Gülxani pənah salatin əHMƏdli azərbaycan ədəbiyyatı



Yüklə 4,51 Kb.
Pdf görüntüsü
səhifə147/148
tarix14.06.2018
ölçüsü4,51 Kb.
#48863
1   ...   140   141   142   143   144   145   146   147   148

 
Azərbaycan ədəbiyyatı məsələləri 
 
585 
 
Qazax bölməsi;  
 
Qarabağ bölməsi;  
 
Quba bölməsi;  
 
Gəncə bölməsi;  
 
Lənkəran bölməsi;  
 
Sumqayıt bölməsi;  
 
Şirvan bölməsi;  
 
Şəki bölməsi;  
 
Mingəçevir bölməsi;  
 
Aran bölməsi;  
 
Moskva bölməsi;  
 
Borçalı bölməsi;  
 
Göyçə-Zəngəzur bolməsi, 
 
Türkiyə bölməsi 
 -  fəaliyyət  göstərir».  Azərbaycan  Yazıçılar  Birliyinin 
tərkibində  olan  zona  bölmələri,  Ədəbiyyat  Fondu,  Tərcümə 
Mərkəzi,  Ədəbiyyatı  Təbliğ  və  Müəllif  Hüquqları  Bürosu, 
Şüvəlan  Yaradıcılıq  Evi,  redaksiyalar  və  digər  idarə  və 
müəssisələr Azərbaycan Yazıçılar Birliyinin rəhbər orqanlarına 
öz fəaliyyəti barədə hesabat verir. 
Azərbaycan Yazıçılar Birliyi katibliyinin bölmələri, digər 
yaradıcı təşkilatları,  yeni  ədəbi orqanları  və sair  yaratmaq, tər-
kibində olan dərgiləri, qəzetləri və qurumları bağlamaq hüququ 
var.  
XX əsr Azərbayjan xalqının həyatında ən yüksək mərhələ 
təşkil  edən  əsrdir.  Bu  əsrdə    baş  verən  tarixi  hadisələrin 
məngənəsində  Azərbayjan  xalqı  ən çətin,  ən şərəfli  illərini  ya-
şadı.  Dünyanı  məhvərindən  tərpədən  sosializm  qurujuluğu 
ideyaları  dünyanın  bir  çox  ölkələrini  tufan  kimi  qoynuna  al-
dıqda  Azərbayjanın  da  qismətinə  70  il  sosialist  ideologiyasına 
xidmət  etmək  düşdü.  Nə  qədər  çətinlik  içərisində  yaşa-mış 
                                                    Gülxani Pənah, Salatın Əhmədli
                                                   
 
 
586 
olsaq  da,  yenə  qazandıqlarımızı  da  unuda  bilmərik.  Heç  vaxt 
unutmamalıyıq  ki,  Azərbayjan  70  ildə  böyük  nailiyyətlər  əldə 
etmişdir.  Bu  əsrdə  Azərbayjanda  boyük  bir  ziyalı  ordusu 
yetişmişdir.  Onun  yüksək  ixtisaslı  kadrlarının  səsi  dünyanın 
beynəlxalq konqreslərindən gəlir.  
Əvvəlki  əsrlərdə  biz  tariximizin  çox  şanlı  və  eyni  za-
manda ajınajaqlı taleyinin üstündən sükutla ötüb keçmişik. XX 
əsr  isə  bütün  varlığıyla  gözümüzün  önündədir.  Onun  tarixini 
tarixçilər yazajaq. Özü də bu şərəfli işin öhdəsindən inanırıq ki, 
ləyaqətlə gələjəklər.  
Bəşər tarixində XX əsr Sovet ədəbiyyatı deyilən  bir ədə-
biyyatın  yaradıjılarının  öz  fikir  və  duyğularını  ifadə  etməkdə  
çəkdikləri çətinliklər göz qabağındadır. Lakin  sovet ədəbiyyatı 
deyilən  ədəbiyyatın  yaradıjılarının  gərgin  əməkləri  sayəsində 
yaratdıqları  qüdrətli  sənət  əsərləri  bir  daha  sübut  edir  ki,  bu 
ədəbiyyatın  nümayəndələri  psixoloci  və  jismani  gərginliklər 
içərisində  yaşayıb-yaratmışsalar  da,  ədəbiyyat  aləmində  öz 
sözlərini  deməyi  bajarmışlar.  Milli-mənəvi  sərvətlərimizin  ən 
nadir  nümunələrini  yaratmış,  yüksək  bəşəri  ideyaları tərənnüm 
etmiş  və  mənsub  olduqları  xalqlara  da    azadlıq,  müstəqillik 
ideyalarının nə qədər şirin olduğunu anlada bilmişlər. 
Bu  kitabda  XX  əsrdə  yazıb-yaratmış  şair,  yazıçı  və  ədə-
biyyatşünaslarımızın  həyatından,  sənətindən  çox  az  miqdarda 
olsa  da  söhbət  açdıq.  Bir  əsr  ərzində  yazılan  əsərləri  tərəzinin 
bir  gözünə  qoysaq,  onların    bu  sənət  əsərlərini  yazarkən 
başlarına  gətirilən  müsibətləri  də  bir  gözünə  qoysaq  tərəzi  öz 
tarazlığını  itirməz.  Hamımızın  böyük  hörmət  və  məhəbbətlə 
əsərlərini  oxuduğumuz,  tamaşalarına  bax-dığımız  şairlərimiz, 
yazıçılarımız,  tənqidçilərimizin  bu  əsrdə  onların  başına 
gətirilən 
əzablara, 
işgənjələrə 
mətanətlə 
dözərək 
ədəbiyyatımızın  inkişafı  üçün  nələr  etdiyi  göz  qabağındadır. 


 
Azərbaycan ədəbiyyatı məsələləri 
 
587 
Onlar  ləyaqətlə  sübut  etmişlər  ki,  Nizami,  Füzuli,  Vaqif, 
Ələsgər  kimi  sənət  dahilərindən  dərs  almışlar.  Onlar  böyük 
əqidə  sahibləridir.  Onlar  qürbətin  də  ajısını  dadıblar,  Onlar 
haqq  sözünə  görə  Nəsimi  tək  diri-diri  soyulublar,  gördükləri 
dəhşətlər içərisində dəmir kimi dö-yülüblər, bərkiyiblər. Dünya 
ədəbiyyatında  ən  aparıjı  möv-zu  olan  bəşəri  duyğuları 
tərənnüm  ediblər,  ədəbiyyat,  sənət  aləmində  layiqli  yerlərini 
tutublar,  xalq  içərisində  seviliblər,  sevilirlər.  Azərbayjan 
ədəbiyyatı  özündən  əvvəlki  sənətin  özülü  üzərində  qurulub. 
Bunlar  ədəbiyyatın,  sənətin  təməl  daşını  şifahi  şəkildə  qoyan 
Azərbayjan xalqının övlad-larıdır.   
Onlar  özlərindən  əvvəlki  irsi  qoruyub  saxlayan,  bu  irsə 
hörmətlə  yanaşan,  öz  sələfləri  olan  Dədə  Qorqud,  Nizami, 
Füzuli,  Vaqif  irsini  dünya  xalqlarına  çatdıran,  bu  irsə  böyük 
hörmətlə  yanaşan,  onların  yubileylərinin  dünya  dövlətlərinin 
mədəniyyəti  səviyyəsində    təntənəli  şəkildə  qeyd  edilməsinin 
təşkilatçılarıdırlar.  Bu  insanlar  öz  yaradıjılıqlarında  dönə-dönə 
qələmiylə dünya mədəniyyətinə  əvəzsiz töhfələr verən Nizami, 
Füzuli, Sabir sənətinə bağlı olan,  bu yolda janını  qurban verən 
Almaz İldırım,  Əhməd Cavad,  Hüseyn Cavid,  Mikayıl  Müşfiq 
kimi  şəhid  sənətkarların  sənəti,  sözü,  əqidəsi  qarşısında  baş 
əyən oğullardır. 
Azərbayjanın  qüdrətli  qələm  sahibləri  Azərbayjan  ədə-
biyyatını  XX  əsrdə  elə  bir  zirvəyə  qaldırmışlar  ki,  artıq  dünya 
onun  bu əsrdə  yetişmiş  neçə-neçə   sənətkarlarını  tanıyır,  sevir. 
Bu  da  bir  daha  sübut  edir  ki,  bu  millətin  qələmi  güjlü,  bədii 
təfəkkürü zəngin, ürəyi bütün azadlıq sevən insanlara açıqdır.  
İllər  ötəjək,  nə  vaxtsa  XXI  əsrə  də  beləjə  ötəri  nəzər 
salınajaq,  bu  dövrdə  yazıb-yaradan  şəxsiyyətlərdən,  onların 
yaradıjılıq  yolundan söhbət açajaq  və  fəxrlə deyəjəklər ki,  XX 
əsr  sənətinin  davamçılarının  belə  uğurlu  yolu  olmalıydı.  Hər 
                                                    Gülxani Pənah, Salatın Əhmədli
                                                   
 
 
588 
kəs öz fikrini azad surətdə ifadə etmək, könlü istəyəni yazmaq 
uğrunda  ən  çox  qurbanlarını  məhz  XX  əsrdə  verib  və  onu  da 
unutmayajaqlar  ki,  məhz  elə  bu  əsrdə  də  söz  azadlığı  uğrunda 
mübarizədə  əziliblər,  təhqir  olunublar,  həm  jismən,  həm  də 
mənəvi  zərbələr  alıblar  və  yenə  bu  yoldan  çəkinməyərək 
qələbələr əldə ediblər. Azərbayjan Demokratik Respublikasının 
azadlıq,  müstəqillik  uğrunda  apardığı  mübarizəni  tərənnüm 
edən  ilk  sənət  əsərlərini  də  onlar  yazıblar.  Buna  görə  də onlar 
unutmayajaqlar ki, onlar da milli müstəqillik uğrunda mübarizə 
aparan  sənət  sahiblərinin  bu  yolda  çəkdikləri  əzab-əziyyətləri 
qiymətləndirməli,  onların  irsini  gələjək  nəsillərə  çatdırmaq 
üçün göz bəbəyi kimi qoruyub saxlamalıdır. 
Zaman  öz  axarındadır,  onu  geri  qaytarmaq,  tutub  sax-
lamaq  olmur.  Anjaq  zaman  insan  həyatında,  taleyində  elə  şı-
rımlar  açır  ki,  tarix  bunu  özü  də  bilmədən  öz  dəftərinə  qeyd 
edir.  XX  əsrin  şair,  yazıçı,  sənətkar  taleyi  də  tarixin 
dəftərindədir.  Bu da bir yazı, qismət idi. Yazıya isə pozu yox-
dur.  Bu  gün  sənətinə  hörmət  etdiyimiz,  ideyalarını  özümüzə 
doğma    bildiyimiz  şairlərimiz,  sənətkarlarımız  dönə-dönə  yad 
edilir, dövlət onların əməyini yüksək qiymətləndirir, xalq onları 
sevir.  Gələjəyə  ümidlə  baxa  bilərik.  XXI  əsrin  yazarlarının  da 
bu gün dövlət qayğısına böyük ehtiyajı vardır. Keçid dövrünün 
çətinliklərini yaşayan orta  nəsil sənətkarlarının əsərlərinin işıq 
üzü  görməsi  üçün,  onların  az  da  olsa  yaşayış  imkanlarının 
yaxşılaşdırılması  üçün  görülə  biləjək  hər  bir  xeyirxah  iş  də 
tarixdə  qalandır,  unudulmayandır.  Yazıçının,  şairin,  sənətkarın 
düşünən  beyni,  yazan  qələmi  anjaq  xalqına,  vətəninə  xidmət 
edir.  
Əlində  yazan  qələmi,  ürəyində  ilham  olan  insanın  bu 
torpağa,  bu  vətənə,  bu  xalqa  anjaq  xoş  məramlı  niyyəti  ola 
bilər.  Azad,  müstəqil  Azərbayjan  Respublikasının  parlaq  gə-


Yüklə 4,51 Kb.

Dostları ilə paylaş:
1   ...   140   141   142   143   144   145   146   147   148




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə