Azərbaycan ədəbiyyatı məsələləri
145
böyük ustalıqla mənimsəmiş və onun ən yaxşı davam və inkişaf
etdirijilərindən biri kimi tanın-mışdır» (Müasir Azərbaycan
ədəbiyyatı. I cild. 2007).
Mir Cəlal Azərbayjan nəsrinin inkişafında böyük rol
oynamış sənətkarlarımızdan biridir. «Sağlam yollarda» oçerklər
kitabı 1932-ji ildə işıq üzü görüb. Sonralar «Boy» kitabında
novellaları və oçerkləri toplanıb. 1935-ji ildə nəşr olunub.
«Dirilən adam», «Bostan oğrusu», «Axundun işta-hası»,
«Gözün aydın», «Bir gənjin manifesti», «Vətən», «İl-yas»,
«İsrafil», «Şərbət», «Vətən yaraları», «Həyat hekayə-ləri»,
«Yeni kəndin adamları», «Təzə şəhər», «Sadə heka-yələr»,
«Fitnə», «Yaşıdlarım», «Seçilmiş əsərləri 2 jilddə», «Yolumuz
hayanadır», «İnsanlıq fəlsəfəsi», «Gülbəsləyən qız», «Seçilmiş
əsərləri 4 jilddə, «Şəfəqdən qalxanlar», «Si-lah qardaşları»,
«Dağlar dilə gəldi», «Yaşıdlar», «Ləya-qət» (hekayələr və
povestlər və s. kitabların müəllifidir.
Mir Cəlal ədəbiyyatşünaslıq, ədəbi tənqid sahəsində
elmi-nəzəri əsərlərin də müəllifidir. XX əsr Azərbayjan ədə-
biyyatının ziddiyyətli və mürəkkəb bir dövrünü faktlarla təhlil
etmiş, realizm, romantizm, naturalizm və s. haqda ədəbi,
elmi-nəzəri mülahizələrini söyləmiş, bu jərəyanlara xüsusi
fəsillər ayırmış, dövrün ən kiçik ədəbi hadisələrini,
şəxsiyyətlərini öyrənməyə, tədqiq etməyə çalışmış, təkjə XX
əsr Azərbayjan ədəbiyyatı deyil, həm də klassik ədəbiyyatımızı
tədqiq etmiş, Nizamidən başlayaraq ədəbiyyat tariximizdə
mühüm yer tutan sənətkarların böyük bir qismi haq-qında
tədqiqat işləri yazmış, bunların hamısı haqqında sözünü deyə
bilmiş, Füzuli irsini dərindən təhlil etmiş, onun sənətə baxışı,
əsərlərinin dil-üslub xüsusiyyətləri, xalq danı-şıq dilindən
qaynaqlanması, əsərlərindəki təsvir və ifadə va-sitələri,
poetikası haqqında geniş təhlil və tədqiqat aparmışdır.
Gülxani Pənah, Salatın Əhmədli
146
«Füzulinin poetik xüsusiyyətləri» (1940), «Cəlil Məm-
mədquluzadənin realizmi haqqında» 1966), «Gülüş bədii silah
kimi» (1968), «XIX əsr Azərbayjan ədəbiyyatı» (dərs-lik)
(1969), «Ədəbiyyatşünaslığın əsasları» (1972), «Klas-siklər və
müasirlərimiz» (1973), «XX əsr Azərbayjan ədə-biyyatı»
(şərikli) (1982) «Füzuli sənətkarlığı», «Azərbayjanda ədəbi
məktəblər»
(2005)
elmi
kitabların,
monoqrafiya-ların
müəllifidir. «Füzulinin poetikası» mövzusunda namizədlik,
«Azərbayjanda ədəbi məktəblər» mövzusunda dok-torluq
dissertasiyası müdafiə edən Mir Cəlalın ədəbiyyat tarixinin
yazılmasındakı fəaliyyətini xüsusilə göstərməliyik. O həm iki
jildlik, həm də üç jildlik Azərbayjan ədəbiyyat tarixlərinin əsas
müəlliflərindən olmuşdur. Bu da göstərir ki, o həm nasirdir,
həm də jiddi elmi əsərlərin müəllifidir. Bütün ömrü boyu elmi,
ədəbi-bədii yaradıjılıqla məşğul olmuş, ədəbi tənqidimiz üçün
çox iş görmüş, elmi yaradıjı-lığı ilə bədii yaradıjılığı «yanaşı,
qoşa
irəliləmiş,
bir-birinə
kömək
etmiş,
bir-birini
tamamlamışdır» (Kamal Talıbzadə).
Onun «Bir gənjin manifesti» əsərində nəsrimizin
ənənələrinin ustalıqla davam etdirildiyini görürük.
Mir Cəlal ədəbiyyatımızda satirik-yumoristik əsərlər
müəllifi, istedadlı bədii gülüş ustası kimi də tanınır. Mir Cəlal
əlliyə yaxın bədii, elmi və publisistik kitabın, beş yüz-dən çox
məqalə, resenziyanın, elmi-nəzəri əsərlərin, dərs-liklərin
müəllifidir.
Mir Cəlal ilk önjə hekayə ustasıdır. Hekayə canrının
inkişafında onun xidmətləri böyükdür. Yazıçının «Bostan
oğrusu», «Həkim Cinayətov», «Anket, Anketov», «Özündən
naxoş», «İjlas qurusu», «Mirzə Şəfi», «Möhlətovun tərjümeyi-
halı», «Elçilər qayıtdı» və s. əsərləri yumoristik satirik üslubu
ilə seçilir. Hekayələrin hər birində irihəjmli bir nəsr əsərinin
Azərbaycan ədəbiyyatı məsələləri
147
materialı olsa da yazıçı onu bir hekayə çərçivəsində yerləşdirə
bilir, tənqid hədəfini daha «sərrast» nişan almaqla istəyinə nail
olur.
Onun hekayələrində qələmə aldığı həyat hadisələri
hərtərəfli öz ifadəsini tapır. Bu hekayələrdə köhnəliklə
yeniliyin mübarizəsi əsasdır, ölkəmizin inkişafına mane olanlar
tənqid olunur, vətənpərvərlik, övlad, ata-ana məhəbbəti bu
əsərlərin ruhuna hopub. Bir sıra hekayələrində satirik, yaxud
yumoristik gülüş var. «Badam ağajları», «Subaylıq fəlsəfəsi»,
«Vətən yaraları», «İki ananın bir oğlu», «Muştuluq», «Göylər
adamı», «Ailə», «Ayaz», «İnsanlıq fəlsəfəsi» və s. hekayələri
qüksək sənətkarlıqla yazılmış əsərlərdəndir.
Mir Cəlalın «Dirilən adam», «Bir gənjin manifesti»,
«Açıq kitab», «Yaşıdlar», «Təzə şəhər», «Yolumuz hayana-
dır?» romanlarını oxujulara sevdirən mətləbin «konkret, yığjam
bədii formada, dinamik sücet daxilində ifadə edə bil-mək»
məharətində görülür. Onun hekayələrində lakonizm əsas
keyfiyyətdir. Lüzumsuz təsvirlərdən yan qaçan ədib hadisənin
məğzini, özəyini təşkil edən, mətləb və məzmunu ön plana
çəkir, fikrini, ideyasını müxtəsər, yığjam fabula əsasında şirin,
axıjı, bəzən jiddi, bəzən isə yumoristik tərzdə oxujulara
çatdırır» (İ.Əliyeva).
Onun yaradıjılığında diqqəti jəlb edən məsələlərdən biri
də budur ki, iri həjmli əsərlərində surətlər az olur, onların hər
birinin mənəvi aləmini, xarakterlərini dolğun verməklə
yaddaşlarda qalmasına nail olur. Azərbaycan kəndinin həyatını,
kəndli psixologiyasını yaxşı bilən, dərin müşahidə qabiliyyətinə
malik olduğundan onların həyatının yüksək bədii bir dillə
qələmə alan sənətkardır.
Mir Cəlalın alim, tənqidçi, ədəbiyyatşünas kimi Azər-
bayjan ədəbiyyatşünaslığına, eləjə də dünya ədəbiyyatına
Gülxani Pənah, Salatın Əhmədli
148
verdiyi dəyərli elmi-tədqiqat əsərləri var. Adı ədəbiyyatşünaslıq
və ədəbi tənqidimizin inkişafında da birinji çəkilir. Onun öz
tənqid-təhlil üsulu, metodu var. Mir Cəlal Azər-bayjan
ədəbiyyatının inkişafına ədəbiyyatşünaslıqla bağlı əsərlərində
də misilsiz xidmət göstərmişdir. Onun yazıçı və şairlər
haqqında dediyi sözlər olduğu kimi yadda qala bilir, oxuju
hafizəsinə hopur: «Mir Cəlal bəzən adi, kiçik, replika və
yazılarında, tutarlı bir müqayisəsində, obrazlı deyilmiş bir
jümləsində tədqiqat obyektinin bir jəhətini sərrast ifadə edə
bilir: filan yazıçı həyatdan, filan isə kitabdan gəlmişdir; Əhməd
Cəmil az yazır, saz yazır; Səməd Vurğun bir çoxları kimi
yaradıjılığının ilk illərində kağız korlamamışdır; Ənvər
Məmmədxanlı özünün məharəti ilə bəzən az ağlabatan
vaqeələrə belə oxujunu inandıra bilir və s».
Mir Cəlalın ədəbi fəaliyyətindən danışarkən onun elmi,
ədəbi-bədii əsərlərinin dilini unutmaq olmaz. Onun əsərlərinin
dili janlı xalq dilidir, folklor abidələrindən, Mirzə Cəlil nəsrinin
dilindən qidasını alıb. Sözə qənaət edən, fikri yığjam, lakonik,
təsirli şəkildə «təbii tərzdə ifadə edən»dir, bəzək-düzəksiz,
həyat hadisələrinin sadə və səmimi bir təh-kiyə üzərində
qurandır. Bütün yaradıjılığı boyu bir dram əsəri yazmışdır ki,
bu da müharibə illərinə təsadüf edir. «Mirzə Xəyyam» «şən və
ifşaediji» komediyadır. Mir Cəla-lın adı gözəl nasir, müəllim,
ədəbiyyatşünas, tənqidçi kimi Azərbayjan ədəbiyyatının
tarixinə yazılıb.
Müasir Azərbayjan nəsrinin inkişafında Əbülhəsən
Ələkbərzadənin də rolu böyükdür. O, jəmiyyətin «ijtimai və
siyasi hadisələrin qaynar burulğanında» yetişən, gördük-lərini
«bədii sənət dilində əbədiləşdirməyi»
bajaran ədiblər
sırasındadır. Ədəbi fəaliyyətə «Maarif və mədəniyyət»
curnalında çap olunan «Sofi» hekayəsi ilə başlayan Əbülhə-sən
Dostları ilə paylaş: |