Azərbaycan ədəbiyyatı məsələləri
149
yaradıjılığının ilk illərində şeirlər yazmışdır. «Dalğalar»,
«Şahbuzdağ», «Bahar yağışları», «Etirafdan» və s. şeir-lərində
təbiət lövhələri öz əksini tapır. Bununla belə, «Sofi» hekayəsi
ilə istedadlı, oricinal bir yazıçı kimi diqqəti jəlb edib.
20-ji illər Azərbayjan nəsrinin bir növ hekayə dövrü
kimi qiymətləndirilir. Cəlil Məmmədquluzadə, Əbdürrəhimbəy
Haqverdiyev,
Süleyman
Sani
Axundov,
Yusif
Vəzir
Çəmənzəminli, Seyid Hüseyn, Abdulla Şaiq. Amma müasir
Azərbayjan romanı və povesti yox idi. Tənqidçilər nasirlə-
rimizin «uzaq və əzəmətli yürüşə hazırlaşan ordular kimi öz-
lərinin potensial güjünü, sənətkarlıq qüdrətini» yoxladıq-larını,
roman, povest üçün «jiddi məsuliyyətli hazırlıq» get-diyini, Ə.
Ələkbərzadənin də bu dövrdə yetişdiyini bildirirlər. Tarixi
mövzularda, ijtimai-siyasi hadisələri özündə əks etdirən
«Şamo», «Dumanlı Təbriz», «Dirilən adam», «Qəhrəman»
romanlarını
tənqidçilər
«uğurlu
romanlar»
kimi
dəyərləndirirdilər. Əbülhəsənin yaradıjılığında «Yoxuşlar»
romanını isə müasir Azərbayjan romanının ilk nümunəsi kimi
qiymətləndirirlər. Kənddə kollektivləşmə hərəkatına həsr
olunan əsərdir.
Əbülhəsən Ələkbərzadə gördüyü, şahid olduğu hadisələri
əsərinin mövzusuna çevirirdi. Yazıçı Q. Korabelnikov yazırdı
ki, Əbülhəsən «nədən yazmışsa, həmişə iştirakçı və şahid kimi
onları öz gözü ilə görmüşdür. Sanki taleyin özü ona həyat
təjrübəsi bəxş edir, onu əsrin həllediji vuruşları gedən döyüş,
mübarizə meydanına gətirir».
Əbülhəsən Ələkbərzadənin yaradıjılığı üçün əsas səjiy-
yəvi jəhətlər müasirlik və aktuallıqdır. Onun «Araz», «Dün-ya
qopur», «Boşandı», «Yoxuşlar», «Tanışlar», «Atalar və
oğullar», «Müharibə» I kitab, «Dostluq qalası», «Dünya
qopur», «Tamaşa qarının nəvələri», «Krım hekayələri»,
Gülxani Pənah, Salatın Əhmədli
150
«Utanjaq», «Sədaqət», «Üç ildən sonra» və s. kitablarındakı bu
müasirlikdir: «Əsl müasirlik onun qəhrəmanlarının xarak-
terində, amallarında, düşünjə və əməllərindəndir, bə-dii sücetin
və konfliktin səjiyyəsində, əsərin ümumi pafo-sunda və ideya
məzmunundadır; nəhayət, onun özünün sənətkar kimi
zəmanəsinin
sosial
tendensiyalarını,
ijtimai
ideallarını
məqamında, sərrast duya bilməsində, vətəndaş kimi onların
həyati qələbəsi uğrunda mübarizənin ön jərgə-sində getmə-
sindədir» (T. Mütəllimov).
Əli Vəliyev Azərbayjan nəsrinin inkişafında böyük xid-
mətləri olan sənətkarımızdır. «Nənəmin jəhrəsi», «Sübut»,
«Sovqat», «Cəbhə hekayələri», «Gülşən», «Ürək dostları»,
«Anaqız», 6 jildlik «Seçilmiş əsərləri», «Narahat adam»,
«Madarın dastanı», «Budağın xatirələri» kimi əlliyə yaxın
kitabların müəllifidir. Əli Vəliyev Azərbayjan həyatını, onların
Böyük Vətən müharibəsi illərində faşizmə qarşı həm arxa, həm
də ön jəbhədə apardığı mübarizəni, qazanılan qələbələri, ölkədə
gedən qurujuluq işlərini nəsr əsərlərində, hekayə, povest və
romanlarında yüksək sənətkarlıqla təsvir etmiş, Azərbayjan
nəsrinin inkişafında öz dəsti-xətti ilə seçilmişdir. Əsərləri bu
gün də sevilir, oxunur.
Ənvər Məmmədxanlı Azərbayjan ədəbiyyatına oricinal
əsərlər bəxş edən gözəl sənətkardır. İlk kitabı «Burul-ğan»
1934-jü ildə çapdan çıxmışdır. «Bakı gejələri», «Ay-na»
(kinossenari), «Qəribə atəş», «Analar və yollar», «Diri-lik
çeşməsi», «And», «Hekayələr», «Balaja Nərgiz», «Heka-
yələr», «Seçilmiş əsərləri», «Seçilmiş əsərləri» 2 jilddə, «Qızıl
qönçələr» və s. kitabların müəllifidir.
1936-jı ildə ədibin «Bakı gejələri» kitabı çap olunur. Bu
kitabdakı hekayələri, sonralar yazdığı «Ananın nəziri», «Kiçik
məktub», «Qaralmaz günəş» əsərləri Ənvər Məmmədxanlını
Azərbaycan ədəbiyyatı məsələləri
151
ədəbi mühitdə istedadlı qələm sahibi kimi tanıdır. İkinji Dünya
müharibəsi dövründə «Qızıl ordu» jəbhə qəzetinin Azərbayjan
redaksiyasının xüsusi müxbiri olmuş, Stalinqrada göndərilmiş,
müxtəlif jəbhə bölgələrində olmuşdur. Müharibə illərində
qələmə aldığı hekayələrində müharibənin dəhşətlərini yaşayan
insanların həyatı qələmə alınır. Onun «Buz heykəl» əsəri adi
hekayə deyil «başdan-ayağa müharibəyə, faşizmə nifrət, anaya,
həyata və günəşə dərin məhəbbət fəlsəfəsidir. Müharibə təkjə
ananı baladan ayırmır, o, qardaşı bajıdan, atanı oğuldan,
sevgililəri bir-birindən didərgin salır, çox arzuları ürəklərdə,
çox diləkləri gözlərdə qoyur... Ədib təhkiyəni elə sağlam bədii
məntiqlə qura bilir ki, hadisəyə hökmən inanmalı olursan» (T.
Mütəllimov).
«O, mahnılarda qayıtdı» hekayəsində də müharibə, onun
ağrı ajıları verilir. «Qərb jəbhəsindən məktub», «Ana-lar
yollara çıxdılar», «Yeni ilin hökmü», «Qərbə atəş», «Silahlı
dağlar», «Qanlı möhür», «Haralısan, əsgər qardaş», «Ananın
ölümü», «Ulduz» «Vasya Luçik», eləjə də «Buz heykəl»
hekayələrində
tənqidçilər
ədibin
üslubunda
təmkinli
hekayəçiliklə, mübariz, döyüşkən, odlu publisistikanın vəhdət
təşkil etdiyini görürlər.
Ənvər Məmmədxanlının «Boyunbağı», «Karvan da-
yandı», «Baş xiyabanda», «Qızıl qönçələr» və s. əsərləri jəbhə
mövzusunda yazılmış əsərləridir.
Böyük Vətən müharibəsi illərində sovet ordusu sırala-
rında Tehrana getmiş yazıçı orada yaşayan qardaşlarının həyat
tərzinin, ağır güzəranının şahidi olmuşdur. Təbriz jamaatının
ajınajaqlı taleyindən bəhs edən «Baş xiyabanda» hekayəsinin
mövzusu ürəkağrıdandır. Müharibənin dəhşətləri, aj, yoxsul
insanların fəlakəti, ata-anasını erkən itirdiklərindən çöllərdə aj
qalan, ömrü çöllərdə keçən uşaqlardan birinin diləndiyi çörəyi
Gülxani Pənah, Salatın Əhmədli
152
itlərə payladığını təsvir edir. O itlərə ki, «o, hər gejə üşüməsin
deyə büzüşüb həmin itlərin arasında yatarmış». Şəhərin baş
xiyabanında gördükləri, bütövlükdə İran zülmü altında inləyən
məmləkətimizin
bir
hissəsinin
təbrizlilərin-jənubi
azərbayjanlıların, ağır, fajiəvi həyatından bir səhnə idi.
Tənqidçilər romantika, lirizm, lakonik, yığjam forma,
rəvan poetik dil, injə duyğularla yanaşı yazıçının əsərlərində
zamanın, dövrün xüsusi möhürü olduğu fikrindədir. Öz
təhkiyəsində «həm də surətlərin söhbət və monoloqlarında fəal,
çevik, publisistik ifadə tərzindən» məharətlə yararlandığı da
diqqətdən yayınmır.
Uzun müddət səhnədən düşməmiş «Şərqin səhəri» pyesi
də Ənvər Məmmədxanlınındır. Bu pyesdən sonra Ənvər
Məmmədxanlı «Od içində» (1950) pyesini yazır ki, burada
1945-46-jı illərdə Cənubi Azərbayjanda milli-azadlıq hərəkatı
məğlubiyyətə uğrayandan sonra baş verən hadisələr təsvir
olunur. Sah rejimi tərəfdarları ölkəni ingilislərə, amerikalılara
satmaq istəyirlər, xalq onlara qarşı çıxır. Mübariz xalqın əzmini
qırmaq üçün şahın xəfiyyələri hər cür cinayətlərə əl atır. Təbriz
gizli təşkilatının qüvvələrini axtarır, bu təşkilatı dağıtmaq, onun
Azər kimi başçılarını məhv etmək üçün dəridən-qabıqdan
çıxırlar.
Dramaturq «Şirvan gözəli» komediyasını da yazmışdır.
Ənvər Məmmədxanlının ssenarisi əsasında «Bəxtiyar», «Mə-
həbbət dastanı», «Babək», Mehdi Hüseynlə birlikdə yazdığı
«Fətəli xan» bədii filmləri çəkilmişdir. Qorkinin «Özgə
qapılarında», «Uşaqlıq» əsərlərini dilimizə tərjümə etmişdir.
Özünəməxsus bədii sənətkarlıq xüsusiyyətləri, oricinal üslubu
olan Ənvər Məmmədxanlının həmişə bədii formaya xüsusi
diqqət yetirdiyi, əsərlərinin çoxunda «möhkəm fabula, bitkin
sücet xətti, maraqlı kompozisiya» olduğu, təsvir etdiyi hadisəyə
Dostları ilə paylaş: |