Sənət, sənətkar və zaman
441
sıra yazıçı və xüsusilə ədəbiyyatşünaslarımız, tənqidçilərimiz
isə öz intellektual səviyyələrinin yüksəkliyini nümayiş etdirmək
məqsədilə lazımsız, anlaşılmaz istilahlarla yazılarını ağırlaşdı-
rırlar. Nəticə etibarilə bu, ədəbi dilimizin korlanmasına səbəb
olur».
Çağdaş ədəbi prosesdə dilimizin saflığı uğrunda mübarizə
davam edir. Postmodernizmə meyillərdə «ədəbi düşüncə dilini
və praktikasını yabançılaşdırmaq» cəhdi pislənir. Həyatımızın
hər sahəsində olduğu kimi ədəbi prosesdə də «özünü
yeniləşdirmə» prosesinin olması təbii bir hal olsa da, bunun
belə «kökündənazma» şəklində qəbulunun yolverilməzliyi
diqqətdən yayınmır.
Bu gün Azərbaycan ədəbiyyatına istedadlı gənclər gəlir.
Artıq öz əsərləri ilə tanınan gənclərimiz var. Gənc Ədiblər
Məktəbinin sıralarında birləşən gənclərimizin keçirdikləri
dəyirmi masalar, təqdim etdikləri əsərlərin müzakirələri,
internet vasitəsilə yayımlanan əsərləri, onların məzmun və
ideyaları bu gənclərin gələcəkdə qazan biləcək böyük
uğurlarından xəbər verir. Onlardan Xəyal Rza, Fərid Hüseyn,
Qismət, Tural İsayev, Aygın Sultanlı, Şəhanə Şükür, Samir,
Aqşin, Kəramət, Bünyamin, Cavid, Elvin, Raul, Rasim, Günel,
Rəbiqə, Elvin Bakiroğlu, Aysel Əlizadə, Günel Eminli, Nərmin
Hüseynzadə kimi onlarla ədəbi mühitdə tanınan gənclərimizin
ədəbiyyatımızı zənginləşdirəcəyinə inanırıq. Onların bəlkə də
böyük bir qisminin adını çəkmədik. Amma inanırıq ki, gənc
ədiblərin ictimaiyyətə təqdim olunacaq əsərləri tənqidçilərin,
ədəbiyyatşünasların daim diqqət mərkəzində olub və yenə də
olacaq.
Elxan Qaraqanın «A» romanı, Şahanə Şükürün «Gələcəyə
açılan yollar», «Böyük ömrün akkordları», Tural İsayevin
«Azərbaycan ədəbiyyatında detektiv canr», «999», «Bala
Gülxani Pənah, Salatın Əhmədli
442
pərvanə» adlı kitabında toplanan əsərləri, Cavid Zeynallının
«Günəşi gözləyənlər» romanı, Zərdüşt Şəfinin «Başqa
adamlar» adla hekayələr toplusu, Pərvinin «Qar yağacaq»,
«Samir üçün», «Şərq şirniyyatı» hekayələri, Günay Novruzun
“Xoxan” kitabında toplanan əsərləri və s. Xüsusi maraq
doğurur. Xəyal Rzanın şeirləri 16 yaşından mətbuatda çıxmağa
başlamışdır. 1996-cı ildən başlayaraq Xəyal Rza müxtəlif
qəzetlərdə müxbir, köşə yazarı, direktor və baş redaktor
vəzifələrində çalışmışdır. On beş ildən artıq qələm təcqubəsi
olan Xəyal Rza 5 kitab müəllifidir. İlk kitabı “O dünyaya
məktublar” məqalələr 2001-ci ildə işıq üzü gördü və müəllifə
uğurlar qazandırdı. 2002-ci ildə ikinci kitabı “O dünyada
görüşərik” şeirlər kitabı işıq üzü gördü və bir şair kimi onu
oxuculara tanıtdı. 2005-ci ildə “Ötən ilin uğurları” siyasi
məqalələrdən ibarət kitabı, 2008-ci ildə “Söz dünyası” adlı
ikinci şeirlər kitabı və 2012-ci ildə “Uğurun olum” növbəti
şeirlər kitabı işıq üzü görmüşdür. Daima yaradıcılıq axtarışında
olan Xəyal Rza Azərbaycanda “ilk”ə imza ataraq 2001-ci ildə
“O dünyada görüşərik” adlı şerinə klip çəkdirmişdir. Öz
ifasında
səsləndirilmiş üç şerilər diskinin
müəllifidir.
Azərbaycanda və Türkiyədə müxtəlif mükafatların laureatıdır.
2004-cü ildə Azərbaycan Gənclər İttifaqı, Azərbaycan
Həmkarlar
İttifaqları
İdman
Təşkilatları
Assosiasiyası,
Azərbaycan Mədəniyyət İşçiləri Müstəqil Həmkarlar İttifaqının
Respublika Komitəsi tərəfindən müxtəlif dilplom və fəxri
fərmanlara, 2011-ci ildə (İstanbul) Avropa Qazeteçiler Birliyi
tərəfindən “yılın en iyi azeri şairi”, 2012-də YYSQ tərəfindən
“ilin yeni nəsil şairi” mükafatlarına, 2014-cü ildə Mədəniyyət
və Turizm Nazirliyinin diplomuna layiq görülüb. Şeirlərinə
bəstələnmiş onlarla mahnı Türkiyənin və Azərbaycanın
tanınmış müğənnilərinin ifalarında səslənib. 2010-cu ildən
Sənət, sənətkar və zaman
443
onun təklifi və təşkilatçılığı ilə hər il iyun ayının 5-də
Azərbaycan Şairlər Günü qeyd olunur. Bu tədbirə dünyanın
müxtəlif ölkələrdən tanınmış ədəbiyyat və sənəd adamları dəvət
olunurlar. Hazırda Xəyal Rza Azərbaycan Yazıçılar Birliyinin
Mətbuat Xidmətinin rəhbəri və “Xəyal production” curnalının
baş redaktorudur. Fəaliyyətə başladığı qısa müddət ərzində
Azərbaycan Yazıçılar Birliyinin rəsmi saytı olan ayb.az saytını
yaratmışdır və bu sayt ədəbiyyat portalları arasında ən çox
izlənilən saytlardan biridir. Azad
Azərbaycan
Teleradio
şirkəti tərəfindən çəkilən Azərbaycan Yazıçılar Birliyinin 80
illik
yubileyinə
həsr
edilmiş
sənədli
filmin
ssenari
müəlliflərindən biridir.
«Ulduz» curnalının hər bir nömrəsində istedadlı gənc
yazarlarımızın əsərlərini oxuyanda ədəbiyyatımızın nikbin
sabahını görürük. Azərbaycan ədəbiyyatı bəşər ədəbiyyatının
tərkib hissəsidir və həmişə böyük sənətkarları ilə birlikdə
sevilib, tanınıb.
Gülxani Pənah, Salatın Əhmədli
444
MƏTBU ORQANLAR VƏ
ƏDƏBİ PROSES
Azərbaycan ədəbiyyatının inkişafında Azərbaycan Ya-
zıçılar İttifaqının orqanı olan «Azərbaycan» curnalı mühüm rol
oynamışdır. Bu curnalın ilk sələfi «Maarif və mədəniyyət»in
birinci nömrəsi 1923-cü ilin yanvarın 28-də nəşr olunmuşdur.
Müxtəlif xalqların dillərinə tərcümə olunmuş, SSRİ deyilən bir
dövlətin ərazisində olan çoxmillətli sovet ədəbiyyatının ən
gözəl
nümunələri
kimi
şöhrət
tapmış
Azərbaycan
ədəbiyyatının ən gözəl əsərləri demək olar ki, ilk dəfə
«Azərbaycan» curnalında çap olunurdu. Oxucu kütlələrinin
rəğbətini, məhəbbətini qazanmaqda «Azərbaycan» curnalının
rolu böyükdür. Keçmiş sovetlər birliyinin dövründə yetişən
böyük sənətkarlar üçün «Azərbaycan» curnalı bir yaradıcılıq
laboratoriyası idi.
Sovet hakimiyyətinin ilk illərində Azərbaycanda «Füqara
füyuzatı» (1920-1921) «Xalq maarifi» (1920), «Yeni yıldız»
(1921-1922), «Azərbaycan Ali İqtisad Şurasının Əxbarı
(1921-24), «Kooperativ işi» (1921-25), «Gələcək» (1922) kimi
curnallar çap olunurdusa da, bu curnallarda elmi, əxlaqi,
tərbiyəvi mövzular kimi ədəbi–bədii mövzular da müntəzəm
çap olunmurdu. İri həcmli, xüsusi ədəbi, elmi curnala olan
ehtiyacı nəzərə alıb N.Nərimanov, Mustafa Quliyev, Tağı
Şahbazi bir çox maarif xadimləri, yazıçı və şairlər müstəqil bir
ədəbi curnal yaratmaq təşəbbüsü irəli sürdülər. «Azərbaycan
Xalq Maarif komissarlığı 1922-ci il oktyabrın 14-də olan
iclasında respublikada maarif işçilərinə, müəllimlərə kömək
etmək, ədəbiyyatın, elmin, incəsənətin inkişafına yardım
göstərmək məqsədilə «Maarif» adlı aylıq curnalın nəşr
olunmasını qərara aldı.
Dostları ilə paylaş: |