Gülxani pənah salatin əHMƏdli azərbaycan ədəbiyyatı



Yüklə 4,51 Kb.
Pdf görüntüsü
səhifə22/148
tarix14.06.2018
ölçüsü4,51 Kb.
#48863
1   ...   18   19   20   21   22   23   24   25   ...   148

 
Azərbaycan ədəbiyyatı məsələləri 
 
85 
Gah görürdün, 
Kəskin, odlu sözüylə. 
Rəqibini dağladı. 
Gah görürdün, 
birjə sözdən 
qısılıb bir bujağa, 
xısın-xısın ağladı. 
 
Hər il iyun ayında şairin xatirəsi yad edilir, doğma yurdu 
Xızıya  yığışıb  gedən  AYB-nin  üzvləri,  şairlər,  alimlər,  qə-ləm 
sahibləri  onun  büstü  önünə  əklil  qoyur,  Müşfiq  taleli  sə-
nətkarlarımız da xatırlanır.  
Yaradıjılığının  çiçəkləndiyi  bir  zamanda  çirkin  siyasətin 
qurbanı  olan  Ağahüseyn  Rəsulzadə  yaradıjılığına  Sabirin  jiddi 
təsiri olub. «Qırmızı Gənjə» qəzetinin redaktoru, 1934-jü ildən 
AYB-nin  üzvü  olub.  Bir  sıra  məsul  vəzifələrdə  çalışan  ijtimai 
xadim  olmaqla  yanaşı,    bədii  yaradıjılıqla  da  məşğul  olmuş, 
«Muzdur»  adlı  kitabı  1927-ji  ildə  çapdan  çıxmışdır.  Şuşada 
«Azərbayjan  ədəbiyyatı  jəmiyyəti»  şöbəsinə  rəhbərlik  etmiş, 
Azərbayjan  Yazıçılar  İttifaqının  yaradıjılarından  biri  olmuş, 
həyatının  son  illərində  «Yeni  yol»  qəzeti  redaksiyasında 
redaktor  müavini  olmuşdur,  1938-ji  ildə  repressiyaya  məruz 
qalmışdır. 
Atababa  Musaxanlı  da  Ağahüseyn  Rəsulzadə  kimi  jiddi 
jəza  sisteminin    qurbanıdır.  Ədəbi  fəaliyyətə  şeirlə  başlamış, 
hekayə  və  mənsur  şeirləri  ilə  yanaşı  tənqid  və  ədəbiyyat-
şünaslıq  da  yaradıjılığında  əsas  yer  tutur.  1929-1930-ju  illərdə 
yazdığı  «Şaiq-şair  və  müəllim»,  «Ədəbiyyatımız  tarixində 
Sabir»,  «Aran  köçü  və  müəllifi»  «Mirzə  Fətəlinin  ijtimai-
tərbiyəvi  mülahizələri»,  «Azərbayjan  ədəbiyyatının  inkişafı  və 
xüsusiyyətləri»  və  s.  məqalələrin  müəllifidir.  Eyni  zamanda 
                                                    Gülxani Pənah, Salatın Əhmədli
                                                   
 
 
86 
«Kitabi-Dədə Qorqud»la,  klassik ədəbiyyatla  bağlı tədqiqatları 
ədəbi  fikri  zənginləşdirir.  1941-ji  il  avqustun  14-də  jəza 
tədbirlərinin qurbanı olmuşdur. 
Böyükağa Talıblı ədəbi fəaliyyətə 1911-ji ildə Bakı realnı 
məktəbin 3-jü sinfində oxuyarkən yazdığı «Yaxşı məsləhət hər 
şeydən  yaxşıdır»  hekayəsi  ilə  başlamışdır.  Sonralar  ədəbi 
fəaliyyətini  müntəzəm  davam  etdirmiş,  hekayə,  publisistik 
məqalələri  ilə  mətbuatda  çıxış  etmişdir.  1916-jı  ildə    «Keyf 
içində» 
pyesini 
yazmışdır. 
Azərbayjan 
Ədəbiy-yatı 
Cəmiyyətinin sədri kimi fəaliyyət göstərmiş, milli mədəniyyəti-
mizin  inkişafında  xeyli  fəal  olmuşdur.  Bədii  tərjümə-lərlə  də 
məşğul  olmuş,  Tiflis  Azərbayjan  Proletar  Yazıçıları  bölməsini 
təşkil etmişdir. 
Onun  «Erkək  Tükəzban»  (1926),  «Qırx  zopa»  (1927), 
«Keyf  içində»  (1929),  «Tövbə»  (1030),  «Dirək»  (1930)  əsər-
ləri,  ölümündən  sonra  «Seçilmiş  əsərləri»  (1966;  1983)  və  s. 
kitabları  yenidən  nəşr  olunmuşdur.  1938-ji  ilin  repressiya 
qurbanı  olmuş  Böyükağa  Talıblı  nasir,  publisist  kimi  Azər-
bayjan  ədəbiyyatı  tarixinin  inkişafında  böyük  xidmətləri  olan 
şəxsiyyətdir. 
Bəkir  Çobanzadə  ədəbiyyatşünas,  dilçi,  mətnşünas  ol-
maqla  yanaşı  şair  idi.  Bir  şəxsiyyət  kimi  adı  Azərbayjan  ədə-
biyyatı tarixinə yazılıb. İlk şeirlərini, «Anan harda» poe-masını 
tələbəlik    illərində  yazan  şair  İstanbul  Universiteti  nəzdində 
olan  üçillik  ali  kursda  ərəb  və  fars  dillərini  öyrən-miş, 
Türkiyədə  «Müstəqil  tatar  Krımı»  ideyası  ilə  yaşayan  gənjləri 
birləşdirən  «Krım-tatar  tələbə  jəmiyyəti»nin  yaradı-jılarından 
və  rəhbəri  olmuş,  Budapeşt  Universitetində  elmi  fəaliyyətini 
davam  etdirmiş,  doktorluq  dissertasiyası  müda-fiə  etmişdir. 
«Krım»,  «Göy kitab» (İstanbul),  «Şərq» (Buda-peşt)  qəzetində 
şeirləri  dərj  olunan  (1918-1919)  Bəkir  Ço-banzadə  məqalələri 


 
Azərbaycan ədəbiyyatı məsələləri 
 
87 
ilə  ədəbiyyatda,  mətbuatda  çıxış  etmiş,  Krıma  qayıdıb  Krım 
Universitetinin 
Şərq 
fakültəsində 
krım-tatar 
dili 
və 
ədəbiyyatından  mühazirələr  oxumuş,  S.  Ağama-lıoğlunun 
dəvəti  ilə    Azərbayjanda  yeni  əlifba  komitəsinin  sədri,  Yeni 
Türk  əlifbası  Ümumittifaq  Mərkəzi  Komitəsinin  rəhbəri  təyin 
edildiyində  Bakıya  gəlmiş,  Türk  xalqlarının  yeni  əlifbaya 
keçməsi sahəsində fəal mübarizə aparmış, Azərbayjan Baş Elmi 
İdarəsində  terminologiya  komitəsinə  rəhbərlik  etmiş,  həm  də 
Azərbayjan  Dövlət  Universitetinin  Şərqşünaslıq  fakültəsində 
kafedra müdiri, dekan (1924-1929) olmuşdur: «Moskvada Şərq 
xalqları 
institutunun 
hə-qiqi  üzvü  seçilmişdir  (1928). 
Azərbayjan  Dövlət  Elmi  Təd-qiqat  İnstitutunun  aspirantura 
şöbəsinin  müdiri  (1929),  SSRİ  EA  Zaqafqaziya  filialı 
Azərbayjan  şöbəsinin  (1932),  SSRİ  EA  Azərbayjan  filialının 
(1935)  həqiqi  üzvü  seçil-miş-dir.  Paris  Dilçilik  Cəmiyyətinin 
üzvü  olmuşdur.  Bir  sıra  Av-ropa  yazıçıları  onun  tədqiqat  və 
elmi  maraq  dairəsinə  vüsət  vermişdir.  Nəzəri-filoloci  irsi 
zəngin  və  çoxjəhətli  idi.  Sovet  Şərqində  yaşayan  türk 
xalqlarının  bədii  ədəbiyyatının,  müasir  ədəbi  prosesin  nəzəri 
problemlərinin  tədqiqində  və  dil  tarixinin  yaranmasında 
təqdirəlayiq  xidmətləri  olmuş-dur.    O,  bir  sıra  monoqrafik 
əsərlərlə  yanaşı,  «Türk  dilinin  metodikası»  (1932),  «Elmi 
qramerin  əsasları»  (1932)  kitab-larını  şərikli  tərtib  etmişdir. 
Elmi  məqalələri  və  bədii  əsərləri  dövri  mətbuatda  müntəzəm 
çap  olunmuşdur.  İlk  şeirlər  məjmuəsi  özbək  dilində  kütləvi 
tiracla  buraxılmışdır  (1971).  1937-ji  ildə  Kislovodskidə 
«Qornyuk»  sanatoriyasında  istirahətdə  ikən  həbs  edilmişdir. 
1937-ji  il  oktyabrın  3-də  şəxsiyyətə  pərəstiş  dövrünün  qurbanı 
olmuşdur.  
Əli  Razi  (Şəmsizadə  Əli  Məşədi  Yəhya  oğlu)  1934-jü 
ildən  AYB-nin  üzvü  olmuş,  şair,  publisist  kimi  tanınmışdır. 
                                                    Gülxani Pənah, Salatın Əhmədli
                                                   
 
 
88 
1906-jı  ildə  «Molla  Nəsrəddin»  curnalında  satirik  yazısı  dərj 
olunmuş,  onun  dünyagörüşünün  formalaşmasında  bu  curnalın 
böyük  rolu  olmuşdur.  Satirik  hekayələrini  «Dabanıçatdaq 
xala»,  «Heyvərə»  və  s.  kimi  satirik  imzalarla  çap  etdirmişdir. 
«Eşq  və  məhəbbət»,  «Nalələrim»,  «Fəğanlarım»  adlı  şeirlər 
kitabları,  «İslam  qiraətxanası»,  «Yaman  qardaş»  pyesləri  ilə 
dövri  mətbuatda  tanınmış  Əli  Razi  sovet  hakimiyyəti  illərində 
«Yeni  Gənjə»  (Gənjə),  «Qızıl  Talış»  (Lənkəran),  «Mədəni 
hüjum»  (Bakı)  qəzet  və  curnalların  məsul  katibi,  Azərbayjan 
Yazıçılar  İttifaqının  Gənjə  bölməsinin  məsul  katibi  işləmiş, 
Firdovsinin  «Şahnamə»sindən  parçaları    dilimizə  tərjümə 
etmişdir. Ölüm hökmü alıb.  
Şair,  tərjüməçi  Əhməd  Cavad  tanınmış  Azərbayjan  sə-
nətkarıdır. Ərəb,  fars dillərini mükəmməl bilən ədib İstanbulda 
«Qafqaz  könüllü  dəstəsi»  tərkibində  qəsbkarlara  qarşı 
vuruşmuşdur.  Onun  «Qara  dəniz»  (1914)  şeiri  Türkiyədə 
məşhurdur. İlk mətbu əsəri L.Tolstoydan tərjümə etdiyi «İl-yas 
və  övrəti  Şamşimaçı»    hekayəsidir.  İlk  şeirlər  məjmuəsi 
«Qoşma» (1916), «Dalğa» (1919), «Türk dilinin sərf və nəhvi» 
(1919)  dərsliyi  Bakıda  çap  olunub.  Müəllimlik  fəa-liyyəti  ilə 
yanaşı  ədəbi  fəaliyyətini  davam  etdirmiş  Əhməd  Cavad 
Azərbayjan  Şura  Yazıçılar  Cəmiyyətinin  məsul  ka-tibi  (1924-
1926)  işləyib.  «Göygöl»  şeirinə  görə  bir  neçə  dəfə  həbs 
edilmiş,  Türkiyədə  «İstiqlal»  məjmuəsində  (1928)  çap  olunan 
şeirlərinə  görə  də  təqiblərə  məruz  qalmışdır.  «1929-1937-ji 
illərdə  A.S.  Puşkinin,  İ.  S.  Turgenevin,  M.  Qorkinin,  T. 
Şevçenkonun,  K.  Hamsun  və  başqalarının  əsərlərini  tər-jümə 
etmiş  və  tərjümələrdən  ibarət  17  kitabı  müxtəlif  illərdə  çap 
olunmuşdur.  1937-ji  ildə  «Xalq  düşməni»  kimi  Yazı-çılar 
Birliyinin tərkibindən çıxarılmış, iki aydan sonra həbs olunmuş, 
1937-ji  ilin  oktyabrın  12-də  güllələnmişdir.  «18  ildən  sonra 


Yüklə 4,51 Kb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   148




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə