Azərbaycan ədəbiyyatı məsələləri
165
Böyük Vətən Müharibəsi jəhbələrində iştirak etmiş yazıçı
«Burada insan yaşamışdır» (1963) povestini müharibə
mövzusuna həsr etmişdir. «Kəndimizdə bir gözəl var», «46
bənövşə», «Ülkər», «Aytəkin» roman və povestlərində yazı-çı
gənjliyi əsas götürür, ailə-məişət məsələlərini, ülvi məhəbbəti
ön planda verir. Müstəqil həyata yenijə qədəm qoyan gənj
nəslin nümayəndələrini üzləşdikləri çətinlikləri, onların həyatda
qazandıqları uğurları, məişət təmizliklərini, həyatda amallarını,
bu yolda əzmlə apardıqları mübarizəni şirin bir dillə təsvir edir.
Yazdığı yumoristik, satirik hekayə, novella və komediya
canrlarındakı əsərlərində jəmiyyətin inkişafına pis təsir
göstərən, yeniliklərə mane olan mənfi əməlləri, nöqsan və
qüsurları tənqid edir. Tənqidçilər komediya canrında yazdığı
«Şirin
bala
bal
yığır»,
«Hardasan,
ay
subaylıq»,
«Həmişəxanım», «Gurultulu məhəbbət» komediyalarında
yazıçının nəsr əsərlərində qaldırmış olduğu problem-ləri bir
qədər başqa aspektdə, sənət əsərlərinin tələbləri sə-viyyəsində
«həll etməyə» çalışdığını söyləyirlər.
Mehdi Hüseyn qüvvətli nasir, dramaturq, prinsipial
tənqidçidir. Milli ədəbiyyatımızın inkişafı yolunda həyatını sərf
edən M. Hüseyn Azərbayjan ədəbiyyatının inkişafı üçün çox
işlər görmüş sənətkarlar sırasındadır. İlk hekayəsi «Xavər»dir.
«Bahar suları» kitabı ilə «Xavər» kitabı 1930-ju ildə çapdan
çıxmışdır. Bu hekayələrin bir qismində Azərbayjan kəndinin
ağır vəziyyəti, jəmiyyətdə hökm sürən ədalətsizlik, özbaşınalıq
(«Könül dəftəri», «Qan içində», «Tunel») öz əksini tapır və
keçmiş həyatımızdan bəhs edirsə, bir qismi də inqilabdan sonra
ölkədə gedən dəyişikliklər, köhnəliklə yenilik arasında
mübarizə, müasir qurujuluq işləri, yeni ailə münasibətləri
(«Xavər», «Bahar suları», «Sevgidən sonra», «Qayıtmalı»,
«Əlli iki» və s.) təsvir olunurdu.
Gülxani Pənah, Salatın Əhmədli
166
İrihəjmli «Daşqın» romanı vətəndaş müharibəsi nəti-
jəsində Azərbayjan-Gürjüstan sərhəddində baş verən qanlı fa-
jiələrə həsr olunub. Ölkədə baş verən inqilabi hadisələrin ujqar
kəndlərə də təsiri, Azərbayjan kəndlərində xalqın öz azadlığı
uğrunda mübarizəsi, yerli bəylərə, xanlara, qüvvə-jən
qoluzorlulara qarşı kəndlilərin silahlı dəstələr təşkil edib
mübarizəyə qalxması, geniş xalq kütlələrinin ümumi müba-
rizədə birləşməsi, baş verən hadisələrin dövrün tarixi hadisə-
ləri ilə bağlılığı bu romanda əsas götürülür.
Mehdi Hüseyn Avropa, rus, milli ədəbiyyatımızın
sənətkarlıq xüsusiyyətini öyrənən, özünəməxsus üslubu, tərzi,
müəyyən yaradıjılıq yolu olan mükəmməl ədəbi təjrübəyə
malik sənətkar kimi Azərbayjan ədəbiyyatı tarixində iz
qoymuşdur. Çoxjəhətli yaradıjılığa malik, qüdrətli sənətkar,
həm nəsr, həm dramaturgiya, həm də ədəbi tənqid sahəsində
çalışan M.Hüseyn «Daşqın», «Tərlan», «Komissar», «Kin»,
«Səhər», «Qara daşlar», «Yeraltı çaylar dənizə axır»,
«Abşeron» və s. romanlarla yanaşı, «Şöhrət», «Şa-mil»,
«Nizami»,
«Cavanşir»
tarixi
dramlarının
müəllifidir.
Əsərlərində qoyduğu problemlər (xalq və qəhrəmanlıq, xalq və
saray, xalq və hökmdar) tənqidçi alimlər tərəfindən yüksək
qiymətləndirilmişdir: «M.Hüseyn tarix və yazıçı, tarix və sənət,
tarix və xalq, tarix və qəhrəman problemlərini yaxşı bilən,
bütünlükdə sənətkar və tarix anlayışına çox jiddi yanaşan,
sağlam məfkurəli, nəzəri jəhətdən hazırlıqlı yazıçılarımızdan
biri» kimi yüksək dəyərləndirilir. Onun bu problemlər haqqında
«maraqlı, oricinal mühakimələri, ay-dın, prinsipial konsep-
siya»sı var, «yazıçının ən birinji ob-yekti insan və onun həya-
tıdır, ən birinji qəhrəmanı isə xalq və onun mübarizəsidir»
dediyini bildirən ədəbiyyatşünaslar bu fikirdədirlər ki, yazıçı
xalqın mənəviyyatını, mübarizəsini düzgün dərk etmək üçün
Azərbaycan ədəbiyyatı məsələləri
167
onun keçmişinə, həm də bütün məqamlarda tarixə obyektiv
yanaşmalı, onun mütərəqqi məzmununa, fəlsəfi mahiyyətinə
sadiq qalmalıdır. «Yazıçı-nın tarixə münasibətində başlıja
prinsip tarixi həqiqətin mahiyyətini tam mənası ilə mühafizə
edib göstərməkdən ibarətdir» (M.Hüseyn). M.Hüseynin «həm
ümumi yaradı-jılığında, həm də dram əsərlərində məhz bu
prinsipləri» rəhbər tutduğu, dövrünün tanınmış, mötəbər
sənətkarla-rından biri səviyyəsinə yüksəldiyi bildirilir.
M.Hüseyni sənətkar, onun xalq üçün dəyəri, xalqın
həyatında onların yaratdıqları əsərlərin rolu düşündürmüş, hər
dövrdə xalq üçün yaşayan, yaradan qüdrətli qələm sahiblərinin
məqsədi, amalı ona doğma olduğundan yaratdığı «Nizami»
tarixi dramında Nizaminin mükəmməl obrazını yaratmışdır.
«Nizami» tarixi dramında yazıçının poetik axtarışları, yaradıjı
təxəyyülü daha üstündür. Nizaminin «mənəvi dünyası, ijtimai
fəaliyyətini və fərdi həyatını daha çox üç problem ətrafında
ümumiləşdirməyə» meyli tənqidçilərin təhlilində öz yerini
tutur: «Mehdi Hüseynin yaratdığı Nizami dərin, fəlsəfi, poetik
dühası ilə dövrünün bütün sənətkarlarından yüksəkdə dayanan
böyük şair, həmişə doğma yurdunun və xalqının taleyini
düşünən, onun hüquq və şərəfini ləyaqətlə müdafiə edən
mütəfəkkir bir şəxsiyyət, həm də bütün varlığı ilə sevən və bu
məhəbbəti öz həyatının məzmunu, ilhamının tükənməz
mənbəyi hesab edən bir aşiq» kimi dəyərləndirilir.
Dramaturqun «Şamil», «Cavanşir» dram əsərləri də
«ədəbiyyatımızın tarixində xüsusi yeri olan və bu gün də öz
bədii təsir güjünü, tərbiyəvi əhəmiyyətini itirməmiş gözəl sənət
nümunələri» kimi dəyərlidir. Müharibənin odlu- alovlu illərini
özündə əks etdirən hekayə və povest, oçerklərində də faşizmin
jinayətkar, qaniçən, qəddar simasının ifşası, xalqımızın faşizmə
qarşı mərdliklə mübarizəsi vətənpərvərliyi, düşmənə bəslənən
Gülxani Pənah, Salatın Əhmədli
168
nifrət, arxa jəhbə ilə ön jəhbənin vahid bir amal uğrunda
birləşib alman faşizmini məhv edib, tarixi qələbəmizi əldə
etmək kimi böyük tarixi, təxirəsalınmaz vəzifələri əsas
götürülürdü. Onun «Nişan üzüyü», «Çiçəklər», «Dost», «Cəbhə
xatirələri» başlığı altında çap etdirdiyi «Möjüzə», «Qanlı
sular», «Satqın» hekayələri, «Fəryad» povesti bu mövzuda
dəyərli əsərlərdir.
Kənd həyatına dair yüksək bədii keyfiyyətlərə malik
əsərlərlə yanaşı, M. Hüseynin Neft sənayesi işçilərinin həyatı,
mübarizənin müxtəlif pillələrinə mənsub insanların humanist
duyğularla bir məqsəd ətrafında birləşib xoşbəxt, firavan
gələjəyini təmin etmək üçün xalq təsərrüfatının inkişaf
etdirilməsi yolunda mübarizəsi bu əsərlərdə ön plana çəkilir,
«Abşeron», «Neft daşları»nda kəndlərdən şəhərə gəlmiş
gənjlərin geniş qurujuluq işlərində fəal iştirak etdiklərini,
qazanılan uğurlarda onların da şəxsi əməyinin böyük rol
oynadığını, «belə gənjlərin düşdükləri yeni şəraitdə nejə
dəyişdiklərini, bütün nöqsan və tərəddüdlərinə baxmayaraq
tədrijən öz sənətlərini ürəkdən sevən yüksək ixtisaslı kadr kimi
yetişdiklərini bu obrazların simasında göstərdiyini görürük.
Yaradıjılığında xalqın inqilabi tarixindən bəhs edən
«Səhər» romanı, «zəngin tarixi materialların öyrənilməsi və
uzun həyati müşahidələrin nətijəsi kimi» qiymətləndirilir. Bir-
birinin əksi olan, bir-birinə zidd qüvvələr arasında gedən
mübarizə üzərində qurulan bədii konflikt, əsərdə yüksək
sənətkarlıqla qorunub saxlanan tarixi gerçəklik, Bayram,
Əzizbəyov, Səlminaz, Xanlar, Aslan, İsgəndər, Səlim müəllim,
Pəri nənə kimi surətlərin simasında ümumiləşdirilən inqilabi
hərəkatın səjiyyəvi jəhətləri, istismarçı qüvvələrə qarşı
namuslu, mərd adamların həyat və mübarizəsini romanda daha
qabarıq geniş planda təsviri, əsərdəki xalqlar dostluğu
Dostları ilə paylaş: |