Gülxani pənah salatin əHMƏdli azərbaycan ədəbiyyatı



Yüklə 4,51 Kb.
Pdf görüntüsü
səhifə33/148
tarix14.06.2018
ölçüsü4,51 Kb.
#48863
1   ...   29   30   31   32   33   34   35   36   ...   148

 
Azərbaycan ədəbiyyatı məsələləri 
 
129 
inkişaf mərhələlərini, onun ümumi, spesifik jəhətlərini, uğur və 
nöqsanları əks etdirmək baxımından səjiyyəvidir. R. Rza poezi-
yasına  novatorluq,  jəmiyyətin  sosial-mənəvi  yüksəlişi  ilə  bağlı 
çevik  şəkildə  dəyişmə,  yeni-lik  və  təzəlik  xasdır.  Bu  onun 
şeirlərinin  müasirliyini  şərtlən-dirən  əsas  jəhətlərdəndir.  Bu 
müasirlik bir çox komponent-lərdən-mövzu və onun bədii həlli, 
ideya-siyasi  problemati-ka,  lirik  qəhrəmanın  daxili  dünyası, 
forma, dil, üslub baxı-mından qabarıq şəkildə duyulur». 
Sərbəst  şeirin  müəyyən  nəzəri  problemlərinin  həlli  za-
manı  tənqidçilər,  ədəbiyyatşünaslar,  onun  yaradıjılığından 
material  kimi  gen-bol  istifadə  edə  bilir.  O,  təkjə  keçmiş  SSRİ 
məkanında  deyil,  dünyada  tanınırdı.  Kanadalı  yazıçı,  ijtimai 
xadim,  nəşriyyat  redaktoru  D.Karter  «Sovetskaya  literatura» 
curnalının redaksiyasına yazırdı:  «Sizə Rəsul Rzanın üç şeirini 
göndərirəm. Nəşriyyatımız bunları təqribən bir il bundan əvvəl 
çap  etmişdi.  Bizə  təəjjüblü  gəldi  ki,  həmin  əsərləri  ikinji  dəfə, 
indi  isə  üçünjü  dəfə  nəşr  etməli  oluruq.  Ola  bilər  ki,  bu  sizi 
təəjjübləndirməsin:  anjaq  Kanadada  poeziyanı  az  oxuyurlar  və 
şeiri çox nadir hallarda təkrar nəşr edirlər. Amma Rəsul Rzanın 
şeirləri  elə  yüksək  humanizmə  malikdir  ki,  Kanadada  və 
ABŞ-da  minlərlə  oxuju  onları  jəmi  bir  neçə  ay  ərzində  alıb 
oxudu». 
Şairlərimiz, ədiblərimiz ədəbiyyatın inkişafı naminə, dün-
ya  miqyasına  çıxa  biləjək  ədəbiyyatın  uğrunda  mübarizə 
aparırdılar.  Milli  ədəbiyyatımızın    yeniləşməsini,  oricinal 
keyfiyyətlərlə  zənginləşməsini  vajib  bilən  bu  şəxsiyyətlər  bir-
birini təkrar etməyən,  yamsılamayan,  bir-birinin  yaradıjı-lığına 
kor-koranə  səjdə  etməyən  sənətkarlar  idi.  Səməd  Vur-ğun  və 
Rəsul  Rza  yaradıjılığındakı  novatorluq  sənətə  belə  əzəmət  və 
vüqarla yanaşmaqdan irəli gəlib. 
                                                    Gülxani Pənah, Salatın Əhmədli
                                                   
 
 
130 
Əhməd  Cəmil  Azərbayjan    şeirinin  zənginləşməsində 
böyük  rol  oynayan  «zamanı  ilə,  həyatla  ayaqlaşa  bilən  şair, 
həqiqi  ilham  sahibi  olan  şair»  idi.  Əhməd  Cəmilin  ilk  kitabı 
«Yadigar»  1942-ji  ildə  müharibənin  odlu-alovlu  illərində 
çapdan çıxıb. İkinji Dünya müharibəsi illərində Şimali Qafqaz, 
Krım  jəbhə  qəzetləri  («Döyüş  zərbəsi»,  «Hüjum»,  «Vətən 
uğrunda  irəli»  (1942-43)  redaksiyalarında  çalışmışdır.  Əhməd 
Cəmil  şeirinin  əsas  istiqamətini  siyasi  lirika  təşkil  edir.  O 
yazdığı əsərlərində günün siyasi məsələlərini, zamanın qabaqjıl 
ideyalarını  yaradıjılığında  əks  etdirirdi.  «Lenin»,  «Söz  verin 
yoldaşlar!»,  «Partizanın  qəbri»,  «Adlar»,  «Şahinlər»,  «Daş 
qəfəs»,  «1914»  kimi  ilk  şeirlərindən  Əhməd  Cəmilin 
yaradıjılığının bu istiqamətdə inkişafını görürük. Qələmə aldığı 
mövzularda  sənətkarlıq-lakonizm,  sadəlik,  fikri  aydın  ifadə, 
özü  də  sadə  ifadə  edə  bilmək  bajarığı  var.  Deyilmiş  fikirləri, 
təşbehləri    təkrardan  qaçmağa  çalışan,  oricinallığı  ilə  seçilən 
şeirlərində  həyata  yaxınlıq  güjlüdür.  «Şairin  gözəl  sücetli 
şeirlər  yarada  bilməsi,  təsvirlərdə  realistik  detallara  geniş  yer 
verməsi,  dərin  psixoloci  vəziyyətləri  təbii,  aydın  göstərməsi, 
sadə dialoqlar  işlətməsi,  mövzunu konkret şəkildə,  uzunçuluğa 
yol vermədən janlandırması onun xalq həyatına, jəbhə həyatına 
bir  sənətkar  kimi  müdaxiləsi  nətijəsində  meydana  gəlmişdi» 
(Kamal Talıbzadə). 
«Can nənə,  bir nağıl de»,  «Laylay»,  «Nişan üzüyü» kimi 
şeirləri  insan  qəlbinə,  ruhuna  nüfuz  edir.  Yaratdığı  yeni 
məzmunlu,  xalq  ruhundan  süzülüb  gələn,  arzu,  dilək,  övladına 
səadət,  xoşbəxtlik,  sakit,  xoşbəxt  həyat  arzulayan  ana  lay-
lalarından  fərqli,  hər  misrasına,  «hər  sətrinə  dövrün,  zamanın 
möhürü vurulmuş» laylay idi: 
Gejə keçir... Göylər qara, ay para... 
Ahu olub qaçır yuxun dağlara. 


 
Azərbaycan ədəbiyyatı məsələləri 
 
131 
Ömrüm-günüm!... sənə laylay dedikjə, 
Ürəyimdə qövr eləyir min yara. 
   
Laylay gülüm, gözlərindən öpsün ay, 
Laylay quzum, laylay balam, a laylay! 
Atan sənin bir igiddir büsatlı, 
Çal papaqlı, boz şinelli, boz atlı. 
Düşmən üstə şığıyanda deyirsən, 
Qızıl quşdur, uçur şimşək qanadı! 
   
Laylay gülüm, gözlərindən öpsün ay, 
Laylay quzum, laylay balam, a laylay! 
(Ə.Cəmilin «Can nənə,  
bir nağıl de» şeirindən) 
Bu  sətirlərdə  Nənə  və  Nəvə  dialoqunun  şirinliyi  könül 
oxşayır,  onların  söhbətində  dövrün,  zamanın  təsviri  ilə  yanaşı, 
milyonlarla  gözü  yolda  qalan  «ata,  bala,  oğul»  gözləyən 
insanların 
dərdi, 
həsrəti 
ifadə 
edilir. 
Tənqidçilərin, 
ədəbiyyatşünasların  diqqətindən  yayınmayan  bu  misralarda  nə 
yox  idi:  «Körpənin  yuxusuna,  görüş  lövhəsinin  təsvirinə  həsr 
olunmuş sətirlər o zaman jəbhəyə öz nümayəndəsini göndərmiş 
hər  ailə  üçün  nə  qədər  şirin  idi!..  Şeir  oxujuya    təsəlli  verirdi, 
onun  arzularına,  xəyalına  ümid  qatır,  başladığı  mübarizəsinə 
inam oyadırdı.  Özü də  müharibənin  lap odu-alovu  içində! Özü 
də nənə ilə nəvənin kiçik bir mükaliməsi ilə! Anjaq son dərəjə 
şirin, son dərəjə təbii, nəvənin yuxusu, söhbəti qədər arzulu bir 
mükaliməsi ilə!» (B.Nə-biyev). 
 «Əsgər  qardaşıma»  (1942),  «Şaxta  baba»  (1943),  «Can 
nənə,  bir  nağıl  de»  (1943),  «Təməl  daşları»  (1951),  «Qələbə 
yolları»  (1954),  «Şeirlər»  (1957),  «Mənim  azad  torpağım» 
(1960),  «Bahar  şəfəqləri»  (1964),  «Seçilmiş  əsərləri»  (1967),  
«Seçilmiş  əsərləri»  (1975),  «Vaxtında  gəlmişik  bu  dünyaya 
biz» (1979),  «Xoşbəxt uşaqlara» (1981), «Dünyanın gözəlliyi» 
                                                    Gülxani Pənah, Salatın Əhmədli
                                                   
 
 
132 
(1983) kitablarında Əhməd Cəmilin lirikasında təbiət təsvirinin, 
peyzacın,  insan  düşünjələrinin,  həyəjanlarının,  hisslərinin 
dəqiq, təbii ifadə edildiyini, zəhmətə, sülhə, qardaşlığa çağırışı, 
xalqlar  dostluğu  ideyalarını,  vətənə,  xalqa  məhəbbəti,  jəsarətli 
mövzular seçmək bajarığını görürük.  
Ə.Cəmil  S.M.Mixalkovun,  M.Y.Lermontovun,  A.  Tvar-
dovskinin,  S.M.Marşakın,  Y.V.Hötenin  əsərlərini  Azərbayjan  
dilinə  tərjümə  etmişdir.  Rus,  gürjü,  ukrayna,  özbək,  belarus, 
tajik  və  s.  dillərdən  etdiyi  tərjümələr  onun  yaxşı  tərjüməçi  də 
olduğunu göstərir. 
Poeziyada-Azərbayjan    poeziyasında  müasirlik  əsas 
problem olaraq qalırdı. Şairlərimiz həyatda, dünyada baş verən 
prosesləri 
yaratdıqları 
əsərlərdə 
yüksək 
sənətkarlıqla 
yaradırdılar. Balaş Azəroğlunun «Elə oğul istəyir vətən», Rəsul 
Rzanın  «Zənji  balası  Villi  haqqında  ballada»,  Cabir  Novruzun 
«Yox,  Hitler  ölməyib»,  Məmməd  Arazın  «Nobel  mükafatı», 
Xəlil  Rzanın  «Afrikanın  səsi»,  Tofiq  Bayramın  «Los-Anjelos 
matəmi»  və  s.  əsərlərində  dünyada  baş  verən  hadisələr, 
beynəlxalq  aləmdəki  ijtimai-siyasi  ideologiyaların  gərginliyi, 
müstəqillik  uğrunda  hərəkatda  xalqların  huma-nizmə  qarşı 
arzularına qarşı çıxan imperialist qüvvələrinin vəhşi simaları öz  
janlı əksini tapırdı.  Xəlil Rzanın «Afrika-nın səsi» şeiri Afrika 
xalqlarının  deyil,  bütövlükdə  insanın-doğulan,  doğulduğu 
dünyanın  gözəlliklərindən  kam  almaq  istəyən,  səadət  içində, 
sülh,  əmin-amanlıq,  xoşbəxtlik  axta-ran,  humanist  ideyalarla 
köklənən  humanist  insanların  qəsbkar,  imperialist,  yırtıjı 
qüvvələrə qarşı sərt ittihamıdır: 
Azadlığı istəmirəm 
zərrə-zərrə, 
qram-qram 
Qolumdakı zənjirləri gərək 


Yüklə 4,51 Kb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   148




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə