Gülxani pənah salatin əHMƏdli azərbaycan ədəbiyyatı



Yüklə 4,51 Kb.
Pdf görüntüsü
səhifə40/148
tarix14.06.2018
ölçüsü4,51 Kb.
#48863
1   ...   36   37   38   39   40   41   42   43   ...   148

 
Azərbaycan ədəbiyyatı məsələləri 
 
157 
düşündürən  məsələlərdən  biri  də  müsbət  qəhrəman,  müsbət 
ideal, klassik irsə münasibət məsələləri idi.  
Klassik  və  müasir  sənətkarlar  haqqında,  Azərbayjan 
ədəbiyyatının  inkişafı,  ayrı-ayrı  ədəbi  şəxsiyyətlər  haqqında 
düzgün  elmi-nəzəri  mülahizələr  irəli  sürən  yazıçılardan  M. 
İbrahimov    Füzuli,  C.Məmmədquluzadə,  Sabir  və  başqa  klas-
siklərin  bədii  yaradıjılığından,  dünyagörüşlərindən  danışarkən 
tarixilik prinsipinə jiddi riayət edir. 
«Dramaturgiyanın  bəzi  sənətkarlıq  məsələləri»  məqalə-
sində  «Konfliktsizlik  nəzəriyyəsinin»  əsassızlığını  açır,  bunun 
ədəbiyyata  vurduğu  zərərləri  nümunələrlə  açıb  göstərir. 
Tənqidçilər «bu bədnam nəzəriyyənin» uzun müddət insanların 
fikirlərində «dolaşıqlıq və çaşqınlıq» yaratdığını bildirirlər. 
Bu  dövrdə  ədəbi-tənqidi  fəaliyyəti  ilə  seçilən,  dəyərli 
ədəbi-tənqidi  fikirləri  ilə  tanınan  M.  Hüseyinin  1945-1953-jü 
illər arasında yazdığı məqalələrdə ədəbiyyatşünaslıqla bağlı çox 
mühüm  nəzəri  məsələlər  irəli  sürdüyü,  ədəbiyyatmızın  «ideya 
saflığı,  yüksək  sənətkarlığı  uğrunda  mübarizə  apardığı  öz 
mülahizələrini  də  bu  istiqamətdə  inkişaf  etdirdiyi  tənqidçilər, 
ədəbiyyatşünaslar  tərəfindən  xüsusilə  qeyd  edilir.  Nəzəri 
jəhətdən 
yüksək 
səviyyəli 
əsərləri 
olan 
«Azərbayjan 
ədəbiyyatının  yaradıjılıq  problemləri»  (silsilə  məqalələr), 
«Böyük sənət uğrunda», «Qılınj və qələm» haqqında qeydlər», 
«Ədəbi  tənqidimizin  nəzəri  saflığı  uğrunda»  və  s.  əsərlərdə 
həm  bədii  yaradıjılığın,  həm  də  ədəbiyyatşünaslığın  ümdə 
məsələlərinə  dair  dərin  elmi-nəzəri  ümumiləşdirmələr  olduğu 
söylənir.    
Ədəbiyyatşünaslığımızın  ən  böyük  nailiyyətlərindən  biri 
də  filosof  Heydər  Hüseynovun  «XIX  əsr  Azərbayjan  ijtimai 
fikir tarixindən» əsəridir. Bu əsərdə alim «bütöv bir əsr ərzində 
                                                    Gülxani Pənah, Salatın Əhmədli
                                                   
 
 
158 
Azərbayjanda  yaranan  fəlsəfi,  ijtimai-bədii  fikrin»  bütün 
problemlərinə toxunur. 
Azərbayjan    ədəbiyyatşünaslığının,  eləjə  də  ədəbiyyatı-
mızın inkişafında böyük xidmətləri olan şəxsiyyətlər içərisində 
Məmməd  Arifin    öz  dəsti-xətti  var.  Müasir  Azərbayjan 
tənqidinin  formalaşması  və  inkişafında  misilsiz  xidmətlər 
göstərib,  elmi–bədii  yaradıjılığa  XX  əsrin  20-ji  illərindən 
başlayan  Məmməd  Arif  kiçik  şeirlər,  hekayələr,  felyetonlarla 
yaradıjılığa  başlayıb.  İlk  əsərlərini  «Molla  Nəsrəddin»,  «Qızıl 
gənj  qələmlər»,  «Şərq  qadını»,  «Maarif  və  mədəniyyət» 
curnallarında,  «Kommunist»  qəzetində  çap  etdirib.  Müasir 
ədəbi  proseslə,  mədəniyyətlə,  eləjə  də  bədii  yaradıjılıq 
məsələləri  ilə  dərindən  bağlı  olan  Məmməd  Arif  20-30-ju 
illərdə  dövrü  mətbuatda  şeir  və  hekayələri,  felyetonları  ilə 
vaxtaşırı  çıxış  etsə  də,  bu  dövrdən  başlayaraq  Sovet 
ədəbiyyatşünaslığının,  ədəbi  tənqidin  yaranmasına,  inki-şafına 
həsr  etmiş,  bütün  qüvvəsini,  fəaliyyətini  «insan  və  za-man», 
«sənətkar  və  vətəndaşlıq  borju»  məsələlərinin  düzgün-müasir 
həllinə yönəltmişdir».  
Akademik Məmməd Arif Azərbayjan ədəbiyyatı tarixinin 
yaradıjılarından  biri  olub,  ikijildlik  «Müxtəsər  Azərbayjan 
ədəbiyyatı  tarixi»  (1943-1944),  üç  jildlik  «Azərbayjan 
ədəbiyyatı  tarixi»  (1967),  «Azərbayjan  sovet  ədəbiyyatı  tarixi 
oçerki»  kitablarını  ərsəyə  gətirib.  «C.Cabbarlının  yaradıjılıq 
yolu»  mövzusunda doktorluq dissertasiyası  müdafiə etmiş, 20-
30-ju 
illərdən 
başlayaraq 
ədəbiyyatşünaslıq 
(sovet 
ədəbiyyatşünaslığı)  ədəbi  tənqid  sahəsində  dəyərli  əsərləri 
yazmış, «bədii sənətkarlıq», bədii dil, xəlqilik, bədii tərjümə və 
s.  məsələlər,  Azərbayjan,  rus  və  dünya  xalqları  klassik 
ədəbiyyatı,  ədəbiyyat  nəzəriyyəsi,  müasir  ədəbi  proses,  ədəbi-
tənqidi  əlaqələr  əsas  tədqiqat  obyekti  olmuşdur.  «Mehman» 


 
Azərbaycan ədəbiyyatı məsələləri 
 
159 
povesti  və  müsbət  qəhrəman  məsələsi»,  «Bədii  dil  və  üslub», 
«Azərbayjan  sovet  şeirində  lirika»,  «Azərbayjan  sovet 
dramaturgiyasında  sənətkarlıq  məsələləri»  və  s.  məqalələri 
tənqid  və  ədəbiyyatşünaslıq  elminə  xidmət  edir.  H.Araslı,  F. 
Qasımzadə,  Əli  Sultanlı,  M.  Rəfili,  S.Xəndan  ilə  birlikdə 
Məmməd  Arif  də  orta  məktəb  və  ali  məktəb  tələbələri  üçün 
dərsliklərin  yaradılmasında  böyük  rol  oynamışdır.  Tənqidçi, 
ədəbiyyatşünaş,  tərjüməçi,  nasir,  pedaqoq, 1936-jı  ildən  AYB-
nin  üzvü,  Azərbayjan  EA-nın  həqiqi  üzvü,  Azərbayjan  dövlət 
mükafatı  laureatı  M.  Arif  rus  klassik  ədəbiyyatına  dair  də 
maraqlı  elmi-nəzəri  mülahizələr  irəli  sürmüşdü.  N.Qoqol, 
L.Tolstoy,  A.Çexov,  M.Qorki,  Servantes,  İ.Bexer,  M.E.Rem-
arkdan bədii tərjümələr etməklə yanaşı,  «Qədim rus ədəbiyyatı 
(XI-XVII  əsrlər),  «Rus  ədəbiyyatı»  (XVIII  əsr)  kimi  ali 
məktəblər  üçün  dərsliklərin  redaktoru  və  müəlliflərindən  biri 
olmuşdur. 
Bu  dövrün  ədəbiyyatşünaslıq  elmindən  danışarkən  artıq 
100  illik  yubileyi  dövlət  səviyyəsində  qeyd  olunan  Məmməd 
Cəfərin rolu unudulmazdır. «Azərbayjan şeirində novatorluq və 
ənənə»,  «Tipiklik  haqqında»,  «Şairin  düşünjələri»,  «Mirzə 
Ələkbər  Sabir»,  «Cəlil  Məmmədquluzadə»,  «Klassiklərimiz 
haqqında»  (1948),  «Mirzə  Fətəli  Axundovun  ədəbi-tənqidi 
görüşləri» (1950), «Sidqi Ruhulla» (1949), «Ədəbi düşünjələr» 
(1958), 
«Füzuli 
düşünür» 
(1959), 
«Hüseyn 
Cavid», 
«Azərbayjan  ədəbiyyatında  romantizm»,  «Səməd  Vurğun», 
«Nizaminin fikir dünyası» (1982),» «XIX əsr rus ədəbiyyatı» I 
(1970),  II  (1974),  III  (1974)  jildlər  və  s.  kitablarında  ədəbi-
tənqidi-publisistik  məqalələri  toplanmışdır.  Adları  çəkilən 
Azərbayjan  ədəbiyyatının  korifey-lərinin  yaradıjılığı  haqqında 
tənqidçi, ədəbiyyatşünas alim elmi-nəzəri fikirlərini irəli sürür. 
                                                    Gülxani Pənah, Salatın Əhmədli
                                                   
 
 
160 
Müharibədən  sonrakı  dövrdə  klassik  şeirimizi  dərindən 
tədqiq etmək, böyük sənətkarlarımız Nizami, Füzuli, Nəsimi və 
digərlərinin    yaradıjılıq  dövrünü  əhatəli,  geniş  şəkildə 
araşdırmaq,  öyrənmək  sahəsində  ədəbiyyatşünas  alimlər  xeyli 
iş  görür.  Nizamişünaslardan  M.Əlizadə,  M.Rəfili,  Ə.Ağayev, 
Bertels,  Krımski,  H.Araslı  rus  yazıçılarından  Nikolay  Tixonov 
və  b.  dəyərli  əsərlər,  məqalələr  yazdılar.  Nizami  yaradıjılığı 
haqqında  onlarja  əsərlər,  monoqrafiyalar  yazıldı.  M.Rəfilinin 
«Nizami  və  XII  əsr  Azərbayjan  mədəniyyəti»,  M.Cəlalın 
«Yeddi  gözəl»dəki  hekayələr  haqqında,  Əli  Sultanlının 
«İsgəndərnamə»  və  «Qərbi  Avropa  ədəbiyyatı»,  Ə.Ağayevin 
«Nizami  və  dünya  ədəbiyyatı»  silsilə  məqalələri,  H.Araslının 
Nizami  haqqında  yazdığı  məqalələr  buna  misal  ola  bilər. 
Ədəbiyyatımızın  inkişafına,  onun  möhtəşəm  bir  özül  üzərində 
qurulduğuna,  20-ji  illərdən  sonra  da  Azərbayjan  ədəbiyyatının 
sürətlə,  düzgün  inkişafına-»sağlam  metodologiya  əsasında» 
düzgün  yolla  inkişafına  bir  mayak  olan  ədəbi  tənqid, 
ədəbiyyatşünaslıq  elmi  küll  halında  tədqiq  edilmişdir.  Bunlara 
M.Arifin  «Seçilmiş  əsərləri»  (üç  jilddə,  (1967-1970),  «Əsrin 
oğlu» , «Sənətkar qojalmır» (1980), M.C.Cəfərovun «Mütəfək-
kirin  şəxsiyyəti»  (1966),  «Həyatın  romantikası»  (1966), 
«Seçilmiş əsərləri» (İki jilddə) (1973-1974), «Sənət yollarında» 
(1975),  «Həmişə  bizimlə»,  (1980),  B.Nəbiyevin  «Ədəbi 
düşünjələr»  (1971),  «Tənqid  və  ədəbi  proses»  (1976),  «Təzə 
izlər  sorağında»  (1979),  «Kamalın  təntənəsi»  (1981),  «Söz 
ürək-dən  gələndə»  (1984),  «F.Köçərli»  (1984),  B.Vahab-
zadənin  «Sənətkar  və  zaman»  (1976),  «Sadəlikdə  böyüklük» 
(1978),  «Vətən  ojağının  istisi»  (1982),  «Səməd  Vurğun» 
(1984),  Ək-bər  Ağayevin  «Əsrin  tərənnümü»  (1980), 
S.Əsədullayevin  «Tarix,  sənətkar,  müasirlik»  (1975),  Y.Qara-
yevin  «Tənqid,  problemlər  və  portretlər»  (1976),  «Poeziya  və 


Yüklə 4,51 Kb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   148




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə