Gülxani pənah salatin əHMƏdli azərbaycan ədəbiyyatı



Yüklə 4,51 Kb.
Pdf görüntüsü
səhifə3/148
tarix14.06.2018
ölçüsü4,51 Kb.
#48863
1   2   3   4   5   6   7   8   9   ...   148

 
Azərbaycan ədəbiyyatı məsələləri 
 
9
bahasına  əldə  etdi,  Müstəqil  Azərbayjan  Respublikasını,  öz 
müstəqil  dövlətini  qurdu  və  ədəbi  proses  onun  əsas 
hərəkətveriji qüvvələrindən oldu.  
XX  əsr  ədəbiyyatımız  möhtəşəm,  köklü-köməjli,  qollu-
budaqlı,  başı  göylərə  dəyən  xan  çinarlara  bənzəyən  bir 
ədəbiyyat  olub,  kökü  tarixin  minilliklərinə  gedib  çıxır.  Azər-
bayjan  ədəbiyyatı  çox  qədim  ədəbiyyatdır.  Bütün  dünya  xalq-
larında olduğu kimi bizim ədəbiyyatımız da soyumuz, kökümüz 
tərəfindən  yaradılmış  kollektiv  yaradıjılıq  xüsusiyyətlərinə 
malikdir.  Nəsildən-nəslə,  ağızdan-ağıza  keçərək  daha  da 
jilalanmış, uzaq  keçmişimizdən üzü bəri qorunub saxlanmışdır. 
Azərbayjan  ədəbiyyatının  tarixi  inkişaf  mərhələləri,  qədim 
dövrdən  başlayaraq    bu  günədək  inkişafı  müəyyən  qədər 
öyrənilmiş,  tədqiq  edilmişdir.  Ədəbiyyatımızın  tarixini  tədqiq 
edən  alimlərimiz  «bu  ədəbiyyatın  öz  daxili  aləmi,  öz  xüsusi 
qanunları ilə nejə inkişaf etdiyini, hansı ənənələr əsasında hansı 
yeni  nailiyyətlər  əldə  etdiyini,  hansı  yaradıjılıq  prinsipləri, 
üsulları  yaratdığını,  hansı  mək-təblər,  üslublar  və  fərdi 
istedadlarla 
tarixi 
zənginləşdirdiyi»ni 
üzə 
çıxarmağa 
çalışmışlar.  
 VII əsrə qədərki Azərbayjan ədəbi prosesi folklorumuzda 
yaşayır.  Bu  dövrə  qədərki  ədəbiyyatımızdan  danışarkən  ortaq 
türk ədəbi abidələrinə üz tutmalıyıq: «Hər bir xalq öz keçmişini 
öyrənmədən,  onu  bilmədən  özünü  dərk  edə,  bu  gününü  və 
sabahını  qura  bilməz.  Xalqın  bəsirət  «işığı»  sayılan  ziyalı  və 
gələjəyi  olan  gənjlik  də  belədir:  o,  öz  keçmişini  bilməlidir, 
kökünü, əsil-nəsəbini, əjdadını tanımalı,  mənsub olduğu xalqın 
mənəvi  dünyası  ilə  yaxından  tanış  olmalıdır.  Xüsusilə,  indiki 
şəraitdə bu zamanın qarşıya qoyduğu zəruri tələbdir. 
Azərbayjan  xalqının  mənşə  tarixi,  milli  mənsubiyyəti-
onun  soykökü  çox  əski  dövrləri  özündə  ehtiva  edir: 
                                                    Gülxani Pənah, Salatın Əhmədli
                                                   
 
 
10 
«Azərbayjan  xalqının  mənşəyi,  soykökü  və  inkişaf  yolunu  üç 
mühüm mərhələ üzrə öyrənmək, tədqiq etmək olar: 
1).  Şumer  (Sumer)-türk  mərhələsi.  Miladi  tarixdən  ön-
jəki III-II minilliklər (və ondan əvvəlki dövrlər); 
2.  Turan-İskit  (skif)-türk  mərhələsi-(massaget,  sak, 
hun,  kaspi  və onların  yeni  eradakı davamı olan hun,  az,  ba-sil, 
bulqar,  sabir//savir,  xəzər  və  b.)-miladi önjəki son  minil-lik  və 
miladi tarixin ilk yüzillikləri; 
3. Türk mərhələsi (ə n  q ə d i m  t ü r k: bulqar, uyğur, 
çuvaş, yakut və b.; q ə d i m  t ü r k: oğuz, tuvin, xakas, şor və 
b.; y e n i  t ü r k: azərbayjan, qaqauz, qıpçaq, peçeneq, poloves, 
salar, türkmən, özbək, jığatay və b. «ə n  y e n i  türk: başqırd, 
qazax,  qaraqalpaq,  qırğız,  kumık,  noqay,  ta-tar,  ğoyrot  və  b.-
miladi tarixin başlanğıjından bu günə qə-dərki dövr». 
Ümumtürk dünyasının şah əsərləri qədim dünyamızın ulu 
kitabəsi  «Bilqamıs»  və  ümumən  Şumer-Babil  mədəniyyəti, 
«Avesta»,  «Orxon-Yenisey  kitabələri»,  «Dədə  Qorqud»  kitabı 
sayılır.  Nizaminin  «Xəmsə»si  də  bu  dühalardan  biri-dir.  Və 
buna  görə  də  onun  tarixi,  mədəniyyəti  kimi  ədəbiyyatı  da 
ümumtürk xalqlarının ədəbiyyatı ilə bağlıdır.  
Və alimlərimiz  həm də  bu  fikirdədirlər ki,  Azərbayjanın, 
bir  sözlə,  bütün  türk  xalqlarının  «xəmiri»  əzəldən  şeirlə  yoğ-
rulub.  «Ümumtürk  kökündə  «Göy  Tanqrı»-Avesta»  müqəddəs 
dini  kitabı  və  «Bilqamıs»//»Gilqamış»  dastanı,  türklərdə  «Alp 
ər  Tonqa»,  azərbayjanlılarda  «Dədə  Qorqud»,  özbəklərdə 
«Alpamıs//Alpamış», 
qırğızlarda 
«Manas», 
başqırdlarda 
«Uralbatır»  və  s.  dastanları  məhz  şeirlə  nəsrin  vəhdəti-
növbələşməsilə  yaranmış  dünyəvi  sənət  injiləridir.  Türk 
xalqları    hələ  «bələkdə»  ikən  şeirlə  nəfəs  alıb,  ona  şeirlə  ana 
laylası  çalınıb;  çox  vaxt  onun  fəlsəfəsi  şeirlə  ya-zılıb,  hətta 
bəzən  lüğət kitabları şeirlə düzülüb-qoşulub».  Bu poetik ruhun 


 
Azərbaycan ədəbiyyatı məsələləri 
 
11 
məhz  8-10  min  illik,  bəlkə  də  12  min  illik  tarixi  olan  qədim 
abidələrdən  gəldiyi  fikrində  bir  məntiq  var.    Dünya 
ədəbiyyatına  bir-birindən  dəyərli,  nadir  injilər  bəxş  edən 
Azərbayjan  ədəbiyyatını  yaradan  Azərbayjan  kimi  möhtəşəm 
xalq  var.  Tarixin  müəyyən  mərhələlərində  dağı-dılan,  talanan, 
parça-parça  qoparılan,  İrana,  Rusiyaya  zorla  qatılan,  qonşusu 
tamah salan qərbli, şimallı, jənublu, şərqli bütöv bir Azərbayjan 
vardır  ki,  bu  gün  öz  mədəniyyəti,  tarixi,  ədəbiyyatı  ilə  qürur 
duyur.  Aparılan  arxeoloci  qazın-tılar  zamanı  əldə  edilmiş 
maddi  mədəniyyət  qalıqları,  qədim  kitabə  və  abidələr,  antik 
müəlliflərin  əsərlərində  inqilabdan  sonra  aparılan  tədqiqatlar 
sübut  edir  ki,  Azərbayjan  Şərqin  ən  qədim  mədəniyyət 
ölkələrindəndir. 
Yazılı  ədəbiyyatdan  əvvəl  yaranmış  ədəbi  dövr  haqqında 
tarixçilərin  qələmə  aldığı  əsərlərdə,  salnamələrdə  yarı  ger-çək, 
yarı  əfsanə  olan  rəvayətlər,  əfsanə  və  əsatirlər,  etno-qrafik 
məlumatlar  Azərbayjan  ədəbiyyatının  çox  zəngin  qədim  şifahi 
ədəbiyyatının  varlığından  xəbər  verir.  Qədim  Azərbayjanın 
ədəbiyyatı  ortaq  türk  mədəniyyətinin,  ədəbiyyatının  tərkib 
hissəsi olub, çox böyük inkişaf yolu keçmişdir.  
Eramızdan  neçə-neçə  əsr  əvvəl  yaranmış  «Avesta» 
abidəsində,  şifahi  xalq  yaradıjılığında-əsatir,  nağıl,  dastan, 
əfsanələrdə,  yazılı  ədəbi  nümunələrdə-Nizaminin,  Xaqaninin, 
Nəsiminin,  Füzulinin  ölməz  əsərlərində  dərin  fəlsəfi  fikirlər, 
hikmətli  ifadələr  yaşayır.  Fəlsəfi  fikir  bədii  yaradıjılığımızla, 
söz  sənətimizlə  möhkəm  bağlı  olub.  Böyük  sənətkarlarımızın 
söylədiyi  dahiyanə  fikirlər  bədii  və  fəlsəfi    təfəkkürün 
vəhdətindən  yaranıb.  Xalq  ədəbiyyatımız  dərin  fikirlərlə, 
hikmətlə,  fəlsəfə  ilə  zəngindir.  Şeir,  sənət,  söz  bahadırlarının 
hikmətli  sözləri  dildən-dilə  keçdikjə,  büllur  sellər  axınında 
                                                    Gülxani Pənah, Salatın Əhmədli
                                                   
 
 
12 
zərgər əlinə düşdükjə elə jilalanmışdır ki,  min illər keçsə, yenə 
də öz dəyərini, qiymətini saxlayajaq. 
«Azərbayjan  ədəbiyyatı  keşməkeşli  bir  təkamül,  inkişaf 
yolu  keçmişdir.  Onun  ilk  izləri  Midiya  əfsanələrində, 
«Avesta»da  axtarılır.  Qədim  türkdilli  yazılı  abidələrimizin 
Azərbayjan  ədəbiyyatının  təşəkkülündə  diqqətəlayiq  rol  oy-
nadığı  getdikjə  daha  artıq  yəqinləşir.  Bu  ədəbiyyat  yalnız 
Azərbayjan  sərhədləri  daxilində  deyil,  İranda,  Türkiyədə, 
İraqda,  Hindistanda,  Suriyada...  belə  yaradılmış  və  bəzən  indi 
də  yaradılır.  Onun  nümayəndələri  yalnız  doğma  dilin  deyil, 
ərəb-fars dillərinin bədii abidəsi kimi şöhrət qazanmış əsərlərin 
müəllifləridir» (Araz Dadaşzadə.) 
 Yeni  eranın  başlanğıjından  VII  əsrə  qədər  Azərbayjan 
mədəniyyəti  müxtəlif  inkişaf  dövrləri  keçirmişdir:  «Hələ 
Sasanilər  dövründə,  Azərbayjan  xalqının  şimal  və  jənub  düş-
mənlərinə  qarşı  mübarizə  illərində  ölkəni  müdafiə  məqsədilə 
tikilən  qalalar,  çəkilən  sədlər,  burada  memarlıq  işini 
qüvvətləndirmişdi. IV əsrdən etibarən xristianlığın Azərbayjan-
da  qismən  yayılması  ilə  əlaqədar  olaraq  tikilən  kilsələr  və  bu 
kilsələr  ətrafında    təşəkkül  edən  xristianlıq  təlimi  ölkənin 
mədəni  həyatına  müəyyən  dərəjədə  təsir  edirdi.  Xristianlığın 
qəbul edildiyi yerlərdə bizans təsirlərinin qüvvətlənməsini, yeni 
alban əlifbasının yaradılmasını və yazılı ədəbiyyatın in-kişafını 
da  təxmin  edə  bilirik.  Arran  dilində  olan  bu  ədəbiy-yatın  bir 
nümunəsi  bizə  qədər  gəlib  çatmamışdır.  Hələ  VII  əsrdə 
Azərbayjanda  müstəqil  Alban  dövlətinin  yaranması  ilə 
yüksələn  mədəniyyət  ərəb  istilasına  qədər  inkişaf  edərək 
gəlmişdi»  (Azərbayjan  ədəbiyyatı  tarixi).  Ərəb  istilasından 
əvvəlki  dövrə  aid  erməni  tarixçilərin  əsərlərində  ərəb  işğalçı-
larına,  Sasani  qəsbkarlarına  qarşı,  xalqının  müstəqilliyi  uğ-
runda  mübarizə  aparan  Cavanşirin  qəhrəmanlığı  haqqında, 


Yüklə 4,51 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   148




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə