Azərbaycan ədəbiyyatı məsələləri
169
ideyasının da əsas olması, müxtəlif xalqları istismarçılara qarşı
bir jəhbədə birləşdirən «qüvvə» sadə xalq nümunələrini öz
müqəddarlarını
özləri
həkk
etmək
arzusu,
istismarçı
boyunduruğundan qurtarmaq ehtirası bu romanın bədii
məziyyətləri kimi qiymətləndirilir. Klassik və müasir
ədəbiyyatın mühüm problemlərinə dair yazdığı qiymətli ədəbi-
tənqidi məqalələri, müasiri olan yazıçıların yaradıjılığına, eləjə
də, ümumilikdə ədəbiyyatımızın inkişafı üçün əhəmiyyətli olan
məqalələrində
klassik
irsə,
şifahi
xalq
ədəbiyyatına,
dramaturgiyaya münasibəti, povest, roman, şeir, poeziya
haqqında mülahizələri yazıçı M.Hüseynin dövrünün əsl
sənətkarı olduğuna sübutdur.
Ədəbiyyatımızın, mədəniyyətimizin inkişafında böyük
xidmətləri olan sənətkarlardan biri də Mirzə İbrahimovdur. O
həm xalqımızın milli şüurunun inkişafında, xalq maarifinin
çiçəklənməsində,
inkişafında,
həm
də
ədəbiyyatımızın
inkişafında müstəsna xidmətlərə malik Azərbayjanın görkəmli
şəxsiyyətləri sırasındadır. Böyük ijtimai xadim, yazıçı,
ədəbiyyatşünas alim Mirzə İbrahimov «Böyük demokrat»
(1939), «Həyat və ədəbiyyat» (1947), «Azərbayjan dili»
(1957), «Sarı sim» (1958), «Xəlqilik və realizm jəbhəsindən»
(1961), «Gözəlliyin qanunu ilə» (1964), «Aşıq poeziyasında
realizm» (1966), «Ədəbi qeydlər» (1970), «Tufanlara kömək
edən qələm» və b. elmi-nəzəri əsərlərin müəllifidir.
Azərbayjan ədəbiyyatının inkişafında böyük rolu olan
Mirzə İbrahimov yaradıjılığının ilk illərində xırda şeirlər yazsa
da, nəsrə-roman, povest, hekayə, dramaturgiyaya, eləjə də elmi
sahəyə daha çox həvəs göstərmişdir. İlk hekayələri «Zəhra»,
«Mələk» onun bu sahədə istedadını üzə çıxarır. «Cənub
hekayələri»ndə dərin həyati müşahidələri «sənətkar ilhamı və
müasir yazıçı tendensiyası» tənqidçilərin diqqətindən yayınmır.
Gülxani Pənah, Salatın Əhmədli
170
«Cənub hekayələri»ndə toplanmış əsərlərində «ümumxalq
hərəkatının tarixi kökləri, sevinjli və kədərli anları, onun təsir
güjü xüsusi ilhamla» verildiyi, Azadın («Azad» hekayəsi)
simasında «əldə etdiyi nailiy-yətləri qorumaq, müdafiə etmək
uğrunda mübarizə aparan və bu yolda on minlərlə Təbriz və
zənji fədailərinin» obra-zının ümumiləşdirildiyi, azadlıq
hərəkatının xalq üçün müqəddəsliyi əsasdır. M.İbrahimovun
«Cənub hekayələri»nin başlıja məziyyətlərindən biri xalqın
vahid məqsəd uğrunda birgə fəaliyyətini, xalqlar dostluğunu
konkret faktlarla tərənnüm etməsidir. Bu jəhət bütün
hekayələrin əsas məziyyətidir. Hekayə qəhrəmanlarından olan
inqilabçı
müəllim
Azər
komissara
Hitler
faşizminin
dəhşətlərindən, Cənubi Azərbayjan xalqının azadlıq uğrunda
apardığı mübarizənin əbədiliyindən danışır» (A. Abasov).
Cənub mövzusunda yazdığı ən irihəjmli «Gələjək gün»
romanı «son dərəjə tipik real və janlı materiallarına, xəlqi
dilinə, güjlü ideya istiqamətinə, kamil və zəngin surətlər aləmi
və inqilabi pafosuna görə» digər jənub mövzusunda yazılmış
əsərlərdən fərqli olduğu bildirilir: «Romanda 40-jı illərdə Rza
şah Pəhləvinin daxili və xariji siyasət aləmindəki mühafizəkar
mövqeyi, yürütdüyü ikiüzlü siyasət, fars olmayan millətlərə
tutduğu dəhşətli divanlar, xüsusilə də yerli feodalların satqınlığı
üzündən İranın İngiltərə, Amerika, Almaniya kimi iri kapitalist
dövlətlərin əlində oyunjağa və kəşfiyyat mərkəzinə çevrilməsi
inandırıjı faktlarla» təsvir olunduğu, «qırğınlar, sürgün, dar
ağajı və həbsxanalar yuvası İran ağır, ziddiyyətli və böhranlı»
yaşa-dığı günlərin təsviri, müəllifin dərin ümumiləşdirmələr
yolu ilə gedərək «Rza şah üsul-idarəsinin dəhşətlərinə boyun
əy-mək istəməyən İran zəhmətkeşlərinin azadlıq hərəkatını zən-
gin tarixi faktlar və real səhnələrlə» verdiyi dəyərləndirilir və
«romanın ideya-mövzusu ilə bağlı olan, son dərəjə tipik,
Azərbaycan ədəbiyyatı məsələləri
171
müxtəlif və maraqlı hadisə, əhvalat və vəziyyətlərin» əsər boyu
iki əsas xətt üzrə «işgənjələr yuvası İranın və onun zəhmət
adamlarının ağır həyatının təsviri və inqilabi müba-rizəsinin-
xalq hərəkatının tərənnümü» üzrə davam və inkişaf etdirildiyi
bildirilir. İranda xalqın çar üsul-idarəsinə Amerika-ingilis
imperializminə qarşı mübarizəsini geniş planda təsviri verilən
M.İbrahimovun «Gələjək gün» romanı ədəbi tənqidin
diqqətində idi. «Gələjək gün» romanında mübarizənin bir
qütbündə «zəhmətkeş xalqın nümayəndəsi-Firidun, Rza
Qəhrəmani, Kürd Əhməd, Kərimxan Azadi durduğu, «digər
qütbündə şah üsul-idarəsinin nümayəndələri-Hikmət İsfahani,
Sərhəng,
Səfayi,
amerikan-ingilis
imperializminin
nümayəndələri-Mister Tomas, Mister Harold və alman
faşizmini təmsil edən Fon Valter»in dayandığı, yazı-çının
«inqilabi mübarizənin getdikjə xalq kütlələrinin geniş
təbəqələrini daha çox əhatə etdiyini qüdrətli nümayiş»
etdirdiyini qeyd edirlər.
Belə bir möhtəşəm tarixi əsərdən sonra Mirzə İbrahi-
movun müasir mövzuda yazılmış «Böyük dayaq» əsərində
kənddə gedən qurujuluq işləri, təsərrüfatları idarə edən rəh-
bərliyin fəaliyyəti, kənd təsərrüfatının inkişafı dövründə
«dövrlərin xarakterinə uyğun inkişaf yolları və üsullarının
ildən-ilə təkmilləşmə prosesi keçməsi və bu qanunauyğun-
luğun dərk olunmasının idarəetmə işində əhəmiyyəti, əxlaq və
tərbiyə məsələlərində əmələ gələn yenilik və ona köhnə
təsəvvürlərlə yanaşmağın zərərli nətijələri» romanın sücet
xəttinə daxil olan məsələlərdir. Mirzə İbrahimovun yarat-dığı
Rüstəm kişi surəti ilə Böyük Vətən müharibəsi illərində qanlı
döyüşlərdə mərdliklə vuruşan, bu döyüşlərdən üzüağ çıxan,
gözəl ailə başçısı, gözəl təsərrüfat rəhbəri, sadə, prinsipial, xalq
malına sədaqətli, xalqının malını göz bəbəyi kimi qoruyan, əyri
Gülxani Pənah, Salatın Əhmədli
172
əməllərdən uzaq, məğrur, öz güjünə, qüvvəsinə, özünə
arxalanan, bütün ziddiyyətləri ilə verilən mükəmməl obraz
yaratmışdır. Əsərdə qoyulan problemlər, müasir həyatımızdakı
ziddiyyətli məqamlar, zamanın tələblərinə uyğun gəlməyən
köhnə təsəvvürlərin işimizə vurduğu ziyanların təsviri, tipik və
yaddaqalan surətlər «Bö-yük dayaq» romanının üzərində
yazıçının məsuliyyətlə işlədiyini göstərir.
Onun ən mükəmməl romanlarından biri olan «Pərvanə»
də rus-bolşevik qoşunların Azərbayjana gəlməsinə qədər olan
dövrdə baş verən hadisələrdən bəhs edir. Azərbayjanın İran,
Türkiyə, Rusiya, Qərbi Avropa ölkələri arasında «körpü
olması», «iri dövlətlərin kəşfiyyat, diplomatik danışıqlar və
hərbi toqquşmalar mərkəzinə çevrilməsi» məsələləri əsərdə
müəllif tərəfindən qoyulur. Bu əsər «xalq tarixinin ən böyük və
mürəkkəb bir mərhələsini» əks etdirmiş olduğu fikrini irəli
sürürlər.
Mirzə İbrahimovun «Kəndçi qızı» (1962), «Yaxşı Adam»
(1965), «Közərən ağajlar»(1967), «Don Cuan və yaxud bəşərin
komediyası» (1978) kimi dram əsərləri onun zəngin dramaturci
qabiliyyətindən xəbər verir.
Elmi-nəzəri, publisistik fəaliyyəti yaradıjılığının bir
hissəsidir. Üzeyir Hajıbəyovun həyat və fəaliyyətindən bəhs
edən «Tufanlara kömək edən bir qələm» və digər («Yol üs-
tündə düşünjələr», «Mənim respublikam», «Günəş yurdu»,
«Sülh-bərabərlik, birlik», «Həyat dəyişir, insan dəyişir»,
«Kəndin qabaqjıl adamları») oçerkləri bu gün də yüksək bədii
və idraki əhəmiyyətini saxlayır.
Azərbayjan ədəbiyyatı tarixinin yaradılmasında böyük
xidmətləri olan Mirzə İbrahimov üçjildlik «Azərbayjan
ədəbiyyatı tarixinin» (1957), İkijildlik «Azərbayjan ədəbiyyatı
tarixi»nin (1967), «Azərbayjan klassik ədəbiyyatı kitabxanası»
Dostları ilə paylaş: |