Azərbaycan ədəbiyyatı məsələləri
49
nişləndiyi ilk illərdə «Trablis müharibəsi» və «Ədirnə fəthi»
pyeslərini yazdı və bu əsərlər Türkiyədə baş verən inqilabi-
tarixi hadisələri, türk xalqının öz suverenliyi, ərazisini qoru-yub
saxlamaq uğrunda mübarizəsini əks etdirirdi.
Milli hökumətin yarandığı illərdə parlamentdə stenoqraf
işləyən C. Cabbarlı dramaturgiya, eləjə də lirik yaradıjılığını
davam etdirir, milli dövlətçiliyi, vətənin, torpağın gözəlliyini
tərənnüm edir. İlk şeirlərində-«Azərbayjan bayrağına»,
«Sevdiyim», «Sevimli ölkəm», «Salam» və s. şeirlərində Xalq
Cümhuriyyətinin şirin dadını duyan, bu dövlətin məhəbbətini
qəlbində yaşadan vətənpərvər qəlbin səsi duyulur. Bayrağımız,
türkçülük, turançılıq məfkurəsi ön planda verilir. Şairin
«Azərbayjan bayrağına» şeiri şairin «azadlıq və istiqlal»
sevgisini oricinal formada əks etdirən əsərlərdən» biri kimi
yüksək qiymətləndirilir.
«Azərbayjan bayrağına» şeirində üçrəngli Azərbay-jan
bayrağının rəmzlərini bədii şəkildə verir:
Bu göy boya Göy Moğoldan qalmış bir türk nişanı,
Bir türk oğlu olmalı!
Yaşıl boya İslamlığın sarsılmayan imanı,
Ürəklərə dolmalı!
Şu al boya azadlığın, təjəddüdün fərmanı,
Mədəniyyət bulmalı!
Səkkiz ujlu şu yıldız da səkkiz hərfi od yurdu,
Əsarətin gejəsindən fürsət bulmuş quş kibi
Səhərlərə uçmuşdur.
«Sevdiyim» şeirində də şair üçrəngli bayrağa, vətənə mü-
qəddəs hisslərlə yanaşır, bu bayraqda türkçülük, turançılıq
ideyalarını ümumiləşdirir.
Ölkədə milli hökumətin süqut etməsiylə, Xalq Cümhuriy-
yətinin qurujuları, ədəbiyyata gələn gənj istedadlı qələm
Gülxani Pənah, Salatın Əhmədli
50
sahibləri mənəvi jəhətdən yaralanmışdılar. Bu zərbənin ağr-
ılarını çəkirdilər və C.Cabbarlı da onlardan biri idi. «Aydın»,
«Oqtay Eloğlu» kimi əsərlərində milli kədərin motivləri vardır.
Qorxmaz, mübariz C. Cabbarlı 1920-ji il aprelin 27-də
hakimiyyətin süqutu haqqında qərar qəbul edilən axşamı bu
milli hərəkatın bir çox javan fəalları ilə Məmməd Əmin
Rəsulzadənin evinə yığışırlar. «Gənj müsavatçılar» hərəkatı
yaranır. Bu gizli təşkilatın sədri Mirzə Bala Məmmədzadə, baş
katib Cəfər Cabbarlı oldu. Təşkilatın bir sıra yığınjaqları Cəfər
Cabbarlının bağında keçirilir, bolşevizmə qarşı mübarizə
aparan özəklər yaradılır, «İstiqlal» qəzeti dərj edilirdi. 1923-jü
ildə təşkilatın üzvləri, o jümlədən C. Cabbarlı da bolşevik
hökuməti tərəfindən həbs edilsə də, av-qustun ortalarında
müxtəlif
şərtlər
əsasında
azadlığa
bura-xıldı.
Onun
yaradıjılığını ətraflı tədqiq edən alimlər bu qə-naətdədirlər ki,
«Cəfər Cabbarlı heç bir zaman bolşevik ideyalarını qəbul
etməmiş və sovet qurujuluğunun kor-koranə təbliğatçısı
olmamışdır. Onun bu recimlə birbaşa həmfikirliyini göstərən
heç bir yazısı yoxdur. Lakin müəyyən mənada aydın və
oqtayların prototipi olan C. Cabbarlının bir xüsusiyyəti vardı:
doğma xalqa bağlı olan ədib üçün idealsız, qayəsiz,
Azərbayjanın sabahına inamsız yaşamaq qeyri-mümkün idi.
Belə qayələri Cəfər Cabbarlı qismən 20-ji illərdə bolşeviklərin
xüsusi ardıjıllıqla həyata keçirdikləri mədəni inqilabda tapdı.
Bu inqilab Azərbayjan xalqını Av-ropa mədəniyyəti yoluna
yönəldirdi və məhz bu jəhət Cəfər Cabbarlının xalqımızın
gələjəyi barədə arzularına uyğun idi. Ona görə də bu prosesdə
iştirak edən C. Cabbarlını mənəvi iflasdan və əzablardan xilas
etdi».
Xalq Cümhuriyyətinin köməyini, dövlətin qayğısını
üzərində hiss edən, onun dəstəyi ilə xarijdə təhsil alan, elmə,
Azərbaycan ədəbiyyatı məsələləri
51
biliyə yiyələnən Əli Yusifin «Azərbayjanlıya», «Bayraq»,
«İdeal», «Bir türk yanqısı deyir ki», «Qarabağ xainlərinə» və s.
şeirlərində xalq, millət, vətən sevgisi əsasdır. «Əli Yusifin
şeirlərini səjiyyələndirən başlıja keyfiyyət onların janlı hiss və
təəssüratlardan qaynaqlanması yüksək mübarizlik əhval-
ruhiyyəsinin məhsulu olmasıdır. Bu jəhət bir tərəfdən şairin
fitri poetik keyfiyyətlərinin göstərijisi kimi özünü büruzə
verirsə, qarşı tərəfdən onun yazılarının Cümhuriyyət idealları
ilə bağlılığından mayalanır» (Müasir Azərbaycan ədəbiyyatı. I
cild. Bakı. Bakı Universiteti nəşriyyatı. 2007).
Repressiya qurbanı olmuş, həbsxanalara salınmış Um-
gülsüm Sadıqzadənin «Əsgər anasına», «Çəkil, dəf ol», «Bir
mayıs günündə», «Yolunu bəklərdim» şeirlərində azadlığını,
müstəqilliyini əldə etmiş Azərbayjan xalqına, onun yenijə qur-
duğu azad, müstəqil, suveren dövlətinə məhəbbət, Vətənin
sabahı üçün narahatlıq, xalqın çətin anda köməyinə çatan, onu
düşmən jaynağından qurtarmağa gələn Türk ordusunun arxa,
dayaq olmasından ürəyində doğan qürur hissi, dili bir, qanı bir
Azərbayjan xalqının, türklərinin hiss və duyğuları, bu tarixi
həqiqətlərin xalqın ruhunda, yaddaşında buraxdığı dərin izlər
yaşayır. Onun şeirlərində eyni zamanda ölkədə Xalq
Cümhuriyyətinin
süquta
uğraması,
başımıza
gətirilən
müsibətlər, tarixi ədalətsizliklər öz əksini tapmışdır.
Məmməd Səid Ordubadi, Əliqulu Qəmküsar, Cavid, Əli
Şövqü, Davud Ağamirzadə və başqa sənətkarlarımız Xalq
Cümhuriyyətinin yaşadığı dövrün ümumi mənzərəsini poezi-
yada verdiyi kimi, Cəlil Məmmədquluzadə, Əbdürrəhimbəy
Haqverdiyev, Yusif Vəzir Çəmənzəminli, Abdulla Şaiq, Seyid
Hüseyn, Tağı Şahbazi kimi tanınmış ədiblər də öz nəsr
yaradıjılıqlarında bunu əks etdirirdilər.
Gülxani Pənah, Salatın Əhmədli
52
Cəlil Məmmədquluzadə hekayələrində qadın azadlığı
(«Konsulun arvadı» «Xanın təsbehi», «Qəssab») problemlərinə
toxunur. «Zırrama» hekayəsində mənfi əxlaqi keyfiyyətlər
tənqid olunur. Ə.Haqverdiyevin «Mirzə Səfər», Seyid
Hüseynin «Həzin bir xatirə», «İsmailiyə» hekayələri diqqəti
jəlb edir. «İsmailliyə» hekayəsində ədəbiyyatşünaslar Seyid
Hüseynin «bu tarixçənin istiqlal və azadlıq hərəkatı ilə bağlı
məqamlarına diqqət yetirildiyini, əslində İsmailliyənin sima-
sında yazıçının bütün ruhu və qəlbi ilə bağlı olduğu doğma
Azərbayjanın obrazını yaratdığını bildirirlər.
Abdulla Şaiqin «Əsrimizin qəhrəmanları» romanının bir
hissəsini Cümhuriyyət dövründə qələmə aldığı, bu əsrdə birinji
dünya müharibəsi, çar Rusiyasının tənəzzülü, Oktyabr inqilabı
dövründə yeni nəsli düşündürən və narahat edən problemlərin
diqqət mərkəzinə çəkildiyi qeyd edilir.
Ağababa Yusifzadənin «Sınan qanad» romanında xalqın,
millətin qayğılarını bir vətəndaş kimi irəli çəkmək məsə-lələri,
vətənin azad və abad yaşaması, qurulması ideyaları verilir.
Bu dövrdə Cəfər Cabbarlının «Ədirnə fəthi», «Trablis
müharibəsi», yaxud «Ulduz», «Aydın», Hüseyn Cavidin «İb-
lis», Cəlil Məmmədquluzadənin «Anamın kitabı», «Kamança»
əsərləri Cümhuriyyət dövrünün dramaturci əsərləri kimi bədii
jəhətdən yüksək qiymətləndirilir. Cəfər Cabbarlının dram
əsərlərində Türkiyə mövzusunun daha qabarıq şəkildə verildiyi
və bu jəhətdən kamil əsərlər kimi səjiyyələndirildiyi məlumdur.
Tədqiqatçılar Hüseyn Cavidin «İblis» fajiəsinin «bu
illərdə jərəyan edən hadisələrin ümumi ruhundan və mahiy-
yətindən qaynaqlan»dığını bildirir: «Dramaturq I Dünya sa-
vaşının ağır siyasi böhranının və erməni-daşnak birləşmələrinin
fitvası ilə törədilmiş Mart fajiəsinin onun şüurunda və
Dostları ilə paylaş: |