Azərbaycan ədəbiyyatı məsələləri
45
fəlsəfi-publisistik
traktatında
şərti-simvolik
üslubun
imkanlarından bəhrələnərək diqqəti Azərbayjanın Güneyində
jərəyan edən siyasi hadisələrə yönəldir, hər bir millət üçün
azadlığın qaçılmaz olduğu zərurətini vurğula-yırdı (V.
Sultanlı).
«Səfa», «Niğam», «Nəşri-maarif», «Cəmiyyəti-xeyriyyə»
kimi ədəbi mədəni mühitə təsir edən jəmiyyətlərin rolu,
xüsusilə qeyd edilməlidir. Onların köməyi ilə keçirilən yubiley
tədbirləri, nəşr olunan kitablar, səhnələşdirilən dram əsərləri
ədəbi prosesin inkişafına göstərilən dəyərli köməklər idi.
M.Ə.Rəsulzadə «Açıq söz» qəzetinin nəşrinə başlamaqla
Azərbayjan mətbuatı tarixində yeni bir yol açdı. Bu qəzet
«milli ideologiyanın formalaşdırılmasında, səhifələrində dərj
olunan yazılar Azərbayjan ədəbiyyatının, mədəniy-yətinin
inkişafında «böyük təkan» kimi dəyərləndirilir.
Ölkədə (1918-1920) baş verən ijtimai-siyasi hadisələr,
inqilabi hərəkatın geniş vüsət alması, Azərbayjan Xalq
Cümhuriyyətinin yaranması xalqımızın həyatında misilsiz rol
oynadı. Qısa bir müddət yaşasa da, Azərbayjanın ilk müstəqil
dövləti kimi böyük çətinliklərlə qurulan bir dövlət idi və bu
yolda Azərbayjan ədəbiyyatının, mədəniyyətinin, ziyalılarının
xüsusi
fəallığı
nəzərə
alınmalıdır.
1918-1920-ji
illər
«millətimizin həyatında xüsusi bir mərhələ oldu. Onun gələjək
inkişafına jiddi təsir göstərdi. Bu dövrdə xalqımız yüz ildən
artıq sürən köləlik zənjirindən xilas oldu, müstəqil həyata
qədəm qoydu, yalnız ijtimai-siyasi sferalarda deyil, ədəbi-
mədəni sahələrdə də köklü dəyişikliklərin gerçəkləş-dirilməsi
üçün zəmin yarandı. Türk dili dövlət dili elan olundu, milli
mətbuatın nəşr imkanları genişləndi, ijtimai ideallarla zəngin
bir ədəbiyyat yaranmağa başladı».
Gülxani Pənah, Salatın Əhmədli
46
Azərbayjanda 1919–ju ildə Bakı Dövlət Universiteti
fəaliyyətə başladı. Bununla belə, «Azərbayjan Dövlət Teat-rı»,
«Teatr xadimləri jəmiyyəti», «Müsəlman Mühərrir və Ədiblər
Cəmiyyəti», «Yaşıl qələm» ədəbi birliyi yarandı, fəaliyyətə
başladı. Milli mətbuat bu illərdə öz inkişafında uğurlar qazandı:
Belə ki, bu dövrdə «Azərbayjan» (rusja, türkjə), «Azərbayjan
hökumətinin əxbarı», «İstiqlal», «Al bayraq», «Bəsirət»,
«İttihad», «Gələjək», «Şeypur», «Doğru yol», «El», «Əfkari-
nəfisə», «Xalq sözü», «Hürriyyət», «Zəhmət sədası», «Məşəl»
və s. qəzet və dərgilər çap olunmuşdur. 1919-ju ildə
Azərbayjanda 92 adda qəzet və dərgi nəşr olunmuşdu ki,
bunlardan qırx ikisi türkjə, qırx dördü rusja, altısı isə digər
dillərdə yayımlandığı məlumdur.
1918-1920-ji illərdə Məhəmməd Hadi, Hüseyn Cavid,
Abdulla Şaiq, Cəfər Cabbarlı, Əhməd Cavad, Ümgülsüm
Sadıqzadə, Əli Yusif poeziya sahəsində uğurlar qazandılar.
Məhəmməd Hadi «Əsgərlərimizə, könüllülərimizə», «Məfxu-
reyi-aliyəmiz», «Şühədayi-hürriyyətimizin əhvalinə ithaf»
kimi şeirlərində əldə edilən milli azadlığın qorunub saxlan-ması
uğrunda
millətini
mübarizəyə
səsləyir.
«Şühədayi-
hürriyyətimizin əhvalinə ithaf» şeirlərində 1918-ji ildə er-məni
daşnaqlarının törətdikləri qanlı jinayətlər, erməni- müsəlman
fajiəsi, tökülən günahsız qanlardan sarsılmış şair bu yolda şəhid
olanlarımıza ağlayır:
Sizin məzarınız iştə qülubi-millətdir,
Bu sözlərim ürəyimdən gələn həqiqətdir.
Sizi unutmayajaq şanlı millətim əsla,
Əmin olun buna, ey ziynəti-jahani fəna.
Sizinlə buldu bu millət həyati -püriqbal.
Sizinlə buldu bu millət şərəfli istiqlal.
Azərbaycan ədəbiyyatı məsələləri
47
«Əsgərlərimizə, könüllülərimizə» şeirində müstəqillik
uğrunda mübarizədə igid vətən oğullarına üz tutur, onları və-
tənpərvər olmağa, torpağı, milləti, dövləti qorumağa çağı-rır:
Bil ki, vətənin sevgili bir madəri-jandır,
Vermə bunu düşmən əlinə, rəhm et, amandır,
Hürriyyətimiz hürri-füsunsazi- jahandır.
Bax bir, nə gözəldir, nejə jandır, nə javandır,
Biz verməriz əldən bunu, düşmənlərə qandır!
M. Hadinin bu sətirlərində M.Ə.Rəsulzadənin «Ah,
Azərbayjan! Biz sənin haqqını tələb etmək deyil, yalnız adını
söyləmək üçün... nə qədər töhmətlərə məruz qaldıq...» kəl-
mələrində yaşayan bir ruh, amal, ideya var. M. Hadi bol-
şeviklərin hakimiyyətə gəlməsinə, Xalq Cümhuriyyətinin sü-
qutuna dözməyərək Gənjə üsyanında yaxından iştirak etmiş, bu
amal, məqsədə xidmət etmiş, bu yolda həlak olmuş-dur.
Türkçülük, turançı ideyaları ilə köklənmiş Abdulla Şaiqin
yaradıjılığında Xalq Cümhuriyyətinə bəslənən hörmət və
ehtiram əsasdır. «Yeni Ay doğarkən», «Marş», «Vətənin yanıq
səsi», «Arazdan Turana» şeirlərində vətəndaş şairin qəlbinin
səsi duyulur. Bu şeirlərdə azad, müstəqil dövlətə, Xalq
Cümhuriyyətinə sevgi yaşayır. Milləti, xalqı haqsızlığı
yıxmağa, «Turanda gün doğunja» zülmətlə çar-pışmağa, irəlidə
mübarizə yolu ilə qazanılajaq qələbələrə, orada doğajaq
Günəşə-yeni dövlətə, dövlətin qurduğu gö-zəl, xoşbəxt, firavan,
jənnət kimi həyata səsləmə var.
Haydı, yola çıxalım, haqsızlığı yıxalım,
Turanda gün doğunja, çarpışalım.
Arş iləri, iləridə jənnət kimi çəmən var.
Günəş orda hər doğar, səadət orda parlar.
Türk firqəsi Müsavat,
Gülxani Pənah, Salatın Əhmədli
48
Açalım quş tək qanad.
Sarılıb hürriyyətə,
Bulalım şanlı həyat.
Milli ədəbiyyat tarixində «istiqlal şairi» kimi tanınan
Əhməd Cavadın «Türk ordusuna», «Şəhidlərə», «Azərbayjan
bayrağına», «Elin bayrağı», «İngilis», «İstanbul», «Bakı deyir
ki» və s. şeirlərində ölkədə milli azadlıq uğrunda gedən
mübarizələr tərənnüm olunur, bu yolda janını qurban verənlərə
hörmət və ehtiram göstərilir. Bu şeirlərdə «Bir kərə yüksələn»
və bir daha enməyən, onu endirməyə çalışanlara qarşı xalqın
apardığı mübarizə əsasdır, bu mübarizədə «müvəqqəti
məğlubiyyət»
olsa
da,
beşiyində
boğulmuş
müs-təqil
Azərbayjan dövlətinin bayrağının 70 ildən sonra yenə başımız
üstündə dalğalanması həqiqəti yaşayır, xalqın mü-barizə dolu
həyatında qanı, janı bahasına əldə etdiyi müs-təqilliyə yenidən
qovuşması, milli duyğular güjlüdür, bu gün də şairin
«Azərbayjan bayrağına» şeirində milli qürur, bayrağımızın
milli dövlətçiliyimizin atributlarından biri ki-mi öyülməsi, hər
zaman özünü qoruyub saxlayan müasirlik hissi-qan bahasına
əldə edilmiş dövlətə, onun bayrağına hörmət və ehtiramdan
yoğrulmuş misralar yaddaşlara həkk olunub:
Türküstan yelləri öpüb alnını,
Söylüyor dərdini sana, bayrağım!
Üç rəngin əksini Quzğun dənizdən,
Ərmağan yollasın yara, bayrağım!
Əhməd Cavad yaradıjılığında ölkəni yenidən işğal edən
rus imperiyasına nifrət hissi var. «Göygöl» şeirinin ideya
məzmununda azadlıq göynərtisi, müstəqillik arzusu, milli
istiqlal yanğısı ilə yanaşı üsyankar bir qəlbin səsi duyulur.
Türkçülük, turançılıq ideyalarına gənj yaşlarından bö-yük
səmimi rəğbəti olan Cəfər Cabbarlı milli hərəkatın ge-
Dostları ilə paylaş: |