Azərbaycan ədəbiyyatı məsələləri
41
tədqiqi nətijəsində jild-jild ədəbi-tənqid, ədəbiyyatşünaslıq
nöqteyi-nəzərindən sanballı kitablar yazılmışdır, yazılır.
Bu kitabda 80 illik Azərbayjan ədəbiyyatının keçdiyi
tarixi mərhələlər, yaranan əsərlər, Azərbayjan dövlətinin bir
dövlət kimi formalaşmasında, qurulmasında ədəbiyyatın
fəaliyyəti, verdiyi qurbanlar, əqidə dönməzliyi, ədəbiyyat sa-
həsində qazandıqlarımız, itirdiklərimiz, itirdiklərimizin için-də
möhkəmlənən Azərbayjan Respublikası, onun ədəbiyya-tı, bu
ədəbiyyatın inkişafında az da olsa belə rolu olan qə-ləm
sahiblərimiz haqqında, ədəbiyyatımızın inkişafı haqqında qısa,
konkret məlumat verməyə çalışmışıq.
Gülxani Pənah, Salatın Əhmədli
42
XALQ CÜMHURİYYƏTİ DÖVRÜNDƏ ƏDƏBİYYAT
(1918-1920)
Y.V.Çəmənzəminli yazır: «Han-kı
yolda qənaət olunsa, nəşriyyat üçün
qənaət olmasın. Çünki bugünkü basılan
kitablar kəsilən pullardan qiymətlidir.
Bir çox pullar var ki, sərf olunur və
əməli nətijələr vermir. Nəşriyyata xərj-
lənənlər millət üçün böyük sərmayə
vüjudə gətirər. Bütün gələjəyimiz
mədəni binalarımız, tərəqqi məhsulla-
rımız bu sərmayə üzərinə binalanajaq-
dır».
XX əsr Azərbayjanın ijtimai-siyasi, ədəbi-mədəni
həyatında elə bir əsrdir ki, onda daha böyük oyanış var, bu əsr
milli azadlıq hisslərinin güjlənməsi, dövlətçilik, azadlıq və
tərəqqipərvər hisslərlə zəngindir. Bu milli azadlığın şirinliyini
XX əsrin ilk onilliyində daddıq, sonra itirdik və əsrin son iki
onilliyində yenidən əldə etdik. Qanımız, janımız bahasına əldə
etdik...
Azərbaycan ədəbiyyatı məsələləri
43
Azərbayjanda Xalq Cümhuriyyətinin qurulması ölkə-
mizdə ijtimai həyatda olduğu kimi, mədəni, ədəbi həyatda bö-
yük bir janlanmaya təkan verdi. Xalqımızın milli azadlıq,
dövlət müstəqilliyi uğrunda mübarizə apardığı və arzularına
nail olduğu və qurduğu Xalq Cümhuriyyəti fəaliyyət gös-
tərdiyi qısa müddətdə milli ideya mübarizəsində, o jümlədən,
romantizm və realizm yaradıjılıq axınında birləşir. Və bu
dövrdə fəaliyyətə başlayan parlament Azərbayjan dilini dövlət
dili elan edir. XX əsrin əvvəlindən Azərbayjan ədib və şairləri
müəyyən məktəblər, üslublar üzrə qruplaşmaqda idi. «Həmin
birliklər ədəbiyyatın get-gedə daha çox ideoloci məzmun kəsb
etdiyini, zamanın siyasi konyukturasına tabe olduğunu
göstərirdi. Bu və ya digər siyasi-ideoloci mərama mənsubluq
ilk yaradıjılıq təşkilatlarının, yaxud jəmiyyətlərinin fəaliyyəti
ilə yanaşı, adında da özünü göstərirdi. «Yaşıl qələm», «Qırmızı
qələm» və s. ədəbiyyatın bu jür «rənglənməsi» sənət
baxımından o qədər təbii olmasa da, bədii təfəkkürün jəmiyyət
həyatına yaxınlığından irəli gəlirdi. «Yaşıl» rəng türkçülüyün,
müsəlmançılığın, «qırmızı» isə inqilabi müasirliyin ifadəsi
idi».
XX əsrin ilk iki onilliyində Azərbayjan çox mürəkkəb,
ijtimai-siyasi jəhətdən ən ağır dövrünü yaşadı. Rusiya-Yapo-
niya müharibəsi, rus imperiyasının məğlubiyyəti, ijtimai -siyasi
prosesləri Azərbayjanda güjlənən milli-azadlıq hərə-katı ədəbi
prosesə də öz təsirini göstərdi. Ölkədə maarifçilik hərəkatının
güjlənməsi, maarifçi ədəbiyyatın inkişafına kö-mək etdi. Milli
problemlərin həlli yollarını axtarmaqda ziya-lılar bir araya
gəlməkdə idilər. «Şərqi-rus», «Hümbət», «Molla Nəsrəddin»,
«Füyuzat»,
«İrşad»,
«İqbal»,
«Tərəq-qi»,
«Təkamül»,
«Yoldaş», «Məktəb», «Dirilik» kimi mətbu orqanlar fəaliyyətə
başladı, ana dilimizdə yaranan bu mətbu orqanlar xalqımızın
Gülxani Pənah, Salatın Əhmədli
44
ədəbiyyatının inkişafına kömək etmiş olurdu. Bunlarda ijtimai-
siyasi və milli-mənəvi problemlər öz əksini tapırdı.
Bu dövrdə realizm və romantizm ədəbi məktəbləri dövrün
ədəbi proseslərini özündə əks etdirirdi. «Molla Nəsrəddin»,
«Füyuzat» curnalları ətrafında toplanan maarifçi ziyalılar realist
və romantizmin ideya-estetik düşünjələrini ifadə edirdilər.
Cəlil Məmmədquluzadənin nəşrə hazırladığı «Molla
Nəsrəddin» curnalı realist şair və yazıçıları öz ətrafında birləş-
dirir, mollanəsrəddinçilər kimi tanınan ədiblər ədəbi dili xalqın
danışıq dilinin bazası əsasında yaratmağı düşünür. Əli bəy
Hüseynzadənin başçılıq etdiyi «Füyuzat» curnalı romantiklərin
ideya və düşünjələrini müdafiə edir və füyu-zatçılar kimi
tanınan ziyalılar «ortaq türk dilinin formalaş-dırılması
ideyası»nı əsas bilir və «bu məsələdə Türkiyə türkjəsini əsas
götürməyi» düşünürdülər.
Rusiyada 1905-ji il inqilabı məğlubiyyətə uğradı və bu
azadfikirli, maarifçi Azərbayjan ziyalılarının işini ağır-
laşdırırdı. 1908-1910-ju illərdə Məmməd Əmin Rəsulzadə, Əli
bəy Nüsrətzadə, Əhməd bəy Ağaoğlu kimi ziyalılar
Azərbayjanı tərk etməyə məjbur olmuş, təqib olunduqların-dan
İranda (Məmməd Əmin Rəsulzadə), Türkiyədə (Əli bəy
Nüsrətzadə, Əhməd bəy Ağaoğlu) fəaliyyətlərini davam et-
dirməli olmuşlar.
1905-1901-ji illərdə Səttarxan hərəkatı bütün İrana, eləjə
də Şərqə, məşrutə hərəkatının qələbəsi ijtimai-siyasi hərəkata,
eləjə də ədəbi prosesə jiddi təsir göstərir. Bu hadisələri
Məmməd Əmin Rəsulzadə, Əli bəy Hüseynzadə silsilə
məqalələrlə dərindən izləyir. «Məşrutə hərəkatını yaxından
izləyən M.Ə. Rəsulzadə yazdığı silsilə məqalələrlə milli mətbu-
atda ijtimai tendensiyanın, vətəndaşlıq amalının güjlənməsinə
təkan vermişdir. Əli bəy Hüseynzadə isə «Siyasəti-fürusət» adlı
Dostları ilə paylaş: |