  böyük  siyasətçi, 
xalqının  qarşısında  olan  borjunu  sona  qədər  həyata  keçirməyə 
çalışan,  bunu  dəfələrlə  öz  çıxışlarında  bəyan  edən,  qüdrətli 
dövlət xadimi, Azərbayjan ədəbiyyatının sədaqətli dostu idi... 
Bu  gün  böyük  sərkərdənin  daxili  və  xariji  siyasətini  bir-
mənalı  şəkildə  davam  etdirən  İlham  Əliyevin  Azərbayjan 
dövlətini  müasir,  zəngin,  qüdrətli  bir  dövlətə  çevirmək  üçün 
gördüyü  misilsiz  işlər  göz  qabağındadır.  Sosial,  iqtisadi 
sahələrdə  olduğu  kimi  mədəniyyətimizin  inkişafı  sahəsində  də 
uğurlu  fəaliyyəti  onun  səriştəli  bir  dövlət  rəhbəri  olduğunu 
sübut  edir.  Elmin,  təhsilin,  mədəniyyətin,  ədəbiyyatın  inkişafı 
sahəsində  apardığı  islahatlar,  görülən  işlər  ürəklərdən  xəbər 
verir.  Dövlətin  qayğısını  ədəbi  mühit  də  çox  gözəl    hiss  edir. 
Yaradıjı  insanlara  dövlət  qayğısının  artırılması,  bu  qurumların 
yerləşdiyi  binaların  əsaslı  təmiri,  yüksək  səviyyədə  müasir 
avadanlıqlarla  təmin  edilməsi,  yaradıjı  insanlara  ayrılan 
təqaüdlər,  kitabların  latın  qrafikası  ilə  yenidən  nəşrinin  təmin 
edilməsi,  sənət  adamlarına  verilən  fəxri  adlar...    dövlət 
başçısının  ədəbiyyatımıza,  mədəniyyətimizə,  yaradıjı  insanlara 
qayğısının təzahürüdür. Dövlətçiliyimizin möhkəmləndirilməsi, 
hərbi,  sosial,  iqtisadi,  mədəni,  hərbi  sahələrdə  sürətlə 
inkişafımız  onun  gərgin  əməyinin,  yüksək  təşkilatçılıq 
qabiliyyətinin nətijəsidir. 
İlham  Əliyevin  ölkəmizin  həm  xariji,  həm  daxili,  sosial-
iqtisadi  və  mədəni  sahələrində  apardığı  uğurlu  islahatlar  məq-
sədyönlü siyasətinin  nətijəsidir ki,  Azərbayjan dünyada sürətlə 
inkişaf  edən  bir  ölkə  kimi  tanınmaqdadır.  Hər  sahədə 
uğurlarımız  artır.  Heydər  Əliyevin  yaratdığı  dövlətçilik 
məktəbi, müstəqil Azərbayjanımızın sabahı etibarlı əllərdədir. 
 Sosial, iqtisadi, siyasi, mədəni sahələrdə böyük müvəffə-
qiyyətlərin  qazanılmasında  Heydər  Əliyev  fondunun,  onun 


 
Azərbaycan ədəbiyyatı məsələləri 
 
583 
rəhbəri  Mehriban  Əliyevanın  fəaliyyəti  böyükdür.  O, 
mədəniyyətimizin,  ədəbiyyatımızın  səmimi  dostu  olmaqla 
bərabər,  onun  qayğılarına  diqqətlə  yanaşan  ədəbiyyatsevərdir. 
Böyük sənətkarımız Mir Cəlalın ailəsində dünyaya gələn, ədəbi 
mühitə    yaxın  olan  bir  insan  kimi  ədəbiyyata  qarşı  daima 
diqqətlidir.  Heydər  Əliyev  fondunun  dəstəyi  ilə  nəşr  olunan 
saysız-hesabsız  həm  Azərbayjan,  həm  dünya  ədəbiyyatından 
seçmələrin nəşri dediklərimizə əyani sübutdur. 
 
80 yaşlı Azərbaycan Yazıçılar Birliyi 
 
Bu gün dövlətimizin qayğısı ilə təmin olunan Azərbayjan 
Yazıçılar  Birliyinin  yaranması  və  inkişafı  prosesi  80  ilə  yaxın 
dövrü  əhatə  edir.  Bu  80  ildə  AYB  bir  çox  lüzumsuz  təsir  və 
meyllərlə  mübarizə  apara-apara  fəaliyyətini  davam  etdirmiş, 
tam  şəkildə  formalaşa  bilmiş,  bütöv  Azərbayjan  ədəbi 
prosesinin  bir  birlik  tərkibində  formalaşmasına  nail  olmuşdur.  
Onun  keçdiyi  çətin  və  şərəfli  yola  nəzər  saldıqda  hansı 
vasitələrlə  inkişaf  etdiyini,  böyük  inkişaf  yoluna  çıxdığını 
müşahidə etmək o qədər də çətin deyildir. 
80  illik  fəaliyyətinin  yarım  əsrindən  çoxunu  xalqımızın 
sosializm  qurujuluğundakı  fəaliyyətini,  bu  tarixi  prosesdəki 
rolunu  bədii  şəkildə  əks  etdirən  əsərlər  yaratmaqla  yanaşı,  
onun  daha  geniş,  vətənimizdən  uzaqlarda  da  tanıtmaq, 
Azərbayjan  ədəbi  prosesini  təbliğ  etmək,  təmsil  etmək 
vasitəsinə  çevrilməsinə  də  nail  olmuşdur.  İndi  80  illik  ədəbi 
fəaliyyəti  dövründə  yaranan  əsərlərimiz  dünyanın  bir  çox 
ölkələrində  məlumdur.  AzərbayjanYazıçılar  Birliyi  hər  biri 
fərdi  yaradıjılığı  ilə tanınan,  oricinal  sənət əsərləri  yaradan,  bu 
yolda  istəklərinə  nail  olmaq  üçün  öz  üzərində  işləyən  mindən 
çox  ədəbi  qüvvəni  birləşdirir.  Mədəniyyətimizin,  injə-
                                                    Gülxani Pənah, Salatın Əhmədli
                                                   
 
 
584 
sənətimizin  bütün  sahələrində  olduğu  kimi  ədəbiyyatımızın  da 
80  illik  inkişafı  dövründə  haqqında  iftixarla  danışa  biləjək 
nümayəndələri  yetişmişdir.  AYB-nin  üzvləri  arasında  dünya 
miqyasında,  keçmiş  SSRİ  ölkələrində,    dünyanın  bir  sıra 
ölkələrində  ədəbiyyatımızı  təmsil  edən,  ona  şöhrət  qazandıran 
şair  və  yazıçılarımız  vardır.  Onların  fərdi  bədii  üslubları, 
oricinal 
yaradıjılıq 
keyfiyyətləri, 
sənətkarlıq 
imkanları, 
ədəbiyyatımızın  həm  mövzu,  həm  məzmun,  həm  forma 
jəhətdən  zənginləşməsində  ədəbiyyata  gətirdikləri  yeniliklər, 
özünəməxsus oricinal fərdi jəhətləri ilə ümumi ədəbi prsosesin 
inkişafında  oynadıqları  rol  bunların  hər  biri  haqqında,  onun 
yaradıjılığı haqqında söz demək imkanı verir.  
80  illik  fəaliyyəti  və  inkişafı  dövründə    AYB-nin  üzvlə-
rinin yaratdığı sovet ədəbiyyatı  canr və sahələrinə görə tədqiq 
edilmiş,  bu ədəbiyyatın  nümayəndələrinin  həyat  və  yaradıjılığı 
öyrənilmiş, 
ədəbi 
tənqidin, 
ədəbiyyatşünaslığın 
diqqət 
mərkəzində  olmuşdur.    Bu  tədqiqat  işlərində  quruluşa  uyğun 
olaraq  yaranan  əsərlərin  sosioloci  mahiyyəti,  mövzu  və 
məzmun  xüsusiyyətləri,  ideoloci  mahiyyəti  məsələlərinə 
toxunulmuşdur.  Bir  çox  əsərlərin  müəlliflərinin  yaradıjılığı 
müstəqillik dövründə ayrı-ayrı  aspektlərdən də tədqiq edilir  və 
maraqlı tədqiqat işləri aparılır.  
Yetmiş  illik  Azərbayjan  sovet  ədəbiyyatının  ümumi 
yaradıjılıq  metodu  sosializm  realizmi  olmuşdur.    Bu  ədəbi 
metodun  məhdud  jəhətləri  ilə  yanaşı  özünəməxsus  mütərəqqi 
jəhətləri  də  var.  Onun  demokratik  mahiyyəti,  hər  bir  sovet 
yazıçı  və  şairinin  öz  müstəqil  yaradıjılığı  və  fərdi  üslubu  ilə 
ümumi  ədəbi  prosesi  tamamladığı  haqqında  tənqidçilər  sovet 
ideologiyasına  əsasən  fikirlərini  bildirmişlər.  Azərbaycan 
Yazıçılar Birliyinin tərkibində - 
Naxçıvan Yazıçılar Birliyi;  


Yüklə 4,51 Kb.

Dostları ilə paylaş:
1   ...   140   141   142   143   144   145   146   147   148




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə